Microsoft Word b-7 mv az doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə37/56
tarix30.12.2017
ölçüsü3,69 Kb.
#18820
1   ...   33   34   35   36   37   38   39   40   ...   56

 
 
85
V FƏSİL ÜZRƏ 
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ 
 
1. Şəkildə hansı birhüceyrəli orqanizmlər təsvir olunub? 1-9 rəqəmləri ilə nə işarə 
olunmuşdur?  
1…………………………………. 
2…………………………………. 
3…………………………………. 
4…………………………………. 
5…………………………………. 
6…………………………………. 
7………………………………….. 
8………………………………….. 
9………………………………….. 
 
2. Düzgün variantı qeyd edin.  

 
Şirin su hidrası qidalanma xarakterinə görə otyeyəndir/yırtıcıdır

 
Ektoderma bağırsaqboşluqluların bədəninin daxili/xarici qatıdır.  

 
Ektodermada yerləşən dalayıcı hüceyrələr müdafiə/çoxalma funksiyası 
yerinə yetirir.  

 
Mərcan/aureliya meduzası hidroid poliplərə aiddir.  

 
Sinir hüceyrələri ektodermada/entodermada yerləşir.  
 
3. Yastı qurdlara aid düzgün fikirləri seçin: 
1.
 
Yastı qurdların hamısı parazitdir.  
2.
 
Yastı qurdların bədəni üçqatlıdır.   
3.
 
Yastı qurdların bədəni ikitərəfli simmetriyaya malikdir. 
                                             
4.
 
Orqanlar arasında boşluqlar maye ilə doludur.   
5.
 
Yastı qurdların hamısı eyni quruluşlu  həzm sisteminə malikdir.  
6.
 
Yastı qurdlar bütün bədən səthi ilə tənəffüs edir. 
                                                       
7.
 
Yastı qurdlar hermafroditdir.
    
 
4. Uyğunluğu müəyyən edin: 
1.
 
Bədənin eninə kəsiyi dəyirmidir. 
2.
 
İkitərəfli bədən simmetriyası. 
3.
 
Hermafroditdir. 
4.
 
Bədən boşluğu yoxdur. 
5.
 
Hərəkət zamanı yalnız əyilə bilir. 
6.
 
Ayrıcinsiyyətli heyvanlardır. 
7.
 
Bədən yastılaşmışdır. 
8.
 
Həzm sistemi anal dəliklə qurtarır. 
9.
 
Bədən boşluğu maye ilə doludur. 
1
2
6
8


3
5
7
A.
 
Yastı qurdlar 
 
B.
 
Sap qurdlar 


 
86
5.     Düzgün cavabı seçin: 
1. Soxulcanın qılcıqlarının yerinə yetirdiyi funksiya: 
 А. qidanın tutulması;  В. Qan dövranı;  С. Hərəkətin təmin olunması. 
2. Soxulcanın kəmərinin yerinə yetirdiyi funksiya:  
А. qidanın tutulması; В. ifrazat; С. çoxalmada iştirak edir.  
3. Finna mərhələsi rast gəlinir: 
А. kirpikli qurdlarda;  В. Sorucu qurdlarda;   С. Lentşəkilli qurdlarda 
4. Həzm sistemi yoxdur: 
А. kirpikli qurdlarda; В. Sorucu qurdlarda;   С. Lentşəkilli qurdlarda.  
 
6. Şəkildə soxulcanın hansı orqanlar sistemi təsvir olunmuşdur? 1-3 rəqəmləri ilə 
nə işarələnmişdir? 
 
            
 
 
 
 
7. Şəkildə göstərilən heyvanların aid olduğu 
sistematik kateqoriyaların adlarını yazın: 
  
Aləm           _________________ 
Yarımaləm  _________________ 
Tip              _________________ 
Siniflər                         __________          _____________      ___________      
Nümayəndələri   
       1. ___________      2. ______________    3. ____________        
 
8. Heyvanların adını cədvəldə müvafiq xanalarda yerləşdirin. 
Soxulcan, mərcan polipi, öküz soliteri, ağ planari, insan askaridi, zəli, şirin su 
hidrası, aureliya, nereid, uşaq bizquyruğu, qaraciyər sorucusu 
 
Bağırsaqboşluqlular 
tipi 
Yastı qurdlar tipi 
Sap qurdlar tipi 
Həlqəvi qurdlar 
tipi 
 
 
 
 
9. Terminlərə tərif verin.  
Əsas sahib – 
Hermafrodit – 
Aralıq sahib – 
 
10. Qurdların xarici və daxili quruluşunda  parazitizmə uyğunlaşmaları sadalayın. 
                   
1


1
2
3
1. 
2. 
3. 


 
 
87
6. ÇOXHÜCEYRӘLİLӘR YARIMALӘMİ. MOLYUSKLAR VӘ 
BUĞUMAYAQLILAR 
 
Dərs 41 / Mövzu 35:
 MOLYUSKLAR TİPİ 
 
 
 
 Dərsin  əvvəlində verilmiş  mətn və sual ətrafında müzakirə  təşkil etmək 
məqsədəuyğundur. Bu zaman BİBÖ üsulundan istifadə etməklə şagirdlərin əvvəlki biliklə-
rini aşkar etmək və onların öyrənmək istədikləri sualları dəqiqləşdirmək olar. Dərsin sonun-
da isə bu sualların nə  dərəcədə cavablandırıldığı qeyd oluna bilər. Bu müzakirələr “Fə-
aliyyət” blokunda nəzərdə tutulmuş laboratoriya işinə şagirdlərin hazırlanmasını təmin edir.  
 Müəllimin seçimindən və təchizatdan asılı olaraq praktik iş təbii obyektlər, yaxud 
müvafiq tablolar üzərində aparıla bilər. İşin gedişi və müzakirəsi dərslikdəki alqoritm üzrə 
aparılır. 
 Təqdim olunan material 7-ci sinif şagirdləri üçün yeni olduğuna görə  şifahi mü-
zakirələrlə yanaşı sxem, cədvəl və şəkillərdən də istifadə etmək tövsiyə olunur. Şagirdlərin 
dəftərlərində müvafiq qeydlər aparmaları yeni məlumatı daha yaxşı yadda saxlamaları üçün 
faydalı olardı. Məsələn:  
Sinfin adı  Nümayəndələri Həyat tərzi, quruluş xüsusiyyətləri Təbiətdə rolu 
 
  
  
  
Dərsin izahı zamanı aşağıdakı məsələlərə xüsusi diqqət yetirilməlidir:
 

 
Molyuskların ümumi xüsusiyyətləri

 
Molyuskların sistematikası; 

 
Müxtəlif siniflərə aid olan molyuskların səciyyəvi xüsusiyyətləri; 

 
Molyuskların əhəmiyyəti. 
Mövzuya aid tövsiyələrin sonunda verilmiş saytlarda müvafiq materiallar 
yerləşdirilmişdir. 
Müəllim şagirdləri molyuskların əhəmiyyəti haqqında bir neçə faktla tanış edə bilər.  

 
Qida əhəmiyyətinə görə molyuskların əti mal ətindən geri qalmır. Hər il dünyada 
1,5 milyon tona qədər başayaqlılar, 800 min tona qədər ikitaylı molyusk ovlanır. 
Fransada süni yolla tənək ilbizlərini yetişdirirlər. 
Alt 
STANDARTLAR 
1.1.2. Canlıların müxtəlifliyi haqqında mülahizələrini şərh edir.
  
1.1.4. Canlıların sistematik kateqoriyalarını fərqləndirir. 
 
 
Təlim 
NƏTİCƏLƏRİ 

 
Molyuskların müxtəlifliyi haqqında  mülahizələrini şərh edir. 

 
Molyuskların sistematik kateqoriyalarını fərqləndirir. 
 
 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə