Microsoft Word azerb. Geoiqtisadi 11. 04. 2016. M son doc



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə10/64
tarix29.01.2018
ölçüsü4,55 Kb.
#22852
1   ...   6   7   8   9   10   11   12   13   ...   64

 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
37
məqsədilə ölkənin enerji ehtiyatları haqqında məlumatları 
artırmış və onlarla tanış olmaq imkanı yaratmışdır.  
BP-nin 2010-cu il üçün dünya energetikasının statistik 
icmalına əsasən, Özbəkistanın təsdiq olunmuş təbii qaz ehtiyat-
larının həcmi 1,68 trilyon kub metrdir.
55
 Digər bir mənbədə- 
Çin Xalq Respublikasının Qazaxıstandakı səfirliyinin saytında 
dərc olunmuş “Özbəkistanın Mərkəzi Asiyada regional təhlü-
kəsizlik məsələlərinə baxışı” başlıqlı məqalədə bu ölkənin neft 
ehtiyatları 530 milyon ton, qaz ehtiyatları isə 3,4 trilyon kub-
metr həcmində göstərilir.
56
 
Özbəkistanın özündə isə neft-qaz ehtiyatları ilə bağlı fərqli 
rəqəmlər səslənir. Məsələn, ölkənin qanunvericilik saytında 
təbii qaz ehtiyatı 2 trilyon kubmetr həcmində göstərilib.
57
 
O ki, qaldı Özbəkistanın neft ehtiyatlarına, BP şirkətinin 
icmalında bu rəqəm 600 milyon ton göstərildiyi halda,
58
 ölkə-
nin 2007-ci ildə açıqladığı  rəsmi məlumata  əsasən bu rəqəm 
850 milyon ton təşkil edir. Həmin məlumatda respublikada eh-
timal olunan təbii qaz təqribən 6 trilyon kubmetr, qaz konden-
satı isə 380 milyon tona yaxındır.
59
 
Göründüyü kimi, rəqəmlər müxtəlifdir. Amma əksər mən-
bələr bir məsələdə yekdildirlər: Özbəkistanda 2004-cü ildən 
etibarən hasilat azalmağa başlayıb. Məsələn, 1997-ci ildən 
2003-cü ilədək Özbəkistanda neft hasilatı, təxminən, 8 milyon 
                                                 
55
 Bax: 2010-cu il dünya energetikasının illik statistik icmalı // BP Statistical 
Review of World Energy 2009; 2010, // bp.com/statisticalreview. 
56
 Bax: http://kz.china-embassy.org, 27.05.10 . 
57
 Bax: http://www.uz.spinform.ru.  
58
 Bax: 2010-cu il dünya energetikasının illik statistik icmalı // BP Statistical 
Review of World Energy 2009; 2010, // bp.com/statisticalreview. 
59
 Bax: Нефтегазовый  комплекс  Узбекистана  в  международной  системе 
энергообеспечения. http://www.vipstd.ru/gim  
 
ƏL İ  H ƏS ƏNOV  
 
38 
ton idisə, sonrakı ildən bu rəqəm ciddi şəkildə aşağı düşmüş və 
2008-ci ildə  cəmi 4,8 milyon ton təşkil etmişdir. Nəticədə, 
Özbəkistan Rusiya və Qazaxıstandan əlavə neft almaq məcbu-
riyyətində qalmışdır.
60
  
Tədqiqatçıların verdiyi məlumatlara əsasən, hazırda Rusi-
yanın nəhəng  şirkətləri Özbəkistanın neft-qaz sektorunda çox 
aktiv işləyirlər. Əgər 90-cı illərdə Özbəkistanın neft-qaz sekto-
runda rusiyalı  sərmayədarlara rast gəlinmirdisə, bu gün artıq 
“Qazprom”, “LUKOYL”, “Soyuzneftqaz” kimi şirkətlər bu 
ölkədə çox fəaldırlar. 2009-cu ilin əvvəlinə olan məlumata əsa-
sən, bu şirkətlər Özbəkistanın neft-qaz sektoruna 900 milyon 
dollaradək sərmayə qoyublar və 2012-ci ilədək bu rəqəmin 4-6 
milyard dollar arası olacağı gözənilir.
61
 Müşahidələr göstərir 
ki, Özbəkistan hökuməti də bu sahəyə investisiyalar qoyulma-
sına çox böyük önəm verir. “Geologiya və neft-qaz yataqla-
rının kəşfiyyatı institutu” Səhmdar Cəmiyyətinin direktoru 
Qeybulla Abdullayevin sözlərinə görə, 2010-2015-ci illərdə 
rəsmi Daşkənd neft və qaz yataqlarının kəşfiyyat işlərinə 2 
milyard dollara yaxın sərmayə qoymağa hazırlaşır.
62
 Ümumiy-
yətlə, 2016-cı ilədək Özbəkistan daha çox neft və qaz hasil et-
mək fikrindədir. Qəbul olunmuş Dövlət Proqramına uyğun ola-
raq, 2016-cı ildə bu göstərici, 2009-cu ildəkindən 11% çox ol-
malıdır. Hazırda Özbəkistanın “Özbəkneftqaz” milli holdinq 
şirkəti ildə 70 milyard kubmetr qaz və 8 milyon ton neft hasil 
edir.  
                                                 
60
 Bax: “Российские  нефтегазовые  проекты  в  Узбекистане:  современное 
состояние”  http://www.easttime.ru 05.10.09. 
61
  “Российские  нефтегазовые  проекты  в  Узбекистане:  современное 
состояние” . http://www.easttime.ru 05.10.09. 
62
 www.gazeta.kz, 26.05.10. 


 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
39
 §1.3. Xəzərin hüquqi statusu: problemin tarixi,  
müasir geosiyasi yanaşmalar və Azərbaycanın  
geoiqtisadi maraqları  
 
Xəzərin hüquqi statusunun təxminən 300 illik tarixi möv-
cuddur. XVlll əsrin sonlarından başlayaraq Xəzər sahilində 
Rusiya, Osmanlı  və Böyük Britaniya imperiyaları arasında 
Azərbaycana məxsus tarixi ərazilər, Dərbənd, Bakı, Rəşt, 
Mazandərən, Astara kimi şəhər və xanlıq mərkəzləri, türk xalq 
və etnoslarının məskunlaşdığı digər Xəzərətrafı  məkanlar uğ-
runda bir neçə çoxillik və  qısa müddətli qanlı müharibələr 
yaşanmışdır. ( Bax: Xəritə 16 ) 
Xəzərsahili  ərazilərin bölüşdürülməsi və Azərbaycan 
torpaqlarının gələcək “hüquqi statusu və  mənsubiyyəti” ilə 
bağlı ilk dövlətlərarası sənəd Rusiya ilə İran arasında rus çarı l 
Pyoturun 1722-1723-cü illərdə 80 min qoşunla Xəzər hövzə-
sinə ilk yürüşü və  Dərbənd, Bakı, Pəşt,  Şirvan, Gilan, Ma-
zandərən kimi şəhər və  əyalətləri işgal etməsindən sonra 
Sankt-Peterburqda imzalanmışdır. Bunun ardınca ruslar 1724-
cü ildə Türkiyə hökumətini də diplomatik yolla Araz çayı 
sərhəd olmaqla işğal etdikləri “bütün Şimali Azərbaycan tor-
paqlarının Rusiyanın hakimiyyəti altına keçməsi” faktı ilə 
barışmağa razı sala bilmişlər. 
 Xəzərətrafı Azərbaycan torpaqlarının statusu ilə bağlı Ru-
siya və İran arasında növbəti saziş 1732-ci ildə Rəşt şəhərində 
imzalanmışdır. Bu sazişə görə, Rusiya İranla 1722-1723-cü 
illər müharibəsi zamanı ələ keçirdiyi Xəzərin Cənub sahillərini 
geri qaytarır və  əvəzində  Xəzər dənizində  sərbəst üzmək, 
İranla məhdudiyyətsiz ticarət aparmaq hüququ əldə edirdi.  
 
ƏL İ  H ƏS ƏNOV  
 
40 
1735-ci ildə  Gəncədə Nadir şah hökuməti ilə Rusiya 
arasında ikinci görüş keçirilmiş və iki ölkə arasında daha əsaslı 
sənəd- “əbədi dostluq” haqqında sülh sazişi imzalanmışdır. 
Ruslar həmin vaxt Nadir şahın təkidi ilə  işğal etdikləri Bakı, 
Astara və  Dərbənd  ətrafındakı  ərazilərlə birgə, bütün Şimali 
Azərbaycan torpaqlarını geri qaytarır və  həmin torpaqlar 
üzərində Nadir şah hökumətinin suveren hüquqlarını tanıyırlar. 
1747-ci ildə Nadir şahın ölümündən sonra mərkəzi Azər-
baycan dövlətinin zəifləməsindən istifadə edən rus imperiya 
qoşunları 1813-cü ildə Gülüstanda və 1828-ci ildə Türkmən-
çayda Azərbaycan şahlarını, 1929-cu ildəsə Osmanlı imperato-
runu Azərbaycan torpaqları və Xəzərətrafı ərazilərlə bağlı yeni 
müqavilə bağlamağa məcbur etmişdir. Həmin sazişlərə uyğun 
olaraq ruslar Şimali Azərbaycanla birlikdə  Xəzərin bütün 
Cənub-Qərb hissəsində yerləşən torpaqları yenidən öz əllərinə 
keçirmişlər. 1813-cü ildə Gülüstanda bağlanan müqaviləyə gö-
rə bütün Şimali Azərbaycan, Dağıstan və Gürcüstan Rusiyaya 
birləşdirilir, 1828-ci ildə Türkmənçayda bağlanan müqavilə ilə 
isə, həmin əraziləri öz əlində saxlamaqla bərabər, Rusiya, eyni 
zamanda, Xəzər dənizində istisnasız hərbi donanma saxlamaq 
və  İranla müstəsna ticarət etmək hüququ əldə edir.
63 
Hər iki 
müqavilə o zaman üçün ayrı-ayrı xanlıqlara parçalanmış Azər-
baycan  ərazilərinin-  Şimali və  Cənubi Azərbaycan adlandırıl-
maqla, Xəzərin Cənub və Şimal sahilləri də daxil olmaqla iki 
hissəyə ayrılmasını  və bölüşdürülməsini rəsmiləşdirən, onun 
“hüquqi mənsubiyyətini” müəyyənləşdirən növbəti beynəlxalq 
sənədlər idi. 
                                                 
63
 Bax: Жильцов С.С., Зонн И.С., Ушков А.М. Геополитика  Каспийского 
региона. М., 2003, с.66. 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə