Filologiya məsələləri, 2017
190
tərcüməçisini Hindistana yollamış və həmin şəxs iki il orada kitabı oxuyaraq
beyninə həkk etmiş və vətəninə gətirmişdir.
Azərbaycan da orta əsrlərdən bu sahədə çox iş görmüşdür, çünki
dilimiz vaxtilə Yaxın Şərqdə ünsiyyət dili olmuşdur. Rus istilasından sonra
Azərbaycanda tərcümə işi sürətlə inkişaf etmiş, böyük tərcüməçilər ordusu
yaranmışdır. Ən yaxşı şair, yazıçı və ədiblərimiz tərcümə ilə məşğul
olmuşdur. Onlar həm elmi, həm də bədii ədəbiyyatın tərcüməsilə məşğul
olmuşlarŞ çünki bədii tərcümə dünya milli mədəniyyətinin mütərəqqi inkişaf
mərəhələsinə yaxından təsir göstərən, onun ayrılmaz və inkaredilməz zəruri
şaxələrindən biridir. Bədii tərcümə dövrdən asılı olmayaraq, bu fikri tam
yerinə düşür. O haqlı olaraq qeyd edir ki, Vətənimizin tarixi təcrübəsi
xüsusilə aydın göstərir ki, həm mədəniyyətin inkişafı, həm də bütövlükdə
milli münasibətlərin daha da yaxşılaşması, genişlənməsi və təkmilləşməsi
üçün xüsusi emosional təsir gücünə malik ən səmərəli vasitələrdən biri bədii
ədəbiyyatların qarşılıqlı əlaqələri və həmin əlaqələrin ən çox yaşadan, təsir
göstərən sahəsi bədii tərcümədir.
Bədii tərcümə üçünsə xüsusi ustalıq və məharət gərəkdir. Bu barədə
böyük alman şairi H.Heyne öz fikrini belə ifadə etmişdir: “Orijinalın hərfini,
hətta dəqiq fikrini, qrammatikanı öyrənib söz ehtiyatına malik olan hər kəs
tərcümə edə bilər, lakin əsərin ruhunu tərcümə etmək hər adamın işi
deyil”.Azərbaycanın ən görkəmli sənətkarları M.F.Axundov, A.Səhhət,
C.Cabbarlı, M.Müşfiq, Ə.Cavad, S.Vurğun, S.Rüstəm, M.Rahim, R.Rza və
onlarla ədiblərimiz tərcüməyə öz töhfəsini vermişlər.Tərcümə sahəsində
uğur əldə etmək üçünsə, hər hansı bir xarici dili bilmək çox vacibdir. Dil
bizim hər birimizin həyatında mühüm rol oynayır. Müraciət etdiyimiz
auditoriyanın dilində danışmaq, təkcə fərdi intellektual səviyyənin göstəricisi
deyil, həm də məqsədə çatmağın ən asan yoludur.Bəs dil özü həyatımızda
hansı rolu oynayır? Dilçi alim, fonetist F.Veysəlli özünün “Dil” adlı
kitabında bunu belə cavablanıdırır: - Dili öyrənirik (ana dili kimi idarə
olunmayan), öyrədirik (xarici dil kimi-idarəolunan), tədqiq edirik, onların
təsvirini yaxşılaşdırmaq üçün müxtəlif yollar, modellər və nəzəriyyələr
düşünüb tapmaq (nəzəri dilçilik) üçün külli miqdarda vəsait ayrırıq, dildəki
defektlərin (qüsurları) müalicə edirik (yeni əlifbanın yaranması), səmərəli
klaviaturaların tərtibi afaziya, paralic, dilöyrənmədəki yayılmaların
paylaşdırılması, səhvləri öncəgörmə, islahetmə, maşınla tərcümə və
ünsiyyətin həyata keçirilməsi və danışığına əsasən şəxsiyyətin tanınması və
s. bu və ya digər problemləri həll etmək üçün dilləri öyrənməyi qarşımıza
məqsəd qoyuruq (tətbiqi dilçilik).
Yuxarıda da qeyd etdiyimiz kimi, tərcümə təkcə dillərarası deyil,
həm də mədəniyyətlərarası ünsiyyət vasitəsidir. Odur ki, peşəkar tərcüməçi
təkcə iki dil üzrə mütəxəssis deyil, həm də bu iki işçi dildə yüksək mədəni
Filologiya məsələləri, 2017
191
səriştəyə malik bir dilçi olmalıdır. O öz mədəniyyətini dərindən bilməklə
yanaşı, məxəz dil daşıyıcılarının mədəniyyətinin incəliklərinə də sahib
olmalıdır. Bu, təbii və məntiqi bir tələbdir, çünki hər bir dil özündə o dildə
danışıqların mədəniyyətinin elementlərini daşıyır. Başqa sözlə, hər bir
mədəniyyət, o cümlədən həyat tərzi dildə öz əksini tapır. Ona görə də dilin
incəliyini bilmək çox vacibdir.Tərcümə ünsiyyət vasitəsi kimi müxtəlif
dillərdə danışan insanların bir araya gəldiyi vaxtdan meydana çıxmışdır.
Bütün elmlərin nəzəriyyəsi olduğu kimi, tərcümə nəzəriyyəsi də yaranmışdır
və o, tərcümə prosesində qarşıya çıxan problemlərin çözülməsi zamanı
meydana gəlir və formalaşır. Bütün elmlərdə belədir, problem yoxsa, onun
həlli istiqamətində də heç bir təşəbbüs göstərilmir.Tərcümə işinə əsrlər boyu
müraciət edilmiş, xalqlar, mədəniyyətlər inkişaf etdikcə, həmin xalqların dili,
ədəbiyyatı maraq doğurmuşdur. Tarixən belə olmuşdur və olmaqda davam
edir. Tərcümə işinə böyük mütəffəkkirlər yüksək qiymət vermiş, bu barədə
maraqlı mülahizələr söyləmişlər. Onlardan biri də alman şairi Y.V.Qöte dil
öyrənməyin vacibliyini tövsiyyə edir və əhəmiyyətini belə ifadə edirdi:
“Alman bütün dilləri öyrənməlidir ki, vətənində (evində) hər hansı bir əcnəbi
ilə rahatsızlıq keçirməsin, özü isə istənilən yad ölkədə özünü evindəki kimi
hiss etsin”. Bu fikrin aktuallığı özünü Azərbaycanda keçirilən ovrovijn
mahnı müsabiqəsinə ev sahibliyi edərkən göstərdi. Beləki, əhalimizin
yarıdan çoxu ingilis, rus, digər avropa dillərinə bələd idi. Bu da rahat
ünsiyyət qurmaqda böyük rol oynayırdı.Onun ən maraqlı fikirlərindən biri də
tərcümə barədə olmuşdur. O, bədii tərcümə işinə həmişə böyük əhəmiyyət
vermiş onu xalqlar arasındakı mədəni əlaqələrin yaranmasında və inkişafında
mühüm vasitələrdən biri saymışdır. Tərcümə sahəsində fransızların çox iş
gördüyünü bildirmiş və hər hansı bir ölkə barədə ətraflı məlumat almaq üçün
tərcümənin üç növ rolu barədə yazmışdır. O, özü N.Gəncəvidən, Qurani-
Kərimdən tərcümələr etmişdir.Bədii janrların hər birinin özünəməxsus
xüsusiyyətləri və ifadə tərzi olduğundan, onların tərcüməsi də bunları hədəf
mətndə əks etdirməlidir. Bədii mətnlərin içərisində ən çətin olanı
poeziyadır.Məşhur dilçi R.Yakobson vaxtı ilə poeziyanı hətta
“tərcüməolunmaz” hesab etmişdir. Bu da onunla izah olunur ki, hər bir dilin
şerinə fərqli struktur, qafiyə, ritm və s. poetik elementlər xasdır. Şeri tərcümə
edərkən eyni məzmunu hədəf dildə ifadə etməkdən ötrü eyni, yaxud oxşar
poetik elementləri tapmaq çox çətin və ya qeyri-mümkündür.Bu fikir
olduqca yerində və doğru səslənmişdir, çünki, vaxtilə Azərbaycan dilini
öyrənən, tədqiq edən avropa tədqiqatçıları qadının gözlərini ulduza,
yanaqlarını almaya, dodaqlarını laləyə bənzədən şeirlərdən heyrətə düşmüş
və bunu öz xalqlarına necə çatdırmaq yolunu aramışlar.
Alman şairi Y.V. Qöte “Qərb-Şərq Divanı”nı yazdıqdan sonra
oxuculara belə müraciət etmişdir:“Hər şeyin öz zamanı var! Elə anlar var ki,
Dostları ilə paylaş: |