Microsoft Word cap 6 02 2012. doc



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə53/71
tarix19.07.2018
ölçüsü1,33 Mb.
#56536
1   ...   49   50   51   52   53   54   55   56   ...   71

Aydın  Dadaşov 
 
 
164 
başqa bir fəzilətdir, dinsiz olmaq da bir təriqətdir”
146
 de-
məklə mənəvi bəraət qazandırdığı Dərvişin ruhi təsiri altına 
düşən  Şeyx Sənanın daxilən dəyişməsi psixoloji yeniləşmə-
yə  rəvac verir. Beləliklə, islam dininə sidq ürəklə tapınan 
Şeyx Sənanın Dərvişlə ünsiyyətindən sonra “Yalnız həqiqət 
istərəm” deyib şübhələrə varması  əqidəsində yaranan çatı 
diqqət mərkəzinə gətirir. Və nəhayət “Eşqdən başqa hər nə 
varsa,  əvət, tövbə, min tövbə!... Eylədim nifrət”
147
 deyən 
Şeyx Sənanın Xumara olan ruhi sevgisinin dini motivi belə 
üstələməsi mənəviyyatın qələbəsinə çevrilir. Beləliklə tama-
şanın mürəkkəb süjetindən Şeyx Sənanla Dərvişin arasında 
əsas dramaturji hadisəni qabarda bilən Cənnət Səlimova yo-
zumunun uğurunu təmin edir.  
Tamaşanın uğurunun təminatında əsərin romantik mət-
nindən ruhlanan aktyorların, xüsusən fabula mexanizmini 
yaradan  Şeyx Sənan, Dərviş, başda olmaqla Xumar, Papas 
rolundakı aktyorlar bədii qiraət ustalığı ilə yanaşı, psixoloji 
məqamları da vurğulamaq bacarıqlarını göstərə bildilər. Bu-
nunla belə finalda islam bayrağı ilə xristian xaçının arxa-
sında gizlənən kütlənin təqibindən qaçan Şeyx Sənanın: 
“Uçalım, haqqa doğru gəl uçalım!”
148
 deyə sevgilisi Xu-
marla özlərini sonsuz uçuruma atmaları  əsərin mənsub 
olduğu, hissiyyat gerçəkliyinə söykənən romantizm cərə-
yanının təntənəsinə çevrilir.  
 Əlbəttə ki, tamaşanın gedişində səhnələr dəyişərkən 
lüzumsuz halda belə  işığın söndürülməsi ilə yaranan qa-
ranlıq,  Papasın (Kərəm Hadızadə)  Şeyx Sənanı  əl ilə 
itələməsinin fizioloji münasibəti qabartması, məhəbbət 
                                                 
146
 Hüseyn Cavid. Əsərləri. B., 2005. s.151. 
147
 Yenə orada. s. 169. 
148
 Hüseyn Cavid. Əsərləri. B., 2005. s.224. 


Rejissorluğun üslub problemləri 
 
 
165 
qəhrəmanının türk cavanlarından Oğuzla Özdəmir  tərəfin-
dən xilasında tryuklara meydan verilməsi istisna olunmaq-
la mükəmməl bir tamaşa yarandı.   
                         
*** 
Aristofanın “Eşşək arısı” əsərində  ölümü də  təfsilatı 
ilə verilən,  sonrakı dövrlərin pyeslərinə  də  personaj kimi 
köç edən təmsillər müəllifi Ezopun “Tülkü və üzüm” motivi 
əsasında Braziliya dramaturqu Gilerme Fiqeyredin yazdığı 
eyniadlı pyesinin dünyanın bir çox teatrlarında davamlı 
olaraq tamaşaya qoyulması  əsərin insan azadlığı mövzusu-
nun daim müasir olduğunu təsdiqləyir. İnsanın insan tərəfin-
dən istismarına  qarşı yönələn bu pyesin dramaturji struktu-
runda Ezopla bu qədim yunan təmsilçisinin yalançı filosof 
Ksanfla münasibətlər sistemi hadisələri daim irəliyə apar-
maqla əsərin: “Ömür boyu qul kimi yaşamaqdansa azad öl-
mək gərəkdir” ideyasının açılışına yönəlir. Hər bir mövzuya 
dair təmsillər yaratmaqla istedadını nümayiş etdirən Ezopun 
hesabına özünü şəhər  əhalisinə savadlı, istedadlı göstərən 
Ksanfın iflası  həqiqətin qələbəsinin məntiqi üzərində 
qurulur. “Tülkü və üzüm” təmsilində gücsüz insanların 
nailiyyət qazanmamaqda bizim: “Pişiyin əli ətə çatmayanda, 
deyər iylənib” misalına uyğun “Salxım hələ qoradır” deyə 
şəraiti günahkar saymaları passiv mövqenin təsdiqinə çevril-
sə də, obyektiv gerçəkliyin önə çəkildiyi pyes azadlıq uğrun-
da mübarizənin obrazına çevrilir. 
Kamera Teatrının repertuarındakı “Ezop” tamaşasında 
İlqar Cahangirovun bütün çətinliklərə sinə gərə bilən, güclü, 
mənəviyyatlı Ezopu, Nofəl Vəliyevin dəridən-qabıqdan çıx-
maqla, qaraqışqırıqla, ayaqlarını yerə döyəcləməklə, batıq 
səsində boğulmaqla özünün filosofluğunu sübut etmək istə-
yən Ksanfı, Leyli Vəliyevanın iki od arasında qalan maddiy-


Aydın  Dadaşov 
 
 
166 
yatla sevgi arasında seçim edə bilməyən, son nəticədə sadə-
lövhlüyü ilə istəmədən sevdiyinin ölümünə səbəb olan Kle-
yası, İradə Rəşidovanın lazım gələndə qadınlıq imkanların-
dan bacarıqla istifadə edən, bəzən hətta həddi - hüdudu aşan 
Melitası haqlı olaraq tamaşaçı rəğbəti qazanmışdır.  
Ksanfın evinə gətirdiyi, yolüstü qarşılarına çıxan qaya-
nın üzərindəki yazını oxuya bilməklə yaxınlıqdakı xəzinəni 
tapıb sahibinə verən Ezopun əvəzində azadlıq istəməsi möv-
zunu bəyan edir. Ksanfın adının mənası şan-şöhrət olan ar-
vadı Kleyanın zahirən eybəcər Ezopun ağlına, dərrakəsinə 
vurulması əslində qul olan bu qadının mənəviyyatının işartı-
larının göstəricisinə çevrilir.  
Evinə gətirdiyi afinalı qonağı, mühafizə rəhbəri Aqnos-
tosu oynayan Rövşən Abbasov haqq-ədalətin bərpsasında 
müstəsna rolu olacaq bu personaja məxsus soyuqqanlılığı, 
sərrastlığı, dəqiqliyi tərəf-müqabillə ünsiyyətdə verə bilir, 
sərxoş  vəziyyətdə  dənizi içməyə söz verib, evini, arvadını, 
var-yoxunu, qullarını girov qoymaqla sənəd imzalayıb mərc 
qoşan Ksanfın ayılanda vəziyyətinin çıxılmazlığını  dərk 
etməsi, Ezopun sahibini xilas etmək əvəzində azadlıq istə-
məsi  əsərin fabulasını yaradır. Ksanfın qulunun, yeganə 
arzusu vurulduğu sahibinə  ərə getmək olan, bu baş tut-
madıqda özünü Həbəşə belə  təslim etmək fikrinə düşən 
Melitanın ibtidailiyi, düşüncəsinin darlığı,  əslində xüsusi 
mülkiyyətin quluna çevrilən Ksanfın özünün də, dünya 
malına bağlanmaqla özünü məhdudlaşdırması, Ezopun 
azadlıq ideyasını qabarda bilir. Qızıl qəfəsdə yaşayan 
Kleyanın eybəcər Ezopa vurulması isə ünsiyyətin, fikir, 
intellekt yaxınlığının mənzərəsini yaratmaqla dramaturji 
struktura dəyər qazandırır. Təfəkkürünün gücü ilə 
daşlaşmış mühiti dağıda bilən Ezopun hər kəsin dünyaya 
münasibətini dəyişməsi mənəvi gücün tərənnümünə 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə