Microsoft Word b-7 mv az doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə34/56
tarix30.12.2017
ölçüsü3,69 Kb.
#18820
1   ...   30   31   32   33   34   35   36   37   ...   56

 
 
79
Yeni materialın öyrənilməsini yastı və sap qurdların nümayəndələrinin müqayisəsindən 
başlamaq məqsədəuyğundur. Bu səbəbdən yastı qurdlar haqqında bilikləri təkrarlamaq 
lazımdır.
 
Bunun üçün şagirdlərə aşağıdakı sualları vermək olar:  

 
Niyə yastı qurdları belə adlandırırlar? 

 
Yastı qurdların nümayəndələrinə misal göstərin. Onların yaşayış mühiti necədir?  

 
Yastı qurdlar hansı siniflərə bölünür?  

 
Yastı qurdların bədəni neçə qatdan ibarətdir? Onlar necə adlanır? 

 
Yastı qurdlarda daxili orqanlar arasındakı boşluqlar nə ilə doludur? Bunun nə 
kimi əhəmiyyəti var? 

 
Yastı qurdların dəri-əzələ kisəsi nədən ibarətdir? Onların hərəkət etmək qabiliy-
yətinə bu necə təsir edir? 

 
Yastı qurdların həzm sistemi necə qurulmuşdur? Belə quruluş onların qidalan-
masına necə təsir edir? 

 
Yastı qurdlarda çoxalma prosesi necə baş verir? 
Bu müzakirələr “Fəaliyyət” blokunda nəzərdə tutulmuş laboratoriya işinə  şagirdlərin 
hazırlanmasına kömək edir.  
 Müəllimin seçimindən və təchizatdan asılı olaraq praktik iş hazır preparatlar, yaxud 
müvafiq tablolarla yerinə yetirilə bilər. İşin gedişi və müzakirəsi dərslikdəki alqoritm üzrə 
aparılır. 
 Tapşırığın nəticələrinin müzakirəsindən sonra müəllim  əyani vəsaitlərə (plakatlar, 
sxemlər, elektron təqdimatlar, videomateriallar və s.) istinad edərkən nəzəri materialı izah 
edir. Məlumatın öyrənilməsi və müzakirəsi aşağıdakı suallar əsasında aparıla bilər:  
1. Sap qurdların daxili quruluşu yastı qurdların daxili quruluşundan nə ilə  fərqlənir? 
     2. İlk bədən boşluğu sap qurdlarda hansı funksiyaları yerinə yetirir? 
3. Sap qurdların əzələ sistemi yastı qurdlardan nə ilə fərqlənir? Sap qurdların əzələ sis-
teminin xüsusiyyətləri onların hərəkət etmək qabiliyyətinə necə təsir edir? 
4. Sap qurdlar ilə yastı qurdların həzm sistemi arasında hansı fərqlər var? Yastı qurd-
larla müqayisədə  sap qurdların həzm prosesinə bu fərqlər necə təsir göstərmişdir? 
5. Sap qurdların sinir sisteminin yastı qurdlarla müqayisədə daha zəif inkişaf etməsinin 
səbəbi nədir? Sap qurdlarda hiss orqanlarının  zəif inkişaf etməsini necə izah edə 
bilərsiniz? 
6. İnsan parazitə necə yoluxa bilər? İnsan askaridinin həyat tsiklində sahibin dəyişməsi 
baş verirmi? 
7. İnsanın askaridə yoluxmaması üçün hansı profilaktik tədbirlər görülməlidir?  
Mövzuya aid tövsiyələrin sonunda verilmiş saytlarda müvafiq materiallar yerləşdiril-
mişdir. 
 “Öyrəndiklərinizi tətbiq edin” və “Öyrəndiklərinizi yoxlayın” bölümlərində  təqdim 
olunmuş tapşırıqlar dərsdə  mənimsənilən biliklərin ümumiləşdirilməsi və  dərsin 
məqsədində qeyd olunmuş bacarıqların formalaşması üçün imkan yaradır. 
Qiymətləndirmə meyarları: şərhetmə, fərqləndirmə 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Sap qurdların quru-
luşu haqqında  mü-
lahizələrini çətin-
liklə şərh edir. 
Sap qurdların qurulu-
şu haqqında  mülahi-
zələrini şərh edərkən 
səhvlərə yol verir. 
Sap qurdların quru-
luşu haqqında  müla-
hizələrini qismən 
şərh edir.  
Sap qurdların 
quruluşu haqqında  
mülahizələrini ətraflı 
şərh edir. 
Yastı və sap qurd-
larda gedən həyati 
prosesləri yalnız 
müəllimin köməyi 
ilə fərqləndirir. 
Yastı və sap qurdlar-
da gedən həyati pro-
sesləri fərqləndirərkən 
səhvlərə yol verir. 
Yastı və sap qurdlar-
da gedən həyati pro-
sesləri, əsasən, düz-
gün fərqləndirir. 
Yastı və sap 
qurdlarda gedən 
həyati prosesləri 
düzgün fərqləndirir. 


 
80
Elektron resurslar: 
http://tana.ucoz.ru/load/1/312-1-0-2401 
http://www.youtube.com/watch?v=xtViil6MDjs 
http://www.gloryon-abc.ru/askaridi 
http://www.proshkolu.ru/user/labolga/file/2249720/ 
 
 
Dərs 37 / Mövzu 32:
 İNSAN ÜÇÜN TƏHLÜKƏLİ OLAN  
QURD XƏSTƏLİKLƏRİ 
 
 
Gündəlik planlaşdırma nümunələrində bu dərsə aid daha ətraflı tövsiyələr verilmişdir.   
 Mətnlə tanış olduqdan sonra,  müəllim BİBÖ cədvəlindən istifadə edərkən parazit 
qurdlar haqqında  şagirdlərin biliklərini aşkar edir. Şagirdləri fəallaşdırmaq üçün müxtəlif 
suallarla müraciət etmək olar: 
 

 
İndiyə kimi öyrəndiyiniz qurdların hansı parazitdir? 

 
Onlar hansı tipə (sinfə) aiddir? 

 
Parazit qurdlar necə zərər verir? Onlar niyə təhlükəlidir?  

 
İnsan öz orqanizmini necə qoruya bilər?  
Şagirdlərin  əvvəlki bilikləri aşkar edilir və öyrənmək istədikləri suallar müəyyən olunur. 
Dərsin sonunda bu sualların nə dərəcədə cavablandırıldığı qeyd oluna bilər.
 
 Praktik  işi  şagirdlər dərslikdəki  şəkil üzərində aparırlar. Alınan nəticələr bütün 
şagirdlərlə müzakirə olunur, fikir mübadiləsi gedir, əlavələr və düzəlişlər edilir.  

 
Orqanizmlər arasında hansı münasibətlər ola bilər? (Parazitizm) 

 
Parazitizm nədir? 

 
Qurdların parazitizmə hansı uyğunlaşmaları var? (Cədvələ əlavələr edilə bilər) 
 Paraqrafın nəzəri materialı ilə tanışlıq “İnsert” üsulu ilə aparıla bilər. Mətni 
şagirdlər müstəqil, yaxud cütlər formasında oxuyub mətnin kənarında yerləşdirilmiş  ağ 
kağız zolağında müvafiq işarələr yazırlar  («V» – bu məlumat mənə tanış idi, «—» – bu 
Alt 
STANDARTLAR 
2.1.2. Maddələr mübadiləsinin pozulma səbəblərini  sadalayır. 
3.2.1. Müxtəlif canlıların insan orqanizmində törətdiyi xəstəlikləri 
və onların əlamətlərini fərqləndirir. 
 
 
Təlim 
NƏTİCƏLƏRİ 
İnsanlarda və heyvanlarda qurd xəstəliklərinin yaranması 
səbəblərini sadalayır.  
Parazit qurdların insan orqanizmində törətdiyi xəstəlikləri və 
onların əlamətlərini fərqləndirir. 
 
 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə