Microsoft Word cap 6 02 2012. doc


Rejissorluğun üslub problemləri



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə50/71
tarix19.07.2018
ölçüsü1,33 Mb.
#56536
1   ...   46   47   48   49   50   51   52   53   ...   71

Rejissorluğun üslub problemləri 
 
 
155 
bına  müasir dildə desək sosial sifarişin yerinə yetirilməsi-
nin məğzini açıqlayır. 
  Nökər olsa da, folklordan, karnaval estetikasından 
gələn daxili azadlığı hesabına  ən çətin məqamlarda belə 
dərrakə və bacarıqla qalib gəlməyi öyrədən: “Görün məh-
kəmələrdə nələr baş verir!”
143
 və yaxud: “Məhkəmə çəkiş-
məsi üçün də pul gərəkdir”
144
 deməklə hər hansı bir haki-
miyyətdəki özbaşınalıqlarla barışmazlığını bildirən Ska-
penin yenə  də tamaşaçı alqışları qazanması  Cənnət Səli-
mova yozumunun uğurundan xəbər verirdi. Şövqi Hüsey-
novun improvizələrlə oynamaları,  ədəbi mənbəyə uyğun 
olaraq bir aktyorun teatrını nümayiş etdirdiyi  Skapenin 
daim hadisələrin mərkəzində olmaq bacarığı ilə tamaşaçı-
nın sevimlisinə çevrilməklə  səhnədəki daimi missiyasını 
yerinə yetirə bilirdi.  
Yeri gəlmişkən məhz  Skapenlə Molyer personajında  
komizmi hiperbolik qabartmaqla dramaturgiyasında qro-
tesk tipinə də yer vermişdi. Şövqi Hüseynovun Skapeninin 
uğurlu alınmasında Nofəl Vəliyevin Arqantı, Seyidşah 
Məmmədovun Jerontu, Kərəm Hadızadənin Silvesteri mə-
harətlə oynadıqları,  İlqar Cahangirovla, Gülər Nəbiyeva-
nın, İmaməddin Həsənovla İradə Rəşidovanın tamaşaçıya 
sevdirə bildikləri sevgililəri müstəsna xidmət göstərdi. Bo-
ris  Lukinskinin qurduğu müvafiq rəqslərdən bəhrələnən,  
hal-hazırda Moskvada çalışan rəssam Aleksandr 
Kolesnikovun eskizi ilə  ərsəyə  gəlməklə bu teatrda 
kostyumlardan,  əlbəsələrdən, dekordan ilk dəfə istifadə 
edilən, balet estetikasını  və hoqqa elementlərini realist 
teatr estetikasında yaşadan, bu prinsipə  əməl edən bütün 
                                                 
143
 Ж.Б.Мольер. Комедии. М., 1972.  s.531. 
144
 Yenə orada. s.532. 


Aydın  Dadaşov 
 
 
156 
aktyorların yüksək səviyyədə oynadığı “Skapenin kələk-
ləri” tamaşası uzun müddət repertuarda qaldı.  
 Ötən əsrdə Molyer teatrının layiqli davamçısı, “Ska-
penin kələkləri” pyesinə verdiyi quruluşda baş rolu da mə-
harətlə oynamış əsərdə təklif olunan vəziyyətlə bağlı: “Biz 
Neapoldayıq. Neapolda istidir. Biz axı  cənubdayıq, elə 
deyilmi? Cənubda isə günorta istirahət etmək xoşdur. Ska-
pen də, buna etinasız qalmamalıdır (...) Hadisələr özü 
onun yanına gəlir.” yazan Jan Lui Barronun: “Hər hansı 
bir səhnədəki personaja uyğun  əşyanın düzgün tapılması,  
deməli, hər bir məqamda onun özünü necə aparması, 
fəaliyyət tutumunun tənzimlənməsi deməkdir. Özünə da-
yaq tapmaq Stanislavskinin də sevimli qaydası idi. Bu 
qayda hədsiz dərəcədə vacibdir və onun tətbiqindən yara-
nan nəticə  həqiqətən hüdüdsuzdur. Bu realist teatrın də-
yərli əsas müddəalarından biridir”
145
 fikirləri bu sənətkarın 
da peşəkar üslubun hansı  nəzəri təlimə söykəndiyini aş-
karlayır.  
                                
*** 
Qardaşı Eduardo, bacısı Titini ilə birgə yaratdığı “De 
Flippo ailəsinin yumoristik teatrı” truppasının rəhbəri, qəmli 
komediyalar ustası  Pepino de Flipponun 1931-ci ildə 
yazdığı “Don Rafaello Trambonçu” əsərini Cənnət Səlimo-
vanın 1995-ci ildə tamaşaya qoyması rejissorun tamaşaçılara 
və aktyor heyətinə mesajına çevrildi.  Tamaşaya qoyulma-
yan yeddi opera yazmış bəstəkar olub, evində açdığı musiqi 
alətləri mağazasından heç bir gəlir götürməyib, olduqca 
kasıb həyat sürən Don Rafaellonun (Şövqi Hüseynov) özünə 
və hər kəsə, hətta bəşəriyyətə belə nifrətini bildirməsi dünya-
                                                 
145
 Ж.Л.Барро. Размышления о театре. М., 1963. с. 68-70. 


Rejissorluğun üslub problemləri 
 
 
157 
dan bezmiş bir sənətkarın məzlum portretini yaradır. Yu-
duğu paltarın çirkli suyunu evə yenə də əliboş gələn ərinin 
üstünə atan arvadı Amaliyanın (Gülər Nəbiyeva) hiddəti, 
gənc qızı Lizanın (İradə Rəşidova) kasıblıq ucbatından ane-
miya - qan azlığı  xəstəliyinə düçar olduğunun üzə  çıxması 
yıxılıb özündən gedən Don Rafaellonun vəziyyətinin çıxıl-
mazlığını  səciyyələndirir. Mənbəyi görünməyən musiqinin 
səsləndirilməsi fonunda Don Rafaellonun əsərinin tamaşaya 
qoyulacağı ilə bağlı arzularını canlandırması  Şövqi Hüsey-
novun zəngin etüdü hesabına tamaşaçı təxəyyülünü canlan-
dırsa da, musiqinin uzanması qavrayışa mane olur. Toya ha-
zırlaşan Don Rafaello soyunduqca geyimlərinin belə müxtə-
lif parçalardan ibarət olduğunun nümayişi, onu geyindirən 
arvadı Amaliyanın ərinin pencəyinin astarını söküb çətir dü-
zəltməsi faktının üzə  çıxması kasıblığın mənzərəsini  əyani 
detallarla yenidən sübuta yetirir. Son dəbdə yarımçılpaq ge-
yinərək evdən çıxaraq kim bilir haraya üz tutaraq  guya naxış 
salmaq öyrənməyə gedən qızı Lizaya atasının vaxtilə  daim 
ona dediyi: “Oxu, yoxsa acından öləcəksən” kəlmələrini 
söyləyən Don Rafaello illərdən bəri davam edən sosial prob-
lemin həllinin uzun müddət gerçəkləşmədiyini təsdiqləyir.  
 İki həftədən bəri davam edən aclıqdan sonra nəhayət 
bu gün musiqiçi kimi iştirak edəcəyi toydan qazanacağı 
pulla ailəsinin doyunca çörək yeyəcəyini düşünərək Don Ra-
faello evdən çıxdığı məqamda gəlib çıxan turbaçı Nikolonun 
(Xaqani  Əliyev) adaxlının öldüyünü bildirməsi vəziyyəti 
çıxılmaz edir. Adaxlının ölüm səbəbinin Don Rafaellonun 
toya gecikməsi ilə bağlı olduğunu bildirən Nikol günah hissi 
keçirən qəhrəmanın psixoloji vəziyyətinin çıxılmazlığını 
qabardır. Don Rafaellonu tanışının rəhbərlik etdiyi tikiş 
fabrikinə, ayda yetmiş min lirə  məvaciblə  nəzarətçi kimi 
düzəltmək imkanı olan Həmyerlisinin (Elvin Mirzəyev) 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə