Microsoft Word arif son variant doc



Yüklə 3,36 Mb.
Pdf görüntüsü
səhifə185/189
tarix16.11.2017
ölçüsü3,36 Mb.
#10560
1   ...   181   182   183   184   185   186   187   188   189

 399

masıdır. Ilk növbədə meşələrin bərpası  və artırılmasının  əsası olan toxum 

tədarükünün və  əkin materialı istehsalının çoxaldılması sahəsində  əsaslı 

nailiyyətlər  əldə edilmişdir. Belə ki, tinglik sahəsinin səpin, böyütmə  və 

kökləndirmə şöbələrində 2006-cı ildə 37,5 mln. ədəd, 2001-2006-cı illər ərzində 

isə cəmi 165,5 mln. ədəd müxtəlif çeşiddə əkin materialı yetişdirilmişdir. 

Yarımsəhra ərazilərdə meşə sahələrinin genişləndirilməsi məqsədi ilə yeni 

Meşəsalma Müəssisələri (Cəngi, Qaradağ, Giləzi, Zərdab və Naxçıvan) yaradıl-

mış, ötən müddət  ərzində  həmin müəssisələr tərəfindən 88 hektardan çox 

ərazidə yeni meşəliklər salınmışdır. 

Tükənməyən enerci mənbələrindən istifadə sahəsində beynəlxalq təcrü-

bənin ölkədə nümayiş etdirilməsi məqsədi ilə respublikanın müxtəlif region-

larda günəş enercisindən istifadə edilməklə bioqraz qurğuları  və Pirallahı 

adasında meteoroloci stansiyada külək və günəş enercisi ilə  işləyən qurğular 

quraşdırılmışdır. Respublika ərazisində aparılan geoloci-kəşfiyyat işləri nəticə-

sində ölkənin  İqtisadi potensialını möhkəmləndirən etibarlı mineral-xammal 

bazası yaradılmışdır. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası MDB 

ölkələri arasında tikinti materiallarına olan tələbatı daxili imkanlar hesabına 

ödəyən qabaqcıl ölkələrdən biridir. Geoloci-kəşfiyyat xidmətinin maddi-texniki 

bazası gücləndirilmiş, müasir cihaz və avadanlıqla təmin edilərək 

modernləşdirilmişdir. 

Təkcə Daşkəsən rayonunda aşkarlanmış Çovdar qızıl yatağının ehtiyatları 

bazasında istismar dövründə 2,0-2,5 mlrd. ABŞ dolları həcmində əmtəə istehsal 

edən dağ-mədən müəssisəsi yaratmaq mümkündür. 

Son bir neçə il ərzində aparılmış geoloci-kəşfiyyat işləri nəticəsində 30-

dan artıq qeyri-filiz və tikinti materialları, 4 yeni qızıl yataqları aşkar edilmiş, 

ölkənin qızılçıxarma sənayesinin baza ehtiyatları 2 dəfədən çox artırılmışdır. 

Azərbaycan geologiyası tarixində ilk dəfə  təcrübi yolla 573,3 qram təbii qızıl 

əldə edilmişdir. 

“Azərbaycan Respublikasında Hidrometeorologiyanın inkişaf proqramı” 

nın icrası  uğurla davam etdirilmiş, dövlət hidrometeoroloci müşahidə  şəbə-

kəsinin modernləşdirilməsi, onun müasir cihaz və avadanlıqlarla təchiz edil-

məsi, informasiya mübadiləsi sisteminin təkmilləşdirilməsi, proqnoz və xəbər-

darlıqların dəqiqliyinin artırılması ilə respublikada əhaliyə, dövlət strukturlarına 

və  İqtisadiyyatın ayrı-ayrı sahələrinə göstərilən hidrometeoroloci xidmətin 

keyfiyyətinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata 

keçirilmişdir. Əvvəllər hava proqnozlarının hazırlanmasında beynəlxalq şəbəkə-

dən alınmış 2 sinoptik xəritədən istifadə edilirdisə, görülmüş  tədbirlər 

nəticəsində 3 şəbəkədən (Avropa, Türkiyə  və Rusiya) alınmış 52 xəritə 

vasitəsilə verilən proqnozların dəqiqliyi xeyli artırılmışdır. 

Ətraf mühitin komponentləri olan hava, torpaq, suyun keyfiyyətinin daim 

nəzarətdə saxlanılması  məqsədi ilə  ətraf mühit üzrə monitorinq sistemi 

təkmilləşdirilmiş,  ətraf mühitin çirklənmə  vəziyyətinə dair dəqiq məlumatlar 

alınması  məqsədi ilə 6 analitik tədqiqat laboratoriyasının fəaliyyəti yendən 




 400

təşkil edilmiş, müasir tələblərə cavab verən cihaz və avadanlıqlarla təchiz 

edilmiş, nəticədə  əvvəllər primitiv üsulla-əl ilə görülən analitik tədqiqat işləri 

avtomatlaşdırılaraq müasir tələblər səviyyəsinə çatdırılmışdır. Bundan əlavə, 

əvvəllər laboratoriyalarda mövcud olan analitik cihazlar havada, suda və 

torpaqda mövcud olan yalnız 30 çirkləndiricinin təyin edilməsinə imkan 

verirdisə, ABŞ istehsalı olan və avtomatik sistemdə  işləyən Xromotomas-

spektrometr cihazının laboratoriyalarda quraşdırılması havada, suda, torpaqda 3 

mindən artıq üzvi çirkləndiricini təyin etmək imkanı yaratmışdır. 

Ətraf mühitin idarə olunmasında beynəlxalq təcrübənin öyrənilməsi və 

tətbiqi sahəsində beynəlxalq  əməkdaşlıq uğurla davam etdirilir. Azərbaycan 

Respublikası hazırda 20-yə yaxın Beynəlxalq Ekoloji Konvensiyanın və bir çox 

Beynəlxalq Ekoloji Təşkilatların tamhüquqlu üzvüdür. BMT-nin Ətraf Mühit

Inkişaf və  Ərzaq proqramları, Sənaye  İnkişaf Təşkilatı, Qlobal Ekologiya 

Fondu, Dünya Bankı, Avropa İttifaqının TASIS Proqramı və YUNESKO kimi 

dünyanın aparıcı beynəlxalq təşkilarları ilə sıx əlaqələr qurulmuş, bir sıra region 

ölkələri və inkişaf etmiş dövlətlərlə (Gürcüstan, İran, Türkiyə, Kanada, 

Almaniya, Danimarka, Moldova və s.) ikitərəfli  əməkdaşlıq sazişləri 

imzalanmış  və bu əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində 

fəaliyyət uğurla davam etdirilir. 

Son illər respublikamızda ekoloji preoblemlərin həlli sahəsində çoxlu işlər 

görülsə  də uzun illərdən bəri yığılıb qalmış  məsələlərin həlli külli miqdarda 

maliyyə    vəsaiti, texniki imkanlar və vaxt tələb edir. Ölkə  İqtisadiyyatının 

sürətli inkişafı, dövlət büdcəsinin imkanlarının artması  və ölkə  Rəhbərinin 

qayğısı bu problemlərin həllinə imkan yaradır. 3 iyul 2006-cı il tarixdə 

Azərbaycan Respublikası Prezidenti cənab  İlham  Əliyevin yanında keçirilmiş 

müşavirənin yekunları  əsasında hazırlanaraq Dövlət Başçısının 28 sentyabr 

2006-cı il tarixli Sərəncamı ilə  təsdiq olunmuş “Azərbaycan Respublikasında 

ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks 

Tədbirlər Planı” problemlərin həlli istiqamətində mühüm addımdır. 

Kompleks Tədbirlər Planının  əsas istiqamətləri Bakı, Bibi-Heybət zona-

sında, Heydər Əliyev adına Beynəlxalq Hava Limanı ətrafında, Abşeron yarım-

adasında, Azərbaycan Respublikasının digər  ərazilərində, o cümlədən 

Sumqayıt, Naxçıvan, Gəncə,  Əli-Bayramlı, Mingəçevir və digər  şəhərlərdə 

ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə konkret işlərin görülməsindən, habelə 

ümumi ekoloji problemlərin həllinə yönəlmiş tədbirlərin yerinə yetirilməsindən 

və qanunvericiliyin təkmilləşdirilməsindən ibarətdir. 

Davamlı ekoloji inkişafın təmin edilməsinin  əsas  İqtisadi metodlarından 

biri də ekoloji auditdir. “Ətraf mühitin mühafizəsi haqqında“ Azərbaycan 

Respublikasının Qanununa uyğun olaraq ətraf mühitin mühafizəsini səmərəli 

təşkil etmək,  təbii ehtiyatlardan səmərəli istifadə etmək, bu sahədə  səmərəli 

İqtisadi-maliyyə  nəzarəti yaratmaq, ətraf mühitə vurulan zərərin qiymətlən-

dirilməsini müəyyən etmək məqsədilə ekoloji auditin vurulması  zəruri 

sayılmışdır. Ölkə qanunvericiliyinə görə, ekoloji audit dedikdə, “... təbii 




Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə