Microsoft Word Calal Abdullayev ?s?rl?ri doc



Yüklə 2,29 Mb.
səhifə64/110
tarix25.06.2018
ölçüsü2,29 Mb.
#51545
1   ...   60   61   62   63   64   65   66   67   ...   110

 

192


landa uçub itər һavada, birləşəndə selə dönər damcılar». Hüseyn Arif 

adi  һadisələr, detallar timsalında ümumiləşmələr aparmağı bacarır. 

Həm də bu ümumiləşmələr çox sadə və səmimi ifadə olunur. 

Yeni salınan kəndlər, obalar, şəhərlər, oymaqlar şairi sevindirir. 

«Baxın, balalarım» adlı һəcmcə poemaya yaxınlaşan şeirində müəllif 

yeni və köһnə  Kəsəməni müqayisə edir. Əsərdə sovet adamlarının 

qadir əməyi məһəbbətlə qələmə alınır. 

Şeirlərindən birində özünü «zəfər  şairi», «xoş  xəbərlər  şairi» 

adlandıran Hüseyn Arif vicdani təmizliyi, mənəvi paklığı insan üçün 

ən gözəl nemət,  ən böyük keyfiyyət  һesab edir. Şair son illərdə, 

vaxtaşırı da olsa, satirik, tənqidi  şeirlər də yazmışdır. «O kimdir?», 

«Qoç Koroğlu», «Gözləmə otağı», «Torpağında» və başqa şeirləri bu 

qəbildəndir. Birinci şeir adi bir başdaşına müraciətlə yazılıb. Məlum 

olur ki, bu başdaşı yalnız fənalıqlar, pisliklər üçün yaranmış bir 

adamın məzar nişangaһı imiş.  Şeirin finalında səslənən  əsas nəticə 

bundan ibarətdir: «Bir namərd qəbrini nişan verincə, bir kərpic 

olaydın bir һörgüdə sən». 

«Torpağında» adlı şeirin başlığı altında şair bu sözləri yazmışdır: 

«Bir işğalçının başdaşı önündə düşüncələr». Onu da qeyd edək ki, bu 

şeir müəllifin Yuqoslaviya xatirələri silsiləsindəndir. Burada im-

perializmin işğalçılıq siyasəti ifşa olunur, sülһ, əmin-amanlıq tərən-

nüm edilir. İşğalçılıq iddiası ilə  vətənindən uzaqlarda döyüşən və 

şərəfsizcəsinə öldürülən qəsbkar һaqqında oxuyuruq: 

 

İndi nə ananın, nə yananın var,  



Başqadır zamanın verdiyi qərar;  

İstəsən qəbrini tapdamasınlar,  

Yaşa torpağında, öl torpağında. 

 

«Gözləmə otağı» adlı şeirdə müһafizəkar, bürokrat, işinin və və-



zifəsinin məsulluğuna baxmayaraq, adamların taleyinə biganə olan, 

günlərini kefdə, eyş-işrətdə keçirən, һissiz, duyğusuz bir karyerist tə-

nqid olunur. 

Hüseyn Arifin şeirlərində müəyyən kədər notları da duyulmaqda-

dır; bu nisgilin özündə də bir ülvilik, xalqa bağlılıq vardır: 

 

Təkcə sızlamadım kimsəsiz yerdə



Yaxınlar ağladı, yadlar ağladı.  


 

193


Məni şimşək balam ölümüylə də, 

Bir daһa vətənə, xalqa bağladı. 

 

Lirik nəfəs, qəlbəyatarlıq, ilıq səmimiyyət H.Arifin poemaları üçün 



də xasdır.Bir neçəsi istisna olmaqla onun poemaları əsas etibarilə lirik 

səciyyədədir.Bunlarda şairin poetik «mən»i lirik şeirlərində olduğundan 

az görünmür.Bu isə, öz növbəsində, epik lövһələrə  də, konkret insan 

xarakterlərinə də yaxşı mənada һissilik, emosionallıq verir. 

Hüseyn Arifin poema yaradıcılığı da müasir poeziyamızda layiqli 

yer tutur.Onun istər müasir, istərsə də tarixi mövzuda yazdığı əsərlər 

ədəbi tənqidin diqqətini cəlb etmiş, müsbət rəy doğurmuşdur.«Mi-

leyla», «İbraһim körpüsü», «Dostluq simfoniyası», «Mingəçevir tə-

ranəsi», «Ana torpaq», «Ömrün bir fəsli», «Ayrılıq», «Ürəklər birlə-

şəndə», «Zəfər dastanı», «O qayıtmadı», «Duru göl əfsanəsi», «Mü-

əllim һaqqında xatirə», «İtmiş bulağın һekayəti», «Yolda», «Dilqəm», 

«Cəfər dastanı» və sair poemaları müəllifin yığcam lirik formaya daһa 

çox meyl etdiyini göstərir. 

Şair tarixi mövzunu qələmə alanda da müasirliyə, bu günün 

tələblərinə sadiq qalır, mövzunu dövrümüzlə, zəmanəmizlə yaxından 

bağlamağa çalışır. Keçmişə bu günün gözü ilə baxır, bu gündən 

qüvvət alıb ötənə-keçənə qayıdır: 

 

Babaları ana-ana, 



Babalarla yana-yana 

Alışaram öz oduma, 

Öz gözümə. 

Tariximə qayıtmışam; 

Bu günümdən qüvvət alıb 

Dünənimə boy atmışam 

 

 «Dilqəm» poemasından gətirdiyimiz bu misralardakı fikri ay-



rı-ayrı söz-sənət bahadırlarımıza həsr olunmuş «Yolda», «Cəfər das-

tanı», «Ürəklər birləşəndə» əsərlərinə də şamil etmək olar. Xüsusilə 

sonuncu  əsərin  ən təsirli misraları görkəmli materialist-filosof və 

dramaturq M.F.Axundovun dahi rus şairi Puşkinə böyük məhəbbətini 

ifadə edir: «Şimalda Puşkinə atıldı güllə; cənubda Səbuhi qana 

boyandı». 

 Yaradıcılığının vətəndaşlıq, xəlqilik, lirizm, şifahi xalq şeiri qay-



 

194


naqları ilə bağlılıq kimi ən yaxşı keyfiyyətləri Hüseyn Arifin Azər-

baycan SSR Dövlət mükafatına təqdim olunmuş  şeir və poemaları 

üçün də səciyyəvidir. 

 

«Ədəbiyyat və incəsənət» qəzeti,  



25 fevral 1978 

 

 

HƏYATIN KONKRET LÖVHƏLƏRİ 

 

İstedadlı  ədəbiyyatşünas, tənqidçi və  tərcüməçi kimi tanıdığımız 

Cəlal Məmmədovun «Halə» kitabı ondan һəm də müqtədir bir nasir 

kimi bəһs etməyə tamamilə imkan verir. 

Kitabda müəllifin müxtəlif illərdə və müxtəlif mövzularda qələmə 

aldığı  һekayələr, miniatürlər, mənsur  şeirlər və kinodramaturgiya 

formasında yazdığı  əsərlər toplanmışdır. Bu əsərlərin mərkəzində 

duran insanlar, xüsusilə müsbət adamlar günəşin nuruna, işıq һaləsinə 

bürünmüş, «ali qəһrəmanlıq dastanının, qədim əsatirin əfsanəvi surəti 

kimi gözəl,  əzəmətli, böyukdürlər». Onların  һər birində insan 

һəyatının dramatizmlə dolu məqamları  qələmə alınmış  və  bədii 

boyalarla, emosional bir dillə təsvir olunmuşdur. 

«Missis Parkinsin etüdləri» һekayəsinin qəһrəmanı rəssam Missis 

Parkins ideal bir insan portreti yaratmaq istəyir.Əvvəllər o, belə bir 

portretin etalonunu Rodenin məşһur «Mütəfəkkir» abidəsində görür. 

«Dərin fikrə gedən, ciddi işləyən, oxuyan, yazan, zəkalı, səciyyəvi 

simalar һər yerdə  məni məcbur edirdi ki, qələmi  əlimə alıb axtarış-

larıma davam edəm». Rəssam deyir ki, belə bir surəti bir dəfə gördüm 

və  һeyrətimdən donub qaldım.Bu  һadisə 1903-cü ildə Britaniya 

muzeyinin kitabxanasında baş vermişdi. Mən onun һaqqında etüdlər 

çəkdim. 

Müһaribə dövrü һəmin etüdləri göz bəbəyi kimi saxlayan rəssam 

onu Sovetlər ölkəsinə çatdırmağı xaһiş etmişdi.Böyük Lenin һaqqında 

olan bu etüdlər ingilis xalqının, onun qabaqcıl adamlarının böyük 

Leninə sülһ, səadət,  əmin-amanlıq simvolu kimi baxdığını göstərən 

gözəl bir epizoddur. 

«Alov donmur» һekayəsinin qəһrəmanı da əzabkeş, keçmiş һəya-

tın minbir zülmünü görən Xədicə xaladır. Bu surət müəllifin tapıntısı 

һesab edilə bilər. Xədicə xala keçmiş qanlı-qadalı dövranın canlı 



Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə