Microsoft Word 2011 teqvim son doc



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə38/141
tarix24.12.2017
ölçüsü3,38 Mb.
#17747
1   ...   34   35   36   37   38   39   40   41   ...   141

113 

    


     Ənvər  Əliverdi oğlu  Əlibəyov 

1916-cı il aprel ayının 1-də Bakıda 

anadan olmuşdur.  Əvvəl tibb tex-

nikumunda, sonra ADU-nun (indi-

ki BDU) fəhlə fakültəsində, Azər-

baycan Dövlət Pedaqoji İnstitutu-

nun (indiki APU) Filologiya fakül-

təsində təhsil almışdır.  

  1938-ci ildən II Dünya Müharibəsi başlayana qədər 

Azərbaycan radiоsunda çalışmışdır. Müharibə dövrün-

də 416-cı atıcı diviziyasının tərkibində döyüş  yоlu 

keçmiş, Qafqazın və Ukraynanın azad оlunmasında iş-

tirak etmiş,  оrden və medallarla təltif  оlunmuşdur. 

1944-cü ildə ağır yaralandıqdan sоnra Bakıya qayıdıb 

yaradıcılığını davam etdirmişdir. Bir müddət “Vətən 

uğrunda” jurnalında məsul katib, sonra Azərbaycan 

KP MK-da təlimatçı, “Təbliğat” jurnalının, “Ədəbiy-

yat” qəzetinin redaktoru, “İnqilab və mədəniyyət” jur-

nalında  şöbə müdiri, nəhayət, 1964-1968-ci illərdə 

Azərbaycan Radiо  və Televiziya Verilişləri Kоmitə-

sinin sədri  оlmuşdur. Cəbhəçi-şairin “Qaranquş” adlı 

ilk şeirlər kitabı 1947-ci ildə buraxılmış, sonrakı illər-

də ona qədər kitabı  işıq üzü görmüşdür. Onların ara-

sında “Sənin adınla”, “İlk məhəbbət”, “Dostluq körpü-

sü” və başqalarını qeyd etmək olar. Bütün vəzifələrin 

öhdəsindən layiqincə gələn şair üçün poetik yaradıcılıq 

daha önəmli mahiyyət daşıyırdı. 

Şeirlərinə musiqi bəstələnib. Dünya şöhrətli Rəşid 

Behbudovun ifasında bəstəkar Rauf Hacıyevin “Azər-

baycanım” mahnısı hər dəfə 

səslənəndə  xəyallarda ölkə-

mizin al-əlvan təbiət mən-

zərələri - uca dağlar, sıldı-

rım qayalar, gur şəlalələr, 

üfüqə doğru uzanan bərə-

kətli düzlər, bəhrəli çöllər, 

möhtəşəm sənaye müəssisə-

ləri, neft buruqları canlanır. 

Sevgidən süzülüb gələn, 

ürəkləri oxşayan, xalqımı-

zın vətənpərvərlik simvolu-

na çevrilmiş  həmin nəğmə-

nin sözləri  şair  Ənvər  Əli-

bəylinindir. O, doğma el-

obamızı minbir həvəslə  tə-

rənnüm etmiş, insan qəlbi-

nin dərinliklərinə varıb incə 

duyğuları, zərif hissləri aş-

kar edən, onları  mənalandı-

rıb poetik təsvirlərə çevir-

məyi məharətlə bacaran əsl 

söz sərrafı idi.  

Şair, tərcüməçi, ictimai 

xadim,  Əməkdar incəsənət 

xadimi Ənvər Əlibəyli 1968-

ci il mayın 7-də  vəfat et-

mişdir. 

 

 

Aprel  



 

95 illiyi 



Ənvər  Əlibəyli     

 1916-1968 

 

 

 



 

Şair 





114 

Ədəbiyyat 

 

Seçilmiş əsərləri /Ə.Əlibəyli; red. M.Şükür.- Bakı: Azərnəşr, 1975.- 286 s. 

Ürəyimdəsən: şeirlər, nəğmələr və poemalar /Ə.Əlibəyli.- Bakı: Gənclik, 1971.- 

110 s. 


Hacıyev, A. Gənclik və gözəllik  şairi /A.Hacıyev //Yazıçı  şəxsiyyəti və  bədii 

qanunauyğunluq.- Bakı, 1986.- S.58-65. 

Mehdixanlı, T. Nəğməyə  bənzər ömür: Ənvər  Əlibəyli - 90 /T.Mehdixanlı 

//Azərbaycan.- 2006.- S.4. 

Məhərrəmova, T. Dağlarda duman gözəldi /T.Məhərrəmova  //Kaspi.-  2008.-       

2 dekabr.- S.11. 



 

İnternetdə 

 

www.anl.az. 

www.az.wikipedia.org  

www.kinozal.az 

www.medeniyyet.az 

Nailə Alışova 



115 

 

...Kəlbəcər həm təbii sərvətlərlə  zənginliyinə görə, həm iqliminin gözəlliyinə 

görə, həm də orada yaşayan insanların fədakarlığına görə respublikada həmişə çox 

hörmətə, ehtirama layiq olubdur. Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır, 

hissəsidir. Heç şübhəsiz, o gün gələcək ki, Kəlbəcər rayonu Ermənistanın silahlı 

qüvvələrinin işğalından azad olacaq və  Kəlbəcərin vətəndaşları, sakinləri, bizim 

soydaşlarımız öz yerlərinə, yurdlarına qayıdacaqlar. 

Heydər Əliyev, ümummilli lider 

 

 Kəlbəcər Azərbaycanın  ən yüksək dağ rayonudur. 

Ən hündür zirvə Kamış dağındadır (3724m). Ərazisinin 

çox hissəsi meşəlikdir. Kəlbəcər rayonunun gözəl və 

zəngin təbiətə, yeraltı və yerüstü sərvətlərə, münbit tor-

paqlara malikdir. Kənd təsərrüfatında  əsasən heyvan-

darlıq və əkinçilik inkişaf etmişdir. 

 Rayonun ərazisi 1993-cü ildə erməni silahlı dəstələ-

ri tərəfindən işğal edilmişdir.  İşğala qədər rayonda 132 yaşayış məntəqəsi var idi. 

Düşmənlər strateji əhəmiyyətli bir neçə yüksəkliyi tutdular. Təkəqaya, Zağalar, 

Çıraq kəndlərinə soxulub, evlərə od vurub, dinc əhalini diri-diri yandırmışdılar. Ən 

əhəmiyyətli Keçiliqaya yüksəkliyinə sahib çıxdılar. Aprelin 2-də  Kəlbəcər artıq er-

məni quldurlarının əlində idi. 

İşğal nəticəsində Kəlbəcərdə: 511 nəfər şəhid olmuş, 231 nəfər itkin düşmüş, 100-

lərlə adam şikəst olmuşdur. 130 yaşayış məntəqəsi, dünya şöhrətli, “İstisu” sanatori-

yası, 500-dən artıq sənaye, tikinti, məişət, ticarət obyekti, 172 mədəniyyət obyekti, 

96 ümumtəhsil məktəbi, 76 səhiyyə obyekti, 1 muzey darmadağın edildi. 100 min 

baş qaramal, 500 min baş qoyun-quzu, 100-lərlə maşın, texnika, avadanlıq talan 

olundu. Kəlbəcər rayonunda erməni təcavüzü nəticəsində 24279 uşaq zərər çəkmiş, 

onlardan 734 nəfəri yetim qalmışdır. 

1993-cü ilin qiymətləri ilə  Kəlbəcərə azı 761 mln. ABŞ dolları  dəyərində ziyan 

dəydi. Mənəvi ziyanlar isə heç deyiləsi deyil. Kəlbəcər faciəsi Ağdamın, Füzulinin, 

Qubadlının, Cəbrayılın işğalına yol açdı. Bu artıq Qarabağın iflası demək idi.  

Aprel 


 

 

Kəlbəcərin işğalı günü 



 



Ərazisi - 3054 km



2

 

Əhalisinin sayı – 79,0 min nəfər 

İnzibati mərkəzi – KƏLBƏCƏR 

İşğal  tarixi - 02 - 04 aprel 1993-cü il

   



Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə