HİV/AİDS, Vərəm və Malyariya
ilə mübarizə Programı
WWW.GFAIDS.AZ
WWW.GFTB.AZ
Bəşəriyyətin AİDS və Vərəmdən xilası
hər birimizdən asılıdır!
İNFORMASİYA BÜLLETENİ
№14, 05 May 2010-cu il
AİDS, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fondun əsas iş prinsipi
ondan ibarətdir ki, o, HİV, Vərəm və Malyariya xəstəliklərinin müalicəsi
və bu xəstəliklərin qarşısının alınmasına dəstək olur
Elmi Tədqiqat Ağciyər Xəstəlikləri
İnstitutunun direktoru, professor Elcan
Məmmədbəyovla müsahibə
Alman mikrobioloqu Robert Koxun vərəm
çöplərini kəşf etməsi bəyan olunan gün,
yəni martın 24-ü Ümumdünya Səhiyyə
Təşkilatının (ÜST) qərarı ilə 1993-cü ildən
etibarən Ümumdünya vərəmlə mübarizə
günü kimi qeyd olunur. O zaman vərəmi
“milli fəlakət” elan edən ÜST DOTS
strategiyasını bu xəstəliklə mübarizənin
yeni strategiyası kimi tövsiyə edib.
Ümumdünya vərəmlə mübarizə günü
ərəfəsində Səhiyyə Nazirliyinin ftiziatriya
üzrə baş mütəxəssisi, Elmi Tədqiqat Ağciyər
Xəstəlikləri İnstitutunun direktoru prof.
Elcan Məmmədbəyovla ölkəmizdə bu
xəstəliklə bağlı vəziyyət, həyata keçirilən
vərəmlə mübarizə tədbirləri və s. barədə
söhbət etdik.
1. Məlum olduğu kimi bu gün
Azərbaycanda vərəm xəstəliyi böyük və çox
aktual bir problemdir. Bu xəstəliyə qarşı
mübarizə aparmaq üçün, Milli Vərəm
Proqram tərəfindən hansı
tədbirlər
görülür?
Cəmiyyətdə vərəm barədə aşağı məlumatlılıq
səviyyəsi xəstəliyin gec aşkar olunmasına
gətirib çıxarır. İnsanlar vərəm mütəxəssisinə
xəstəliyin inkişaf mərhələsində müraciət edir
ki, bu da onların müvəffəqiyyətli müalicə
şanslarını aşağı salır. Gecikmiş aşkarlanma
isə xəstəliyin cəmiyyətdə yayılmasına səbəb
olunur. Bu halları aradan qaldırmaq üçün
Azərbaycan Səhiyyə Kommunikasiya
Assosiasiyası (ASKA), Total E&P
Azərbaycan V.P. tərəfindən
maliyyələşdirilən “Azərbaycanda vərəmin
səmərəli profilaktikası və müalicəsi üçün
kommunikasiyası materiallarının
hazırlanması” layihəsi işlənib. Layihəyə
əsasən ASKA əhaliyə vərəm simptomları,
yoluxma halları, tibbi məsləhət üçün
müraciət etməsi və müalicənin kəsilməsi
barədə, vərəmi gecikmədən, yəni erkən
diaqnostika məqsədilə 2 reklam çarxı və 1
təlim filmi çəkilməsi nəzərdə tutulur.
Bundan əlavə, HİV/AİDS, Vərəm və
Malyariya ilə Mübarizə üzrə Qlobal Fondun
(GF) maliyyə dəstəyi ilə, İlkin Səhiyyə
Xidmətində çalışan həkim və tibb bacıları
arasında vərəmə dair Bilik, Münasibət və
Təcrübə mövzusunda sorğu aparılıb. Bu
sorğu, vərəm barədə məlumatı artırmaq,
xəstələrə müvafiq münasibət göstərmək və
vərəmin idarə olunması məqsədi ilə
aparılmışdır. Bundan əlavə vərəmə dair
müxtəlif maarifləndirici materiallar da
(kalendarlar, broşurlar, posterlar və s.) çap
edilmişdir.
2. Elcan m. zəhmət olmasa Dərmanlara
Davamlı Vərəm forması haqqında daha
ətraflı məlumat verəsiniz və onun qarşısını
almaq üçün hansı addımlar atılır?
Dərmana Davamlı Vərəm (DDV) forması I
sıra vərəm əleyhinə dərman preparatlarına
davamlılıq yarandığı zaman müşahidə
olunur. Bu davamlılıq müalicə prosesində
yarana bilər. Buna səbəb həkim tərəfindən
düzgün aparılmayan müalicə və ya xəstənin
dərmanlarını mütəmadi olaraq qəbul
etməməsidir. Dərmana davamlı vərəm
formasının qarşısını almaq üçün xəstəliyi
erkən aşkarlamaq, xəstəni müalicəyə cəlb
etmək və I sıra vərəm əleyhinə dərman
preparatlarının müntəzəm qəbuluna nəzarət
etmək lazımdır. Bununla əlaqədar ölkəmizdə
HİV/AİDS, Vərəm və Malyariya ilə
Mübarizə üzrə Qlobal Fondun (GF) maliyyə
dəstəyi ilə DDV mübarizə layihəsi həyata
keçirilir. Beləliklə, GF proqram çərçivəsində
bu günədək artıq 90 pasiyent müalicəsinə
cəld edilmişdir. Bundan əlavə, reaktiv və
lazımi avadanlıqla təchiz edilmiş ikinci və
üçüncü dərəcəli 5 bakterioloji laboratoriyalar
qurulmuşdur.
Masallı
və
Tər-Tər
rayonlarında Vərəm dispanserləri yenidən
bərpa olunub və rəqəmsal fluoqrafiya aparatı
ilə təchiz edilmişdir. Zaqatalada, Naxçıvan
Muxtar Respublikasında və Qubada yeni tipli
laboratoriyaların tikilməsi başa
çatdırılmaqdadır. Bir çox rayonlarda GF
layihəsi çərçivəsində Vərəmə birbaşa
müalicə nəzarəti otaqları (DOTS) qurulmuş,
kultural müayinələrin cavablarını
tezləşdirmək üçün iki BACTEK cihazı
alınmışdır. İlkin Səhiyyə Xidmətində çalışan
həkim və tibb bacıları üçün təkmilləşdirmə
kursları mütəmadi olaraq keçirilir. Hal-
hazirda, GF layihəsi çərçivəsində Ziğ
qəsəbəsində yerləşən, DDV xəstələri müalicə
etmək üçün 100 çarpayılıq 6 saylı Vərəm
əleyhinə dispanserdə təmir-bərpa işləri
yekunlaşmaq və tam təminat olmağı üzrədir.
3. Ambulator müalicədə olan DDV vərəm
xəstələrinə
nəzarət mexanizmi
mövcuddurmı?
Ambulator müalicədə olan DDV vərəm
xəstələrinin dərman qəbuluna DOT
kabinetlərində çalışan tibb personalı nəzarət
edir. Xəstələr II sıra vərəm əleyhinə dərman
preparatlarını gündəlik olaraq tibb
personalının birbaşa nəzarəti altında alırlar.
Bundan əlavə Milli Vərəm Proqramı
çərçivəsində DOT koordinator mütəmadi
olaraq kabinetlərdə müalicə alan xəstələrin
dərmanlarının,
ərzaqlarının və maddi
təminatının verilməsinə
nəzarət edir.
Həmçinin hər rüb mərkəzi və regional
superviziyalar təşkil olunur ki, bu baxışlar
zamanı mərkəzi və regional koordinatorlar
DOT kabinetinin fəaliyyətini yoxlayırlar və
aşkar olunan nöqsanlar aradan götürülür.
Göstərilən fəaliyyətin bir çox məqamları GF
layihəsinin tərkib hissəsidir.
4. DOT kabinetlərdə işləyən tibb personalı
üçün maddi stimulyasiya nəzərdə
tutulurmu?
Qlobal Fondun maliyyələşdirdiyi proqram
çərçivəsində, həm DOT kabinetlərdə müalicə
alan xəstələr gündəlik nəqliyyat xərci və
ərzaq ilə (hər gün DOT kabinetinə gəlmək
şərtilə) təmin olunur,
həm də tibb
personalına ərzaq və maddi təminat şəklində
stimulyasiya nəzərdə tutulur.
5. Öz işinizdə hansı problemlərlə
rastlaşırsız?
Problemlər çoxdur, və bu problemlərdən
çəkinmək yox, onlardan çıxış yolları axtarıb
tapmaq vacibdir və olduqca maraqlıdır.
Milli İstinad Laboratoriyasının rəhbəri
Rafiq Abüzərov
Milli İstinad Laboratoriyasının (MİL)
tikilməsinə 2007-ci ildə başlanılmışdır.
Rəsmi açılışı isə 2009 il mayın 15-də baş
tutmuşdur. Əvvəllər bizim respublikamızda
texniki təhlükəsizlik qaydalarına riayət edən
laboratoriya mövcud deyildi. Hal hazırda
isə, MİL açıldıqdan sonra artıq biz dünya
standartlarına uyğun dərmanlara həssaslıq
testi keçiririk. Bundan əlavə, MİL-da ciddi
nəzarət altında rənglər hazırlanır və
respublikada olan vərəm müəssisələrinə
paylanılır.
Həmçinin,respublikanın regionlarında əkmə
laboratoriyalarının açılması planlaşdırılır.
Naxçıvan MR-da isə əkmə və dərmanlara
həssaslıq laboratoriyalarının açılması
nəzərdə tutulur. Bu laboratoriyaların
açılması bizim işimizi asanlaşdıracaq.
Əkilmə prosesi regionlarda keçiriləcək və
bizə artıq hazır kulturlar göndəriləcək. Hal
hazırda isə, bizim həkimlər regional
laboratoriyalara gedirlər və bütün
rentgenoqrammalara baxıb dərmana davamlı
vərəm xəstələrini seçib onların bəlğəmini
əkilmək üçün MİL-na göndərirlər. Beləliklə
hər gün bizə 35-40 analiz gəlir.
Təəssüf ki, bizim laboratoriya hələ ki
sertifikat almayıb və biz hər xəstənin
analizlərini paralel olaraq STİDT
laboratoriyasına göndərməyə
məcbur
oluruq. Təbii ki, sertifikatı alandan sonra
STİDT-nın yükü azalacaq və bütün mülki
sektoru biz öz üzərimizə götürəcəyik.
Bundan əlavə qeyd eləmək lazımdır ki, hər
rüb MİL tərəfindən verilən sifariş əsasında
HİV/AİDS, Vərəm və Malyariya ilə
Mübarizə üzrə Qlobal Fondun (QF) maliyyə
dəstəyi ilə bütün lazım olan reaktivlər bizə
öz vaxtında çatdırılır. Həmçinin, regionlarda
yerləşən laboratoriyalara baş çəkməkdə, tibb
personalı üçün treninqlər keçirməkdə QF
mühüm bir rol oynayır.
Bu günə kimi, xəstələrin analizləri alınan
andan tam nəticə əldə olunana kimi 2 aya
qədər vaxt tələb olunurdu. Hal hazırda isə,
QF-un maliyyə dəstəyi ilə biz Bactek MGİT
960 aparatını əldə etmişik və həmin müddəti
7-12 günə kimi azaltmışıq. Yaxın gələcəkdə
isə QF-un dəstəyi ilə, HAİN-PCR aparatının
alınması da planlaşdırılır ki, onun vasitəsilə
dərmanlara həssaslıq testini artıq 1-2 gün
ərzində aparmaq mümkün olacaq. HAİN-
PCR aparatı ilə işləmək üçün bizim
laboratoriyanın işçiləri Almaniyada treninq
keçiblər və bundan əlavə STİDT
laboratoriyada bu aparat artıq işlədilir və
ehtiyac olarsa məsləhət üçün oradakı
mütəxəssislərə müraciət edə bilərik.
Bütün dünyada, habelə Azərbaycanda
vərəmin geniş yayılmasına baxmayaraq, bu
xəstəliklə mübarizə etmək üçün biz öz
gücümüzü əsirgəməyəcəyik.
Layihənin Əlaqələndirmə Bürosunun informasiya bülleteni Qlobal Fondun “Azərbaycanda HİV/AİDS,
Vərəm və Malyariya ilə mübarizə Proqramı çərçivəsində nəşr edilir.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi,
Layihənin Əlaqələndirmə Bürosu
Bakı ş., AZ1005,
T. Əliyarbəyov küçəsi 3
2-ci mərtəbə
Tel:(+99412) 4982016
4982032
Faks:(+99412) 4982001
erasulova@gfaids.az
,
rvezirov@gftb.az
www.gfaids.az
www.gftb.az
Müalicə və diagnostika təyin edilməsi ilə bağlı
Respublika QİÇS-lə Mübarizə Mərkəzinə müraciət
edə bilərsiniz
Bakı ş., AZ1022,
Mir-Kasımov küçəsi 1/8
Tel:(+99412) 5100869
Faks:(+99412) 4947353
office@aids.az
HİV/AİDS, Vərəm və Malyariya
ilə mübarizə Programı
Dostları ilə paylaş: |