Microsoft Word eko luget doc



Yüklə 3,98 Mb.
Pdf görüntüsü
səhifə17/190
tarix14.10.2017
ölçüsü3,98 Mb.
#4920
1   ...   13   14   15   16   17   18   19   20   ...   190

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

44 


 

təbii sərvətləri; bura açıq dənizin (iqtisadi zonanın 200 millik 

məsafəsində) canlı  və cansız resursları, Antarktidanın təbii sərvətləri 

daxildir. 



BƏRABƏR YAYILMA – populyasiyada fərdlərin bərabər 

paylanması, bütün fərdlər arasındakı  məsafə eyni olur. B.y.-a fərdlər 

arasında kəskin rəqabət və ya antaqonizm səbəb olur. 

BƏRABƏRYARPAQLILAR    (Isopoda) – ali xərçənglər dəstəsi; 

detrit, su bitkiləri, yarpaq çürüntüləri ilə qidalanaraq su hövzələrini 

təmizləyir. 

BƏRƏ  – 1) ov gözlənilən yer, pusqu, marıq; 2) çıxacaq yer, yol, 

aralıq; 3) bağ  və bostanların arasındakı  cığır, sərhəd, ara, mərz; 4) 

əkinləri suvarmaq üçün düzəldilən kiçik arx; 5) Sağım zamanı 

qoyunların saxlandığı çəpərlənmiş sahədəki çıxacaq. 



BƏRPA OLUNAN NÖV – yaxın keçmişdə  sıradan çıxmış, nadir 

hesab olunan, hazırda isə fərdlərinin sayı, populyasiyasının müxtəlifliyi 

və arealının ölçüsü təhlükəsiz dərəcəyə (məhv olmaq nöqteyi-nəzərincə) 

çatan növ. B.o.n. xüsusi qərarla müəyyən vaxt keçdikdən sonra Qırmızı 

kitabdan çıxarılır, lakin onun üzərində mükəmməl müşahidələr davam 

etdirilir. 



BƏRPA OLUNMAYAN TƏBİİ RESURSLAR – istifadə 

olunduqdan sonra hazırki dövrdə insan tərəfindən bərpa oluna bilməyən 

təbii resurslar (minerallar, su, bəzi bitki və heyvan növü və s.). B.o.t.r.-

larından da istifadə edilməsinə, onların  əvəzedicisinin axtarıb 

tapılmasına əsaslanmalıdır. 

BƏRPA OLUNMAZ TƏBİİ MÜHİT – 1) təbii mühit (bitki örtüyü, 

torpaq, heyvanların sayının azalması) bütövlüklə  və ya onun hər hansı 

bir komponenti dəyişərkən insanın meliorativ müdaxiləsi olmadan və ya 

uzun müddət (onillər, yüzillər) təbii proseslər nəticəsində ilkin 

vəziyyətinə qayıda bilmir və ilkin bioloji vəziyyətini itirir. Bir sıra 

B.O.t.m. insanın təqsiri üzündən (mühitin çirklənməsi, başdan-başa 

meşənin yox edilməsi və s.) baş verir. 2) B.o.t.m orqanizmin normal 

strukturu və funksiyası kimyəvi maddələrin təsiri nəticəsində yaranır, 

bəziləri bərpa olunmur, bəziləri isə bu maddələrin təsiri dayandırıldıqda 

inkişaf etməyə başlayır. 



BƏZƏK BİTKİLƏRİ – bax: Dekorativ bitkilər. 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

45 


 

BİOAKUMLYASİYA    ətraf mühit tərəfindən və qida ilə 

orqanizmin kimyəvi maddələrlə zənginləşməsi. 



BİOAKKUMULYASİYA   – 1) torpaqda heyvan və bitki 

qalıqlarının parçalanması  nəticəsində kimyəvi elementlərin, qeyri-üzvi 

və üzvi maddələrin toplanması prosesi. B. humusun artmasına, bununla 

əlaqədar torpağın zənginləşməsinə şərait yaradır. 2) Orqanizmdə (və ya 

ayrı-ayrı üzvlərdə) müəyyən kimyəvi maddələrin artması prosesi. 

BİOAKKUMULYASİYA  ƏMSALI  ekotoksikologiyada istifadə 

olunan ümumiləşdirilmiş göstərici olub canlı orqanizmlərin zərərli 

maddələr toplamalı qabiliyyətinin xarakteristikasını göstərir. 

Orqanizmdə olan maddələrin konsentrasiyasının  ətraf mühitdəki 

konsentrasiyana nisbəti ilə ifadə olunur. B.ə. yerüstü bitkilərdə orta 

hesabla 0,1, həşəratlarda -03, qurdlarda -70, gəmiricilərdə 100-ə  qədər 

olduğu müəyyən edilmişdir. B.ə. krevetdə (xırda dəniz xərçəngi) – 

1000, istridyedə (dəniz ilbizi) – 10000, balıqlarda 100000-ə  qədər ola 

bilər. 

BİOAKUSTİKA  (bio ... və akustikus – eşitmə) – etologiyanın 

heyvanlar arasında səs əlaqələrini təsdiq edən hissəsi. 



BİOCOĞRAFİ BARYER (MANEƏ, SƏDD)  – Bitki və heyvan 

populyasiyasının növ və ya qrupunun yayılması yolunda hər hansı 

maneə (coğrafi və ya bioloji xarakterli). Məs., 10

° iyul izotermi (orta 

hesabla) yüksək dağıq zonada ağac bitkisinin yayılmasını limitləşdirir. 

BİOCOĞRAFİ  VİLAYƏT  – quru, hidrosfer və litosferin 

məskunlaşmış hissəsi daxilində biosferin çox iri bölgüsü. 



BİOCOĞRAFİYA – Yer kürəsində müxətəlif biosenozların, 

həmçinin heyvan, bitki, göbələk və mikroorqanizmlərin (növ, cins və b. 

taksonomik kateqoriyaların) yayılması 

və paylanması 

qanunauyğunluqları haqqında elm. B. biosfer haqqında elmlərdən biri 

olub tərkibinə zoocoğrafiya və botaniki coğrafiya (fitocoğrafiya) daxil 

olur. 

B-nın müxtəlif bölmələrində orqanizm və biosenozların coğrafi 



problemləri öyrənilir. Belə ki, aeroloji B. müxtəlif növlərin yayılmasını, 

areal daxilində onların paylanmasını öyrənərək  əldə olunan nəticələrə 

əsasən xəritələr tərtib edilir. Regional B. floristik və faunistik 

rayonlaşdırma ilə  məşğul olur. Ekoloji B. biokütləni, bioloji 




Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

46 


 

məhsuldarlığı  tədqiq edir. B. bitki örtüyü və heyvanat aləminin 

mühafizəsi və  səmərəli istifadəsi, mədəni fitosenozların yaradılması, 

heyvan və bitkilərin iqlimləşdirilməsi üzrə aparılan işlərin nəzəri  əsası 

hesab olunur. 

BİOEKOLOJİ SPEKTR – hər hansı bir ərazinin bitki örtüyü 

tipinin, formasiyasının faizlə və ya mütləq rəqəmlə tərkibi. 



BİOENERGETİKA – biologiyanın bölməsi, bioloji sistemlərdə 

enerjinin çevrilməsi prosesini öyrənir. 



BİOENERJİ   – orqanizmlərin tənəffüs, qlikoliz, fotosintez və s. 

zamanı  həyat fəaliyyəti nəticəsində enerjinin generasiyası.  Əsas 

bioenerji prosesləri fotosintez, xemosintez, həmçinin assimlyasiya 

(istiliyin toplanması) və dissimlyasiya (istiliyin ayrılması) ilə  sıx 

bağlıdır. B. canlı sistemin mühüm funksional xarakteristikası olub, 

enerji axınının ətraf mühitlə əlaqəsini əks etdirir. 



BİOFİLLƏR  –  ətraf mühitə nisbətən canlı orqanizmlərdə daha 

çoxlu miqdarda toplana bilən kimyəvi elementlər və ya maddələr. (sink, 

oksigen, fosfor və digər elementlər, həmçinin bir çox pestisidlər). Çox 

vaxt B.-in canlı orqanizmlərdə konsentrasiyası (toplanma əmsalı)  ətraf 

mühitə nisbətən yüz dəfə, min dəfə (yüz min dəfə) çox olur. B.-in 

orqanizmdə  həddən artıq toplanması toksikozların  əmələ  gəlməsinə  və 

ya hətta orqanizmin məhv olmasına səbəb olur. 

BİOFİLOTA – müəyyən arealın flora və faunası. 

BİOFİLTRATORLAR – öz spesifik üsulu ilə qidalanaraq 

(filtrasiya edərək) su mühitinin təmizlənməsində özünəməxsus rol 

oynayan  su orqanizmləri. Məs. mikroskopik kalapus xərçəngciyi bir 

sutka ərzində 2 l suyu təmizləyə bilir. 



BİOFİZİKA, BİOLOJİ  FİZİKA  – elementar bioloji sistemlərin 

ultrastrukturu və funksiyalarının fiziki analizi haqqında elm. 



BİOGEN AMİL  – Canlı orqanizmin hazırda və keçmiş dövrlərdə 

bilavasitə, həmçinin vasitəli mühitə təsirilə bağlı olan amillər (faktorlar) 

qrupu (bioloji, biotik və biosenotik faktorların cəmi). 

BİOGEN DAĞ SÜXURLARI, BİOGENLƏR, ORQANOGEN 

DAĞ SÜXURLARI – bitki və heyvanların həyat fəaliyyətilə  əmələ 

gələn məhsullardan ibarət çökmə süxurlar və ya onların parçalanmış 

qalıqları (balıqqulağı süxuru, quano, qazıntı kömürləri, yanar şistlər və 



Yüklə 3,98 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə