Rejissorluğun üslub problemləri
143
qatardan düşüb Dnepropetrovskidə arzuladığı teatr məktə-
binə daxil ola bilməməsi, harada gəldi gecələməsi və
nəhayət tutularaq evlərinə qaytarılması, Moskvada daxil
olduğu estrada emalatxanasında birgə oxuduğu, “Qu quşu
və ovçu” akrobatik etüdündə birgə oynadığı Vaxtanqın
onu ataraq başqasına vurulması ən xırda məqamları belə
diqqət mərkəzinə gətirir. Vaxtanqın toy günündə intihar
etmək istəyən Lenanın güclə xilası, keçmiş ərin yeni xanımı
ilə “Qu quşu və ovçu” akrobatik etüdündə birgə çalışaraq
dünyaya iki uşaq gətirmələri fonunda ərə getdiyi təyyarəçi
Sergeyin uçuşda məhv olması, ömrünü qastrollarda keçirən,
sirk tamaşalarında aldığı zədələrdən cərrahiyyə əməliyyat-
larına məruz qalan bu qadının acı taleyi ona rəğbət
qazandırır. Lenanın mətnində çözülən həyatının dramatik
məqamları qabardıldığı anda gəlib çıxan Yekəpərin (Kərəm
Hadızadə) sevgilisi Lilyanı, onu yoldan çıxaran Ramizi
cəzalandıracağı ilə hədələməsi, onu sakitləşdirib yola salan,
həyatında ilk dəfə doğma qadınla rastlaşdığını bildirən
Murada Lenanın: “Mən doğrudan da, səni yaxşı anlayıram...
elə zəriflik duyuram ki, sanki mənim uşağımsan”
133
kəlmələri fabulanı qızışdırır. Lena ailəni atmağın vacib
olmadığını bildirsə də, gözüyaşlı Muradın yeni həyata
başlayacağı barədə evdəkilərə məlumat verib, sabah saat
onbirdə daim onunla qalmaq istədiyi qadının yanına qayı-
dacağına söz verməsi ilə birinci hissə tamamlanır.
Evinə gəlib sevmədiyi arvadı Solmaza (Leyli Şərifova)
vəziyyəti anladaraq yalnız ətrafı qane edən “vitrin ailə”dən,
cana gəldiyi elmi fəaliyyətindən yaxa qurtarmaq istədiyini
bildirən Muradın son nəticədə evdən baş götürüb gedə bil-
məməsi psixologizm hesabına bədii həllini tapır. Yanındakı,
133
Р.М.Ибрагимбеков. Ультиматум. Б., 1983. с. 92.
Aydın Dadaşov
144
elmlə, sənətlə maraqlanan qəribə oğlu ilə xarab olmuş su
kranını təmir edən Ustanın (İlqar Cahangirov) da, övladının
naminə evdən getmədiyini bildirməsi problemin həllinə
yönələn yeni hadisə ilə mövzunu zənginləşdirir.
Üç ay sonra, bir qış günü tilsimindən çıxa bilmədiyi
Lenanın yanına gələn Muradın onun barışdığı əri Ramizlə
ziddiyyəti hadisələri dramaturji maneə hesabına yeni ist-
qamətə yönəldir. Lenanın günahkar olduğunu bildirən Ra-
mizin oğluna hədiyyə kimi hazırladığı kitabda müharibə za-
manı Polşada almanların işğal etdikləri bir şəhərin zoopar-
kında qəfəsləri açılan vəhşilərin arasında tək bir şirin heç
yana tərpənməyərək qapısı yenidən bağlananadək iki gün
gözləməsi faktı önə çəkilməklə dramaturji düyün dolayı
yolla açılır. Lena çay hazırlamaq üçün mətbəxə keçəndə:
“Sən mənim evimə gələrək, arvadımla münasibətlərini çö-
züb əzab çəkməmək də istəyirsən? Yox əzizim, bu ancaq
Parisdə belə olur...” deyib idman xəncəri - rapira ilə yarı zar-
fat, yarı ciddi hücuma keçən Ramizin psixoloji təzyiqinə
dözməyib dünyasını dəyişməsi “həqiqətin həyat bahasına
dərki” kimi Hamlet ideyasını təkrarlayır.
Kiyevdə keçirilən teatr festivalında “Ən yaxşı xarici
tamaşa” mükafatını qazanan bu səhnə yozumunun uğuru
fonunda bu pyes əsasında Eldar Quliyevin 1976-cı ildə
lentə aldığı “Ürək, ürək...” adlı ekran variantının, Lindsey
Andersonun, Devid Şervinin ssenarisi əsasında üç il əvvəl
çəkdiyi “Ey xoşbəxtciyəz” filmində rok müğənni Alan
Praysın orkestrlə məşqinin hadisələri tənzimləməsini
təkrarlaması ilə təqlidçiliyə yuvarlanması yada düşür.
Yeri gəlmişkən “Pəncərə” jurnalının 2007-ci il 2-ci
sayındakı “Mən incəsənətlə bağlı olmayan heç bir biznesə
qarışmıram” məqaləsində: “Bilirsiniz mən hələ sovet
senzurası vaxtında qəti qənaətə gəldim: həyatda yalnız
Rejissorluğun üslub problemləri
145
müxtəlif sahələrə baş vurmaqla nəsə qazanmaq və
yaşamaq olar. Fəaliyyətə ssenarist kimi başlasam da,
ssenarilərim bir növ nəsrə bənzəyirdi. Bu nəsrdə az
miqdarda təsvirlər və çoxlu hərəkət var idi. Təsvirlər isə
“qara qutu” metodu ilə kompensasiya olunurdu. “Qara qu-
tu” o zamanlar kibernetikada çox populyar bir ideya idi.
Bu ideya ondan ibarət idi ki, qeyri – müəyyən bir “qutu”
mövcuddur. Bu “qutu”ya daxil olan və oradan çıxanları
müşahidə və müqayisə edərək, nəticədə içərisindəkilər ba-
rədə müəyyən qənaətə gəlmək olar. Yəni bizə qara qutu-
nun içərisindəkiləri göstərməyərək, özümüzün bu haqda
müəyyən fikrə gəlməyimizə imkan yaradılır”
134
fikirləri
ilə Rüstəm İbrahimbəyov peşəkar üslub sirlərini açır.
***
Mirzə Fətəli Axundovun 1850–55–ci illərdə yazdığı,
təəssüf ki, özünün səhnədə görmədiyi altı komediyasından
birinin “Sərgüzəşti - vəziri - xani Lənkəran” pyesinin səh-
nə yozumunda dinamikanın əldə edilməsini əsas məqsədə
çevirən Cənnət Səlimovanın “Sağ olsun Lənkəran xanı”
kəlmələrini proloqda və tamaşa boyu personajların dilin-
dən səsləndirməsi tamaşanın, avtoritarlığın sosial bəlaya
çevirdiyi yaltaqlığa qarşı qoyulduğunu bədirləyir. Pyesdə
əsas məqsədi qayıq gəzintisinə çıxmaq olub, əhalinin bar-
maqarası baxdığı problemlərini baş – ayaq həll edən Xan-
la (Kərəm Hadızadə) zorakılıqla hakimiyyətinə sahib
olduğu qardaşının yeganə məqsədi sevgilisinə, Vəzir Mir-
zə Həbibin (Şövqi Hüseynov) baldızı Nisə xanıma (İradə
Rəşidova) çatmaq olan, güləş yarışında digərlərini yıxan,
134
R.М.İbrahimbəyov. Mən incəsənətlə bağlı olmayan heç bir biznesə
qarışmıram. Pəncərə j. 2007-№2. c. 18.
Dostları ilə paylaş: |