Microsoft Word eko luget doc



Yüklə 3,98 Mb.
Pdf görüntüsü
səhifə19/190
tarix14.10.2017
ölçüsü3,98 Mb.
#4920
1   ...   15   16   17   18   19   20   21   22   ...   190

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

50 


 

ci əsrin əvvəlində A.Keppen tərəfindən işlənmişdir. 



BİOİQTİSADİYYAT, EKONEKOL  – ekologiya və iqisadiyyatın 

qovuşduğu yerdə yaranan təlim sahəsi, təbii sərvətlərdən istifadə etdiyi 

prosesdə insanın təbiətlə əlaqəsini öyrənir. 

BİOİNDİQATORLAR, BİOLOJİ  İNDİQATORLAR  – öz 

varlığı, miqdarı və inkişaf intensivliyi ilə yaşadığı mühit, orada yaşayan 

canlılar və gedən proseslər (bəzi maddə  və elementlərin olub-

olmamasını və s.) üçün göstərici olan orqanizmlər. 

Növ və cinslərdə ətraf mühitin çirklənməsi dərəcəsinə uyğun olaraq 

əlamət dəyişgənlikləri. Bəzi bitkilərin  əlamətlərinə görə mühitin 

xarakterik xüsusiyyətlərini, orada olan faydalı qazıntıların növlərini 

müəyyənləşdirmək olur. 



BİOKARROZİYA – metalların canlı orqanizmlərin həyat 

fəaliyyətinin təsiri nəticəsində zədələnməsi (dağılması) prosesi. B. su və 

neft borularında baş verir. 

BİOKİMYA, BİOLOJİ  KİMYA  – canlı orqanizmlərin tərkibini, 

onları  təşkil edən birləşmələrin quruluşu və xassələrini,  əmələgəlmə 

yolları  və qanunauyğunluqlarını. çevrilmə ardıcıllığı  və mexanizmini, 

həmin maddələrin bioloji və fizioloji rolunu öyrənən elm. B-nın mühüm 

vəzifələrindən biri, bütün canlıların  əsas xassəsi olan maddələr mü-

badiləsini öyrənməkdir. 



BİOKİMYƏVİ İNDİKATOR  – çirklənmə indiqatoru, biokimyəvi 

proseslərin dəyişilməsi əsasında əldə edilən göstərici. 



BİOKOMPLEKS – kosmik gəmidə həyat üçün əlverişli şəraiti uzun 

müddət və etibarlı təmin etmək məqsədilə süni surətdə seçilmiş ibtidai 

və ali bitkilər, heyvanlar, mikroorqanizmlər. Uçuşda iştirak edən insanın 

özü də B.-ə daxildir. 



BİOKOS MADDƏLƏR – orqanizmlər və abiogen proseslərin birgə 

fəaliyyəti nəticəsində əmələ gələn maddələr. (su, torpaq, aşınma qabığı, 

atmosfer). Termin V.İ.Vernadski (1926) tərəfindən irəli sürülmüşdür. 

BİOKÜTLƏ, BİOLOJİ KÜTLƏ  bir növə, eləcə  də növlər 

qrupuna daxil olan fərdlərin vahid sahədəki (və ya həcmdəki) kütləsi. 

Çox mühüm ekoloji terminlərdən biri. B. çox zaman yaş və quru maddə 

kütləsi ilə (q/m

2

, q/m


3

, kq-ha, t/ha və s.), yaxud da kütləyə müvafiq 

vahidlərlə (məs. orqanizmlərin üzvi maddələrinin karbon və ya azot 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

51 


 

kütləsi və s.) ifadə edilir. Bitki B.-si fitokütlə, heyvan B.-si zookütlə 

adlanır. 

BİOKÜTLƏ  VƏ ÖLÜKÜTLƏNİN EHTİYATI  – biosenozda, və 

ya senoekosistemdə bitkinin (fitokütlə), heyvanların (zookütlə) və 

mikroorqanizmlərin canlı maddəsinin ehtiyatı.  Əsasən fotokütlənin 

ehtiyatı (t/ha), ölü kütlənin ehtiyatı (töküntü, ağac qabığının ölü hissəsi

meşə döşənəyi) təyin edilir. 

BİOKÜTLƏNİN EHTİYATI  – müşahidə vaxtı biosenozun (bitki 

və heyvan) bioloji kütləsi. Fitokütlə və ölü kütlə ayrılır. 



BİOKÜTLƏNİN TOPLANMASI SÜRƏTİ  – biokütlənin artımı; 

kütlənin illik məhsula nisbəti ilə ifadə olunur (adətən bitkilər üçün qəbul 

olunmuşdur); bir kütlə (q/sm

2

, kq/m



2

) 



BİOQAZ  – Metan qıcqırma bakteriyalarının iştirakı ilə sellüloz 

anaerob orqanizmlərin təsiri nəticəsində tullantıların (peyin, saman və 

s.) və ya üzvi məişət tullantılarının anaerob parçalanma prosesi zamanı 

əmələ  gələn qaz qarışığı (təxminən tərkibi: metan-55-65%, azot, 

hidrogen, oksigen və hidrogensulfid qarışığı). Enerji krizisi ilə əlaqədar 

nəzəri cəlb etmişdir. Yanacaq kimi istifadə olunur. 



BİOQÜTB YAYILMASI  –  şimal və  cənub yarımkürələrinin 

mülayim enliklərində eyni növdən (cins, ailə) ibarət orqanizmlərin aralı 

yayılması, ancaq onlarda tropik qurşaqda rast gəlinməməsi. Dəniz 

orqanizmləri üçün səciyyəvidir. 



BİOLİTLƏR, ORQANOLİTLƏR  – üzvi aləmin fəaliyyəti 

nəticəsində törənən mineral və süxurlar. B.-ə qabıqlı foraminiferli, mər-

canlı əhəngdaşları, diatomit,sponqolit, qazıntı kömür, torf və s. aiddir. 

BİOLOGİYA – canlı  təbiət haqqında elmlər kompleksi. B. bütün 

həyati hadisələri, canlıların quruluş  və funksiyalarını, onların təbii 

qruplaşmalarını, yayılmasını, mənşəyi və inkişafını, bir-birilə, eləcə  də 

cansız təbiətlə əlaqəsini öyrənir. 



BİOLOJİ AKTİV MADDƏLƏR–Orqanizmlərin fəaliyyətində, o 

cümlədən regenerasiyası  və böyük artımına təkan verən və ya onu 

zəiflədən hər hansı bir maddə. B.a.m.-ə fotohormonlar, hormonlar və bir 

sıra digər maddələr: neft boy maddələri, herbisidlər və s. aiddir. 



BİOLOJİ AKTİVLİK – orqanizm həyatının aktiv (fəal) fazası. 

BİOLOJİ AMİL – Bilavasitə canlı orqanizmin və ya onun istənilən 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

52 


 

birliyinin törətdiyi amil. (məs. yırtıcı  və onun qurbanının  əlaqəsi, 

qurbanın sayının azalması faktorudur). 

BİOLOJİ  AŞINMA  – orqanizmlərin həyat fəaliyyəti nəticəsində 

süxurların, eləcə  də mineralların mexaniki parçalanması  və kimyəvi 

dəyişməsi prosesi. B.a. zamanı orqanizmlər süxurlardan mineral 

maddələri ayıraraq üst qata toplayır və torpaq əmələ  gəlməsinə  şərait 

yaradır. Bitki köklərinin buraxdığı karbon qazı  və mikroorqanizmlərin 

xarici mühitə ifraz etdiyi müxtəlif turşular suxur və mineralların 

parçalanmasına səbəb olur. Torpaqda yaşayan heyvanların ifrazatı 

süxurları mexaniki aşındırır. 



BİOLOJİ BARYER (MANEƏ, SƏDD)  – növ və ya qrupun 

yayılmasına maneçilik göstərən istənilən təbii bioloji sədd. Məs., meşə 

bozqırın yayılmasına maneçilik göstərir; tozlayıcı cücülərin olmaması 

entofil bitkilərin yayılmasına mane olur və s. 



BİOLOJİ  ÇİRKLƏNMƏ  – istismar edilən ekosistemlərə  və ya 

texnoloji qurğulara təsadüfi və insan fəaliyyəti nəticəsində  həmin 

qruplaşma və qurğu üçün yad olan, arzu olunmayan bitki və heyvanat 

növünün müdaxiləsi. 



BİOLOJİ DÖVRAN, KİÇİK MADDƏLƏR DÖVRANI  – Yer 

üzərində  həyat başlanan vaxtdan orqanizmlərin həyat fəaliyyəti ilə 

yerinə yetirilən kimyəvi elementlərin və maddələrin dövranı. B.-d.-da 

əsas rolu ilkin produsentlər (yaşıl bitkilər və xemosintez edən 

mikroorqanizmlər), konsumentlər (heyvanlar) və redusentlər (saprofit 

orqanizmlər, ən çox bakteriyalar) oynayır. 



BİOLOJİ DÖVRANIN SÜRƏTİ  – vahid zamanda yaranan və 

parçalanan canlı maddənin maksimum miqdarı. 



BİOLOJİ DÖVRANIN TUTUMU – kimyəvi elementlərin canlı 

orqanizmlərin tərkibində eyni vaxtda maksimum miqdarı. 



BİOLOJİ FAKTORLAR – canlı orqanizmlərin mühitə bilavasitə 

və vasitəli təsiri ilə əlaqəsi olan faktorlar qrupu. 



BİOLOJİ İNDİQATORLAR – öz iştirakı və ya özünün olmaması 

ilə  ətraf mühitin xarici görünüşünü, kimyəvi tərkibini və davranışını 

dəyişməklə reaksiya göstərən orqanizmlər. 

BİOLOJİ KADASTR – müəyyən ərazinin (akvatoriyanın) fauna və 

florasının sistemləşdirilmiş məlumat toplusu. 




Yüklə 3,98 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə