Aydın Dadaşov
136
modernizmdən və onun psixoloji – dram janrından söhbət
gedə bilməzdi. Sovetlər birliyinin dağılması ilə, uzanan keçid
dövrü, imperiyanın revanşist qüvvələrinin daşnaqların əli ilə
ortaya atdıqları torpaq azadlığı problemimiz, tarixən ictimai
fikrin formalaşmasında müstəsna rolu olan teatr sənətinə də,
ağır zərbələr vururdu.
Yeri gəlmişkən 6 noyabr 1860-cı ildə prezident seçilən,
“yer kürəsinin son ümidi olan demokratiyaya” qarşı
qiyamların yatırılmasında ali baş komandan kimi qətiyyətli
addım atan, 19 noyabr 1863-cü ildə Qettisberqdəki şəhidlər
xiyabanının açılışında: “Bu həlak olanlar ona görə
canlarından keçdilər ki, Allahın köməyi ilə azadlığın dirçəlişi-
nə nail olan xalqın hesabına, xalq idarəçiliyinin xalqın
mənafeyinə xidmət etməsi heç zaman yer üzündən silin-
məz!”
130
cümləsi ilə 600.000 nəfərin həyatı bahasına tamam-
lanmış vətəndaş müharibəsinin mahiyyətini açıqlayan, 14
aprel 1865-ci ildə “Seçki bülleteni güllədən güclüdür!”
131
şüarını xalqa xitab edən, teatr lojasında, eyforiyalı aktyor
tərəfindən güllələnməsi ilə terrora məruz qalan respublikaçı
Avraam Linkoln kimi simaların önəm verdiyi demokratik
proses son nəticədə dünyanın mütərəqqi ölkələrində vətəndaş
cəmiyyətinin bərqərar olmasına rəvac verdi.
17 mart 1991-ci ildə avtoritarlığı səciyyələndirən
referendum yolu ilə SSRİ-nin saxlanmasına səs verdiril-
məsinə baxmayaraq, Sovetlər birliyinin dağılması, Ukrayna
və Baltikyanı ölkələrin müstəqilliklərini elan etmələri, həmin
ilin sonunda müstəqil respublikaların yaranmasını hüquqi
cəhətdən rəsmiləşdirən Belovejski anlaşması ilə milyonlarla
insanı represiyalara məruz qoyan imperiyanın öz tarixini başa
130
Р.Н. Иванов. Авраам Линкольн и гражданская война в США. М.,
2004. с. 364.
131
Yенə орада. с. 397.
Rejissorluğun üslub problemləri
137
vurduğu keçid mərhələsində “demokratiyanın aşağıdan
yuxarıya bütün vəzifələr seçkilidir” prinsipinin teatrlara da
tətbiqi ilə çoxluğun nümayəndsi kimi “balina” aktyorların
rejissorlarla haqq-hesab çəkmələri adi hal aldı. Digər yollarla
teatrlara baş rejissor təyin olunanlar bu yaradıcı peşənin
imicinin itirilməsinə səbəb oldular. Nəticədə afişalarda,
proqramlarda, yazılan məqalələrdə ikinci fiqura çevrilən baş
rejissorun adının, soyadının direktordan sonra yazılması da
adi hal aldı. Bütün məhrumiyyətlərə baxmayaraq özünün
sənətinə sədaqətini qoruyan Cənnət Səlimovanın yaradıcılıq
əzmi qarşısıalınmaz bir tələbat idi.
Aydın Dadaşov
138
BAKI KAMERA TEATRINDA
CßNNßT SßLÈMOVANIN
TAMAØALARI
-ci il artıq ölkə miqyasında belə
mərkəzləşmənin ləğv olunduğu, bü-
töv respublikaların küncə çəkildiyi
bir mərhələ yaradıcılıq modelinə də təsirini göstərdi.
Həmin ərəfədə Cənnət Səlimova tələbələrini və sonradan
təhsil alan bir neçə həvəskarı başına yığıb, rəfiqəsi, sevimli
aktrisası İrina Aleksandrovna Perlova ilə birlikdə Dzjerzinski
adına klubun uçub tökülən, təmirsiz, siçovulların meydan
oxuduğu otaqlarda yaratdığı Kamera Teatrında işə başlayır.
Yeri gəlmişkən çox dramatik taleyi olan İrina
Aleksandrovna Perlovanın din xadimi olan babasını qızı Esfi-
ra və nəvəsi Male ilə birgə müharibə dövründə faşistlər Odes-
sada, həyətində edam etmişlər... Teatr sənətkarlarının ailə-
sində böyüyüb boya-başa çatan anası aktrisa, atası rejissor
olan İrina hələ altı yaşında olanda atasının quruluş verdiyi
tamaşalarda səhnəyə çıxırdı... Minskdə teatr institutunun
aktyorluq fakültəsində Stanislavski məktəbinin davamçıların-
dan olan Dmitri Alekseyeviç Orlovun sinifini bitirəndən sonra
talenin qisməti ilə Bakıya gələrək uzun illər Rus Dram
Teatrında baş rolların ifaçısı kimi səhnəyə çıxırdı. Kamera
Teatrında aktyorlara sənət dərsi keçməkdən əlavə Cənnət
xanımın və özünün quruluş verdiyi tamaşalarda əsas diqqəti
aktyor sənətinə, səhnə hərəkətinə, nitq mədəniyyətinə yönəl-
dirdi. Kamera Teatrının aktyorları bu sənətin bir çox sirlərini
gözəl şeirlər də yazan İrina Perlovadan da öyrənmişlər.
1990
Rejissorluğun üslub problemləri
139
Az müddət ərzində canlı ünsiyyət üzərində qurulan Ka-
mera Teatrının özünün tamaşaçı zümrəsini formalaşdırma-
sının əsas səbəbi Cənnət xanım Səlimovanın səhnə sənətinin
nəzəri, sosioloji problemlərinə dərindən bələdçiliyi, yaradıcı
heyəti teatral ideya ətrafında birləşdirmək bacarığı oldu. Əl-
bəttə ki, yaradıcı heyətdəkilərinin sayı-hesabı olmayan, hərə-
sinin öz dəsti – xətti, peşəkar üslubu olan Rus Dram Teatrın-
dan fərqli olaraq Bakı Kamera Teatrında yeni yaradıcılıq
laboratoriyasını qurmaq mümkün oldu. Və Peterburqdakı Ki-
çik Dramatik Teatrın analogiyasına çevrilən bu sənət ocağın-
da bir ailəvi mühitin yaranmasına zahiri şəraitsizlik belə sədd
çəkə bilmədi. Kamera Teatrına gələn müxtəlif ölkələrin səfir-
ləri tamaşaların bədii səviyyəsinə, sənətkarların sənət yanğısı-
na heyran qalsalar da, məkanın dözülməzliyinə heyrətlənmə-
yə bilmirdilər.
Azərbaycan və dünya dramaturgiyasının nadir inciləri
ilə tamaşaçıları tanış etməyi bacaran Kamera Teatrı ictimai
fikrin, mədəni səviyyənin formalaşmasında müstəsna rol oy-
nadı.
***
Cəlil Məmmədquluzadənin insan azadlığı, cəmiyyət
kontekstindən kənarda qalmanın faciəsini göstərən “Danabaş
kəndinin əhvalatları” satirik povesti əsasında qurulan tamaşa
əsərin zəif mənəvi zənginliklə qaba heyvərəliyin qarşıdur-
masını göstərməklə hazırda dünyada gündəmdə olan gender
problemini də diqqət mərkəzində saxlayır. Cəmiyyətin
barometri olan qadın hüquqsuzluğu şəraitində mizan
tərəzinin mütləq pozulacağı əsərin ideya daşıyıcısına çevrilir.
Vaxtilə varlı olub, kasıblaşdıqda əzablara sinə gərən
Məhəmmədhəsən əminin Allah adamı olduğunun vurğulan-
dığı povestin səhnə həllinin “Məkkəyə gedən yol” adlan-
Dostları ilə paylaş: |