Microsoft Word cap 6 02 2012. doc



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə55/71
tarix19.07.2018
ölçüsü1,33 Mb.
#56536
1   ...   51   52   53   54   55   56   57   58   ...   71

Aydın  Dadaşov 
 
 
170 
diktəsindən, finalın dəyişməsi isə tamaşaçıda pessimist 
əhval-ruhiyyə yaratmamaq  istəyindən irəli gəldi.  
*** 
Aleksandr Düma-atanın Böyük Britaniyanın him-
ninin müəllifi Henri Kerinin nəvəsi, dörd yaşından səhnə-
də böyüməklə  Şekspir faciələrinin  əvəzsiz ifaçısına çev-
rilən, qadın və içki düşkünü adlandırılmasına baxmayaraq 
sənətilə başda Lord Bayron olmaqla zadəganlarla yanaşı 
bütün tamaşaçıların sevimlisi Edmund Kinə (1787-1833) 
həsr olunmuş “Kin və ya Dahi və  çıxılmazlıq”  əsəri XX 
əsrdə Jan Pol Sartr tərəfindən səhnələşdirilərək dəfələrlə 
tamaşaya qoyulmuş  və dünyanın bir çox ölkələrində, o 
cümlədən 1924–cü ildə Rusiyada Aleksandr Volkov 
1956–cı ildə İtaliyada Vittorio Qasman və Françesko Roze 
tərəfindən ekranlaşdırılmışdır. 
 Bu ilkin mənbə  əsasında Qriqori Qorinin yazdığı 
pyes əsasında Cənnət Səlimovanın 1991 – ci ildə quruluş 
verdiyi tamaşa ilkin ədəbi mənbədə olduğu kimi İngiltərə 
teatr səhnəsinin tacsız kralı Edmund Kinlə Britaniya 
İmperiyasının monarxı  IV  Georgi  arasındakı dostluqdan 
və  rəqabətdən bəhs edir. Özünün əhali tərəfindən 
sevildiyinin illüziyası ilə yaşayan IV Georginin 
tamaşaçıların həqiqi məhəbbətini sənəti ilə qazanan Kinə 
nifrəti ziddiyətin tərəflərini müəyyənləşdirir.  
Açıq buffonadanın tətbiq olunduğu bu tamaşada səh-
nəyə vurulan varlı tacir Lord Myuilin himayəsindəki ye-
tim qızcığaz Ennə uzaqdan parlaq görünən bu həyatın 
əslində dözülməz çətinliklər girdabı olduğunu söyləyən 
Kin vurulduğu, peşəkara çevirdiyi bu gözəlin xəyanətinə 
Leylidən, Culiyettadan başqa bir kimsəsi olmayan Məc-
nundan, Romeodan fərqli olaraq sənət yanğısı sayəsində 
qalib gəlir. Yalnız sənətinə vurulmaqla ömürlük subay qa-


Rejissorluğun üslub problemləri 
 
 
171 
lan Kinin gözəlliklə ünsiyyət insanı ülviləşdirir ideyasını 
tamaşaçıya çatdırması  Cənnət Səlimovanın uğurlu yozu-
mu sayəsində reallaşır.  Şövqi Hüseynovun (Kin), Nofəl 
Vəliyevin (IV Georgi), Kərəm Hacızadənin (Solomon), 
Leyli Vəliyevanın (Yelena Kefelt), Gülər Nəbiyevanın 
(Anna Denbi), Seyidşah Məmmədovun (Kefelt) və digər-
lərinin tamaşanın əsas yükünü öz üzərlərinə götürməkləri  
sayəsində real hadisələrə söykənən əbədi mövzu üzə çıxır.
  
                                 
*** 
İlqar Fəhminin səhnələşdirməsi əsasında Cənnət Səli-
movanın 1994-cü ildə quruluş verdiyi Mirzə Fətəli Axun-
dovun “Hekayəti - müsyö Jordan həkimi – nəbatat və dər-
viş Məstəli şah-cadukuni-məşhur” , “Hekayəti-molla İbra-
him Xəlil kimyagər” və Mirzə Cəlilin “Ölülər” pyeslərinin 
fabula mexanizmini - əsas dramaturji hadisələrdə ardıcıl 
şəkildə birləşdirməklə “Fırıldaqçıların zəmanəsi” adlı ta-
maşası bütövlükdə qanunların işləmədiyi bir şəraitdən 
əhalini aldadan və  hətta müqəddəs dövlət xəzinəsinə  əl 
uzadan kələkbazlara qarşı yönəldir.  Şövqi Hüseynovun - 
Məstəli şah, Dərviş Abbas, Şeyx Nəsrullah -  Nofəl Vəli-
yevin Müsyo Jordan, Molla İbrahim Xəlil, Seyidşah 
Məmmədovun  Şeyx Nəsrullahı ifa etmələri dinamikanı 
artırdı. Tamaşada kriminal mövzulu “Dolya vorovskaya” 
mahnısından, step rəqsindən və tədricən yeniləşən geyim-
lərdən istifadə mühitin açılışına yönəlməklə yanaşı 
müasirliyi də önə  çəkə bilirdi. Fikrət Məlikovun yazdığı 
“pedaqoq - rejissorların tamaşa üzərində  iş rejimi” zən-
nimcə pedaqoq fırıldaqçıların zəmanəsini  əks etdirmək 
üçün müxtəlif pyeslərdən seçilmiş parçalarla “tamaşa – 
kompozisiyanın” həllini ustalıqla müəyyənləşdirərək, ana 
xətt və ali məqsədi uğurla sona çatdıra bilmişdir. Çünki, 
burada Molla Xəlil kimyagərin varlanmaq məqsədi ilə 


Aydın  Dadaşov 
 
 
172 
nuxuluların pullarını mənimsəməsi,  Dərviş Məstəli şahın 
insanların avamlığından istifadə edərək asan yolla qazanc 
əldə    etməsi,  Şeyx Nəsrullahın çoxlu sayda var - dövlət 
əldə etməsi və  şəhvani hisslərini söndürmək məqsədi ilə 
insanların psixologiyasına məharətlə təsir göstərməsi, də-
ləduzluqla məşğul olması amillərini fırıldaqçılıq adlandır-
maq yerinə düşürdü. Belə ki, tamaşa səhnəyə qoyulduğu 
müddətdə göbələk kimi yaranaraq artmaqda davam edən 
müxtəlif tipli dırnaqarası bankların  əhalini aldatmasını, 
cəmiyyətdə gedən neqativ proseslər nəticəsində bütün var 
-dövlətini itirmiş insanların aqibətini dəqiqliyi ilə görən 
rejissor- pedaqoq klassiklərimizin bu cür parçaları 
seçməklə, onları müasir dövrün sosial mühitinə uyğun-
laşdıraraq parlaq surətdə  səhnə verməyə müvəffəq oldu. 
Belə bir prosesin isə klassik əsərlər vasitəsi ilə vurğulan-
ması ondan böyük güc, istedad və yüksək məharət tələb 
edirdi”
150
 fikirləri bu səhnə  əsərinin dəyərləndirilməsi ilə 
yanaşı meydana çıxmasına yaranan tələbatı da səciyyələn-
dirir. 
                                    
*** 
Cənnət Səlimovanın 1997-ci ildə quruluş verdiyi, 
Kamal Abdullanın “Ruh” pyesində vaxtilə orta məktəbdə 
birgə oxumuş adamların qırx il sonrakı görüşünün hadisəli 
məqamında təsvir edilən Ruh (Leyli Vəliyeva), Tərki – 
dünya (Seyidşah Məmmədov), Qorxacaq qadın (Gülər 
Nəbiyeva),  Şübhəli Məxluq (İlqar Cahangirov), Narahat 
adam (Şövqi Hüseynov), Ağciyər (Nofəl Vəliyev), Kimsəsiz 
(Mətləb Səfərov) kimi personajların adları mahiyyət daşıyı-
cısı tək təqdim olunur. Onlardan birinin ölümü fonunda cərə-
yan edən hadisələr mistik istiqamətdə inkişaf edir. Qırx ya-
                                                 
150
 F.Н.Məlikov. Pedaqoq - rejissorların tamaşa üzərində iş prosesi.  B., 2006. s. 89 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə