132
Nəsibə Cahangir qızı Zeynalova
1916-cı il aprel ayının 20-də Bakıda
doğulmuşdur. Atası Kərbəlayı Ca-
hangir tanınmış tacir və sevimli akt-
yor idi. Azərbaycan milli realist akt-
yor məktəbinin banisi məhz Cahangir
Zeynalov olmuşdur. Arzusu ilk və
yeganə övladının onun sənətini
davam etdirməsi idi.
Atasını erkən itirən Nəsibə Zeynalova Bakıda orta
məktəbi bitirdikdən sonra Bakı Teatr Texnikumuna
daxil olmuşdur. Burada M.Haşımov və A.Tuqanovdan
dərs almışdır. Texnikumu bitirdikdən sonra 1941-ci il-
də Azərbaycan Musiqili Komediya Teatrına işə qəbul
olunmuşdur. Bu hadisə onun həyatında həlledici rol
oynamışdır.
Müharibə dövründə cəbhələrdə və hospitallarda əs-
gərlər qarşısında tamaşalarda iştirak edən aktrisa fa-şi-
zm üzərində qələbənin qazanılmasına öz töhfəsini ver-
mişdir. Dinc dövrdə teatr bir sıra maraqlı tamaşalar
qoymuşdur ki, onlarda Nəsibə Zeynalova özünəməx-
sus aktyorluq istedadını nümayiş etdirmişdir. S.Rüstə-
movun “Beş manatlıq gəlin” tamaşasında Gülnaz,
A.Məşədibəyovun “Toy kimindir?” tamaşasında Məs-
mə, F.Əmirovun “Gözün aydın” tamaşasında Nargilə,
S.Ələsgərovun “Ulduz” tamaşasında Züleyxa, V.Do-
lidzenin “Keto və Kote” tamaşasında Kabato obrazları
aktrisanı tamaşaçılara sevdirmişdir.
XX əsrin 50-ci illərində aktrisanın sənətkarlığı da-
ha da püxtələşmişdir. Onun bu dövrdə yaratdığı səhnə
obrazları Azərbaycan ko-
mediya teatrı tarixinə iri
hərflərlə yazılmışdır. Nə-
sibə Zeynalova T.Quliyevin
“Qızılaxtaranlar” tamaşa-
sında Rəxşəndə, S.Rüstə-
movun “Rəisin arvadı” ta-
maşasında Afərin, Ş.Milor-
avanın “Tbilisi nəğməsi”
tamaşasında Gesiya, A.Rza-
yevin “Hacı Kərimin Aya
səyahəti” tamaşasında Kəb-
lə Fatma, S.Ələsgərovun
“Həmşəxanım” tamaşasın-
da Həmşəxanım, “Sevindik
qız axtarır” tamaşasında
Xeyransa kimi bir-birindən
maraqlı obrazlar yaratmış-
dır. Bura T.Bakıxanov və
H.Məmmədovun “Altı qızın
biri Pəri” tamaşasında Cəh-
rə, E.Sabitoğlunun “Hicran”
tamaşasında Qızbacı obraz-
larını da əlavə etsək, çox
zəngin və rəngarəng bir ob-
razlar qalereyası yaranmış
olar. “Qaynana” tamaşasın-
da Cənnət rolu aktrisanı
yaddaşlara ilk növbədə qay-
nana kimi həkk etdirmişdir.
Aprel
95 illiyi
Nəsibə Zeynalova
1916-2004
Aktrisa
20
133
Bu obrazı yaradarkən aktrisa xəsislik etməmiş, yaradı-
cılıq imkanlarını sanki tamamilə açmış, onun aktyor
sənəti üçün səciyyəvi olan zəngin mimika və məharə-
tini nümayiş etdirmişdir.
Aktrisa kino sahəsində də öz sözünü demişdir.
“Ögey ana” (1959), “Böyük dayaq” (1963), “Ulduz”
(1964), “Qanun naminə” (1969), “Bizim Cəbiş
müəllim” (1970) filmlərində müxtəlif səpkili, yadda-
qalan obrazlar yaratmışdır.
Nəsibə Zeynalovanın 1979-cu ildə “Qaynana” fil-
mində oynadığı qaynana obrazı onun kinoda yaratdığı
ən məşhur obrazdır. Təsadüfi deyil ki, həm filmin
özü, həm onun baş qəhrəmanı, həm də bu rolun ifaçısı
xalqımız tərəfindən həmişə sevilməkdədir.
Aktrisanın həyat və yaradıcılıq yolunu əks etdirən
bir neçə televiziya filmi də xalqımız tərəfindən böyük
rəğbətlə qarşılanmışdır.
Musiqili teatrın inkişa-
fında böyük xidmətlərinə
görə Nəsibə xanım 24 may
1960-cı ildə Azərbaycan
Respublikasının Əməkdar
artisti, 1967-ci ildə isə Xalq
artisti fəxri adlarına layiq
görülmüşdür. “Hicran” ta-
maşasındakı Qızbacı roluna
görə Azərbaycan Dövlət
mükafatı laureatıdır.
Aktrisa 2004-cü il mart
ayının 10-da Bakıda vəfat
etmiş və Fəxri Xiyabanda
dəfn edilmişdir.
Ədəbiyyat
Əhmədov, S. Nəsibə Zeynalova /S.Əhmədov //Azərbaycan tarixindən yüz
şəxsiyyət.- Bakı, 2006.- S.256-257.
Xəlilzadə, F. Azərbaycan teatrının parlaq ulduzu: [Nəsibə Zeynalova-90]
/F.Xəlilzadə //Azərbaycan.- 2007.- 20 aprel.- S. 7.
İbrahimova, A.Tamaşaçını zorla güldürmək mümkün deyil və yaxud sözün əsl
mənasında güldürən sənətkar: [Nəsibə Zeynalova haq.] /A.İbrahimova //Hərbi and.-
2007.- 21 aprel.- S.15.
Qurbanlı, R. Bir ulduz axıb söndü: və ya Nəsibə Zeynalovanın gerçəkləşməyən
arzusu /R.Qurbanlı //Yaddaş.- 2007.- 26 aprel.- S. 11.
Rəhimli, İ. Nəsibə Zeynalova /İ.Rəhimli //Azərbaycan teatr tarixi.- Bakı, 2005.-
S.669-673.
İnternetdə
www.anl.az
www.az.wikipedia.org
Səmayə Quliyeva
134
Hüseyn Əlirza oğlu Əliyev
1911-ci il aprel ayının 22-də Sis-
yan rayonunun Comərdli kəndin-
də anadan olmuşdur.
1923-cü ildə ailəsi ilə birlikdə
Naxçıvana köçən Hüseyn Əliyev
taleyin hökmü ilə görkəmli rəs-
sam Bəhruz Kəngərli ilə qonşuluqda yaşamış, elə bu
sənətin incəliklərini də məşhur rəssamdan öyrənmiş-
dir. Orta məktəbdə oxuyarkən fitri istedadı müəllim-
lərinin diqqətindən yayınmamışdı. 1927-ci ildə Rəs-
samlıq Texnikumuna göndərilən Hüseyn Əliyev peşə-
kar rəssam kimi fəaliyyətinə də məhz bu dövrdən baş-
lamış və imzası məşhur “Molla Nəsrəddin” jurnalında
nüfuzlu rəssamların imzası ilə bir sırada yer almışdır.
Dərgidə Hüseyn Əliyevin 8 karikaturası çap olun-
muşdu. 1932-1935-ci illərdə rəssamlığa olan həvəs və
tükənməz sevgisi onu Leninqrad Rəssamlıq Aka-
demiyasının nəzdindəki instituta aparmış, orada təh-
silini başa vurub Bakıya qayıtmışdı. Repressiya qur-
banlarından tutmuş, sadə kənd zəhmətkeşlərinə qədər
hər kəsin əziyyətini kətan və kağız üzərində əbədiləş-
dirməyə çalışmışdı.
İndi onun əsərləri ölkəmizin hüdudlarından çox -
çox uzaqlarda, dünyanın müxtəlif ölkələrində sər-
gilənir.
Hüseyn Əliyev əlinə fırça alan gündən istedadını,
duyğu və düşüncələrini yalnız bu istiqamətlərə -
millətinin estetik zövqünün düzgün formalaşmasına,
soydaşlarını Vətənə, təbiətə məhəbbətə, fədakarlığa
çağırışa yönəldib. Hüseyn
Əliyev Leninqrad Rəngkar-
lıq, Heykəltəraşlıq və Me-
marlıq İnstitutunu bitirdiyi
il-dən (1935) təqaüdə çıxa-
nadək “Kommunist” qəze-
tində rəssam işləmişdir.
1940-1945-ci illərdə Azər-
baycan Dövlət Rəssamlıq
Məktəbində dərs demişdir.
Əlbəttə, qəzetçiliyin gün-
dəlik qayğıları, operativlik
bir rəssam kimi vaxtını çox
alsa da, o, öz istedadı və
zəhməti sayəsində sənət
imtahanından həmişə şərəf-
lə çıxmışdır. 1939-cu ildə
M.F.Axundovun portretini
yaratmaq üçün elan edilmiş
respublika müsabiqəsinə
Hüseyn Əliyevin təqdim
olunan əsəri mükafata layiq
görülmüşdü. Dövrün, za-
manın tələbləri ilə bağlı
çəkdiyi onlarca plakatı icti-
mai-siyasi məzmununa, sa-
dəliyinə və eyni zamanda
orijinal həllinə görə fərq-
lənmişdir. Hələ o illərdə
azərbaycanlı rəssamın yara-
Aprel
100 illiyi
Hüseyn Əliyev
1911-1991
R əssam
22
Dostları ilə paylaş: |