129
pyesə, o cümlədən “Şeyx Sənan”, “Qatır Məmməd”,
“Almaz”, “Bəxtsiz cavan”, “Solğun çiçəklər”, “Na-
mus” dramlarına musiqi yazmış, çoxlu mahnılar bəs-
tələmişdir.
O, geniş yayılmış bir sıra uşaq nəğmələrinin müəl-
lifi kimi də şöhrət qazanmışdır. “Uşaq və buz”, “Məs-
tan pişik”, “Qaranquşla söhbət”, “Yürüş mahnısı”,
“Salam doğma məktəb”, “İdmançılar mahnısı” və baş-
qaları uşaqlar arasında daha çox yayılmışdır. Xüsusilə
“Cücələrim” mahnısı bəstəkara böyük şöhrət gətirmiş-
dir. Otuza yaxın dildə oxunan “Cücələrim” aydın,
yaddaqalan melodiyasına, musiqisinin koloritinə görə
dünya uşaqlarının sevimli mahnılarındandır.
Bəstəkarın “İlk məhəbbət”, “Ay işığında”, “Tel na-
zik”, “Tellər oynadı”, “Çeşmə başında”, “Düşər yadı-
ma”, “Gecələr uzanaydı”, “Dolanım başına” və digər
mahnıları xalq tərəfindən sevə-sevə dinlənilir.
Q.Hüseynli öz qələmini
mürəkkəb janr olan operada
sınamış, şair Mirmehdi
Seyidzadənin librettosu əsa-
sında üç pərdəli “Qızıl quş”
əsərini bəstələmişdir.
Bəstəkar 1961-ci ildə
Azərbaycanın Əməkdar in-
cəsənət xadimi fəxri adına
layiq görülmüş, “Şərəf ni-
şanı” ordeni ilə təltif edil-
mişdir.
Qəmbər Hüseynli 1961-
ci il avqust ayının 1-də, 45
yaşında vəfat etmişdir.
Ədəbiyyat
Hüseynli, B. Bəstəkar Qəmbər Hüseynli /B.Hüseynli, V.Xəlilov.- Bakı: Gənclik,
1997.- 99 s.
Hüseynli Qəmbər //Azərbaycan Sovet Ensiklopediyası: 10 cilddə.- Bakı, 1987.-
C.10.- S.284.
Zöhrabov, R. Nəğmələrdə yaşayan ömür /R.Zöhrabov //Bəstəkarlarımız haqqında
söz.- Bakı, 1995.- Kitab 1.- S.44-47.
İnternetdə
www.wikipedia.org
Səmayə Quliyeva
130
Hazırda dünyanın 102
ölkəsində 47 ildir ki, apre-
lin 17-si Ümumdünya He-
mofiliya Günü kimi qeyd
olunur. Təbabətdə bu xəs-
təliyə kral xəstəliyi deyir-
lər. Belə ki, Fransada kral Lüdoviklər nəslində əsasən
oğlan uşaqları bu xəstəlikdən əziyyət çəkirdi. Bu gün
isə qan çatışmazlığı dünyada bir problem kimi yaşa-
nan hemofiliya xəstəliyinin yaranmasına səbəb olmuş-
dur. İrsi qan xəstəliyi olan hemofiliya dünyanın bir
çox ölkələrində əsasən Asiya və Afrika qitəsində,
Aralıq dənizi hövzəsində daha çox yayılmışdır. Xəstə-
liyin əsas səbəbləri kimi mütəxəssislər yaxın qohum-
ların nigahı, radiasiyalı ətraf mühit, qida və tütün mə-
mulatlarının təsirini göstərirlər. İndi dünyada 400 min
hemofiliyalı xəstə var. Azərbaycanda Səhiyyə Nazirli-
yinin qeydiyyatında minə qədər talassemiyalı və he-
mofiliyalı irsi qan xəstəsi var, əhalinin hər 12 nəfərin-
dən biri talassemiyanın əlamətlərini özündə daşıyır.
Hər il talassemiya xəstəsi olan təqribən 200 uşaq dün-
yaya gəlir, bu kiçik bir ölkə üçün böyük göstəricidir.
2005-ci ildə Prezident İlham Əliyev tərəfindən “He-
mofiliya və talassemiyalı irsi qan xəstəliyinə düçar ol-
muş şəxslərə dövlət qayğısı” haqqında fərman imza-
lanmışdır. Bununla əlaqədar 2006-cı ilin yanvarında
isə Nazirlər Kabineti Səhiyyə Nazirliyinin hazırladığı
“Hemofiliyalı və talassemiya irsi qan xəstəlikləri üzrə
Dövlət Proqramı”nı təsdiq etmişdir. Məqsəd ictimaiy-
yətin diqqətini hemofiliyalı xəstələrin problemlərinə
cəlb etmək və onların həyat tərzlərinin yaxşılaşdırıl-
masına və ömürlərinin uza-
dılmasına dəstək olmaqdır.
Proqramda hemofiliya və
talassemiyanın fəsadların-
dan əmələ gələn əlilliyin və
ölüm hallarının azaldılması,
bu fəsadların profilaktikası-
nın təşkili və belə xəstə
uşaqların doğulmasının qar-
şısının alınması sisteminin
yaradılması əsas yer almış-
dır. Nəzərdə tutulan digər
tədbirlər hemofiliya və ta-
lassemiyalı xəstələrə göstə-
rilən tibbi xidmət strukturu-
nun təkmilləşdirilməsi, bu
xəstəliyə düçar olan şəxslə-
rin qeydiyyatının aparılma-
sı, xəstələrin müalicəsi və
profilaktikası üzrə tibb mü-
təxəssislərinin hazırlanma-
sı, onların ixtisaslarının ar-
tırılmasıdır. Dövlət proq-
ramı çərçivəsində xəstələrin
dərman preparatları ilə pul-
suz təmin olunması nəzərdə
tutulmuşdur. H.Əliyev Fon-
du, fondun prezidenti,
YUNESKO və İSESKO-
nun xoşməramlı səfiri, mil-
lət vəkili Mehriban Əliye-
Aprel
Ümumdünya Hemofiliya Günü
1964
17
131
vanın talassemiyalı uşaqlara diqqət və qayğısı isə hə-
min insanlar üçün böyük mənəvi dəstəyə çevrilmişdir.
Fond 2005-ci ildən “Talassemiyasız həyat naminə”
layihəsi çərçivəsində bir sıra mühüm işlər görüb və
görməkdədir. Talassemiyalı xəstələr üçün Fond tərə-
findən paytaxtda 5 mərtəbəli Talassemiya Mərkəzi ti-
kilmişdir. İl boyu bu məq-
sədlə keçirilən müxtəlif
xeyriyyəçilik aksiyaları əsl
xeyirxahlıq nümunəsidir.
Ədəbiyyat
Hemofiliya və talassemiya irsi qan xəstəlikləri haqqında sənədlər toplusu:
Azərbaycan Respublikasının Qanunu.- Bakı, 2006.- 16 s.
Qədimova, E. Azərbaycanda hemofiliyalı xəstələrin müayinəsi və müalicəsi
yüksək səviyədə aparılır: 17 aprel Dünya Hemofiliya günüdür /E.Qədimova //Xalq
qəzeti.- 2008.- 16 aprel.- S.5.
İnternetdə
www.az.apa.az
www.aztrend.az
www.bizimyol.az
www.olaylar.az
Adilə Abdullayeva