Microsoft Word b-7 mv az doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə35/56
tarix30.12.2017
ölçüsü3,69 Kb.
#18820
1   ...   31   32   33   34   35   36   37   38   ...   56

 
 
81
məlumat mənim  əvvəllər bildiyimi inkar edir, «+» -bu məlumat mənim üçün yenidir, «?» – 
bu məsələyə dair əlavə məlumat almaq istərdim).
 
Paraqrafın nəzəri materialı ilə tanışlıq “Fasiləli oxu” üsulu ilə də aparıla bilər. Tədricən 
“Öyrəndiklərini tətbiq edin” bölümündə təqdim olunmuş cədvəl tamamlanır. 
Bundan sonra məlumatın müzakirəsi təşkil olunur. Müəllim  şagirdləri aşağıdakı 
nəticəyə yönəldir: 
Qurdların zərərli və təhlükəli təsiri: 

 
Parazit qurdların ifrazat məhsulları sahib orqanizm üçün zərərlidir, zəhərlidir və insanın 
zəifləməsinə, başağrılarına, işgörmə qabiliyyətinin, yaddaşın zəifləməsinə  səbəb olur; 

 
Parazitlər məhv olduqdan sonra da sormaclar və qarmaqcıqlar boşalmadığına görə or-
qanizmi onlardan təmizləmək çətindir; 

 
Parazitlər insanın iştirakı olmadan da təbii  şəraitdə  fəaliyyət göstərə bildiyinə görə, 
onlardan tamamilə təmizlənmək mümkündür. 
Dərsin sonunda şagirdlərlə birlikdə “Parazit qurdlarla mübarizə aparmaq üçün nə 
etməli?” adlı siyahı tərtib etmək mümkündür. Məsələn:  

 
Yeməkdən qabaq əlləri, tərəvəzi, meyvəni yumaq. 

 
Açıq mənbələrdən götürülən suyu istifadə etməzdən qabaq mütləq qaynatmaq.  

 
Təbiət qoynunda olanda bitkiləri  ağıza almamaq. 

 
Əti suda yaxşı bişirmək və ya qızartmaq,  çiy ətin dadına baxmamaq. 

 
Milçəkləri və tarakanları məhv etmək. 

 
Şəhərdə və məktəbdə profilaktik tədbirlər  keçirmək. 
BİBÖ cədvəlinə müvafiq əlavələr edilir və dərsin motivasiyasındakı sualların cavabı bir 
də dəqiqləşdirilir. Mövzuya aid tövsiyələrin sonunda verilmiş saytlarda maraqlı  videoma-
teriallar yerləşdirilmişdir.  
 “Öyrəndiklərinizi tətbiq edin” (A – 2, 6; B – 1, 3, 4, 5, 7) və “Öyrəndiklərinizi yox-
layın” bölümlərində  təqdim olunmuş tapşırıqlar dərsdə  mənimsənilən biliklərin ümumi-
ləşdirilməsi və  dərsin məqsədində qeyd olunmuş bacarıqların formalaşması üçün imkan 
yaradır.  
Qiymətləndirmə meyarları: sadalama, fərqləndirmə 
 
Elektron resurslar: 
http://animals.kharkov.ua/node/420 
http://www.youtube.com/watch?v=DGMS94Abgz4 
 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
İnsanlarda və hey-
vanlarda qurd xəstə-
liklərinin yaranması 
səbəblərini düzgün 
göstərmir. 
İnsanlarda və hey-
vanlarda qurd xəstə-
liklərinin yaranması 
səbəblərinin az 
hissəsini sadalayır.  
İnsanlarda və hey-
vanlarda qurd xəstə-
liklərinin yaranması 
səbəblərinin çox his-
səsini sadalayır.  
İnsanlarda və 
heyvanlarda qurd 
xəstəliklərinin 
yaranması səbəblərini 
ətraflı sadalayır.  
Parazit qurdların in-
san orqanizmində tö-
rətdiyi xəstəlikləri və 
onların əlamətlərini 
fərqləndirməkdə 
çətinlik çəkir.  
Parazit qurdların in-
san orqanizmində 
törətdiyi xəstəlikləri 
və onların əla-
mətlərini müəllimin 
köməyi ilə fərq-
ləndirir. 
Parazit qurdların 
insan orqanizmində 
törətdiyi xəstəlikləri 
və onların 
əlamətlərini  
qismən fərqləndirir. 
Parazit qurdların 
insan orqanizmində 
törətdiyi xəstəlikləri 
və onların 
əlamətlərini düzgün 
fərqləndirir. 
 


 
82
Dərs 38 / Mövzu 33:
 HƏLQƏVİ QURDLAR TİPİ 
 
 Dərsə başlamazdan  əvvəl müəllim ötən dərslərdə keçilmiş mövzuları möhkəmlən-
dirmək və yeni mövzu ilə  əlaqə qurmaq üçün şifahi sorğu keçirə bilər. Bu, yastı  və sap 
qurdları  həlqəvi qurdlardan fərqləndirmək üçün çox əhəmiyyətlidir. Bunun üçün müəllim 
Venn diaqramında qurdların oxşar və  fərqli  əlamətlərini qeyd etməyi təklif edir. Sonra 
dərsdə verilmiş  mətnin sualı müzakirə olunur. Əldə edilmiş biliklər növbəti mərhələyə 
keçid üçün əhəmiyyət daşıyır.  
 Müəllimin seçimindən asılı olaraq praktik iş hazır preparatlarla və ya müvafiq tablo 
əsasında aparıla bilər. İşin gedişi və müzakirəsi dərslikdəki alqoritm üzrə aparılır. 
 Tapşırıq nəticələrinin müzakirəsindən sonra əyani vəsaitlərə  (şəkil, elektron 
təqdimatlar, yaxud videomateriallara) istinad edərkən nəzəri materialı izah etmək olar. 
Paraqrafın nəzəri materialı ilə tanışlıq “Fasiləli oxu”, “İnsert”, “Kiçik qruplarda 
müzakirələr” üsulları ilə aparıla bilər.  İşin formasından asılı olmayaraq, mətnlə tanışlığı 
aşağıdakı plan üzrə aparmaq məqsədəuyğundur:  
1. Tipin ümumi xarakteristikası, siniflərə bölünməsi, hər sinfin əlamətləri, yaşayış 
mühiti.  
2. Həlqəvi qurdların quruluşu: 
а) xarici quruluşu  
b) həlqəvi qurdların müxtəlifliyi 
c) təbiətdə və insanın həyatında əhəmiyyəti.  
Öyrənilən materialın müzakirəsi zamanı istifadə oluna bilən suallar:  

 
Həlqəvi qurdlar digər tiplərin qurdlarından xarici quruluşuna görə nə ilə fərqlənirlər? 

 
Hansı əlamətlərinə görə azqıllı qurdları çoxqıllı qurdlardan fərqləndirmək olar? 

 
Həlqəvi qurdlar harada yaşayır və onların həyat tərzi necədir? və s. 
Mövzuya aid tövsiyələrin sonunda verilmiş saytlarda müvafiq videomateriallar 
yerləşdirilmişdir.  
Dərsin sonunda ümumiləşdirici cədvəl tərtib etmək məqsədəuyğundur.  
Həlqəvi qurdlar 
tipinin ümumi 
əlamətləri 
Siniflər 
Sinfin nümayəndələri 
Sinfin əlamətləri 
Çoxqıllı qurdlar
Azqıllı qurdlar
 
Zəlilər 
 
 
Alt 
STANDARTLAR 
1.1.2. Canlıların müxtəlifliyi haqqında mülahizələrini şərh edir. 
1.1.4. Canlıların sistematik kateqoriyalarını fərqləndirir. 
 
 
Təlim 
NƏTİCƏLƏRİ 

 
 Həlqəvi qurdların quruluşu və müxtəlifliyi haqqında mülahi-
zələrini şərh edir. 

 
 Həlqəvi qurdların sistematik kateqoriyalarını fərqləndirir. 
 
 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə