Microsoft Word azerb. Geoiqtisadi 11. 04. 2016. M son doc



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə7/64
tarix29.01.2018
ölçüsü4,55 Kb.
#22852
1   2   3   4   5   6   7   8   9   10   ...   64

 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
25
AZƏRBAYCAN:  Azərbaycanın mövcud karbohidrogen 
ehtiyatlarının miqdarı məsələsi uzun müddət bölgənin və dün-
yanın maraqlı dairələrinin geniş müzakirə obyektinə çevrilmiş, 
hətta bəzi qüvvələr onu geosiyasi manipulyasiya məqsədi ilə 
istifadə etmişlər. 1991-ci ildə müstəqillik qazanmasından baş-
layaraq, Bakı-Tbilisi-Ceyhan layihəsinin reallaşdığı  və Azər-
baycan neftinin bu marşrutla Aralıq dənizinə daxil olduğu günə 
qədər olan vaxt çərçivəsində bir sıra xarici ölkələrdə davamlı 
olaraq Azərbaycanın neft ehtiyatlarına dair bədbin, çaşdırıcı və 
aldadıcı proqnozlar  səsləndirilir,  ölkənin yaydığı  rəsmi məlu-
matlar şübhə altına alınır və real rəqəmlərin həqiqətə uyğun ol-
madığı iddia edilirdi. Prezident İlham Əliyevin 2010-cu il ok-
tyabrın 28-də Ukraynaya səfəri ərəfəsində bu ölkənin mətbuat 
orqanlarına müsahibəsində də bildirdiyi kimi, “bir vaxtlar bəzi 
KİV-lər Azərbaycanda neftin olmadığı, BTC layihəsinin heç 
 
Rəsmi məlumatlara görə: 
CƏDVƏL 1 
təsdiq olunmuş ehtimal 
olunan 
 
 neft 
mlrd. 
barel 
 qaz 
trln.ku
b metr 
 neft 
mlrd. 
barel 
 qaz 
trln.ku
b metr 
Bütün dünyada  
1383,2 
187.1 
 -- 
 -- 
Rusiya 160,0 
47,0 
200,0 
50,0 
İran 150,3 
33,1 
150,3 
33,1 
Azərbaycan 11,0 
2,55 
22,0 
5-7 
Qazaxıstan 5,5 
3,00 
5,5 
5,0 
Türkmənistan 
8,4 
20,0 
 -- 
 -- 
 
ƏL İ  H ƏS ƏNOV  
 
26 
 Britaniyanın BP şirkətinin məlumatına görə: 
CƏDVƏL 2 
təsdiq olunmuş ehtimal 
olunan 
 
 neft 
mlrd. 
barel 
 qaz 
trln.kub 
metr 
neft 
mlrd. 
barel 
qaz 
trln.ku
b metr 
Bütün 
dünyada  
1383,2 187.1 
--  -- 
Rusiya 77,4 
44,8 
-- 
-- 
İran 137,0 
29,6 
-- 
-- 
Azərbaycan 7,0 
1,3 
-- 
-- 
Qazaxıstan 39,8 1,8 
-- 
-- 
Türkmənistan 0,6  8,0 
--  
-- 
 
vaxt reallaşmayacağı və s. haqqında subyektiv rəy formalaşdır-
mağa çalışırdı. Amma zaman bütün bu iddiaların əsassızlığını 
sübut etdi. BTC kəmərinin inşa olunduğu zaman Azərbaycan 
ildə 15-16 milyon ton neft hasil edirdisə, hazırda bu rəqəm 50 
milyon tondan artıqdır. Eyni sözləri qaz ehtiyatları haqda da 
söyləmək olar: bəzi xarici mənbələrin bu ehtiyatların çox az 
olması haqda iddialarına rəğmən, bu gün Azərbaycan ildə 30 
milyard kub metrə yaxın qaz hasil etməklə, regionun əsas qaz 
ixracatçılarından birinə çevrilmişdir.
25 
 
Azərbaycanın quruda və  dənizdə  təsdiq ounmuş  və ehti-
mal olunan qaz ehtiyatlarının  miqdarını Avropa mütəxəssis-
ləri 2011-ci ildəki son kəşflərə  qədər, təxminən 1,3 (təsdiq 
                                                 
25
 Bax: Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynanın DEN, PROFİL və 
Birinci milli televiziya kanalına müsahibəsi // www.president.az 


 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
27
olunmuş) və 3 (ehtimal olunan), ölkə  rəsmiləri (2010-2011-ci 
illərdə yeni kəşf olunmuş “Ümid” və “Abşeron” yataqlarındakı 
ehtiyatlar da daxil olmaqla-Ə.H.) müvafiq olaraq 2,55 və 5-7, 
Rusiya mənbələri 0,9 və 1,2 trln. kub metr həcmində göstərir-
lər. Göründüyü kimi Azərbaycanın bölgənin qaz təminatı sahə-
sindəki rolunu kiçiltmək məqsədilə, onun mövcud təbii ehtiyat-
larının miqdarını rus mənbələri daha az göstərirlər. Hazırda 
ölkədə istehsal olunan illik 30 milyard kub metr qazın, təxmi-
nən 8-10 milyardı daxili ehtiyaclar üçün istifadə olunur. Qalan 
hissə isə Gürcüstana, Türkiyəyə, Yunanıstana, Rusiya və İrana 
satılır. Azərbaycan bölgənin  əsas qaz ixrac edən ölkələrindən 
(Türkmənistan, Qazaxıstan, Özbəkistan,  İran və s.) fərqli ola-
raq, qaz ixracı sahəsində hazırda hər hansı ciddi problemə 
malik deyil. Onun Bakı-Tbilisi-Ərzurum qaz kəməri vasitəsilə 
Gürcüstan və Türkiyəyə, Bakı-Astara-İran və Bakı-Qroznı xət-
ti ilə müvafiq olaraq İran və Rusiyaya ixrac kəmərləri möv-
cuddur. Hazırda Avropa İttifaqı Türkiyədən keçməklə Avropa 
bazarlarına istiqamətlənən NABUKKO transmilli qaz kəməri 
üçün Azərbaycandan 15-20 milyard kub metr maye qaz istəyir. 
Bundan başqa Avropanın Rumıniya, Bolqarıstan, Macarıstan 
və b. ölkələri də Bakı-Gürcüstan-Rumıniya marşrutu üzrə 
ixracı razılaşdırılan və yaxın zamanlarda inşasına başlanılacaq 
marşrut üzrə ildə təxminən 7-10 milyard kub metr Azərbaycan 
qazını gözləməkdədirlər. 
 Mütəxəssislərin fikrinə görə, bir neçə il sonra Azərbaycan 
özünün illik qaz hasilatını 40 və ya 50 milyard kub metrə 
çatdıra bilər. Amma bunun üçün Şahdəniz qaz yataqlarının 
ikinci fazasını  işə salmaq, müvafiq bazarlar tapmaq, satış 
müqavilələri bağlamaq və s. təşkilati işlər görülməlidir.
26
  
                                                 
 
26
Bax: Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynanın DEN, PROFİL və 
Birinci milli televiziya kanalına müsahibəsi // www.president.az  
 
ƏL İ  H ƏS ƏNOV  
 
28 
Bəzi xarici mütəxəssislərin fikrinə görə, Azərbaycanı so-
nuncu marşrutun xeyirinə qərar verməyə və qaz ixracında yeni 
alternativlər axtarmağa Türkiyənin son zamanlar bu ölkənin 
qazının NABUKKO vasitəsilə tranzitinə  və Türkiyəyə satış 
qiymətinə yönəlmiş bir qədər  əlverişsiz təklifi məcbur etmiş-
dir. Mütəxəssislərin fikrinə görə, Türkiyənin Avropa ilə Xəzər 
regionu arasındakı enerji əlaqələrində daha çox Rusiyanın ma-
raqlarına cavab verən mövqe nümayiş etdirməsi, xarici siya-
sətdə öz üstün prioritetlərinə baxmayaraq, Azərbaycanı yeni-
yeni variantlar axtarmağa məcbur etmişdir. 
27 
Azərbaycan rəsmiləri və geoloqları ölkələrinin quruda və 
dənizdə kəşf olunmuş neft ehtiyatlarının miqdarını 1-1,5 mil-
yard ton, (təxminən 7-11 milyarad barel) ehtimal olunan miq-
darını isə 2-3 milyard ton (14 - 21 milyard barel) və daha çox 
olduğunu söyləyirlər.
 28
 
BP şirkətinin 2010-cu ilə olan dünya energetikasının illik 
statistik icmalında
29
 və ABŞ mənbələrində Azərbaycanın sübut 
olunmuş neft ehtiyatlarının həcmi 7 milyard barel (1 milyard 
tondan artıq), qaz ehtiyatları isə 1,3 trln. kub metr səviyyəsində 
göstərilir. Bu rəqəmlər Azərbaycan Dövlət Neft Şirkəti də 
təsdiq edir.
30
 Lakin şirkət rəsmiləri həmin rəqəmləri bir qədər 
köhnəlmiş hesab edirlər. Belə ki, ARDNŞ-in geologiya, geofi-
zika və yataqların kəşfiyyatı üzrə birinci vitse-prezidenti Xoş-
bəxt Yusifzadə bildirmişdir ki, hazırda Azərbaycanın sübut 
olunmuş neft ehtiyatları 1,5 milyard ton (təxminən 11 milyard 
                                                 
27
 Bax: Alexandros Petersen. Azərbaycanın Avroatlantik baxışları // Azərbay-
can focus. N2, s.198-199. 
28
 Bax: “Trend” informasiya agentliyi. 24.08.2010. 
29
 Bax: Statistical Review of World Energy, iyun 2010, s.22  
30
 Bax: http://www.socar.az/neftehtiyyati.html 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə