Microsoft Word cap 6 02 2012. doc



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə57/71
tarix19.07.2018
ölçüsü1,33 Mb.
#56536
1   ...   53   54   55   56   57   58   59   60   ...   71

Aydın  Dadaşov 
 
 
176 
canlı varlıqdır, istəsəniz o sizi sevəcəkdir, siz də onu”
154

“Rejissor lazımi məqamda, lazımi yerdən, lazımi zərbəni 
vurmağı bacarmalıdır”
155
 prinsipi  əsas götürüldü. Reper-
tuar seçimində “tikinti materialı” sayılan aktyorlarının in-
tellekt, plastika imkanlarını nəzərə alan Cənnət Səlimova-
nın tamaşalarında təkcə məkan deyil zaman həllini də ta-
pan, dördüncü divara yönələn qeyri standart mizanlar ta-
maşaçı diqqətini cəlb etmədən, əksər hallarda özünün ob-
razlı kompozisiya həllini də tapdı.  
 Məhz yaranmasında və peşəkar status qazanmasında 
misilsiz  əməyi olan Cənnət Səlimovanın fədakarlıq hesa-
bına yaratdığı Kamera Teatrının səhnə, dekor, geyim, əl-
bəsə məhdudiyyəti, bütün yaradıcı qüvvənin aktyorlara sə-
fərbər olmasına təkan verməklə yüksək bədii ifa mədəniy-
yəti əldə olundu.  Hər pyesin strukturundakı personajların 
bəzən hətta cinsi fərq belə nəzərə alınmadan dəyişkən me-
xanizmlə bütün aktyorlara həvalə olunması ampula 
anlayışını dağıtdı. Yəni zahiri əlamətindən asılı olmayaraq 
daxili qüvvəsini cəmləyə bilən hər bir aktyor oynadığı rolu 
personaj, tipaj, obraz və bəzən hətta pyesin diktəsi səviy-
yəsində xarakter səviyyəsinə qaldıra bildi. Bu isə son nəti-
cədə peşəkar rejissor əlində mum kimi istənilən şəkilə dü-
şə bilən aktyor tipinin təzahürünə şərait yaratdı. Nəticədə 
isə  tədris tamaşalarından sıyrılmaqla püxtələşən Kamera 
Teatrı ictimai fikrə təsir əmsalı qazanmaqla, bütöv bir nəs-
lin xatirəsində yaşayacaq mədəniyyət hadisəsinə çevrildi.  
Yeri gəlmişkən  Bakı Kamera Teatrında da, baş rol-
ları bacarıqla oynamaqla özlərini “balina aktyor” hesab 
edən Elvin Mirzəyev, Nigar Həsənzadə, Toğrul Rzayev, 
                                                 
154
 Л.А.Додин. Путешествие без конца. С-П., 2009. с.20. 
155
 Yenə orada. s.341. 


Rejissorluğun üslub problemləri 
 
 
177 
Ülviyyə Abdullayeva, İmaməddin Həsənov kimi, istedad-
larını  hədsiz dəyərləndirməklə  səhnə  sənətinin  əsas prin-
sipindən uzaqlaşanlar tapılsa da, Cənnət Səlimova onları 
daha yeni bir teatr açmağa həvəsləndirərək teatrdan uzaq-
laşdıra bildi. Bu aktyorların “Yaranış” adlı yeni teatr aç-
maq istəkləri hələ  də reallaşa bilmədiyindən, sonradan 
rejissor təhsili alaraq, Musiqili Komediya Teatrında “Ar-
şın mal alan” operettasına quruluş verən Elvin Mirzəyev 
istisna olmaqla digərlərinin sənətdən uzaqlaşmaları    təəs-
süf doğurur. 
Bakı Kamera Teatrının səhnəsində isə Mirzə  Fətəli 
Axundovun “Sərgüzəşti - vəziri - xani Lənkəran”, “Heka-
yəti - müsyö Jordan həkimi – nəbatat və  dərviş  Məstəli 
şah”, “Hekayəti xırs quldurbasan” komediyalarına quruluş 
verməklə  Cənnət Səlimova dramaturgiyamızın banisinin 
pyeslərinin gündəmdə qalmasına  şərait yaratmaqla milli 
mədəniyyət strategiyasına birbaşa xidmət göstərdi. 
Maraqlıdır ki, məsələn müxtəlif səhnələrdə də qoyulmaqla 
artıq  əlli ildir ki, sanki azyaşlı  uşaqlarla birlikdə  Cənnət 
xanımı da müşayiət edən “Ulu qurbağa balası” nağıl 
tamaşası təbliğat naminə deyil əmtəəyə çevrilməklə teatrın 
maddi vəziyyətini nizamlamaq üçün şəhərimizin  əksər 
uşaq baxçalarında da göstərildi. Bununla belə mövcud oldu-
ğu  ərəfədə bu teatrın tamaşalarını  təhlil edən məqalələrin 
dərc olunmaması diqqətdən yayınmadı.  
   ADMİU-nun Sənətşünaslıq fakültəsinin “Ədəbi yara-
dıcılıq” ixtisasının bir neçə  tələbəsinin, ilk qələm təcrübəsi 
olub, ötən  əsrin otuzuncu illərinin Staxanov hərəkatından 
doğan monoloji oçerklərindən ibarət “Çələngin yeddi çiçəyi” 
kitabçasına xeyirxahlıqla yazdığı “Ümidlərlə doğan günəş” 
adlı ön sözündə: “Bakı Kamera Teatrının gənc, ancaq teatr 
ictimaiyyətində kifayət qədər tanınan, sevilən, ehtiramı 
yüksək tutulan kollektivi ətirli və təravətli dağ çiçəklərindən 
hörülmüş çələngi xatırladır. Öz hüsnü, öz səmimiyyəti və öz 


Aydın  Dadaşov 
 
 
178 
sənət nəğməsi, öz sənət yanğısı, öz yaradıcılıq ehtirası olan  
Kamera Teatrı görkəmli rejissor Cənnət xanım Səlimovanın 
ehtiraslı  səhnə  mədəniyyətindən doğulub”
156
 qənaətini bil-
dirən professor İlham Rəhimlinin timsalında teatrşünaslığın 
sənət sevgisini səciyyələndirir. Bütövlükdə isə Kamera Teat-
rının tamaşaları  nədənsə teatrımızın konseptual problemlə-
rini sistemli araşdıran teatrşünaslığımızın diqqətindən daim 
kənarda qaldığından, sonrakı nəsil tədqiqatçıları üçün də, el-
mi-nəzəri baza yaranmadı.   
Gənc Tamaşaçılar Teatrına birləşdirilməklə (“Gənclər” 
teatrı ilə birgə), qloballaşmanın “tərəqqi mərkəzləşməyə 
möhtacdır” prinsipini yerinə yetirsə  də, müstəqil fəaliyyət 
dövrünü başa vuran bu sənət ocağı, M.Şəhriyar,  İ.Əbilov 
klublarındakı məhrumiyyətlərdən xilas olsa da, yeni təmir-
dən çıxan bina, maddi-texniki imkanlar qazansa da, özü-
nün yaradıcılıq laboratoriyasını, tamaşaçı zümrəsini və 
üslunu itirdi.      
 
 
 
                                                 
156
 İ.Ə.Rəhimli. Ümidlərlə doğan günəş. Çələngin yeddi çiçəyi. k. B., 2003. c.3. 


Rejissorluğun üslub problemləri 
 
 
179 
 
 
 AZßRBAYCAN DÞVLßT  
MUSÈQÈLÈ KOMEDÈYA   
TEATRINDA CßNNßT 
SßLÈMOVANIN TAMAØALARI 
 
-cı ildən davamlı olaraq Rusiyaya qast-
rol səfərlərinə  gələn, “Gözəl mavi Dü-
nayda”, “Vyana meşəsinin nağılı” valsları elitar çevrədə 
dillər  əzbəri olan, 1870-ci ildə Bostonda min nəfərlik 
orkestri idarə etməklə rekord qazanan, “Yarasa”, “Qaraçı 
baron” operettaları  (italyanca kiçik opera) ilə skripkaçı, 
dirijop, bəstəkar  İohan  Ştrausun (oğul) bu janrın  əsasını 
qoydu. Onun davamçıları Frans Leqarın,  İmre Kalmanın, 
Jak Offenbaxın hesabına  əyalət təfəkkürünü önə  çəkən 
sentimental məzmuna, xalq musiqisinə, folklora söykənən  
bu janr dünya şöhrəti qazandı. Azərbaycanda  Zülfüqar 
bəyin “Əlli yaşında cavan”(1909), “Evli ikən subay”(1911), 
Üzeyir bəyin “O olmasın, bu olsun” (1911), “Arşın mal 
alan”(1913)  əsərləri ilə intişar tapan operetta- janrı musiqi 
mədəniyyətimizin tərkib hissəsinə çevrildi. V.Zeydmanın, 
V.Şebalinin, N.Rakovun, Q.Qarayevin tələbəsi olmuş, 
“D.Şostakoviçin “Səkkizinci simfoniya” əsərinin partitura-
sına: “Fitri istedadının parlayacağına inandığım  əziz Rauf 
Hacıyevə  ən xoş arzularla” cümləsini yazıb bağışladığı”
157
 
yazdığı doqquz operettadan beşinin – “Romeo mənim qon-
                                                 
157
 A.Ə.Dadaşov. Teatr – kino problemləri. B., 2008. c.153. 
1856 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə