Microsoft Word 2011 teqvim son doc



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə39/141
tarix24.12.2017
ölçüsü3,38 Mb.
#17747
1   ...   35   36   37   38   39   40   41   42   ...   141

116 

 

     2 Aprel Beynəlxalq Uşaq Ki-



tabı Günüdür. 1953-cü ildən eti-

barən uşaq ədəbiyyatının inkişa-

fındakı xidmətlərinə görə  məş-

hur nağılçı Hans Xristian Ander-

senin doğum günü uşaq kitabı 

günü kimi qeyd olunur. Hər il bu 

günün qeyd edilməsində məqsəd 

cəmiyyətin diqqətini uşaq ədəbiyyatına və onun prob-

lemlərinə cəlb etməkdir. Amma nədənsə, uşaq ədəbiy-

yatı sahəsində problemlərin günbəgün artdığı bir vaxt-

da ölkəmizdə 2 aprel xüsusi gün kimi qeyd olunmur. 

Kitab mağazalarında  əcnəbi uşaq  ədəbiyyatı kifayət 

qədərdir. Milli ədəbiyyata dair nümunələr isə yox də-

rəcəsindədir. Bununla belə, uşaqların kitaba marağı 

azalmayıb. Amma onlar çox vaxt axtardıqlarını tapa 

bilmirlər. Psixoloqlar uşaqların kitaba marağını artır-

maq üçün rəng və tərtibat seçiminə ciddi önəm vermə-

yi tövsiyə edirlər. Mağazalarda rast gəldiyimiz əcnəbi 

nəşrlər nəinki azyaşlıların, hətta böyüklərin diqqətini 

çəkəcək qədər nəfis tərtibata malikdir. Milli ədəbiyyat  

 

 

qıtlığı kitabxanalara da təsir 



edir. Xüsusən də uşaq kitab-

xanalarına müraciət edən 

uşaq oxucularımızın tələ-

batlarını ödəmək üçün ki-

tabxananın fondunun milli 

ədəbiyyatla komplektləşdi-

rilməsi qarşıda duran başlı-

ca problemlərdəndir. 

 Uşaqlar üçün yazıb-yara-

dan qələm  əhli isə  gənc 

nəsli uşaq ədəbiyyatına ma-

rağı artırmağa çağırır. Al-

maniyalı pedaqoqlar deyir 

ki, nağıllara inamın öldüyü 

gün uşaqların inkişafı daya-

nacaq. Bu inamı yaşatmaq 

üçün isə uşaq ədəbiyyatının 

nəşrini gücləndirmək, sə-

mərəli təcrübələrdən yarar-

lanmaq gərəkdir. 



 

Ədəbiyyat 

Elmin. “Uşaq Kitabı Festivalının nəşriyyat və muğam günü “Beşik” 

nəşriyyatından ərməğan kitab sərgisinin nümayişi də keçirildi /Elmin  //Mədəniyyət.- 

2009.- 22 may.- S.2. 



İnternetdə 

www.azadliq.org 

www.azerinter.net                                                                        Adilə Abdullayeva 

 

Aprel 



 

Beynəlxalq Uşaq Kitabı Günü 

1953 

 




117 

 

 

     Etibar Firudin oğlu Hacıyev  1971-

ci il aprel ayının 5-də Qərbi Azərbay-

canın Vardenis rayonunun Zod kən-

dində doğulmuşdur. Orta məktəbi  bi-

tirdikdən sonra bir müddət sovxozda 

işləmişdir. “Böyük Ermənistan”  xül-

yası ilə yaşayan ermənilər 1988-ci il-

də orada yaşayan azərbaycanlıları öz dədə-baba yurd-

larından qovduğu zaman Etibar ailəsi ilə birlikdə Kəl-

bəcər rayonuna pənah  gətirmişdi.  

O, 1989-cu il iyun ayının 13-də hərbi xidmətə ça-

ğırılmışdır. Perm vilayətində  hərbi xidmətini başa 

vurduqdan sonra ailəsinin məskunlaşdığı Xanlar rayo-

nuna gəlmişdi. Öz dədə-baba yurdlarından zorla qo-

vulması onda ermənilərə qarşı dərin nifrət hissi oyat-

mışdı. Hər zaman mənfur düşməndən qisas almaq ba-

rədə düşünürdü. 

1992-ci ildə Etibar Hacıyev könüllü olaraq Milli 

Qvardiyaya yazılır və torpaqlarımızın müdafiəsinə 

qalxır. O, bir çox döyüşlərdə rəşadətlə vuruşur. Böyük 

Canbar, Kiçik Canbar, Buzlaq, Erkəs kəndlərinin düş-

mən tapdağından azad edilməsində xüsusi fədakarlıq 

göstərir. E.Hacıyev 1992-ci 

il iyun ayının 15-də Goran-

boy rayonunda Ağcakənd 

kəndinin azad edilməsi uğ-

runda gedən döyüşlərdə 

qəhrəmancasına həlak ol-

muşdur.  

Subay idi. 

Azərbaycan Respubli-

kası Prezidentinin 23 iyun 

1992-ci il tarixli 6 saylı 

Fərmanı ilə Hacıyev Etibar 

Firudin oğluna ölümündən 

sonra “Azərbaycanın Milli 

Qəhrəmanı” adı verilmişdir. 

Xanlar rayonunun Şə-

hidlər Xiyabanında dəfn 

edilmişdir. 

Xanlar rayonunun Ye-

ni Zod kəndində küçələrdən  

biri onun adını daşıyır. 



 

Ədəbiyyat 

 

Azərbaycan Respublikasının Silahlı Qüvvələri hərbi qulluqçularına 

“Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: [Hacıyev Etibar Firudin 

oğlu - sıravi - Azərbaycan Respublikasının suverenliyi və  ərazi bütövlüyünün 

 

 Aprel 


 

40 illiyi 

Etibar  Hacıyev

  

 

 

1971-1992 

 

 



 

 

Milli 



Qəhrəman 




118 

qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi  şəxsi 

igidlik və  şücaətə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 23 iyun 

1992-ci il //Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.- 1992.- № 12.- S.35.-

(Ölümündən sonra). 

 

Aslan, Q.Göyçə həsrəti /Q.Aslan //Goranboy qartalları.- Bakı,1994.- S.85. 



Əsgərov, V. Hacıyev Etibar Firudin oğlu /V.Əsgərov //Azərbaycanın Milli 

Qəhrəmanları.- Bakı, 2005.- S.74.  

Ənsər, B. Göyçəli Etibar: [Təhsili, həyatı  və döyüş  şücaəti haqqında] /B.Ənsər 

//Ağrıdağlı qəhrəmanlar.- Bakı, 2004.- S.33-37. 

Hacıyev Etibar Firudin oğlu //Azərbaycanın Milli Qəhrəmanları /tərt. ed. 

H.Həmidova; M.F.Axundov adına Milli Kitabxana.- Bakı, 2008.- S.77. 

Zeynalov, R. Hacıyev Etibar Firudin oğlu: (1971-1992) /R.Zeynalov 

//Azərbaycanın Milli Qəhrəmanları.- Bakı, 1996.- S.55.   



 

İnternetdə 

www.az.wikipedia.org

 

www.azerinter.net. 



www.gunaz.tv/xaber 

Samirə Eminova  

 

 



 

 

 

“Şəhid olanları heç də ölü zənn etməyin”..., “Şəhidlər, Allahın nemət  verdiyi 

peyğəmbərlər, zahidlər  və əməli salehlərə tay tutular”.  

 

Qurani-Kərim 




Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə