Microsoft Word arif son variant doc



Yüklə 3,36 Mb.
Pdf görüntüsü
səhifə183/189
tarix16.11.2017
ölçüsü3,36 Mb.
#10560
1   ...   179   180   181   182   183   184   185   186   ...   189

 395

metodlardan istifadə zamanı makroİqtisadi səviyyədə dövlətin həyata keçirdiyi 

İqtisadi siyasətin konseptual əsasları da mühüm əhəmiyyət kəsb edir. Bazar 

İqtisadiyyatına keçidin indiki mərhələsində güzəştli kreditlərin və güzəştli vergi 

sisteminin, çirklənməyə görə  cərimələrin sistemli şəklə salınaraq tətbiq edil-

məsi, şübhəsiz ki, ilk növbədə təbiəti mühafizə orqanlarının borcudur.  

Respublikamızın bazar İqtisadiyyatına qədəm qoyması ekoloji tarazlığın 

qorunması sahəsində  də bir sırı  tədbirlərin həyata keçirilməsinə imkan verir. 

Beynəlxalq təcrübə göstərir ki, sözügedən sahədə  İqtisadi maraqlandırma 

tədbirlərinin həyata keçirilməsi müsbət nəticələrə  gətirib çıxarır. Bazar 

İqtisadiyyatlı ölkələrin  əksəriyyətində bu sahə daim diqqət mərkəzində 

saxlanılır. Bura əsasən çirklənmədən dəyən sosial-İqtisadi zərərin 

qiymtləndirilməsi və istehsalın təşkilində ekoloji məsələlərə fikir verilməsi 

daxildir.  

Ekoloji tarazlığın pozulduğu  əksər ölkələrdə  ətraf mühitin mühafizəsinə 

xidmət edən dövlət sistemi fəaliyyət göstərir. Həmin sistemə  aşağıdakılar 

aiddir: 

- ətraf mühitin mühafizəsinə dair dövlət tədbirlərinin  həyata keçirilməsi; 

-  ətraf mühitin mühafizəsi sahəsində özəl sektorun fəaliyyətinin dövlət 

tərəfindən stimullaşdırılması (birbaşa və ya dolayı maliyyə yardımları, güzəştli 

vergi, kredit və s.); 

- normativ tənzimləmə və cərimə sanksiyalarının tətbiqi (ekoloji eksperti-

za, ekoloji normativ və məhdudiyyətlər, çirklənməyə görə ödənişlər və s.); 

  - ekoloji layihə və ideyaların maliyyələşdirilməsi. 

Inkişaf etmiş bazar İqtisadiyyatlı ölkələrdə ekoloji tarazlığın qorunma-

sının aşağıdakı prinsipləri  əsas götürülür: ekoloji təhlükəsizliyin üstünlüyü 

prinsipi; ekoloji təhlükəsizliyin təmin olunmasında  əhalinin kütləvi iştirakının 

vacibliyi;istehsal texnologiyalarının və avadanlıqlarının ekoloji cəhətdən  əlve-

rişli səviyyədə olması; ekoloji baxımdan  əlverişsiz vəziyyətin yarana bilməsi 

ehtimalının qabaqcadan dərk edilməsi; ekoloji təhsilin formalaşması və inkişafı; 

istehsal və ekoloji təhlükəsizliyin vəhdəti prinsipi. 

İqtisadi ədəbiyyatda davamlı ekoloji tarazlığın təmin edilməsində istifadə 

edilən İqtisadi metodları müxtəlif cür təsnifləşdirirlər. Bəzən bu İqtisadi metod-

ları ümumi və xüsusi metodlara ayırmaqla aşağıdakı kimi qruplaşdırırlar:  

- makroİqtisadi səviyyəli metodlar, yəni bütün təsərrüfat sahələrini əhatə 

edən İqtisadi metodlar; 

- xüsusi metodlar-bilavasitə  ətraf mühitin mühafizəsi ilə bağlı olan 

İqtisadi metodlar. 

Dünya ölkələrinin  təcrübəsi göstərir ki, təbii ehtiyatlardan ödənişli 

istifadə ekoloji tarazlığın qorunması üzrə  fəaliyyətin iqtisadi stimullaşdırma 

sistemini müəyyən edir.  Bu sistem tarixən bazar iqtisadiyyatlı ölkələrdə 

istehsal və istehlakçıların balanslaşdırılmış  hərəkətinin formalaşmasına imkan 

vermişdir. Ayrı-ayrı ölkələrdə  tətbiq olunan iqtisadi stimullaşdırma tədbirləri 

onların davamlı ekoloji inkişafında çox mühüm roil oynamışdır.  




 396

Müasir davamlı ekoloji inkişafın təmin olunmasında istifadə edilən  ən 

mühüm İqtisadi metodlardan biri də vergilərdir. Dünya təcrübəsi sübut edir ki, 

ekoloji vergilər aşağıdakı problemləri həll edir: 

- məhsulun qiymətinin ona sərf olunan xərclərə, o cümlədən də  təbii 

ehtiyatlara, ətraf mühitə dəyən zərərə uyğun olması; 

- çirkləndirənlər tərəfindən ekoloji zərərin kompensasiyasına  şərait 

yaratmaq. 

Ekoloji vergilər, bir tərəfdən, ekoloji cəhətdən balanslaşdırılmış fəaliyyəti 

stimullaşdırır, digər tərəfdən isə, resurstutumlu istehsalı sıxışdırır. Bu vergilərin 

tətbiqi zamanı  əvvəlcə,  ətraf mühitin mühafizəsi orqanları  tərəfindən ilkin 

addım atılır, sonra isə qalan proseslər bazar mexanizmlərinin öhdəsinə buraxılır. 

Beynəlxalq təcrübəyə görə, bütövlükdə istehsalçılar üçün vergi güzəştləri 

ekoloji fəaliyyət növündən asılı olaraq müəyyən edilir. Ekoloji tarazlığın 

pozulmasına qarşı aparılan mübarizənin səmərəliliyini yüksəltmək məqsədilə 

güzəştli vergilər sisteminin tətbiqi təcrübəsi geniş yayılmışdır. Bəzən isə belə 

hallarda istehsalçılar vergiyə  cəlb olunmur. Inkişaf etmiş bazar İqtisadiyyatlı 

ölkələrdə  fəaliyyət göstərən ekoloji fondların, eləcə  də tullantılardan istifadə 

edən və onların emalı ilə məşğul olan müəssisələrin vergidən azad olması buna 

əyani misaldır. 

Beynəlxalq ekoloji vergilər sistemində dörd əsas tətbiq sahəsi fərqlən-

dirilir: sahəvi, texnoloci, regional və məhsula aid olan. Davamlı ekoloji inkişaf 

tipinə keçidlə əlaqədar olaraq təbiət tutumlu sahələrdə yüksək vergilərin tətbiqi 

bu sahələrin inkişafına mane olur. Odur ki, texnoloci proseslərin sonunda 

vergilər yumşaldılmalıdır ki, bu sahələr daha yaxşı inkişaf etsin və ətraf mühitə 

tullantıların atılması azalsın. Ekoloji vergilərin regional tətbiq sahəsinə rəğmən 

isə  bəzi  İqtisadçılar ekoloji cəhətdən gərgin rayonlarda vergilərin nisbətən 

yumşaq olmasını və bu yolla həmin ərazilərə investisiyaların cəlb edilməsinin 

mümkünlüyünü  əsaslandırmağa çalışır, digər qrup İqtisadçılar isə  əksinə, bu 

ərazilərdə vergilərin daha sərt olmasını, bununla da ətraf mühitə  zərərli təsir 

göstərən müəssisələrin ixtisarını  və  ərazinin tezliklə reabilitasiyasını  təklif 

edirlər. 

Davamlı ekoloji inkişafa nail olmaq məqsədilə ABŞ-da ekoloji vergilər 

daim diqqət mərkəzində saxlanılır. Bütövlükdə dünyada ozon qatının seyrəl-

məsinə  səbəb olan freonun istehsalını ixtisar etmək məqsədilə 1989-cu ildə 

federal hökumət tərəfindən onun satışına vergi qoyuldu. Freonu əvəz edən 

maddələrlə istehsala keçmək üçün vaxt lazım olduğuna görə bu vergi mütərəqqi 

əhəmiyyət kəsb edir. 

Hazırda qolobal istiləşmə ilə əlaqədar olaraq bəzi ölkələrdə karbona görə 

vergi tətbiq etmək haqqında düşünürlər. Onların fikrincə, kömür yanarkən təbii 

qaza nisbətən daha çox karbon ayrıldığına görə o, daha yüksək vergiyə  cəlb 

olunmalıdır. Belə ki, gələcəkdə karbon vergisinin tətbiqi dünyada enerci 

ehtiyatlarının istismarını azaltmağa və alternativ enerci mənbələrinin 

istifadəsinə, meşələr salınmasına və s. stimul yaradacaqdır. 




Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   179   180   181   182   183   184   185   186   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə