Microsoft Word 2017-ci№ doc


Filologiya məsələləri, 2017



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə18/147
tarix20.09.2017
ölçüsü5,05 Kb.
#873
1   ...   14   15   16   17   18   19   20   21   ...   147

Filologiya məsələləri, 2017 
 49
hissələrini bölmədən, ədatların adı altında ümumi şəkildə tədqiq edir, hər bir 
ədatdan bəhs edərkən onun funksiyası əsasında müxtəlif rollardan danışır. 
Tədqiqatçılar yazırlar ki, “Muğnil-ləbib”  əsəri bizdən  əvvəlki dilçilər 
üçün daha anlaqlı olmuşdur. Ona görə ki, bizdən əvvəlki dilçilər bizdən daha 
hafizəli, daha məlumatlı, adi bir müddəanın göstərilməsi ilə onun hansı 
dilçiyə  mənsub olmasını heç bir məxəzə müraciət etmədən təyin etməyə 
qadir alimlər olmuşlar. 
Tədqiqatçılar öz müddəalarını bir növ qüvvətləndirmək üçün yazırlar 
ki, “Muğnil-ləbib”  əsərinin heç bir nüsxəsi ancaq onun mətnindən ibarət 
olmayıb, əsasən əsər yazılmış haşiyələrdən hesab olunur. Əl-Əmir haşiyəsi, 
ya da əd-Dəsuqinin haşiyəsi ilə birlikdə köçürülmüşdür. Bu haşiyələrdə 
Quran qiraət üsullarından tutmuş, kiçik qrammatik məsələlər barədə verilən 
izahatlar olmadan “Muğnil-ləbib”  əsərini başa düşmək çətindir (4, 9). 
Demək lazımdır ki, “Muğnil-ləbib”  əsərində bu və ya digər bir fikri təsbit 
etmək üçün gətirilmiş  şəvahidlər təsəvvür edilməz dərəcədə çoxdur. Təkcə 
onu demək kifayətdir ki, əsərdə 1425 Quran ayəsi, 78 hədis, 50 atalar məsəli 
işlədilmiş, 352 şair və dilçinin adı çəkilmiş və onlara istinad edilmiş və 107 
dilçilik əsərindən iqtibas gətirilmişdir (4, 920-994) (Bu əsərlərin müəllifləri 
Bəsrə, Kufə, Bağdad, Şam, Yəmən, Məğrib və Əndəlus dilçilik mərkəzlərinə 
mənsub olan dilçilərdir. Heç şübhə yoxdur ki, bütün bunlar İbn Hişamın 
geniş erudisiyasına, müxtəlif elmləri dərindən bilməsinə və hər şeydən əvvəl 
zəhmətkeşliyinə dəlalət edir). 
İbn Hişam əl-Ənsari “Muğnil-ləbib” kitabında köməkçi nitq hissələrini 
araşdırmaq üçün ona qədər  ərəb dilçiliyində rast gəlinməyən bir üsul 
seçmişdir. O, ümumiyyətlə başlıqlardan imtina etmiş, başqa kitablarda 
olduğu kimi, “Nida fəsli”, “Cərr fəsli” (6, 32-36) kimi ünvanlardan imtina 
etmiş, “Huruful-cərr”, “Huruful-qasəm” kimi ibarələri də başlıq kimi 
işlətməmiş  və onları sadəcə olaraq bir yerə toplayıb,  əlifba sırası ilə 
düzmüşdür. Məsələn, onun درفملا  ملالا (yalnız ləm) başlığı altında öyrəndiyi 
köməkçi nitq hissəsinin  ədatmı, bağlayıcımı, ön qoşmasımı  və ya modal 
hissəcikmi olduğunu  əvvəlcədən demək çətindir. Müəllif bu nitq hissəsini 
araşdırarkən onun neçə cür işlədildiyini izah edir. Onun izahından başa 
düşmək olur ki, bu nitq hissəsi müştərək nitq hissəsidir və o, həm ön 
qoşması, həm bağlayıcı, həm qüvvətləndirici modal söz, həm də təsirsiz bir 
əlavə ünsür kimi işlədilə bilər.  İbn Hişamın “Qavaidul-irab”, “Qatrun-nədə 
və  bəllus-sadə” və  “Şüzuruz-zəhəb” kitablarını oxuyub başa vurmuş,  ərəb 
qrammatikasına yaxşı bələd olub, onu bilən alimlər üçün yazıldığını nəzərə 
alsaq, onu əlinə alan bir kəsin bu köməkçi nitq hissəsinin nə olduğunu 
əvvəlcədən bilməli olduğunu deyərik. İbn Hişam bu əsərində bu və ya digər 
köməkçi nitq hissəsi barədə  də söyləmiş  və müxtəlif  şəkildə, pərakəndə 
şəkildə mövcud olan müddəaları bir yerə toplamış, müxtəlif alimlərin bu 


Filologiya məsələləri, 2017 
 50
barədə dediklərini saf-çürük eləmiş, ya birinə, ya o birinə üstünlük vermiş
ya da heç birini bəyənməyərək, onların fikirlərini rədd etmiş, öz 
mülahizələrini irəli sürmüş  və bu mülahizəni çoxsaylı misallarla təsbit 
etmişdir. İbn Hişam çox vaxt, ümumiyyətlə terminlərdən istifadə etmir. Mə-
sələn,  فيك “keyfə”-dən danışarkən yazır ki, o, iki cür işlədilir ( ىلع  لمعتست
نيھجو): şərt üçün سلجأ سلجت فيك (Necə otursan, elə də oturaram) və sual üçün 
(4, 270-271). Bundan sonra bu fikir barədə digər dilçilərin dediklərini 
əsaslandırır, müəyyən bir nəticə  çıxarır və onun təsbit edir. “Keyfə”dən 
danışarkən o, Qutruba, Sibəveyhiyə müraciət edir. فيك (keyfə) və  اذإ (izə) 
ədatları arasında müqayisə aparır. Lakin İbn Hişam “keyfə”nin köməkçi nitq 
hissəsi kimi ədatamı, əvəzliyəmi, sual əvəzliyinəmi aid olduğunu qeyd etmir. 
Elə bil ki, köməkçi nitq hissələrinin təsnifat məsələsi  İbn Hişamı 
ümumiyyətlə maraqlandırmır. 
Bununla belə, İbn Hişam çox vaxt hərf və ədavat terminlərdən istifadə 
edir və  bəzən onları sinonim kimi işlədir.  Əksər halda hərf istilahını  İbn 
Hişam ön qoşması  mənasında işlətsə  də, bu istilah altında  ədatlar da 
öyrənilir. Məsələn, دق “qad” ədatından danışarkən o, bunun həm isim, həm də 
ədat kimi işlənməsindən danışır və bir ədat kimi onun beş mənasını göstərir. 
Bunlar güman, keçmiş zamanın danışıq momentinə yaxınlaşdırılması (təqib), 
“təqlil”, “təhdid”, “təksir”dir. İbn Hişam “qad” ədatının bu beş mənasını əl-
Əxfar, İbn Asfur, əz-Zəməxşəri kimi dilçilərin əsərlərindən cəm etmişdir (4, 
228-230). 
Ümumiyyətlə, demək lazımdır ki, ərəb dilçiliyində köməkçi nitq 
hissələrinin təsnifatı köməkçi nitq hissələrinin özünün təsnifatı kimi 
mürəkkəb bir məsələdir. XI əsrdən etibarən ərəb dilçiləri Sibəveyhidən gələn 
üçlük təsnifata qarşı  çıxmış, dördlük və yeddilik təsnifat irəli sürmüş, ön 
qoşmaları  ədatlardan ayıraraq sonuncuları elə  ədat altında öyrənməyi təklif 
etmişlər (6, 155-158). Lakin köməkçi nitq hissələrinin bir qismini ayırıb ədat 
və ya ədavat altında öyrənmək təklifi  ərəb dilində olan çaşbaşlığı aradan 
qaldıra bilməz. Çünki ənənəvi dilçilikdə kufəlilər tərəfindən işlədilən  ədat 
(ədavat) istilahı bəsrəlilərin işlətdikləri hərf (hüruf) istilahının sinonimi kimi 
dilçilikdə artıq möhkəmlənmişdir. Bunu müasir ərəb dilçisi Abbas Həsən də 
təsdiqləyir. O yazır: 
فورحلا نومسي ةاحنلا
:

طبرلا تاودا
 :"
تاذ ىلع لدت نا اما ةملكلا نلا
 :
 ىلع لدت نا اماو
 درجم ىنعم
)
يا
 :
ثدح
 (
اھنم درجملا ىنعملاو تاذلا نيب طبرت نا اماو
 .
 تاذلا ىلع لدي مسلإاف
ىمسي عون ،ناعون طبرلا فورحو طبارلا وھو فورحلاو اھنم درجملا ىنعملا ىلع لدي لعفلاو
 :
نعم ديفي هنلأ ،ىنعملا فورح
رركموا دئاز وھ امناو ،يناعملل سيل عونو ،هعم هيلجم اديدج ى
......
 
فورحلا ةيمست ىلع رصتقي نييفوكلا رثكاو
" :
تاودا
."
 
“Qrammatiklər köməkçi nitq hissələrini əlaqə - birləşdirmə ədatları ad-
landırmışlar, çünki söz ya müəyyən mahiyyəti, ya da mücərrəd mənanı 
göstərir, ya da mahiyyətlə mücərrəd mənanı  əlaqələndirir. Rabitə  (əlaqə) 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə