Microsoft Word cap 6 02 2012. doc



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə49/71
tarix19.07.2018
ölçüsü1,33 Mb.
#56536
1   ...   45   46   47   48   49   50   51   52   ...   71

Aydın  Dadaşov 
 
 
152 
səslənən mahnılarının mətni  struktura əlavə olunan hoq-
qabaz aparıcıların  bəhri- təbil mətninə geniş yer verilsə də 
finalda Şahbazın Paris həsrəti ilə fransızca oxuduğu mah-
nının fonunda əl edib uzaqlaşan Müsyö Jordan itirilən 
maarifçiliyin təcəssümünə çevrilir. 
                                 
*** 
Mirzə Fətəli Axundovun Bayramla Pərzadın məhəb-
bətinin qələbəsi fonunda əhalini qayda – qanuna riayət et-
məyə, çapqınçılıqdan, quldurluqdan uzaq olmağa, halal 
zəhmətlə yaşamağa çağıran “Hekayəti xırs quldurbasan” 
pyesinin quruluşunda komediya janrının elmentlərinin qa-
bardılması  səmərəli nəticə verdi. Tamaşada təbii münasi-
bətlər sistemi yaradan mizan, plastika həllinin dəqiqliyi, 
musiqi, rəqs, xor imkanlardan geniş, lakin üzvi şəkildə 
istifadə edilməsi  bayram əhval – ruhiyyəsi yaratdı.         
 Pyeslərində  hər bir əşya dramaturji status qazanan 
Mirzə  Fətəli Axundovun bu əsərində varlı  Məşədi Qur-
banın maymaq, qorxaq oğlu Tarverdinin (Şövqi Hüsey-
nov) kəndin gözəli Pərzadı (Gülər Nəbiyeva) almaq istə-
məsi, qızın özünə yaraşan igid Bayramla (Elvin Mirzəyev) 
sevgisi ekspozisiyanı yaradır. Tamahkar Zalxa (Leyli 
Vəliyeva) və onun əri Namaz (Nofəl Vəliyev) tərəfindən 
Tarverdinin qızışdırılaraq qaçaqmalçılığa göndərilməsi 
əsas hadisəni təqdim edir. Tarverdinin dostları ilə qarşısını 
kəsib soymaq istədikləri avropalı Frans Fokun sirk 
təlimçisi olması komizmi artırır. Tarverdi rolunda qazanla, 
aşsüzənlə silahlandırılan  Şövqi Hüseynovun dəyişən 
maska elementindən bacarıqla istifadə etməsi pyeslərində 
əşyaya dramaturji status verən müəllif ruhunun plastik 
həllini gücləndirir. Şövqi Hüseynovun tamaşadan tamaşa-
ya  daim yeniləşən emosional jestlərində, təəssüf ki, bəzən 


Rejissorluğun üslub problemləri 
 
 
153 
hətta biçimsiz improvizələrində  səhnəni canlandırır.  Şüb-
həsiz ki, qablaşdırılmamış emosionalizm və yaxud quru 
rassionalizm son nəticədə  sənəti biçimsiz, formasız natu-
ralizmə yönəldir. “Yalnız emosianal jest əsl teatr sənətini 
üzə  çıxarmağa qadirdir” yazan Aleksandr Yakovleviç 
Tairovun “Yaradıcı hissiyyatla zəngin emosiya əsl forma-
nın əldə olunmasının açarıdır”
140
 qənaəti də məhz məntiqli 
biçimin vacibliyini vurğulayır.  Şövqi Hüseynovun yara-
dıcı hissiyyatla zəngin emosianal jestləri də,  əndazədən 
çıxmadıqda, mövzu-problem əlaqəsi çərçivəsində mövcud 
olduqda, janr təməli üzərində boy verdikdə  nəticə hasil 
olur.     
 Namaz rolundakı Nofəl Vəliyev oynadığı rolu səliqə 
- səhmanla, dozalarla yaratmaqla tərəf müqabillə ünsiyyəti 
önə çəkməklə yadda qalır. Zalxanı oynayan Leyli Vəliye-
va tipajının tamahkarlığını, hiyləgərliyini bacarıqla göstərə 
bildi. Frans Fok rolundakı Seyidşah Məmmədovun plasti-
kası və ləhcəsi komizmi artırdı. Divanbəyi rolunda haqq-
ədaləti bərpa edən  İlqar Cahangirov tamaşanın finalını 
idarə edən dirijora çevrilir. 
Ayı ilə meymunu oynayanların sifətlərinin görünmə-
məsi aktyor hüququna müdaxilə təsiri bağışlasa da, bütöv-
lükdə uğurlu alınan tamaşanın finalında pyesdə Divanbə-
yinin dilindən səslənən: “Ey, camaat sizdən ötrü indi ibrət 
olsun! Dəxi vaxtdır inanasınız ki, siz vəhşi tayfa deyilsi-
niz! Sizə eyibdir yaman işlərə qoşulmaq. Bəsdir oğurluğa, 
tülkülüyə həris olmaq! Heç bilirsinizmi ki, Rus dövləti si-
zə  nə yaxşılıqlar edir və sizi nə  bəlalardan saxlayır? La-
zımdır ki, böyüyünüzü tanıyıb, həmişə  əmrinə itaət edə-
                                                 
140
 А.Я.Таиров. Записки режиссора: статьи, беседы, речьи, письма. М., 
1970. с.91. 


Aydın  Dadaşov 
 
 
154 
siniz”
141
 kimi dövrün diktəsindən irəli gələn mətnin ixtisa-
rı ilə kütləvi şənliyə meydan verilməsi məmnunluq doğurur.  
                                
*** 
1991-ci ildə geniş tamaşaçı kütləsində, xüsusən gənc-
lərdə ruh yüksəkliyi yaratmaq naminə komediya janrına 
müraciət edən Cənnət Səlimova Jan Batist Molyerin əslin-
də insan azadlığı probleminin rüşeymləri üzərində qurul-
maqla, xəsisliyi də ifşa edən, dövrünün möhürünü yaşadan, 
ən önəmli cəhəti səhnədə bir gün ərzində baş verən göz-
önü hadisələri real zamanla üst – üstə düşən “Skapenin 
kələkləri” fars janrının del arte tipli pyesinə quruluş verir. 
 Qədim yunan dramaturqu Karistiysinin “Təltifli ər”, 
Romanın məşhur komediya ustası Terentsinin “Formion” 
və  nəhayət Rostanın “Sirano de Berjerak” pyeslərinin 
motivinin təkrarı sayılan pyesin dramaturji strukturunda 
Oktavla Giatsinianın, Leandrla qaraçı  qızı Zerbinettanın 
sevgi xətti və qarşıya çıxan çətinliklərin həllində müstəsna 
rolu olan Molyerin çoxsaylı nökər personajlarından biri, 
aktyor məharətli, ağıllı, fəndgir Skapenin kələkləri 
tamaşaçı  rəğbəti qazanmaqla sağlam gülüş yaradırdı. Bu 
isə  əlbəttə ki, dram, səhnə  sənətinin tələblərini dərindən 
bilən, yaratdığı teatrın maddi vəziyyətini düzəltmək 
naminə girdiyi borca görə həbsxanaya düşən, tamaşa gedə 
-gedə ölümünü qarşılayan Molyerin “Arvadlara dərs” adlı 
tənqidi əsərindəki: “Əgər nəzəri qanunlar əsasında yazılan 
pyesi tamaşaçı  qəbul etmirsə, deməli o nəzəriyyənin özü 
düzgün tərtib edilməlidir. Çünki tamaşaçı kütləsi səhv edə 
bilməz”
142
 qənaətinə uyğun gəlməklə  əbədi mövzu hesa-
                                                 
141
 M.F.Axundov. Bədii və fəlsəfi əsərləri. B., 1987. s. 73 
142
 Ж.Б.Мольер. Комедии. М., 1972. с.14. 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə