Microsoft Word cap 6 02 2012. doc



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə58/71
tarix19.07.2018
ölçüsü1,33 Mb.
#56536
1   ...   54   55   56   57   58   59   60   61   ...   71

Aydın  Dadaşov 
 
 
180 
şumdur”, “Kuba məhəbbətim mənim”, “Qafqaz əsiri”, “Ana 
mən evlənirəm”, “Yolayrıcı” kimi milli musiqimizin estrada 
ilə sintezindən yaranan əsərləri Moskva Dövlət Operetta 
Teatrının səhnəsində göstərilən  bəstəkarımız bu janrın 
tərəqqisinə  təkan verdi. Rauf Hacıyevin bir sıra Avropa 
ölkələrində, o cümlədən bu janrın beşiyi sayılan Macarıstan 
tamaşaçılarının da geniş marağına səbəb olan, 1954-60-cı 
illərdə Moskva Dövlət Operetta Teatrının baş rejissoru 
olmuş məşhur bas-bariton vokalçı V.Kandelakinin haqqında: 
“Milli arxaizmdən uzaq olub, milli koloritlə zəngin olan bu 
operetta özünün optimizmi, yumoru və müasirliyi ilə se-
çilir”
158
 yazdığı “Romeo mənim qonşumdur” operettasını ki-
norejissor  Şamil Mahmudbəyov 1963-cü ildə ekranlaşdır-
maqla  əsərin tirajını da artırdı. Beləliklə, operettalarının tə-
şəkkülü və inkişafı bu sənət sahəsinin səhnə  həllinə, bədii 
özəlliklərinin aşkarlanmasına rəvac verən musiqi rejissorlu-
ğunun yaranmasına tələbat yaratdı. Yeri gəlmişkən K.S.Sta-
nislavski də yaradıcılıq fəaliyyətinə operetta rejissorluğun-
dan başlamışdı. 
Qori müəllimlər seminariyasının məzunu, 1905-07-ci 
illərdə  bibisi oğlu Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” 
operasının ilkin variantında Məcnun, İbn Salam rollarını ifa 
etmiş, tanınmış pedaqoq Bədəlbəy Bədəlbəyovun ailəsində 
dünyaya gəlmiş, uşaqlıqdan tar çalıb, gəncliyindən baxdığı 
tamaşalara dair məqalələr yazan, 1934-cü ildə Moskvada
Malı teatrda, Kote Marcanaşvilinin yanında təcrübə keçən, 
1942-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya 
Teatrına direktor və bədii rəhbər təyin olunan, 1949-cı ildən 
                                                 
158
 В.А.Канделаки.  Интересная  встреча. г. Бакинский рабочий. 15-12-1960. 


Rejissorluğun üslub problemləri 
 
 
181 
teatr yeddi il fəaliyyətini dayandırdığı dövrdə; Azərbaycan 
Dövlət Opera və Balet teatrında Üzeyir bəyin “Koroğlu” 
operasına quruluş verən, 1953-cü ilin sonlarından 
A.N.Ostrovski adına Leninqrad dövlət Teatr İnstitutunda 
təcrübə keçən, 1956-cı ildən doğma teatrdakı  vəzifələrini 
yenidən icra edən, Fikrət  Əmirov, Rauf Hacıyev, Səid 
Rüstəmov, Süleyman Ələskərov, Vasif Adıgözəlov, Emin 
Sabitoğlu kimi yeni nəsil bəstəkarların da operettaları ilə 
yanaşı bu sahədəki dünya klassikasını da səhnəmizə 
gətirən Şəmsi Bədəlbəyli musiqi rejissoru kimi özünü tam 
təsdiqlədi. Və partituranı  bilib xaric səsi həmən duymaqla 
orkestrə, xora haqlı iradlar tutan, Lütfəli Abdullayev, 
Nəsibə Zeynalova, Bəşir Səfəroğlu, Hacıbaba Bağırov, 
Səyavuş Aslanov kimi musiqi təhsili görməyən aktyorlara 
çətin vokal partiyaları oxudan Şəmsi Bədəlbəylidən sonra 
Azərbaycan Dövlət Musiqili Komediya Teatrında rejissor-
luq peşəsinin xüsusi çəkisi tədricən azalmağa başladı.  
Ş.Qurbanov adına Azərbaycan Dövlət Musiqili Ko-
mediya Teatrı ilə  Cənnət Səlimovanın yaradıcılıq  əlaqəsi 
Cəlil Məmmədquluzadənin “Danabaş  kəndinin  əhvalat-
ları” povesti əsasıda onun librettosu üzrə  bəstəkar Oktay 
Kazımovun musiqisini yazdığı, eyni adlı tamaşa ilə bağlıdır.  
11 iyul 1982-ci ilin “Kommunist” qəzetindəki “Bir 
kəndin göynərtiləri” məqaləsində bu teatrda rejissor ilk işi 
saydığı tamaşa barədə: “Vaqif Həsənov tamaşanın 
obrazını qaravəlli xalq teatrı prinsiplərində qurmuşdur”, 
aktyorlar haqqında: “Onlar səhnədə  əsas personajları 
geyindirir, qrimləyir, aktyorun başqalaşmasını, yəni adi 
tamaşaçıdan personajın ifaçısına keçməsini təmin edirlər” 


Aydın  Dadaşov 
 
 
182 
yazan teatrşünas  İlham Rəhimlinin liberetto haqqındakı: 
“Cənnət Səlimova “Danabaş  kəndinin  əhvalatları”nı 
səhnələşdirərkən əsrin dil koloritini, fikrin ifadə səlisliyini 
bəzi məqamlarda pozmuş, ayrı-ayrı dialoqlar və epizodlar 
arasında qırıqlıq yaratmışdır”
159
 qənaəti ilə kifayətlənir. 
Bu tamaşadan doqquz il sonra Cənnət Səlimovanın 
quruluşçu rejissor kimi yeddi il əvvəl təmirə dayanan 
Musiqili Komediya Teatrına gəlişi  əslində yad limanın 
uçuş zolağına məcburi eniş idi. 
                                    
*** 
 Cənnət Səlimovanın 1991-ci ildə  Ş.Qurbanov adına 
Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, daha 
doğrusu Konservatoriyanın Opera studiyasının binasında 
quruluş verdiyi ilk tamaşa Eduardo de Filipponun  “Öz 
qanunları olan qadın”  əsəri  əsasında bəstəkar Fərac 
Qarayevin “Filumeno Marturano” operettası oldu. Qeyd 
etmək gərəkdir ki,  Vittorio de Sikanın 60-cı illərin 
ortalarında çəkdiyi, Filumeno Marturanonu Sofi Lorenin 
oynadığı “İtaliyansayağı evlənmə” filmi də bu əsər əsasında 
yaranmışdır. Keçmişi fahişə olmuş Filumenonun (Larisa 
Vinoqradova) varlı, dul Domeniko Sorianonun (İlham 
Əhmədov)  məşuqəsi olması, özünü xəstəliyə vurub onunla 
kəbin kəsdirməsi və nəhayət artıq böyümüş, hətta birisi ailə 
sahibi olmuş üç oğlunun qanuni soyad almasına çalışması 
hadisələri sosial problemlər fövqündə irəliyə aparır. Və 
xasiyyətcə, əxlaqca və düşüncə tərzi ilə Filumeno Martura-
nonun tam əksi olan qulluqçu Rozaliya Solimenenin (Svet-
                                                 
159
 İ.Ə.Rəhimli. Bir kəndin göynərtiləri. Kommunist q. 11-07-1982. 


Rejissorluğun üslub problemləri 
 
 
183 
lana Bajenova) hadisələrə komik münasibət tamaşanin dra-
maturji strukturu ilə yanaşı janr təyinatını da qoruyur.  
Yeri gəlmişkən Eduardo de Filipponun bu pyesi əsa-
sında bəstəkar və dirijor Florimon Ervenin  operettası möv-
cud olsa da, bu tamaşanın musiqisini Fərəc Qarayevin yaz-
ması yeni, orjinal bir səhnə əsərinin səhnəmizə gəlişinə şərait 
yaratdı. Məz bu tamaşada Cənnət Səlimova tərəfindən teatra 
dəvət edilərək həvalə olunan Domeniko Soriano rolunu rus 
dilində uğurla ifa edən,  İlham Əhmədovun da yaradıcılığın-
da yeni səhifə açılır. Cənnət Səlimovanın peşəkar üslubu sa-
yəsində hətta ikinci plandakı aktyorların - Filumeno Martu-
ranonun oğlanları; Rikardo (Əli İbrahimov), Umberto (Vik-
tor Volya), Mikele (Mixail Simonovski), Vəkil Noçello 
(Boris Qrafkin), Alfreddo Amorzo (Sabir Sultanov) kimi 
personajların ifaları ilə süslənən oyun tərzlərinə psixoloji 
məqamların da gəlişi nəzərdən qaçmadı. Ömürlərini operetta 
səhnəsində keçirən sənətkarlar özlərini dramatik aktyor kimi 
hiss etdiklərini bildirirdilər. Bu operettanın ərsəyə gəlməsin-
də  Cənnət Səlimovaya tamaşanın dirijoru, bu quruluşdan 
sonra Misir Konservatoriyasında çalışıb, orada da dünyasını 
dəyişən Tale Qəniyevlə, baletmeyster Boris Lukinski ilə ya-
naşı, Filumeno Marturanonu rolunu ifa edən Larisa Vinoqra-
dova oldu.  
                                   
*** 
Cənnət Səlimovanın təmiri uzanan Ş.Qurbanov adına 
Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, Kon-
servatoriyanın Opera studiyasının binasında həmin ildə 
quruluş verdiyi növbəti tamaşa yəhudi yazıçısı  Şolom 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə