Microsoft Word b-7 mv az doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə36/56
tarix30.12.2017
ölçüsü3,69 Kb.
#18820
1   ...   32   33   34   35   36   37   38   39   ...   56

 
 
83
 “Öyrəndiklərinizi tətbiq edin” bölümündə  təqdim  olunmuş tapşırıqda öyrənilmiş 
məlumatdan istifadə edərkən şagirdlər səhv ifadələri doğru ifadələrə çevirirlər.  
 “Öyrəndiklərinizi yoxlayın” bölümündə  şagirdlər cümlələri tamamlayır, öyrəndiklərini 
möhkəmləndirirlər. İkinci tapşırıqda şagirdlər mətndəki səhvləri tapırlar. Bu növ tapşırıqlar 
şagirdlərin mənimsədiyi bilikləri yoxlamağa, tənqidi təfəkkürü inkişaf etdirməyə xidmət 
edir. Ümumilikdə tapşırıqlar dərsin məqsədlərində qeyd olunmuş bacarıqların nümayişi 
üçün əlverişli şərait yaradır.   
Qiymətləndirmə meyarları: şərhetmə, fərqləndirmə 
 
Elektron resurslar: 
http://www.youtube.com/watch?v=iAzetNRXKng 
http://www.youtube.com/watch?v=TB94dkCgu_U 
http://my.mail.ru/video/mail/nafisa75/_myvideo/4.html#video=/mail/nafisa75/_myvideo/4 
 
Dərs 39 / Mövzu 34:
 HƏLQƏVİ QURDLARIN  HƏYAT FƏALİYYƏTİ 
 
  Müəllim mövzuya başlamaq üçün şagirdlərlə birlikdə dərslikdəki mətni müzakirə 
edə bilər. Bu müzakirələr şagirdlərin laboratoriya işinə hazırlanmasını təmin etmiş olur. 
 Laboratoriya  işi soxulcan üzərində aparılır, müşahidələrin nəticələri müzakirə 
olunur. Müəllimin seçimindən asılı olaraq, soxulcanların həyat fəaliyyəti nəticəsində 
torpağın qarışdırılmasını, yumşaldılmasını göstərən təcrübə aparmaq mümkündür. Bunun 
üçün aşağıdakı ardıcıllığı yerinə yetirmək lazımdır: 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Həlqəvi qurdların 
quruluşu və müx-
təlifliyi haqqında 
mülahizələrini 
düzgün şərh etmir. 
Həlqəvi qurdların 
quruluşu və müxtə-
lifliyi haqqında 
mülahizələrini 
çətinliklə şərh edir. 
Həlqəvi qurdların 
quruluşu və müx-
təlifliyi haqqında 
mülahizələrini şərh 
edərkən kiçik qeyri 
dəqiqliyə yol verir. 
Həlqəvi qurdların qu-
ruluşu və müxtəlifliyi 
haqqında mülahizə-
lərini geniş şərh edir. 
 
Həlqəvi qurdlar 
tipinin siniflərinə aid 
heyvanları müəllimin 
köməyi ilə 
fərqləndirir. 
Həlqəvi qurdlar 
tipinin siniflərinə 
aid heyvanları 
fərqləndirməkdə 
çətinlik çəkir.  
Həlqəvi qurdlar tipi-
nin siniflərinə aid hey-
vanları qismən fərq-
ləndirir. 
Həlqəvi qurdlar tipinin 
siniflərinə aid hey-
vanları düzgün 
fərqləndirir. 
Alt 
STANDARTLAR 
1.1.2. Canlıların müxtəlifliyi haqqında mülahizələrini şərh edir.
  
2.1.1. Müxtəlif canlılarda gedən həyati prosesləri fərqləndirir. 
 
 
Təlim 
NƏTİCƏLƏRİ 

 
Həlqəvi qurdların quruluşu haqqında  mülahizələrini şərh edir. 

 
Yastı, sap və həlqəvi qurdlarda gedən həyati prosesləri fərqlən-
dirir. 
 
 


 
84
Həcmi bir litrdən az olmayan iki stəkan götürüb onları nömrələmək – №1, 2. Stəkana  
1
/
3
-i qədər torpaq tökmək, sonra 2 sm-ə  qədər qum, onun da üstündən yenə torpaq əlavə 
etmək. Su ilə  nəmləndirmək. 1-ci stəkana beş soxulcan yerləşdirmək. 2-ci stəkanı isə 
müqayisə üçün boş qoymaq. Sonra bir neçə gün ərzində  şagirdlər arabir torpağı 
nəmləndirir və müşahidələrini dəftərdə qeyd edirlər. Müşahidələrin nəticələri növbəti 
dərsdə müzakirə edilir.  
 Tapşırıq nəticələrinin müzakirəsindən sonra əyani vəsaitlərə istinad edərkən nəzəri 
material təhlil olunur. Paraqrafın nəzəri materialı ilə tanışlıq bir neçə üsulla aparıla bilər:
 
А) “Fasiləli oxu”. Mətn abzaslarla oxunur və  hər birinin məzmunu müzakirə olunur.  
Fasilələr zamanı müəllim şagirdlərə qabaqcadan hazırlanmış müxtəlif suallar verir.  
 B) Mətnlə tanışlıq kiçik qruplarda da aparıla bilər. Hər bir qrupa abzaslara bölünmüş 
mətn verilir (mətn, şəkillər müəllim tərəfindən də hazırlana bilər).  
Mövzunun öyrənilməsi aşağıdakı ardıcıllıqla aparıla bilər:  
1.
 
Dəri-əzələ kisəsinin xüsusiyyətləri 
2.
 
Bədən boşluğu 
3.
 
Həzm sisteminin ümumi quruluş planı 
4.
 
İfrazat sisteminin ümumi quruluş planı 
5.
 
Qan-damar  sisteminin ümumi quruluş planı 
6.
 
Həzm sisteminin ümumi quruluş planı 
7.
 
Tənəffüs  sisteminin ümumi quruluş planı 
8.
 
Sinir sisteminin ümumi quruluş planı 
9.
 
Cinsiyyət  sisteminin ümumi quruluş planı 
Tədqiqatın nəticələri tədricən müvafiq cədvəldə qeyd oluna bilər (bax: mövzu 29). Müəllim 
şagirdləri maraqlı faktlarla tanış edə bilər:  

 
Çarlz Darvin soxulcanları müşahidə edən zaman müəyyən etmişdir ki, 1 hektar 
torpaqda 60-133 min, bəzi ərazilərdə isə 2 milyona yaxın  soxulcan yaşaya bilər.  

 
Zəlilərdən tibbi məqsədlər üçün istifadə olunması haqqında məlumatlar Qədim 
Misirə aiddir. Fironların məqbərəsinin divarlarında zəlilərlə müalicə  səhnələrinin 
təsviri  tapılmışdır. Qədim Yunanıstanda da zəlilərdən istifadə etmişlər. Yunan dilin-
də soxulcana “heruda” deyirlər. Bu addan bu gün də istifadə edirlər – müasir tibbdə 
zəlilərlə müalicəyə herudoterapiya deyirlər. 
“Öyrəndiklərinizi tətbiq edin” və “Öyrəndiklərinizi yoxlayın” bölümlərində  təqdim 
olunmuş tapşırıqları yerinə yetirən  şagirdlər dərsdə qazanılan biliklərdən faydalanırlar. 
Əldə edilmiş biliklərin tətbiqi zamanı    dərsin məqsədlərində qeyd olunmuş bacarıqlar 
formalaşır. Şagirdlərin tamamladıqları cədvəl belə olacaqdır: 
Həlqəvi qurdlar 
Yastı qurdlar 
Sap qurdlar 
 
 
 
Qiymətləndirmə meyarları: şərhetmə, fərqləndirmə 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Həlqəvi qurdların 
quruluşu haqqında  
mülahizələrini 
çətinliklə şərh edir. 
Həlqəvi qurdların qu-
ruluşu haqqında  mü-
lahizələrini şərh edər-
kən səhvlərə yol ve-
rir. 
Həlqəvi qurdların 
quruluşu haqqında  
mülahizələrini 
qismən şərh edir. 
Həlqəvi qurdların 
quruluşu haqqında  
mülahizələrini ətraflı 
şərh edir. 
Yastı, sap və həlqəvi 
qurdlarda gedən hə-
yati prosesləri yalnız 
müəllimin köməyi 
ilə fərqləndirir. 
Yastı, sap və həlqəvi 
qurdlarda gedən 
həyati prosesləri 
fərqləndirən zaman 
səhvlərə yol verir. 
Yastı, sap və 
həlqəvi qurdlarda 
gedən həyati 
prosesləri əsasən 
düzgün fərqləndirir. 
Yastı, sap və həlqəvi 
qurdlarda gedən 
həyati prosesləri 
düzgün fərqləndirir. 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə