Microsoft Word eko luget doc



Yüklə 3,98 Mb.
Pdf görüntüsü
səhifə2/190
tarix14.10.2017
ölçüsü3,98 Mb.
#4920
1   2   3   4   5   6   7   8   9   ...   190

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

 



ADA FLORASI – təcrid olunmuş quru sahəsinin (adanın) florası. 

A.f. adanın təcrid dərəcəsindən, müddətindən və floranın inkişaf 

şəraitinin xüsusiyyətindən asılıdır. A.f.-nın növləri materiklərlə 

müqayisədə sayca az olur. Materikə yaxın adalarda (məs. Yapon 

adalarında) endemiklər nisbətən azdır. Materik mənşəli iri adaların 

(İndoneziya, Filippin adaları) florası, növlərinin sayına görə çox vaxt 

materik növlərindən geri qalmır, adətən, endemiklərin inkişaf 

səviyyəsinə görə onlardan üstün olur. 



ADA  İQLİMİ  – yay və  qış temperaturları nisbətən az fərqlənən 

iqlim. 


ADAPTASİYA  (yun. adaptation - uyğunlaşma) – orqanizmlərin 

(fərd, populyasiya, növ) quruluş  və funksiyalarının, eləcə  də onların 

orqanlarının mühit şəraitinə uyğunlaşması. Bioloji A. bir çox nəsillərin 

ömrü boyu dəyişilən mühit şəraitinə uyğunlaşması. (məs. soyuğun təsiri 

ilə heyvanlarda tük, yaxud yunun uzanması), fizioloji A. mühit şəra-

itinin nisbətən qısamüddətli dəyişikliklərinə orqanizmlərin sürətlə 

uyğunlaşması (məs. dəyişilən işıq  şəraitində gözün əşyanı aydın 

seçməsi, orqanizmlərin ancaq atmosfer təzyiqi  şəraitinə uyğunlaşması 

və s.). 

Mühitin dəyişilməsi ilə  əlaqədar yeni keyfiyyət  dəyişikliyi kimi 

meydana çıxan A. bitki və heyvan orqanizmləri arasında geniş yayılmış-

dır. 


ADAPTASİYA SİNDROMU  – orqanizmin xarici faktorların stres 

təsirinə reaksiyasını  səciyyələndirən ümumi dəyişikliklərin məcmusu, 

bax. stres. 

ADAPTİV SİSTEM  –  ətraf mühitin dəyişilmiş  şəraitinə 

uyğunlaşmağa qabil olan sistem. 



ADAPTOGENLƏR – sağlamlar üçün dərmanlar-adaptasiya 

xassələri daşıyan təbii dərman bitkiləri: yuxunu normaya salır, həyat 

tonusunu canlandırır, ekstremal şəraitdə  iş qabiliyyətini artırır, 

infeksiyaya qarşı davamlılığı yüksəldir, emosional (stres) yükün 

qarşısını alır. A.-dən aşağıdakıları göstərmək olar: uzaq şərq jenşeni, çin 

limonniki (şizandra), eleuterokokku və s. Amerikanın herbalayf 




Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

 



(Nervalife) firmasının hazırladığı «Kişi faktoru”» və «şizandra»” prepa-

ratlarının hazırlanmasında bu bitkilərdən istifadə edilmişdir. 



ADRENALİN – böyrəküstü vəzinin hormonu, oksigendən istifadəni 

və arterial təzyiqi yüksəldir, maddələr mübadiləsini stimullaşdırır. 



ADSORBSİYA – qaz və ya məhluldan hər hansı maddənin maye və 

ya bərk cismin (adsorbentlərin) səth təbəqəsi ilə udulması prosesi. 

Havaya qarışmış xlor qazını aktiv kömürün udması A.-ya misal ola 

bilər. A. dərəcəsi götürülən adsorbentin xassələrindən, A. edilən 

maddənin təbiətindən və temperaturundan asılıdır. Temp-r yüksəldikcə 

A. zəifləyir. A. hava və qazların təmizlənməsində (məs. əleyhqazda), tez 

uçan məhsulların (benzin, efir, ətriyyat) udulmasında, bioloji aktiv 

maddələrin (vitamin, ferment, antibiotik və s.) alınması və təmizlənmə-

sində, poliqrafiya, radioelektronika və s-də  tətbiq olunur. A. hadisəsi 

təbiətdə geniş yayılmışdır. 



ADVENTİVLİK (lat. adventicus - yad)  – hər hansı bir növün digər 

qruplaşmadan və ya yayıldığı yerdən gəlməsi (immiqrasiyası). 



ADVENTİKATOR  – müəyyən qruplaşmaya təsadüfən daxil olan 

növ. (biol.) 



ADVENTİV ORQANİZMLƏR – insan tərəfindən təsadüfən və ya 

müəyyən məqsədlə digər iqlim zonalarından başqa  şəraitə (həmin 

vilayət üçün yeni şəraitə) gətirilən bitki və heyvanlar. 

AERASİYA  (yun. aerhava) – havadəyişmə, havanı oksigenlə 

zənginləşdirmə. 



1) Suyun A.-Sı  – suyu oksigenlə  zənginləşdirmək, suyu zərərli 

qatışıqlardan (həll olmuş qazlar, dəmir birləşmələri və s.) təmizləmək, 

həmçinin bioloji təmizləmə qurğularında çirkabdakı üzvi maddələri və 

digər çirkləri minerallaşdıran mikroorqanizmlərin həyat fəaliyyətini 

təmin etmək üçün tətbiq olunur. 

2) Torpağın A.-sı – torpaq havası ilə atmosfer havası arasında qaz 

mübadiləsi. Qaz mübadiləsi zamanı torpaqdakı hava bitki köklərinin və 

mikroorqanizmlərin tənəffüsünə lazım olan oksigenlə, yerə yaxın hava 

təbəqəsi isə bitkinin fotosintez prosesində istifadə etdiyi karbon qazı ilə 

zənginləşir. Torpaq xırda dənəvər strukturlu olduqda A-ya əlverişli 

şərait yaranır və bitki daha yaxşı inkişaf edir. 




Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

 



AEROBİOLOGİYA – aqrobiontları öyrənən biologiya elmi. 

AEROBİOSFER – Atmosferin canlı orqanizmlərin daim olduğu və 

özləri üçün əlverişli substratda normal yaşayıb artdığı yerüstü qatı. (yer 

səthindən 6-7 km-ə qədər hündürlükdə). 

AEROBLAR, AEROB ORQANİZMLƏR (aero və bios – həyat) – 

Üzvi mənşəli maddələrin oksidləşməsi yolu ilə  sərbəst oksigen olan 

şəraitdə inkişaf edə bilən orqanizmlər. Demək olar ki, bütün heyvanlar, 

bitkilər, insan, habelə mikroorqanizmlərin çoxu aerob orqanizmlərdir. 



AEROBİOS – sərbəst oksigenli mühitdə  həyat. A. heyvanların və 

mikroorqanizmlərin böyük əksəriyyəti üçün xarakterikdir. 



AEROFİTLƏR – özlərinə lazım olan qida maddələrini yalnız 

atmosferdən alan bitkilər. Bura çiçəkli bitkilərdən səlbkimilər və 

bromeliya fəsilələrinə  mənsub bütün epifitlər, sporlulardan – ağac 

qabığı, gövdəsi və budaqları. eləcə də torpağın üstündə inkişaf edən bəzi 

mamır, yosun və  şibyə növləri daxildir. A. başqa bitkilərin üzərində 

olduğuna baxmayaraq, müstəqil qidalanır. Yağıntısız dövrlərdə aerofit 

şibyə və mamır tamamilə quruyur, lakin məhv olmur, əlverişli şəraitdə 

yenidən inkişafa başlayır. 



AEROFOTOŞƏKİLÇƏKMƏ – təyyarə, vertolyot və digər uçuş 

cihazları ilə Yer səthinin fotoşəkillərinin çəkilməsi, A. irimiqyaslı (10 

000-dən çox), ortamiqyaslı (10 000-30 000) və kiçik miqyaslı (30 000-

dən kiçik) aparılır.  Ərazinin təyyarədən çəkilməsi paralel marşrutla 

aparılır. Bu marşrutların bir-birindən uzaqlığı elə müəyyən edilir ki, 

qonşu marşrutlara aid aeroşəkillər, orta hesabla, bir-birini 30

% (eninə 

örtmə), bir marşruta aid qonşu  şəkillər isə bir-birini 60

% (uzununa 

örtmə) örtsün. 

Aerofotoşəkillərə  əsasən  şəkil montaj edilir və fotosxem qurulur. 

Fotosxem  şəkillərin mərkəz hissələrindən qarışdırılmış bütün ərazinin 

aeroşəklini verir. 

AEROŞƏKİLLƏRİN DEŞİFRLƏNMƏSİ  – aeroşəkil  əsasında 

Yer səthinin öyrənilməsi üsullarından biri. A.d-də  rəngli aerofotoşəkil, 

zərrəbin, parallaktik xətkeş, stereoskop və s-dən istifadə edilir. 

Topoqrafik deşifrləşdirmə aerofotoşəkildəki sahənin təfsilatı (bitki 

örtüyü, hidroqrafiya, yaşayış  məntəqələri, yollar, sərhədlər və s.) və 

relyefi ayırd edilib topoqrafik xəritədə göstərilir. Xüsusi deşifrləşdirmə 




Yüklə 3,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə