Microsoft Word cap 6 02 2012. doc


Rejissorluğun üslub problemləri



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə48/71
tarix19.07.2018
ölçüsü1,33 Mb.
#56536
1   ...   44   45   46   47   48   49   50   51   ...   71

Rejissorluğun üslub problemləri 
 
 
149 
muradın o vaxt kamilən yetər ki, bizim hətta çobanlarımız 
da, Prus çobanları kibi oxumaq, yazmaq bilərlər”
137
 müd-
dəaları elm, maarif həsrəti ilə qovrulan müəllifin daxili üs-
yanını  səciyyələndirir. Mirzə  Fətəli Axundovun məhz bu 
mövzuda qələmə aldığı “Hekayəti - müsyö Jordan həkimi 
– nəbatat və  dərviş  Məstəli  şah” komediyasının Cənnət 
Səlimova yozumunda Kamera Teatrının repertuarına gəti-
rilməsi ötən tarixi dövr ərzində həllini tapmaqla komizmin 
gücləndiyi problemə müasir baxışa imkan yaratdı. 
 Avam  əhalinin cahilliyindən varlanmaq məqsədi 
üçün istifadə edən cadugərlərin tipik nümayəndəsi olan 
Dərviş Məstəli şahla  (Şövqi Hüseynov) mütərəqqi dəyər-
ləri önə  çəkən, maarifçiliyin simvolunu səciyyələndirən 
Müsyo Jordan (Seyidşah Məmmədov) arasında seçim 
edən varlı ailənin  ətalətin girdabında qalması komizmi 
gücləndirir.  Ətrafındakılarla bacara bilsə  də, təkcə arvadı 
Şəhrəbanu xanıma (İradə Rəşidova) uduzan Hatəmxan ağa 
(İlqar cahangirov) komizmi davam etdirir.   
 Pyesdə avam əhalinin tipik nümayəndəsinin ifasında 
bacarıqla tipikləşdirilən Xanpərinin (Gülər Nəbiyeva), 
Şəhrəbanu xanımla (İlahə  Rəşidova)  Şərəfnisəni (Leyli 
Şərifova) adət halını almış  tənəzzül yoluna yönəltməsi 
daşlaşmış mühitin mənzərsini yaradır. Gənc İlahə Rəşido-
vanın yaşlı Şəhrəbanu xanıma çevrilməsi,  Gülər Nəbiye-
vanın Xanpərini bacarıqla tipikləşdirməsi, Leyli Şərifova-
nın isə    Şərəfnisənin düşdüyü dəyişkən məqamları mara-
fonçu kimi ustalıqla finişə çatdırması  səhnədə qadın 
portretləri qalereyasını zənginləşdirir. 
 Ədəbiyyatımızda felyeton janrını strukturunda üzə 
çıxaran bu pyesdə Xanpərinin dilindən səslənən: “Xanım, 
                                                 
137
 M.F.Axundov.  Əsərləri 3-cü cild. B., 1988.  s.255 


Aydın  Dadaşov 
 
 
150 
Ağcabədili Kərim Koxanın arvadı  Səlmnazı o boşatdırıb 
oynaşına verdirmədimi?, muğanlı  Səfərili kişinin qızını 
sevgilisinə qovuşdurmadımı? Dədəsini ki, qızı verməyə 
razı olmurdu, cadu ilə öldürmədimi?, Cavadlı  Kərbəlayi 
Qəmbər qızı  Şahsənəmin  ərini, bir illik yoldan başqa 
arvad almasın deyə qaytarıb gətirmədimi?”
138
   sualları 
Dərviş  Məstəli  şahı  sənədli personajlar hesabına müasir 
dildə desək reklam edir. 
 Dərviş  Məstəli  şahın dilindən səslənən “on bir il 
bundan irəli Araz qırağına gəlmişdim;  İstəyirdim ki, 
Naxçıvan və Şərur mahallarının qabağından keçib İrəvana 
gedəydim. Hər iki mahalın xalqı  mənə mane oldular ki, 
səni qoymarıq bu torpağa keçəsən. Ondan ötəri ki, əlində 
təzkirən yoxdur. Nə  qədər yalvardım, yapışdım sözümə 
qulaq asmadılar. Aşağı getdim, yuxarı getdim olmadı; 
Axırda acığım tutdu əcinələrə, ifritlərə hökm etdim ki
tamam Naxçıvan,  Şərur mahallarının damlarını qaldırıb 
yer ilə yeksan etdilər ki, zərbindən ağrı dağının bir tərəfi 
qopub, tökülüb Aknur kəndini batırdı. Oranın biçarə 
erməniləri də yaman qonşuların səbəbindən fənayə 
getdilər”
139
 cümlələri 1840 – cı ildə baş vermiş  təbiət 
hadisəsini də dramaturji struktura qoşmaqla reallıq 
əmsalını artırır. 
Müsyö Jordanın təhriki ilə elm, savad arxasınca Pari-
sə getmək istəyən  Şahbaz bəy (Nofəl Vəliyev) tərəqqiyə 
can atan gəncliyin parlaq nümayəndəsinə çevrilsə  də, 
Hatəmxan ağanın passivliyi hesabına fəallaşan məhdud 
dünyagörüşlü  Şəhrəbanu xanımın tapdırdığı  Dərviş  Məs-
təli  şahın timsalında qara qüvvələrin  əli ilə onun yolunu 
                                                 
138
 M.F.Axundov. Bədii və fəlsəfi əsərləri. B., 1987. s. 35. 
139
 Yен  орада. s. 39.  


Rejissorluğun üslub problemləri 
 
 
151 
bağlaması pyesin və tamaşanın fabula mexanizmini yara-
dır. Nəticədə ömrü boyu Qarabağdan çıxmayıb sadəcə ailə 
başçısı Hatəmxan ağanın taleyini yaşamağa məhkum olan 
Şahbaz bəyin ömürlük Təklə Muğanlıdakı  təsərrüfatının 
dairəsində qalacağı, qarşısı  kəsilən tərəqqinin, dinamika-
nın göstəricisini yaradır. Süjetə uymayıb fabulanı önə çə-
kən quruluşçu rejissor Cənnət Səlimovanın yozumunda 
məhz bu xəttin əsas götürülməsi tamaşanın uğurunu təmin 
edir. 
Yeri gəlmişkən bu pyesin Azərbaycan Dövlət Akade-
mik Milli Dram Teatrında rejissor İlham Əsgərovun quru-
luşunda,  Ədhəm Qulubəyovun ssenarisi üzrə Kamil Rüs-
təmbəyovla, Şamil Mahmudbəyovun çəkdikləri Qarabağa 
gəlişindən hər kəsin, hətta balaca Gülçöhrənin də ələ sal-
dığı, Müsyö Jordanın ilkin ədəbi mənbədən uzaqlaşdığı, 
illüstrativ, pyesdə olmayıb filmə  gələn Rəşid bəyin  Şah-
bazın dramaturji yükünə şərik olmaqla yaratdığı süjetlə fa-
bulanı neytrallaşdırdığı mövcud filmi strukturunun təkrar-
lanması, musiqisinin təqdimatı, əlavə çalğıçıların belə cəlb 
olunması konsert janrı yaratmaqla əsas dramaturji hadisə-
nin tapılmaması  səbəbindən fabulanın deyil, süjetin önə 
keçməsi Hatəmxan ağa ilə Şərəfnisənin imkan taparaq xəl-
vət çəkilmələrinə finalda Məstəli şahın istifadə etdiyi ma-
nikenlərin canlı gözəllərlə  əvəzlənməsi  Şahbaz bəyin 
Parisə maariflənmə dalınca deyil, “eyş  işrətə getmək 
istəyinə işarə vurmaqla əsərin ali məqsədindən belə yayın-
dırır. Halbuki təhlili daim önə  çəkən Cənnət Səlimova 
hələ 1967-ci ildə Sumqayıt Dövlət Dram Teatrının açılış 
mərasimi üçün qurulmuş bu tamaşada  əyləncə naminə 
bəstəkar Emin Sabitoğlunun musiqisinə  şair Zeynal Cab-
barzadənin arvadlardan gileylənən Hatəmxan ağanın, kişi-
ləri ram etdiyinə qürrələnən  Şərəfnisə xanımın dilindən 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə