Microsoft Word 2017-ci№ doc


Filologiya məsələləri, 2017



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə71/147
tarix20.09.2017
ölçüsü5,05 Kb.
#873
1   ...   67   68   69   70   71   72   73   74   ...   147

Filologiya məsələləri, 2017 
 190
tərcüməçisini Hindistana yollamış və həmin şəxs iki il orada kitabı oxuyaraq 
beyninə həkk etmiş və vətəninə gətirmişdir. 
Azərbaycan da orta əsrlərdən bu sahədə çox iş görmüşdür, çünki 
dilimiz vaxtilə Yaxın Şərqdə ünsiyyət dili olmuşdur. Rus istilasından sonra 
Azərbaycanda tərcümə  işi sürətlə inkişaf etmiş, böyük tərcüməçilər ordusu 
yaranmışdır.  Ən yaxşı  şair, yazıçı  və  ədiblərimiz tərcümə ilə  məşğul 
olmuşdur. Onlar həm elmi, həm də  bədii  ədəbiyyatın tərcüməsilə  məşğul 
olmuşlarŞ çünki bədii tərcümə dünya milli mədəniyyətinin mütərəqqi inkişaf 
mərəhələsinə yaxından təsir göstərən, onun ayrılmaz və inkaredilməz zəruri 
şaxələrindən biridir. Bədii tərcümə dövrdən asılı olmayaraq, bu fikri tam 
yerinə düşür. O haqlı olaraq qeyd edir ki, Vətənimizin tarixi təcrübəsi 
xüsusilə aydın göstərir ki, həm mədəniyyətin inkişafı, həm də bütövlükdə 
milli münasibətlərin daha da yaxşılaşması, genişlənməsi və  təkmilləşməsi 
üçün xüsusi emosional təsir gücünə malik ən səmərəli vasitələrdən biri bədii 
ədəbiyyatların qarşılıqlı əlaqələri və həmin  əlaqələrin  ən çox yaşadan, təsir 
göstərən sahəsi bədii tərcümədir. 
Bədii tərcümə üçünsə xüsusi ustalıq və məharət gərəkdir. Bu barədə 
böyük alman şairi H.Heyne öz fikrini belə ifadə etmişdir: “Orijinalın hərfini, 
hətta dəqiq fikrini, qrammatikanı öyrənib söz ehtiyatına malik olan hər kəs 
tərcümə edə bilər, lakin əsərin ruhunu tərcümə etmək hər adamın işi 
deyil”.Azərbaycanın  ən görkəmli sənətkarları M.F.Axundov, A.Səhhət, 
C.Cabbarlı, M.Müşfiq,  Ə.Cavad, S.Vurğun, S.Rüstəm, M.Rahim, R.Rza və 
onlarla  ədiblərimiz tərcüməyə öz töhfəsini vermişlər.Tərcümə sahəsində 
uğur  əldə etmək üçünsə, hər hansı bir xarici dili bilmək çox vacibdir. Dil 
bizim hər birimizin həyatında mühüm rol oynayır. Müraciət etdiyimiz 
auditoriyanın dilində danışmaq, təkcə fərdi intellektual səviyyənin göstəricisi 
deyil, həm də  məqsədə çatmağın  ən asan yoludur.Bəs dil özü həyatımızda 
hansı rolu oynayır? Dilçi alim, fonetist F.Veysəlli özünün “Dil” adlı 
kitabında bunu belə cavablanıdırır: - Dili öyrənirik (ana dili kimi idarə 
olunmayan), öyrədirik (xarici dil kimi-idarəolunan), tədqiq edirik, onların 
təsvirini yaxşılaşdırmaq üçün müxtəlif yollar, modellər və  nəzəriyyələr 
düşünüb tapmaq (nəzəri dilçilik) üçün külli miqdarda vəsait ayrırıq, dildəki 
defektlərin (qüsurları) müalicə edirik (yeni əlifbanın yaranması), səmərəli 
klaviaturaların tərtibi afaziya, paralic, dilöyrənmədəki yayılmaların 
paylaşdırılması, səhvləri öncəgörmə, islahetmə, maşınla tərcümə  və 
ünsiyyətin həyata keçirilməsi və danışığına əsasən şəxsiyyətin tanınması və 
s. bu və ya digər problemləri həll etmək üçün dilləri öyrənməyi qarşımıza 
məqsəd qoyuruq (tətbiqi dilçilik). 
Yuxarıda da qeyd etdiyimiz kimi, tərcümə  təkcə dillərarası deyil, 
həm də mədəniyyətlərarası ünsiyyət vasitəsidir. Odur ki, peşəkar tərcüməçi 
təkcə iki dil üzrə mütəxəssis deyil, həm də bu iki işçi dildə yüksək mədəni 


Filologiya məsələləri, 2017 
 191
səriştəyə malik bir dilçi olmalıdır. O öz mədəniyyətini dərindən bilməklə 
yanaşı, məxəz dil daşıyıcılarının mədəniyyətinin incəliklərinə  də sahib 
olmalıdır. Bu, təbii və məntiqi bir tələbdir, çünki hər bir dil özündə o dildə 
danışıqların mədəniyyətinin elementlərini daşıyır. Başqa sözlə, hər bir 
mədəniyyət, o cümlədən həyat tərzi dildə öz əksini tapır. Ona görə də dilin 
incəliyini bilmək çox vacibdir.Tərcümə ünsiyyət vasitəsi kimi müxtəlif 
dillərdə danışan insanların bir araya gəldiyi vaxtdan meydana çıxmışdır. 
Bütün elmlərin nəzəriyyəsi olduğu kimi, tərcümə nəzəriyyəsi də yaranmışdır 
və o, tərcümə prosesində qarşıya çıxan problemlərin çözülməsi zamanı 
meydana gəlir və formalaşır. Bütün elmlərdə belədir, problem yoxsa, onun 
həlli istiqamətində də heç bir təşəbbüs göstərilmir.Tərcümə işinə əsrlər boyu 
müraciət edilmiş, xalqlar, mədəniyyətlər inkişaf etdikcə, həmin xalqların dili, 
ədəbiyyatı maraq doğurmuşdur. Tarixən belə olmuşdur və olmaqda davam 
edir. Tərcümə işinə böyük mütəffəkkirlər yüksək qiymət vermiş, bu barədə 
maraqlı mülahizələr söyləmişlər. Onlardan biri də alman şairi Y.V.Qöte dil 
öyrənməyin vacibliyini tövsiyyə edir və  əhəmiyyətini belə ifadə edirdi: 
“Alman bütün dilləri öyrənməlidir ki, vətənində (evində) hər hansı bir əcnəbi 
ilə rahatsızlıq keçirməsin, özü isə istənilən yad ölkədə özünü evindəki kimi 
hiss etsin”. Bu fikrin aktuallığı özünü Azərbaycanda keçirilən ovrovijn 
mahnı müsabiqəsinə ev sahibliyi edərkən göstərdi. Beləki,  əhalimizin 
yarıdan çoxu ingilis, rus, digər avropa dillərinə  bələd idi. Bu da rahat 
ünsiyyət qurmaqda böyük rol oynayırdı.Onun ən maraqlı fikirlərindən biri də 
tərcümə barədə olmuşdur. O, bədii tərcümə  işinə  həmişə böyük əhəmiyyət 
vermiş onu xalqlar arasındakı mədəni əlaqələrin yaranmasında və inkişafında 
mühüm vasitələrdən biri saymışdır. Tərcümə sahəsində fransızların çox iş 
gördüyünü bildirmiş və hər hansı bir ölkə barədə ətraflı məlumat almaq üçün 
tərcümənin üç növ rolu barədə yazmışdır. O, özü N.Gəncəvidən, Qurani-
Kərimdən tərcümələr etmişdir.Bədii janrların hər birinin özünəməxsus 
xüsusiyyətləri və ifadə tərzi olduğundan, onların tərcüməsi də bunları hədəf 
mətndə  əks etdirməlidir. Bədii mətnlərin içərisində  ən çətin olanı 
poeziyadır.Məşhur dilçi R.Yakobson vaxtı ilə poeziyanı  hətta 
“tərcüməolunmaz” hesab etmişdir. Bu da onunla izah olunur ki, hər bir dilin 
şerinə fərqli struktur, qafiyə, ritm və s. poetik elementlər xasdır. Şeri tərcümə 
edərkən eyni məzmunu hədəf dildə ifadə etməkdən ötrü eyni, yaxud oxşar 
poetik elementləri tapmaq çox çətin və ya qeyri-mümkündür.Bu fikir 
olduqca yerində  və doğru səslənmişdir, çünki, vaxtilə Azərbaycan dilini 
öyrənən, tədqiq edən avropa tədqiqatçıları qadının gözlərini ulduza
yanaqlarını almaya, dodaqlarını laləyə  bənzədən  şeirlərdən heyrətə düşmüş 
və bunu öz xalqlarına necə çatdırmaq yolunu aramışlar. 
Alman  şairi Y.V. Qöte “Qərb-Şərq Divanı”nı yazdıqdan sonra 
oxuculara belə müraciət etmişdir:“Hər şeyin öz zamanı var! Elə anlar var ki, 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə