Microsoft Word 2017-ci№ doc


Filologiya məsələləri, 2017



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə73/147
tarix20.09.2017
ölçüsü5,05 Kb.
#873
1   ...   69   70   71   72   73   74   75   76   ...   147

Filologiya məsələləri, 2017 
 195
4.  m. (məcazi) rəzil, şərərfsiz, namərd, çox pis...(3, 50) 
“İngiliscə-Azərbaycanca lüğət”də isim kimi “charge” sözünün 9 
mənası verilmişdir ki, burada da axırıncı  mənanın məcazda da işlədilməsi 
göstərilmişdir: 
Charge n.  
1)  Ödəmə, vermə, qiymət (xidmət və s.):pl. Xərc, məxaric; ~for 
admission-giriş üçün ödəmə; free of ~ pulsuz; extra ~ əlavə xidmətlər üçün 
ödəniş; 
2)  Ittiham, təqsirləndirmə; on a ~ of it- ittihama görə (bir şeydə) 
3)  Məsuliyyət (vəzifəyə); vəzifə, birc; who is in ~ here? Burada başçı 
kimdir?; to take ~ of- nəzarət altına almaq, nəzarətində saxlamaq (nəyisə), 
idarə etmək, baxmaq (nəyəsə); 
4)  Baxım, qayğı, himayə; to be in ~ of – baxmaq, qayğı göstərmək 
(kiməsə); to leave children in smb s ~ uşaqlari kiminsə himayəsi altinda 
qoymaq; to give smb.in charge – kimisə polisə təslim etmək; 
Dildə  məcazın  əsasən, metafor, metonomiya, sinektoxa, alleqoriya, 
epitet və s. kimi növləri fərqləndirilir ki, bunlar da hələlik polemika 
doğurur.Qeyd edək ki, məcazın növləri içərisində  ən geniş yayılanı 
metafordur. Yığcamlıq və ifadəlilik cəhətdən metafor ən qüvvətli vasitədir. 
Metafor  əşya və hadisələr arasında mövcud olan qarşılıqlı  əlaqələrin 
dərkedilməsi təffəkürlə bağlıdır. Bu da onunla əlaqədardır ki, bir çox 
əlamətlərin, məsələn, predmetlər arasında oxşarlıq, bənzəyiş, müqayisə kimi 
əlamətlərin varlığı həmin predmetin adı başqası üçün işlədilir. 
Məsələn, “meymun” heyvan adıdır;  İngilis dilində “ape”, “monkey” 
kimi sözlərlə ifadə olunur. Bu heyvana məxsus başqasını yamsılama, təqlid 
etmə, ağız  əymə,  əzilib-büzülmə  və  s.  kimi  səciyyəvi xüsusiyyətlər onun 
adının metafora çevrilməsinə  zəmin yaradır.“Meymun”  sözün həm 
Azərbaycan dilində, həm də İngilis dilində eyni məfhumu, eyni mənanı ifadə 
edir. Hər iki dildə “meymun” sözündən meymunluq etmək (ape, to act\to 
play the ape) ifadəsi də  işlədilir ki, bu da-“yamsılamaq,” “təqlid etmək”, 
“oyun göstərmək”, “ağzını  əymək” və  s.  kimi  mənaları bildirir. Həmin söz 
və ifadə  Azərbaycan və İngilis dillərində tez-tez işlədilir.Bəzi məcazi sözün 
özünün də məntiqi bir mənası var. Məsələn “lair” İngilis sözünün isim kimi 
əsqas məna kimi “mağara”, “yuva” (vəhşi heyvanların məskunlaşdıqları yer), 
“adamım gizləndiyi, daldalandığı yer”, fel kimi “mağaraya girmək” 
mənalarını bildirir. Məcazi mənada isə “qış yuxusuna girmək” ifadəsi kimi 
işlədilir – yəni çox yatmaq, heç nədən xəbəri olmamaq.Qeyd edək ki, 
“mağara”  dedikdə ilk olaraq ayı yuvası nəzərdə tutulur. Ayı da çox yatanda 
(bütün qış yatır) qış yuxusuna gedib-deyirlər.Metaforun yaranma 
xüsusiyyətləri rəngarəngdir, onlar müxtəlif yollarla əmələ  gəlir. Onlar ilk 
növbədə  bənzəyiş  əlamətləri nəticəsində yaranır.Metaforlar zahiri cəhətdən 


Filologiya məsələləri, 2017 
 196
oxşarlıqla  əlaq\ədae, daxili əlamətlərinə görə oxşarlıq nəticəsində, canlılara 
məxsus hərəkətlər  əşyaların üzərinə keçirilməklə  və s. yollarla əmələ 
glir.Deməli, metafor müxtəlif  əşyalar arasında müqayisə prinsipi əsasında 
yaranır. Yaranan metaforlar mənalı  və ifadəli olur.Dildə  həm ümumişlək, 
həm də üslubi metaforlar vardır. Üslubi metaforlar poetik metaforlar da 
adlanır. 
Dilçilikdə metaforları quruluş etibari ilə sadə və mürəkkəb – deyə iki 
qrupa ayırırlar. Ayrı-ayrı sözlərin məcazlaşması sadə metaforlardır. Bunlar, 
sadəcə olaraq, leksik metaforlardır. Həmin metaforlar müxtəlif qruplardan 
əmələ gəlir ki, bunların da  bir qismi aşağıdakılardan ibarətdir: 
1.Daxili  əlamətlərinə görə yaranan metaforlar. Buraya, əsasən, 
aşağıdakı sözlər daxildir: 
a)  Heyvan adlarını insan üzərində yönəldilən sözlər. Məsələn: 
 
Həqiqi mənasıMəcazi  mənası 
Wolf  (isim)  canavar, qurd  acgöz, qarınqulu; xain, paxıl   
Wolf (fel) yemək   acgözlüklə yemək  
Wolfish canavar, qurd(canavara aid olan)  qəddar, zalım, yırtıcı, vəhşi 
Fox (isim) tülkü      bic, hiyləgər 
Fox (fel) _____hiyləgərlik etmək 
Tiger  pələngdalaşqan, qəddar insan 
Foxy  tülküyə aid olanhiyləgər, bic 
Lion (isim)   şir, aslan1)cəsur; 2) şöhrət, məşhurluq  Lion- 
Çox maraqlı haldır ki, İngilis dilində “donuz” sözünün həm isim, həm 
də fel kimi bir çox mənası vardır ki, bunların da əksəriyyəti məcazda işlədilir. 
Sözün mənalarına fikir verək: 
Pig n. 
1)  Donuz, çoşka, donuz potası, donuz balası;2)Iri çoşka; roast ~ 
qızardılmış çoşka3)D.d. donuz, sırtıq, utanmaz, nacins, nankor, həyasız, 
ədəbaz (adam)Pinti, natəmiz adam4)Amer, əxlaqsız, pozğun qadın 5)Dəmir 
parçası, külçə 6)D.d. xoşagəlməz situasiya; pis vəziyyət 7)Tex. Külçə, qəlib 
8)Sl. Polis...(4, 665) 
Pig II (V)  
1)  Çoşkalanmaq, balalamaq (donuz haq.) 
2)  Donuz kimi çirk içində yaşamaq 
3)  ~ te d.d. daldalanmaq, sığınmaq, sıx və darısqallqda yaşamaq ( 4, 
665) 
“cat” sözü də həmçinin bu cür xüsusiyyətə malikdir: 
Cat (n)  
1) 
Erkək pişik, dişi pişik 
2) 
Pişikkimilər fəsiləsi 


Filologiya məsələləri, 2017 
 197
3)  D.d intriqaçı, aravuruşduran qadın 
           Bill (v) ~ and coo 
1)  Quruldamaq (göyərçin haqqında) 
2)  Şirin-şirin söhbət etmək 
Coo (n) 
1)  Quruldama (göyərçinlərdə) 
2)  Şirin söhbət 
Coo (v)  
1)  Quruldamaq (göyərçin haqqında) 
2)  Şirin-şirin söhbət etmək 
Brood I (n) 
1) 
Anadan ayrılmış balalar (quş, heyvan haqqında) 
 
ƏDƏBİYYAT 
 
1.  Ə. D.əmirçizadə “Azərbaycan dilinin üslubiyyətı”. Bakı, 1962. 
2.  “Azərbaycan dilinin izahlı lüğəti” (3 cildlik) 1ci ciold. Bakı, 1997 
3.  “ İngiliscə- Azərbaycanca lüğət”. Bakı, KM, 2012 
 
S.BABAEVA 
THE WORDS WITH QA FIGURATIVE MEANING IN THE 
AZERBAIJAN LANGUAGE 
 
SUMMARY 
 
The article deals with the words with figurative meaning and its ways 
of expressions are shown here. The words with figuratve meanings appear in 
the multiciphered process and a lot of examples are given in the article. At 
the same time the ways of formation the words with figurative meanings are 
expressed here. The figurative meaning of every word are reflected in this 
article. 
In both English and Azerbaijani language the use of metaphors are 
frequantli observed.Because they are widely used in the English language,in 
press materials and literary works reders encounterwith them.In these 
cases,it is important to comprehend them and some methods must be 
employed to translate these metaphors.Otherwise some misunderstandings 
will occur and language norms will be violated.In the article analyses of 
some metaphors have been presented. 
 
 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə