Microsoft Word cap 6 02 2012. doc


Rejissorluğun üslub problemləri



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə52/71
tarix19.07.2018
ölçüsü1,33 Mb.
#56536
1   ...   48   49   50   51   52   53   54   55   ...   71

Rejissorluğun üslub problemləri 
 
 
161 
*** 
 Dramaturgiyada  inqilabi modernizm üslubunun ab-
surd janrının yaranmasında Ejen İonesko ilə birgə müstəs-
na rol oynamış Samuel Bekketin çılpaq psixologizmi “Qo-
donun həsrətində” pyesində üzə çıxdı. Özüm qocalsam da, 
yaşıdım olan bu pyes dünya səhnələrində daim cavanlaşır. 
Məhz Bekketin adı ilə bağlı olan antiteatr tezisi bütövlük-
də klassisizmin üzərindən xətt çəkən postmodernizmin tər-
kib hissəsi idi. Müharibədən sonra dünyada yaranan mənə-
vi iflasın qarşısına sədd çəkən dalğa zəminində yaranması 
“Qodonun həsrətində” pyesi insanları  kənar deyil, daxili 
qüvvələr hesabına səfərbər olmağa çağırır. Pyesdə torf ba-
taqlığındakı yarpaqsız söyüd ağacının altında tapdıqları 
yerkökü, torfla qidalananların psixologizmi informasiya-
nın fasiləsizliyinə  zəmin yaradır. Müvazinətini itirənlərin 
problemlərini əks etdirən ekzistensializm üzərində qurulan 
pyesdə göylərin yardımına möhtac olanların ümidlə gözlə-
dikləri dağılmış  cəmiyyəti yerbəyer edəcək Sahib Əz-za-
man timsallı Qodonun həsrəti Nitsşenin Allahın ölümü 
ideyasının bədii həllinə çevrilir. Bu dünyanın sanki son sa-
kinləri Estraqonla Müsyo Vladimirin çıxış yolunu 
axtarmaları prosesi daim diqqət mərkəzində saxlanılır. 
Müsyo Vladimirin hər gün Estraqona çəkməni ayaqdan 
çıxarmasının zəruriliyini xatırlatması müharibənin 
antihumanist mahiyyətini üzə çıxarır. Ayağından çıxardığı 
çəkmələrin içində belə nəsə axtaran Estraqon təfəkkürünü 
itirənlərin obrazına çevrilir. Keçi otaran mələyin Qodonun 
gəlməyəcəyini bildirməsi ilə ideyanın reallaşması 
göylərdən kömək gəlməyəcəyi təqdirdə özlərini asmağı 
qət edən Estraqonla Müsyo Vladimirin bu fikirdən vaz 
keçmələri əbədiliyin təsdiqinə çevrilməklə optimizmi önə 
çəkir.  


Aydın  Dadaşov 
 
 
162 
Tamaşanın quruluşunda müəllif ideyasına sədaqətin 
qorunması, Müsyo Vladimir rolundakı Şövqi Hüseynovun 
daxili monoloqunun bir an belə fasilə verməməsi, əla tərəf 
müqabili olan Estraqon rolundakı Seyidşah Məmmədovla 
daimi ünsiyyət mikroskopik məqamları belə görümlü edə 
bilir. Petsso rolundakı Nofəl Vəliyev tipajlılığı önə  çək-
məklə yanaşı səhnə məkanının bütün koordinatlarını zəbt 
edir. Günahsız qurban – Laki rolundakı İmaməddin Həsə-
nov isə  məhkumluğunu dərk edən qulun üsyankarlığını 
biofizik elementlərlə tamaşaçıya çatdırır. Mələk rolundakı 
İradə Rəşidova məsumluğunu qorumaqla yanaşı, dramatik 
replikalarını da soyuqqanlılıqla ifadə etməklə müəllif 
mövqeyini bəyan edə bilir. Bununla belə tamaşanın afişa-
sında  əsərin absurd janrının faciəli fars kimi yazılması 
müəmmalı görünsə də, bu əsas deyil. Əsas odur ki, bu də-
yərli  əsərin yüksək səviyyəli rejissor yozumunu əks etdi-
rən tamaşada aktyorların hamısı fədakarlıq göstərirlər. 
                                 
*** 
Cənnət Səlimovanın vaxtilə Rus Dram Teatrında qu-
ruluş verdiyi, Hüseyn Cavidin “Şeyx Sənan” faciəsini 
2006-cı ildə Kamera Teatrının repertuarına gətirməsi təkcə 
pyesin yazıldığı dilində  səslənməsindən  əlavə uzun illər-
dən sonra əsərin təhlil prosesinin daha dəqiq həyata ke-
çirilməsi, sevgi motivinin belə arxa plana atılaraq həqiqət 
axtarışının önə keçməsi  ilə bağlı oldu. 
 Azanla  başlayan tamaşanın ilk səhnəsində, mühitin 
passiv təqdimatı fonunda Şeyx Sənanın (Şövqi Hüseynov)  
röyasını  səciyyələndirən irreal təsvirdəki Xumarın (Leyli 
Vəliyeva) peyda olması fabula mexanizmini həmən işə salır.  
Sidq  ürəkdən islam dininə bağlanmaqla ona vurulan Zəhra-
dan (Simuzər Atakişiyeva) belə vaz keçən  Şeyx Sənanın 


Rejissorluğun üslub problemləri 
 
 
163 
röyasında gördüyü Xumarın tilsiminə düşməsi  əsas drama-
turji hadisənin inkişaf istiqamətini nizamlayır. Tamaşa boyu 
Şeyx Sənanla Xumar arasındakı ünsiyyətin mətnin yeknəsək 
nəğmələrdə verilməsi, digər beş  şeyx personajından dördü-
nün tamam, qismən ixtisarı, onların bəzi mətninin fabula 
mexanizminə daxil olan Şeyx Hadiyə (Nofəl Vəliyev) veril-
məsi, çoxsaylı süjet xətlərinin üstündən belə qaçaraq keçil-
məsi əsas dramaturji hadisənin qabardılmasına şərait yaradır. 
Papasın  (Kərəm Hadızadə) təhriki ilə dinindən üz döndərib, 
xaça tapınan, şərab içən və hətta donuz güdməyə razılaşaraq 
eşq yolunu, haqq yolunu tutmaqla mənəviyyat carçısına çev-
rilən Şeyx Sənanın sevgi motivinin deyil, daxili təbəddülat-
larının, sarsıntılarının önə keçməsi psixologizm element-
lərinin romantizm kontekstində belə təzahürünə şərait yara-
dır ki, bu da rejissorun peşəkar üslubunun qələbəsidir. Cən-
nət Səlimovanın tətbiq etdiyi əməli təhlil prinsipi bütün 
psixoloji məqamları əsərin özündən tapmaqla, kütləvi hadi-
sələrdə belə cəmi bir neçə personajı fikir daşıyıcısına çevirə 
bilir.      
Yeri gəlmişkən bəlkə də, Rus Dram Teatrındakı “Şeyx 
Sənan” tamaşasına Oktay Kazımovun bəstələdiyi musiqisi-
nin nə partiturasının, nə də ki, lent yazısının qalmaması səbə-
bindən Cənnət Səlimovanın gənc bəstəkar Firudin Allahver-
diyevə sifariş verdiyi musiqinin də, ifa mənbəyi görünüb 
illüstrativ səciyyə daşımaqla duetlər yad operetta estetikası 
yaratsa da, tamaşada ideyanın maddiləşmə formasına dolayı 
yolla olsa da xidmət edir. 
Tanrının iradəsi, özünün əsabələri ilə Qafqaza gəlib çı-
xan Şeyx Sənanın hamının dəli adlandırıb inkar etdiyi, “Ba-
bam heyrət,  anamdır şübhə” deyən Dərvişlə (İlqar Cahan-
girov) görüşü dramaturji düyünü səciyyələndirir. “Dəlilik 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə