Microsoft Word 2011 teqvim son doc



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə47/141
tarix24.12.2017
ölçüsü3,38 Mb.
#17747
1   ...   43   44   45   46   47   48   49   50   ...   141

142 

 

Samuel Finli Briz Morze 1791-ci il 

aprel ayının 27-də ABŞ-da (Çarlstaun, 

Massaçusetsdə) anadan olmuşdur. Te-

leqrafda istifadə olunan Morze əlifba-

sını da o yaratmışdır. On doqquz ya-

şında Yel Universitetindən məzun ol-

muş, Londona gedib qayıtdıqdan sonra 

portret şəkli gündəmdə olduğu üçün diqqətini portretə 

vermişdir. 1826-cı ildə Milli İncəsənət Akademiya-

sının qurulmasında rol oynamış  və akademiyanın ilk 

başçısı olmuşdur. 1832-ci ildə Nyu York Universiteti 

Şəkil və heykəl  şöbəsi professorluğuna gətirilmişdir. 

Morzenin mexaniki araşdırmalara marağı  gənc 

yaşlarında başlamışdı. 1832-ci ildə okean səyahətinə 

çıxmış, Çarles Tomas Ceksonun elektriklə  əlaqədar 

son məqalələri və Nyu York Universitetində elektro-

maqnetik mövzusunda öyrəndikləri ilə əlaqədar başın-

da elektrikli teleqraf yaratmaq fikri doğmuşdu. 

Morzenin elektrikli teleqrafı, bir elektrik dövrəsində 

barabanın bir qolu çəkməsi ilə rulo kağızı üzərinə 

izlər buraxması prinsipi ilə çalışırdı. Morze ilk elek-

trikli teleqraf sınağını 1844-cü ildə Vaşinqton ilə Bal-

timor arasında 65 kilometr-

lik bir xətt çəkilişiylə 

etmişdi. Osmanlı Dövləti 

ilk dəfə 1855-ci ildə Krım 

döyüşü əsnasında Morzenin 

teleqraf sistemindən isti-

fadə etmişdir. Morze bir 

daşı, ya da mərməri 3 fərqli 

ölçüdə yona bilən mərmər 

kəsmə maşınını icad etmiş-

di.  İxtiraçı bunun patentini 

ala bilmədi, çünki 1820-ci 

ildə Tomas Blançardın bən-

zər bir icadı vardı.  

 Samuel Finli Briz Mor-

ze 1872-ci ildə 80 yaşında 

Nyu Yorkda vəfat etmiş və 

Qrin-Vud qəbiristanlığında 

dəfn edilmişdi. 



 

 

Ədəbiyyat 

 

Morze Samuel Finli Briz //Azərbaycan Sovet Ensiklopediyası.- 10 cilddə.- Bakı, 

1983.- C.7.- S.61-62. 

İnternetdə 

www.az.wikipedia.org 



Adilə Abdullayeva 

 

Aprel 



 

220 illiyi 

Samuel Finli Briz 

Morze


 

1791-1872 

 

 

 



Amerika 

ixtiraçısı 

27 



143 

 

29 aprel peşəkar və ya hə-

vəskar rəqslə məşğul olan, rəqsi 

sevən hər kəsin bayramıdır. 

Beynəlxalq Rəqs Günü 1982-ci 

ildən bəri “YUNESKO”nun qə-

rarı ilə qeyd olunmağa başla-

mışdır. Bu tarix hər il Fransız baletmeysteri Jan Jorj 

Noverin doğum günü, yəni aprelin 29-na təsadüf edir. 

Jan Jorj Nover müasir baletin nəzəriyyəçisi hesab 

olunur. Dünyanın  əksər ölkələrində olduğu kimi 

Azərbaycanda da Beynəlxalq Rəqs Günü təsis olduğu 

tarixdən  ənənəvi olaraq hər il qeyd olunur. Azərbay-

canda rəqslərin tarixi olduqca zəngin və  qədimdir. 

İncəsənətin bir qolu olan rəqslərimiz ülvilik, gözəllik 

və birlik rəmzi sayılır. Hələ eramızdan 2-3 min il 

əvvəl, Azərbaycan  ərazisində  rəqslər insanların 

həyatında müəyyən yer tutmuşdu. Bu baxımdan 

Qobustan qayaüstü təsvirləri arasında “Yallı” oynayan 

insanların təsviri xüsusilə maraq doğurur. Bu təsvirlər 

Azərbaycan xalqının qədim dövrdən rəqsə olan 

marağından xəbər verir.  

Bir-birindən maraqlı, məzmunlu xalq rəqslərimiz 

nəinki Vətəndə, dünyanın böyük konsert salonlarında 

da sevilir. Onların simasında Azərbaycan milli xore-

oqrafiya sənəti inkişaf yolunu tapmışdır.  İncəsənətin 

ayrılmaz hissəsi olan milli rəqslərimiz gözəlliyi, bə-

diiliyi və  zərifliyi ilə  sənətsevərlərə nümayiş olunur. 

Folklor, qədim xalq oyunları, rəqs havaları milli incə-

sənətimizin qızıl fonduna həmişəlik daxil olmuşdur.  

 

 

“Tərəkəmə”, “Naz elə-



mə”, “Turacı”, “Uzundərə”, 

“Qoçəli”, “Heyvagülü”, “Vağ-

zalı” xalq rəqslərinə tamaşa 

etmək kifayətdir ki, xalqı-

mızın zəngin musiqiyə, kök-

lü adət-ənənəyə bağlı oldu-

ğunu duyasan. Filmləri-

mizdə da rəqslərdən ele-

mentlərə rast gəlmək olar 

ki, bu da milli rəqs sənə-

tinin inkişafı  və  təbliğində 

mühüm rol oynayır. “O ol-

masın, bu olsun”, “Əhməd 

haradadır”,  “Bəyin oğur-

lanması”, “Arşın mal alan” 

və digər belə filmlərdə milli 

rəqslərə yer verilmişdir. 

Müasir dövrdə Azərbaycan 

xalq rəqslərini səhnəyə  çı-

xarmaq və inkişaf etdirmək 

ağırlığını  Əminə Dilbazi, 

Roza Cəlilova, Xoşbəxt Məm-

mədova, Böyükağa Məm-

mədov, Kamil Dadaşov, 

Əlikram Aslanov və digər 

sənətkarlar çiyinləri üzərinə 

götürmüşlər. Bütün dünya 

xalqlarını öz gözəlliyi ilə 

heyrətə  gətirən rəqslərimi-

 

 Aprel 



 

Beynəlxalq Rəqs Günü 

1982 

29 



144 

zi, bu gün qocaman sənətkarların yetirmələri davam 

etdirir. Bir sözlə, Azərbaycanın milli rəqs məktəbi ya-

şayır.  


Beynəlxalq Rəqs Günü Azərbaycanda ilk dəfə ola-

raq, Milli Konservatoriyanın nəzdindəki Dövlət Gim-

naziyasının rəqs qrupunun iştirakı ilə Xalq artisti Tə-

ranə Muradova və  Əmək-

dar artist Kamil Dadaşovun 

rəhbərliyi altında keçi-

rilmişdir. 

 

 

Ədəbiyyat 

 

Sevda. Beynəlxalq Rəqs Günü qeyd olunub /Sevda //Kaspi.- 2009.- 30 aprel.- S.11. 

 

İnternetdə 

 

www.az.apa.az. 

www.big.az.  

www.bye.az. 

www.hafta-ichi.com. 

www.lidertv.com. 



Adilə Abdullayeva 

 

 




Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə