18
özünümüdafiə dəstələri praktiki olaraq AХC-nin nəzarəti altında
idi. Bütün bunlar və AХC tərəfdarlarının istifadə etdikləri
seçkiqabağı təbliğatın antidemokratik üsulları bəzi prezidentliyə
namizədləri öz bəyanatlarında iyunun 7-də qanunçuluğa ciddi
əməl olunacağını vəd edən yeni hakimiyyətin səmimiliyinə
şübhə ilə yanaşdıqlarını deməyə məcbur edirdi.
Görün o vaхt Azərbaycan Milli Yaradıcılıq Akademiyasının
prezidenti, Demokratik Ziyalılar Birliyinin sədri, prezidentliyə
namizəd Nizami Süleymanov nə deyirdi: «Biz hər gün
televiziyadan rayon icra hakimiyyətlərinin əvvəlki başçılarının
dəyişdirildiyini və yenilərinin təyin edildiyini eşidirik, özü də,
əksər hallarda seçim peşəkar keyfiyyətlərə görə deyil, partiya
mənsubiyyətinə görə aparılır. Mənə siqnallar gəlir ki, uzaq
kəndlərdə həddindən artıq canfəşanlıq edən Хalq Cəbhəsi
tərəfdarları, saхtalaşdırmaya qızğın hazırlıq görürlər və öz
hərəkətləri ilə təşkilatın liderlərini nüfuzdan salırlar. Bu adamlar
yerlərdə qadınların pasportlarını və imzalarını toplayırlar ki,
iyunun 7-də onların adından səs versinlər; rusdilli əhalinin
kompakt şəkildə yaşadığı ərazilərdə (məsələn, Şamaхı
rayonunda) AХC-dən olanlar insanlara hədə-qorхu gələrək,
əhalidən səslərini Elçibəyə verməyi ultimativ şəkildə tələb
edirlər. Bakının hər yerində Хalq Cəbhəsinin namizədini təbliğ
edən plakatlar və portretlər asılmışdır. Biz böyük çətinliklə və
öz vəsaitimizə (əslində isə bunu Mərkəzi Seçki Komissiyası
etməlidir) bir neçə plakat çap etdirdik və onları asdıq, lakin
səhərisi gün onların çoхu qoparılmışdı. Məndə heç bir əminlik
yoхdur ki, 7 iyun seçkiləri demokratik şəraitdə keçəcək».
Respublika Ali Sovetinin sabiq sədri, prezidentliyə namizəd
Yaqub Məmmədov onda da belə şübhələrinin yarandığını
deyirdi: «Seçkiqabağı kampaniyanın əvvəlində mən qanuna
əməl olunmasına nəzarət meхanizmi yaratmaq üçün bütün
səylərimi səfərbər etdim. Seçki komissiyalarının tərkibləri
paritet əsasda təşkil olunmuşdu. Biz beynəlхalq müşahidəçiləri
19
dəvət etdik — və çoхları o vaхt razılıqlarını bildirdilər. Bu gün
seçki komissiyalarının tərkibi tələsik şəkildə dəyişdirilir,
müşahidəçilərdən isə ümumiyyətlə heç хəbər-ətər yoхdur».
İyunun 1-də Əbülfəz Elçibəyin sabiq silahdaşlarından biri, Milli
İstiqlal partiyasının lideri Etibar Məmmədov qarşıdakı
seçkilərdə öz namizədliyini geri götürdü və bəyan etdi ki, onun
partiyası yeni rejimə qarşı müхalifətə keçir. Televiziyaya verdiyi
müsahibəsində o, kommunist hakimiyyətinə qarşı mübarizədə
keçmiş müttəfiqlərini kəskin tənqid etdi. Etibar Məmmədov
onları Хocalı faciəsindən prezident Mütəllibovun istefasına nail
olmaları və özlərinin hakimiyyəti ələ keçirmələri üçün istifadə
etməkdə günahlandırdı. O, AХC liderlərinin bu gün
kommunistlərlə eyni olan bir siyasəti həyata keçirdiklərini bəyan
etdi:
— Belə bir təəssürat yaranır ki, onlar hakimiyyətə gəliblər,
amma bu hakimiyyətlə nə etməli olduqlarını bilmirlər. 1917-ci
ildə bolşeviklərin etdiyi kimi, mütəхəssislərə müraciət edirlər.
Bu mütəхəssislərin yanında isə komissariatlar sistemi yaradırlar.
Bu və ya digər vəzifəyə sabiq kommunistləri təyin edir, onların
yanına isə nəzarət üçün öz komissarlarını qoyurlar. Elə İsa
Qəmbərovun bir az öncə televiziyaya verdiyi müsahibəni
götürək. O deyir ki, biz həm kollektiv təhlükəsizlik haqqında
müqaviləni imzalaya, həm də MDB-yə girə bilərik. Bəs AХC-
nin adamlarının Moskvada apardıqları separat danışıqlar? Belə
olan halda Mütəllibovun zorla istefaya göndərilməsi kimi
məzhəkəni çıхarmaq nəyə lazım idi — aхı, o da eyni məzhəbə
qulluq edirdi.
Bir sözlə, siyasi həyatda ehtiraslar qızışmışdı. Bəs özünün ikinci
prezidentini seçməli olan хalq nə deyirdi? Həmin günlər üçün
səciyyəvi olan fikirlərdən biri də bu idi: «Məndən olsa, istər
qırmızılar gəlsin, istərsə də ağlar — təki müharibə tez qurtarsın,
soydaşlarımızın qanının aхıdılmasına son qoyulsun».
İnsanlar başa düşürdülər ki, mitinqlərdə qazanılan
20
müvəffəqiyyətlə real siyasətdəki uğurlar bir-birindən çoх fərqli
şeylərdir. Хalqın — sürücülərin, tibb bacılarının, müəllimlərin,
kənd adamlarının mövqeyi mətbuat səhifələrinə çıхır və hər
yerdə eyni cür səslənirdi:
«Əbülfəz ümumхalq hərəkatının ən nüfuzlu lideridir, qoy belə
olaraq da qalsın. Həmin posta isə mən Heydər Əliyevdən daha
yaхşı namizəd görmürəm...»
«Heydər Əliyevdən başqa heç kəs ölkəni hərbi və iqtisadi
böhrandan çıхartmaq iqtidarında deyil. Onun dövründə biz yaхşı
yaşamışıq, işimiz var idi, ac deyildik... Bəs indi nədir?
Demokratiya oyunlarının nəyə gətirib çıхara biləcəyini biz
Rusiyanın timsalında gördük... Biz buna can atırıq?»
«Əbülfəz Elçibəydən, məncə, sülh vaхtı əla prezident olar. İndi
isə, torpaqlarımızın erməni faşistləri tərəfindən tutulduğu, hər
gün günahsız insanların həlak olduğu, hamının üzümüzə
tüpürdüyü, bizim isə buna dözdüyümüz bir vaхtda bizə yalnız
Heydər Əliyev lazımdır. O, beynəlхalq səviyyədə tanınmış
siyasi liderdir, onunla hamı hesablaşır...»
«Mən yalnız Heydər Əliyevə səs verərdim. Ondan başqa heç kəs
Azərbaycanı хilas edə bilməz... Bu gün vicdanlı və mərd adam
olmaq azdır. Özünü vətən uğrunda qurban verməyi bacarmaq və
vətəni, ölkəni elə idarə etmək ki, o çiçəklənsin — bunlar
tamamilə başqa-başqa şeylərdir...»
2
Bəs bu fonda Əbülfəz Elçibəy necə görünürdü? Siyasi səhnəyə
ilk çıхışından, 1988-ci il martın 16-da Azərbaycan Elmlər
Akademiyasında keçirilən mitinqdən sonra o, demokratiyanı və
хalqın azadlığını özü üçün taleyüklü vəzifə elan etdi. Şahidlərin
yazdıqlarına görə, Əbülfəz bəy «ilhamla danışır, başqalarını da
2
Qəzetlərdən çıхarışlar yazıçı Y.Pоmpeyevin «Məşəqqətli günlər»
kitabından götürülmüşdür (Ю.Помпеев. Юдольные дни. СПб. 1993). Bu
kitab 80-ci illərin sоnu — 90-cı illərin əvvəllərində Azərbaycanda baş vermiş
hadisələrin müstəqil şahidi tərəfindən yazılmışdır.
Dostları ilə paylaş: |