Microsoft Word b-7 mv az doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə33/56
tarix30.12.2017
ölçüsü3,69 Kb.
#18820
1   ...   29   30   31   32   33   34   35   36   ...   56

 
 
77
 
 
 Mətnlə tanış olduqdan sonra sual müzakirə olunur. Şagirdlərin keçən dərs qazanı-
lan, həyatı biliklərinə və gündəlik müşahidələrinə əsaslanan fərziyyələr dinlənilir. “Fəaliy-
yət” mərhələsinə keçməzdən əvvəl yastı qurdların sistematik qrupları, həyat tərzi haqqında 
şagirdlərin biliklərini aktivləşdirmək məqsədilə aşağıdakı suallar müzakirə oluna bilər: 

 
Yastı qurdların bədəni neçə qatdan ibarətdir? 

 
Yastı qurdlar üçün hansı bədən simmetriyası səciyyəvidir? 

 
Yastı qurdlar tipinə hansı siniflər daxildir? 

 
Siniflərin hansı nümayəndələrini tanıyırsınız? Onların həyat tərzi haqqında nə deyə 
bilərsiniz? 

 
Sizcə, onların həyat tərzi quruluş və həyat fəaliyyətlərinə necə təsir göstərir?  
 Paraqrafdakı praktik iş dərslikdəki şəkil əsasında qurulur. “Parazit” və “parazitizm” 
anlayışı bir daha xatırladılır. İşin gedişi və müzakirəsi dərslikdəki alqoritm üzrə aparılır.  
 Paraqrafın nəzəri materialı ilə tanışlıq müxtəlif üsulla aparıla bilər. Məlumatın 
əyaniliyi üçün onun vizual təqdim olunması, adətən, şagirdlərin böyük marağına səbəb olur 
və zəruri məlumatın tam qavranılmasını təmin edir. Təlim nəticələri zəif olan şagirdlər üçün 
bu üsullar daha məqsədəuyğundur.  Şagirdlərin yaş xüsusiyyətlərini nəzərə alaraq parazit 
qurdların (qaraciyər sorucusu, exinokokk və s.) həyat tsiklini təfərrüatı ilə verməyə ehtiyac 
yoxdur. Müəllim bu məlumatı tanışlıq məqsədilə müvafiq sxemlərdə  və ya şəkillərdə 
nümayiş etdirə bilər. Dərsin gedişi boyunca yastı qurdlar tipinin nümayəndələrinin təsviri 
və müqayisəsi cədvəlinin  doldurulması davam edir.
  
Mövzuya aid tövsiyələrin sonunda verilmiş saytlarda yerləşdirilən materiallardan dərs 
zamanı istifadə etmək mümkündür.  
Müəllim şagirdləri əlavə məlumatla da tanış edə bilər: 

 
Planarinin regenerasiya etmək qabiliyyəti var. Hətta bədəninin 1/100 hissəsindən 
də yeni orqanizm inkişaf edə bilər. 

 
Şirin su və dəniz planarilərinin dərisində dalayıcı hüceyrələrə rast gəlinir. Onlar 
bağırsaqboşluqluların dalayıcı hüceyrələrinə  bənzəyir. Kirpikli qurdlar tərəfindən yeyilən 
bağırsaqboşluqluların dalayıcı hüceyrələri həzm  şirələri vasitəsilə  həzm olunmur, dəriyə 
keçir və qurdun müdafiə və hücum orqanına  çevrilir.    
Tapşırığı  şagirdlər müstəqil yerinə yetirib, cavabları dəftərdə qeyd edirlər. Sonra nəti-
cələr yoxlanılır, lazım olduqda əlavələr və düzəlişlər qeyd olunur. “Öyrəndiklərinizi 
yoxlayın” bölümündə yastı qurdlar tipinə aid siniflərin səciyyəvi  əlamətləri müəyyən olu-
nur. Bu, şagirdlərə həm yastı qurdlar haqqında biliklərini yoxlamağa, həm də onları fərq-
ləndirməyə imkan verir.  
İkinci tapşırığı yerinə yetirən  şagirdlər parazitizmə uyğunlaşma  əlamətlərini qeyd 
edirlər: 
– Parazit yastı qurdlar sərbəst yaşayan formalardan çoxsaylı nəsilvermə qabiliyyəti ilə 
fərqlənir. Öküz soliteri sahib orqanizmin bədənində 20 illik ömrü ərzində 11 milyarda yaxın 


 
78
yumurta qoyur. Parazitin həyatında bunun nə  əhəmiyyəti var? (Yumurtaların çoxu insan 
bədənindən xaric olduqda məhv olur, bu mexanizm isə növün ümumiyyətlə məhv olmama-
sına xidmət edir) 
– Öküz soliterinin hiss orqanları və sinir sistemi zəif inkişaf etmişdir, həzm orqanları isə 
ümumiyyətlə yoxdur. Bu xüsusiyyətlər nəyi göstərir? (Öküz soliterinin yetkin fərdi daima 
bağırsaqlarda yaşayır, azhərəkətlidir və  qıcıqlandırıcı faktorlardan təcrid olunmuşdur
həzm olunmuş qida ilə qidalandığına görə həzm orqanlarına ehtiyac yoxdur) 
Qiymətləndirmə meyarları: şərhetmə, fərqləndirmə 
 
Elektron resurslar: 
http://tana.ucoz.ru/load/312 
http://tana.ucoz.ru/load/215 
http://tana.ucoz.ru/load/215-2-2 
http://www.youtube.com/watch?v=SFsaoDHEMZ4 
 
Dərs 36 / Mövzu 31:
 SAP QURDLAR TİPİ. SAP QURDLARIN HƏYAT   
                                   FƏALİYYƏTİ 
 
 Müəllim  şagirdlərlə birlikdə  dərslikdəki mətnlə tanış olur və uyğun sualları 
müzakirə edirlər: 

 
Əlləri yumadıqda hansı  xəstəliklərə yoluxmaq mümkündür? Bu xəstəlikləri hansı 
canlılar törədə bilər? Bu xəstəliklərin təhlükəsi nədədir? Və s.  
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Yastı qurdların 
quruluşu haqqında 
mülahizələrini  
çətinliklə şərh edir. 
 
Yastı qurdların quru-
luşu haqqında müla-
hizələrini şərh edərkən 
bəzi səhvlər buraxır. 
 
Yastı qurdların 
quruluşu haqqında 
mülahizələrini şərh 
edərkən kiçik qeyri-
dəqiqliyə yol verir. 
Yastı qurdların 
quruluşu haqqında 
mülahizələrini 
dolğun şərh edir. 
 
Yastı qurdların müx-
təlif nümayəndələ-
rində gedən həyati 
prosesləri  yalnız 
müəllimin köməyi 
ilə fərqləndirir.       
Yastı qurdların müx-
təlif nümayəndələ-
rində gedən həyati 
prosesləri fərqlən-
dirərkən kiçik qeyri-
dəqiqliyə yol verir. 
Yastı qurdların 
müxtəlif nüma-
yəndələrində gedən 
həyati proseslərin çox 
hissəsini  fərqləndirir.     
Yastı qurdların 
müxtəlif nüma-
yəndələrində gedən 
həyati prosesləri 
düzgün fərqləndirir.    
Alt 
STANDARTLAR 
1.1.2. Canlıların müxtəlifliyi haqqında mülahizələrini şərh edir.
  
2.1.1. Müxtəlif canlılarda gedən həyati prosesləri fərqləndirir. 
 
 
Təlim 
NƏTİCƏLƏRİ 

 
Sap qurdların quruluşu haqqında mülahizələrini şərh edir. 

 
Yastı və sap qurdlarda gedən həyati prosesləri fərqləndirir. 
 
 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə