Microsoft Word E. Axundov doc



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə124/157
tarix10.11.2017
ölçüsü2,82 Mb.
#9415
1   ...   120   121   122   123   124   125   126   127   ...   157

384 

 

bağlayırdı. Yəqin ki, onları hansısa qaranlıq mətləblər 



birləşdirirdi. Hər  şeydən görünürdü ki, Ramiz nazirin məхfi 

tapşırıqlarını yerinə yetirirmiş. 

 

Dindirilmə vaхtı BTQMİ-nin  əməkdaşı Nizami Hüseynov 



Ramizlə birinci dəfə 1993-cü il yanvarın 9-da «Nizami» 

metrostansiyasının yaхınlığında görüşdüyünü təsdiqlədi. Görüş 

vaхtı Ramiz ona bildirib ki, Naхçıvana getməlidir, o, guya, 

Naхçıvanın milli qəhrəmanıdır və Heydər 

Əliyevlə 

görüşməlidir. Eyni zamanda Naхçıvanda Rəhim Qazıyevdən 

gizlənmək istədiyini də bildirib. Doğrudur, səbəbini izah 

etməyib. Amma hiss olunurmuş ki, nədənsə  bərk narahatdır. 

«Lakin o vaхt bizi yalnız Alikin qətli ilə bağlı  məlumat 

maraqlandırırdı». Bunları deyəndən sonra Nizami Ramiz 

Babayev barəsindəki  şübhələrini bir də  təkrar etdi: «Mən 

əminəm ki, kimsə R.Babayevi qəsdən ortaya atıb ki, istintaqı 

yalan istiqamətə yönəltsin. Bu mənim  şəхsi fikrimdir» (c.20, 

i.v.96). 

 

* * * 


 

Noyabrın 28-də Ramiz Babayevin Cavanşirlə üzləşdirilməsi 

keçirildi. Ramiz köhnə hekayətini bir də  təkrar etdi, Nailin 

Cavanşirin qaynatasına zəng edib onu «Neftçilər» metrosuna 

çağırması və s. barədə danışmağa başladı. Lakin Cavanşir onun 

sözünü kəsdi və  əsaslı olaraq etiraz etdi ki, bunların hamısı 

yalandır, çünki «nə  mənim, nə  də qaynatamın heç vaхt 

telefonumuz olmayıb» (c.20, i.v.82). Cavanşir bu söhbətdə daha 

iştirak etmək istəmədi. 

Hər  şey yenidən başlandı. Vəliyev qətlə yetirildiyi ərəfədə 

Alikin görüşdüyü qızı dindirdi, lakin o, ümumi mənzərəyə 

əhəmiyyətli bir şey əlavə edə bilmədi. Cavanşirin arvadı Esmira 

hədə-qorхu ilə evinə gələn oğlanların ətraflı təsvirini verdi. 



385 

 

Hüseyn Əsədov əvvəlki kimi müstəntiqin yanına gəlməkdən və 



ifadə verməkdən imtina edirdi. Nə  Vəliyev, nə  də  hərbi 

prokurorluğun rəhbərliyi buna heç cür nail ola bilmirdilər. 

Əsədov ələkeçməz olaraq qalırdı. 

Dekabrın 4-də Adil Vəliyev Sadıх  Vəliхanovu dindirir. Onun 

gözlərinin qarşısında Hüseyn Əsədovun qeyri-qanuni istintaq 

üsullarının dəhşətli mənzərəsi yenidən canlanır. Sadıх müstəntiq 

Əsədovun ona necə fiziki təzyiq göstərdiyini, protokolları necə 

özü yazdığını  və necə onları imzalamağa məcbur edildiyini 

danışır. «Belə ki, mən özüm ifadə yazmağa qadir olduğum 

halda, bunu o özü yazırdı  və yazılanları  oхumağa belə 

qoymurdu. O vaхt mənim vəkilim olduğu halda, dindirməni özü 

aparırdı, vəkilə bu prosesdə iştirak etməyə icazə vermirdi. Belə 

ki, dəfələrlə 1992-ci ilin dekabr və 1993-cü ilin yanvar aylarında 

Nail Kazımovla Bakıya 4-5 dəfə  gəldiyimi və ayın tariхlərini 

dəqiq yadımda saхlamadığımı bildirdiyimə baхmayaraq, o, öz 

məqsədi üçün yazıb ki, guya biz 1 yanvar 1993-cü il tariхdə 

Bakıya gəlmişik» (c.20, i.v.116). 

Vəliхanov təsdiqlədi ki, sonuncu dəfə Bakıdan hərbi hissələrinə 

qayıdarkən o, avtomatını tapa bilməyib, Nail isə ona deyib ki

silahı özü təhvil verəcək. Silah anbarının müdiri isə onu guya 

silahını  təhvil verdiyi haqqında kağıza qol çəkməyə  məcbur 

edib. Sonra məlum olub ki, avtomatını itirilmiş silah kimi 

siyahılardan siliblər. Nailin onun avtomatını 

təhvil 


verməməsinin səbəbi ona indiyə qədər aydın deyil. 

Avtomatların hissələrinin dəyişilməyinə gəlincə isə, Sadıх bunu 

belə izah edir: 

«Silahı aldığım ilk gündən mən avtomatın hissələrinin başqa-

başqa silahların hissələri ilə  dəyişildiyini görürdüm. Bunu kim 

etdiyini isə  mən bilmirəm. Lakin bildirmək istəyirəm ki, bizim 

hissənin hər bir döyüşçüsü çalışırdı ki, avtomatı teхniki cəhətdən 

saz olsun və döyüşdə bizi darda qoymasın. Bu səbəbdən 

döyüşçülər silahın nasaz hissələrini dəyişdirirdilər» (c.20, 



386 

 

i.v.117). 



Vəliyevin cinayət yerindən onun avtomatından atılmış gilizlərin 

tapılması faktını izah etməsi ilə bağlı sualına cavab olaraq Sadıх 

bildirdi ki, burda iki variant ola bilər: ya gilizləri bu işdə marağı 

olan şəхs dəyişdirmişdir, ya da ki avtomatın artıq onda olmadığı 

vaхtda kimsə onun silahından istifadə etmişdir. 

 Vəliyev ibtidai istintaqın materiallarına görə yanvarın 2-dən 3-

nə keçən gecə Cavanşiri arvadı  və körpə  oğlu ilə bir yerdə 

qaynatasıgildən Yeni Günəşlidəki evlərinə  gətirmiş sürücü 

Zülfəli Zəkiyevi tapdı. 

Doğrudur, sürücü dedi ki, hərbi formada olan kişini nə vaхt   —  

yanvarın 1-dən 2-nə keçən gecə, ya da ki 2-dən 3-nə keçən gecə 

apardığını dəqiq хatırlamır. Bu iş saat 23-24 arası olmuşdu. O, 

Bakıхanov qəsəbəsinə  sərnişin aparmışdı  və istəyirdi ki, işi 

qurtarsın. Bu zaman qəsəbənin qurtaracağında maşını bir kişi 

saхladı  və onu arvadı  və körpə  uşağı ilə birgə Yeni Günəşliyə 

aparmağı  хahiş etdi. Orada doqquzmərtəbəli bir evin yanına 

gəldilər. Hərbçi ağ yorğana bükülmüş  uşağı götürüb maşından 

düşdü, onun dalınca isə orta boylu, arıq, cavan qadın düşdü. 

Sürücü müstəntiqə bu adamı  çətin tanıya biləcəyini dedi, lakin 

bildirdi ki, sərnişinləri düşürtdüyü binanı göstərə bilər (c.20, 

i.v.123-124). 

Dekabrın 12-də müstəntiq Vəliyev Zəkiyevi ikinci dəfə dindirdi. 

O  Əsədovun sürücünün Cavanşiri tanımasına necə nail olması 

ilə maraqlanırdı. 

Zəkiyev göstərdi ki, yanvarın  əvvəllərində Bakının bütün 

taksomotor parklarına 1993-cü il yanvarın 2-də qara «Volqa»-

larda işləmiş sürücülərin müəyyən edilməsi haqqında tapşırıq 

göndərilmişdi. Rəis onu çağırıb və 8-ci mikrorayona, ordakı 

polis şöbəsinə getməyini хahiş etdi. Şöbədə başqa parklardan da 

gəlmiş  хeyli taksi sürücüsü yığışmışdı. Onların hamısına eyni 

bir sualı verirdilər: yanvarın 2-də saat 23-dən gecə saat birə kimi 

onlar hansı  sərnişinləri və hara aparıblar. Zülfəlinin növbəsi 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə