Microsoft Word cap 6 02 2012. doc



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə59/71
tarix19.07.2018
ölçüsü1,33 Mb.
#56536
1   ...   55   56   57   58   59   60   61   62   ...   71

Aydın  Dadaşov 
 
 
184 
Aleyxemin ötən əsrin əvvəllərindəki yəhudi qırğınına həsr 
olunmuş “Südçü Tevye” adlı  məşhur  əsəri  əsasında dra-
maturq Qriqori Qorinin və bəstəkar Mixail Qluzanın işlə-
dikləri “Anma duası”  musiqili draması oldu. Əslində bu 
səhnə  əsəri musiqili komediya, operetta mövzusu olmasa 
da, qara qüvvələrin təzyiqi altında saysız - hesabsız qaç-
qınların doğma yurdlarını tərk edərək acınacaqlı vəziyyət-
də talenin ümidinə buraxıldıqları dövrün ruhuna uyğun idi. 
Danışmaqdan çox, oxumağı bacaran operetta aktyorlarını 
yaşantı prinsipində mövcud olmağa vadar edən  Cənnət 
Səlimova hələ ki, “Dağ  Məhəmmədə sarı  gəlməsə, Mə-
həmməd dağa sarı gedər” məsəlinin diqtəsini qəbul etmək 
istəmirdi. 
Ağır zəhmət hesabına özünə güzəran düzəltmiş, əda-
lətsizliyə qarşı barışmaz mövqeli, xalq lətifələrindən, yu-
morundan bəhrələnən məzhəkəçi, səmavi kitablara bələd 
dindar kimi mənəviyyatı ilə seçilən, müxtəlif taleli beş 
ağıllı, qoçaq, gözəl qız atası Südçü Tivyenin total zorakı-
lıqla qarşılaşması oxumağa yönəlikli aktyorların müqavi-
mətinə baxmayaraq Cənnət Səlimova yozumunda drama-
tik həllini tapır.   
 Bu  tamaşada Südçü Tevye rolundakı Boris Qrafkin 
əzablara qatlaşaraq özünü yenidən qura bilsə  də, onun 
arvadı Qolda rolundakı Larisa Vinoqradova illərdən bəri 
alışdığı çəhrayı ampluasından faciəviliyə doğru addım ata 
bilmirdi. Beləliklə, tamaşaçıların və elə  Cənnət Səlimo-
vanın özünün də sevimli sənətkarı öz rolunu bu məsələnin 
öhdəsindən daha bacarıqla gələn Tatyana Mordasovaya 
güzəştə getmək zorunda qaldı. Dərzi Motl rolundakı, hal - 


Rejissorluğun üslub problemləri 
 
 
185 
hazırda Milanda vokal dərsi verən Anatoli Qusev isə 
hamını müqavimətə  səsləməklə “balina aktyor” mis-
siyasını yerinə yetirməkdən çəkinmədi. Bununla belə çətin 
məqamda dara düşən hər kəsin qayğısını  çəkən Südçü 
Tivye rolundakı Boris Qrafkin, onun arvadı – öz ağrılara 
dözərək dua etməklə doğuşuna tanrıdan imdad dilədiyi 
qızının dünyaya gətirdiyi körpəyə sanki ruhunu ötürüb 
canını tapşıran Qolda rolundakı Tatyana Mordasova, dərzi 
Stepanı ifa edən Sabir Sultanov dramatik aktyor məha-
rətlərini göstərə bildilər. 
 Bəstəkar Cahangir Cahangirovun tələbəsi olub Bö-
yük teatrda professor M.F.Ermlerin rəhbərliyi ilə üç il təc-
rübə keçərək 1990-cı ildə çalışdığı Musiqili Komediya 
Teatrına qayıtmış dirijor Nazim Hacıəlibəyovun Həsənağa 
Qurbanovla birgə dirijorluğu, A.Avdyaevin yəhudi xalq 
musiqisinin oranjimanı kimi tərtib etdiyi musiqi, xor-
meyster Vaqif Məstanovun idarə etdiyi xorun alqışlarla 
qarşılanan Ukrayna xalq mahnısı dramaturji hadisələrin 
mühitinin təqdimatını qabarda bildi.                               
                                
*** 
Cənnət Səlimovanın  Ş.Qurbanov adına Azərbaycan 
Dövlət Musiqili Komediya Teatrında, uzun fasilədən sonra, 
1993-ci ildə “26 Bakı komissarı” klubunun darısqal 
binasında quruluş verdiyi yeni tamaşa Jan Puaronun “Həftə 
sonundakı  şən  şam yeməyi” vodevili oldu. Bədii-texniki 
məhdudiyyəti nəzərə alan quruluşçu rejissorun əsas məqsədi 
bütün mədudiyyətlərə baxmayaraq nəinki tamaşa qoymaq və 
hətta bu teatrda yeni söz demək idi. Lakin dərin fəlsəfəsi 


Aydın  Dadaşov 
 
 
186 
olmayan bu vodevildə sevgilisi Jülini (M.N.Litvinenko) ar-
vadı Sofiyə (L.A.Vinoqradova) bir vaxtlar atıb getdiyi  qızı 
kimi sırımaq istəyən Stefanın (B.F.Qrafkin) vaqeələrində 
vermək çətin məsələ idi. Tanınmış caz ustası Salman Qəm-
bərovun seçdiyi fransız melodiyalarının fonoqram altında 
səslənməsi, XV əsrdən xalqdan gəlib estradalaşan  şanson-
ların vokal və rəqs ifalarının canlı ünsiyyət üzərində qurul-
madığını qabartdı. Canlı ünsiyyətin yoxluğu musiqi din-
ləmək üçün gələn tamaşaçını məyus etsə də teatra əylənmək 
üçün gələnləri əla almaq naminə düşünülən Sofinin - Mariya 
Litvinenkonun məşhur müğənni Patrisiya Kaasın ifası altın-
dakı zövqlü striptizi səmərəli nəticə verdi. 
                            
*** 
Məşhur macar bəstəkarı Frans Leqarın Anri Melyake-
nin diplomatların həyatından bəhs edən “Səfirliyin atteşyesi” 
komediyası əsasında yaratdığı, lirik valslarla zəngin “Şən dul 
qadın” operettası yaranışından dünya musiqili teatrlarının 
səhnəsini bəzəyir. Özünün “Operettanın ulduz məqamı” 
kitabında: “Dünya şöhrəti “Şən dul qadın”la başlayır. Bu əsl 
yetkin, bənzərsiz  əsər ustadın gücünün aşıb-daşdığı 
mərhələdə yarandı. Burada onun istedadının – dramatizmlə, 
psixologizmə meyli qarşılıqlı  təqdim olunan beynəlmiləl 
melodiyalar, dövrün ruhunu yaşadan operetta janrının baxış 
bucağında üzə çıxdı”
160
 yazan musiqişünas Alla Rudolfovna 
Vladimirskaya əsərin mühitin sosial sifarişini də göstərir. Əl-
bəttə ki, liberal mühitin sərbəst bazarına yönələn bu əsərdə 
tərəqqiyə mane olan maddiyyat hərisliyinin mənəviyyata 
                                                 
160
 А.Р.Владимирская. Звездные часы оперетты. Л., 1991. с.87. 


Rejissorluğun üslub problemləri 
 
 
187 
qarşı qoyulmasının satirik boyalarla təqdimatı müəllifin 
daxili azadlığının da göstəricisinə çevrilir. Musiqişünas Alla 
Rudolfovna Vladimirskayanın “Operettanın partiturasında 
həqiqətən satirik səhnələr vardır. Qəsdən dayaz dəbdəbəni 
qabardan melodiya Pontevdronun Parisdəki səfirinin və 
onun  ətrafının yelbeyinliyini səciyyələndirir. Bununla belə 
“Şən dul qadın”ın uğurunda bu əsas  şərt deyil. Leqar qoca 
deyildi, heç olmadı da. Onun əsərlərində kapital arxasınca 
yüyürüş sevgi ilə  təmizlənir” qənaəti operettanın ideyasını 
da göstərir.  
Hələ 1962–1970-ci illlərdə rejissor Rostov Operetta 
teatrının rejissoru A.Q.Alleqrovun  Azərbaycan Musiqili 
Komediya Teatrının səhnəsində tamaşaya qoyduğu, V.S.Qo-
neyevin Baron Zetta,  E.P.Qoqoberidzenin onun arvadı Va-
lentina, İ.N.Podqornayanın Hanna Qlavari, F.P.Kolinin Qraf 
Danilo oynadığı, “Şən dul qadın” operettasına Cənnət Səli-
mova 1995-ci ildə bu səhnədə yenidən quruluş verdi. İyirmi 
milyon cehizi olan,  şən dul qadın Hanna Qlavarinin (Larisa 
Vinoqradova) xariciyə  ərə getməklə ölkədən varidatın 
çıxarılmasına qarşı duran Baron Zettanın (Viktor Volya) bu 
qadını  səfirin üçüncü attaşesi Qraf Daniloya (Elxan Əhəd-
zadə) ərə vermək istəməsi əsas hadisəni canlandırır. Bu mü-
nasibləri həyata keçirib reallaşdırmaq məqsədi ilə qurulmuş 
məclisə Qraf Danilonun gecikməsi bütün planları alt-üst 
edir. Paralel olaraq ölkənin mənafeyi naminə insanların tale-
yi ilə oynayan səfir Baron Zettanın arvadı Valentinanın 
(Marina Litvinenko) Fransa attaşesi Kamil de Rusilyonla 
(Firuz Məmmədov) sevgi macərası dramaturji strukturu 
zənginləşdirir. Baron Zettanın qapı deşiyindən baxaraq 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə