Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
503
Z
ZAMOR – su səthində oksigenin azalması nəticəsində balıqların və
s. suda yaşayan heyvanların kütləvi qırılması.
ZANBAQKİMİLƏR (Liliaceae) – birləpəli bitki fəsiləsi.
Kökümsovlu, soğanaqlı bitkilərdir. 250 cinsə mənsub 4000 növü
məlumdur. Azərbaycanda 25 cinsi (148 növü) yayılmışdır. Z. fəsiləsinə
qiymətli tərəvəz (soğan, sarımsaq və s.) dərman bitkiləri (inciçiçəyi,
əzvay və s.) və dekorativ (zanbaq, dağlaləsi, sünbülçiçək və s.) bitkilər
daxildir.
ZƏBTETMƏ RƏQABƏTİ – hər bir fərd bacardığı qədər resurs
zəbt edir.
ZƏLZƏLƏ – əsasən tektonik proseslər nəticəsində yeraltı sarsıntılar
və yer səthinin tərpənməsi. Tektonik, vulkanik və uçqun zələzə
növlərinə bölünür. İl ərzində 100 minlərlə zəlzələ hadisəsi baş verir,
onların yalnız az hissəsi dağıdıcı təsirə malikdir, cari əsrin məşhur
fəlakətli zəlzələləri San-Fransiskoda (Kaliforniya) – 1906-cı ildə,
Tokioda 1923-də, Aşqabadda 1948-də, Çilidə 1960-da, Meksikada
1985-də, Şamaxıda 1192, 1902-də, İndoneziyada 2005-ci ildə.
ZƏRƏRLİ İSTEHSALAT FAKTORU – iş zamanı müəyyən
şəraitlərdə işçinin xəstələnməsinə və ya iş qabiliyyətinin aşağı
düşməsinə səbəb olan faktor. Z.i.f. təhlükəli də ola bilər.
ZƏRƏRLİ MADDƏ – insan orqanizmi ilə əlaqədar (istehsalat və
məişət şəraitində) xəstəlikyaradan və ya onun sağlamlığını pozan
maddə.
ZƏRƏRLİ NÖV – nisbi anlayış olub insana iqtisadi, mənəvi və ya
sosial cəhətdən zərər verir, həmçinin xəstəlik törədir. Miqdarı, olduğu
yer və vaxtından asılı olaraq bu və ya digər növ insan üçün «faydalı»”
və ya «zərərli”» sayıla bilər.
ZƏRƏRSİZLƏŞDİRMƏ – infeksiya və ya təbii-mənbə
xəstəliklərinin, qarşısını almaq və ya süni yayılan zəhəri yox etmək;
karantin bitki və heyvanları məhv etmək; bina, əşya, alət və s.-ni
sterilizə etmək istiqamətində kompleks tədbirlər.
ZƏRƏRVERİCİLƏRİN KÜTLƏVİ ARTMASI MƏNBƏYİ –
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
504
zərərvericilərin kütləvi artan ərazi, oradan isə yayılaraq yeni əraziləri
fəth etməsi.
ZƏRƏRVERİCİLƏRİN TƏBİİ MƏNBƏYİ – insanın və kənd
təsərrüfatı heyvanlarının transmissiya xəstəliklərinin hər hansı bir
ərazidə uyğunlaşma qanunauyğunluğu(məs., ensefolit gənəsi). Burada
həmin xəstəliklərin fasiləsiz dövr etməsində iştirak edən orqanizm
növləri məskən salır.
ZƏRƏRVERİCİLƏRLƏ BİOLOJİ MÜBARİZƏ ÜSULLARI –
Zərərvericiləri məhv etmək və ya onların sayını tənzimləmək üçün
təbiətə xəstəlik törədən zərərvericilərin düşmənindən istifadə edilməsi.
ZƏRƏRVERİCİLƏRLƏ MEXANİKİ MÜBARİZƏ ÜSULLARI
– Zərərvericilərin (cücü, gəmirici və b.) sadə mexaniki vasitələrin
(aldadıcı, tələ, quyu) göməyi ilə və ya əl ilə məhv edilməsi.
ZƏHƏRDAŞIMA – müasir metodlarla orqanizmdə mövcud olan
zəhərin aşkar edilməsi. Z-ya yeməklə kiçik dozalar şəklində DDT-nin
insanın piy toxumalarında toplanması klassik misal ola bilər. Z.
arzuolunmaz hadisə hesab edilir, belə ki, müəyyən şəraitdə zəhər
orqanizmin intoksasiyasına səbəb ola bilər.
ZƏHƏRİN TƏSİR SİNER-GİZMİ – orqanizmə eyni vaxtda bir
neçə zəhərli maddənin (eyni istiqamətdə) təsiri. Sinergizm zamanı
zəhərlər daha çox (hər zəhərin ayrı-ayrılıqda təsirindən fərqli olaraq)
öldürücü təsir göstərir.
ZƏHƏRLƏR – zəhərlənməyə və ölümə səbəb olan maddələr. Bütün
maddələr, o cümlədən dozasından asılı olaraq dərman maddələri (məs.
strixinin, antropin, morfin və s.) böyük dozada zəhərənmə törədə bilər.
Köhnəlmiş bəzi qida məhsulu da (məs. balıq, ət konservləri və s.) ağır
zəhərlənmələrə səbəb olur.
ZƏHƏRLƏYİCİ MADDƏLƏR (toksik maddələr) – insan
orqanizminə zəhərləyici təsir göstərən və döyüş silahı kimi işlədilə bilən
kimyəvi birləşmələr.
ZƏHƏRLİ BİTKİLƏR – tərkibində zəhərləyici maddələr olan
bitkilər. Z.b-in tərkibində olan zəhərli maddələr mərkəzi sinir sisteminə
(oyadıcı, iflicedici və s.), tənəffüs və həzm orqanlarına, ürək-damar
sisteminə, qaraciyər, böyrəklərə və s. təsir edir. Z.b.-in faydalı
xüsusiyyətləri də var. Onların bəzilərindən (xaş-xaş, acılıq, dəlibəng,
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
505
bat-bat və s.) müxtəlif dərman maddələri, bir qismindən (öldürgən,
tütün, asırqal, kəpənəkçiçək, mahmızçiçək) intektisid alınır. Azərbaycan
Respublikasında Z.b.-dən öldürgən, acılıq, qatırquyruğu, kəkrə,
çobanyastığı, cil, acı yonca, qızıl-sarmaşıq, yapıqqanotu, canavargiləsi,
bat-bat, dəlibəng, mahmızçiçək, ayıdöşəyi, südləyən, acı biyan, süsən,
lalə, üzərlik, birəotu, qaymaqçiçəyi, qaytarma, asırqal, həlməl,
dəmirtikan, xaçgülü, ardıc, sarıkol, qaraçöhrə, gərməşov, şümşad və s.
daha geniş yayılmışdır.
ZƏHƏRLİ HEYVANLAR – Orqanizmdə insan və digər canlılar
üçün zəhərli maddələr olan müxtəlif heyvan siniflərinin nümayəndələri.
5 minə qədər zəhərli heyvan növü məlumdur. Onlardan məşhur olanları
və yaxşı öyrənilənlərindən zəhərli buğumayaqlıları (əqrəb, hörümçəklər
və cücülər), balıqlar və sürünənləri göstərmək olar. Kənd təsərrüfatı
heyvanları üçün buğumayaqlılar və zəhərli heyvanlar ən qorxulu sayılır.
Kənd təsərrüfatı heyvanlarının Z.h.-ın dişləməsinin profilaktikası üçün
zərdablarla vaksinasiya (peyvənd) və immunizasiya tətbiq olunur.
ZƏHƏRLİ KİMYƏVİ MADDƏLƏR – kənd təsərrüfatı bitkilərinin
xəstəlik törədicilərinə və zərərvericilərinə qarşı mübarizə aparmaq,
həmçinin insan və heyvan ektoparazitlərini məhv etmək üçün istifadə
olunan mineral və ya bitki mənşəli, ya da sintetik kimyəvi maddələr.
Fosfor-üzvi və xlor üzvi birləşmələr, karbonatlar, müxtəlif mis, sink,
kükürd və flüor birləşmələri Z.k.m.-dəndir. Bax: həmçinin insektisidlər,
pestisidlər.
ZƏHƏRLİ MADDƏLƏRİN MAKSİMUM YOLVERİLƏN
SƏVİYYƏSİ – ərzaq məhsullarında zəhərli maddələrin (məs.,
pestisidlərin) maksismum yol verilən səviyyəsi.
ZƏHƏRLİLİK KRİTERİ – orqanizmin toksik (zəhərli) maddələrin
təsirinə qarşı cavabının keyfiyyət və kəmiyyət göstəriciləri.
ZƏHƏRLİLİK (TOKSİKLİK) GÖSTƏRİCİLƏRİ – hər hansı
maddənin orqanizmin həyat prosesinə zərərli təsirinin göstəriciləri.
Bioloji, fizioloji, biofiziki və fiziki-kimyəvi Z.g. ayrılır.
ZOĞAL FƏSİLƏSİ (Cornaceae) – fəsilənin 16 cinsi məlumdur.
Qafqazda və Azərbaycanda 2 cinsi təbii halda bitir.
Zoğal cinsi (Cornus) – Qafqazda və Azərbaycanda geniş yayılanı
adi zoğaldır (C.mas). Azərbaycanda Böyük və Kiçik Qafqazda, Samur-
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
506
Dəvəçi düzənliyində və Qanıx-Əyriçay vadisində düzəndən başlamış
orta dağ qurşağına kimi meşələrin tərkibində bitir.
Sivida cinsi (Swida) – Azərbaycanda 3 növü təbii halda bitir. Buna
dəli zoğal da deyilir.
Cənub dəli zoğalı (S. australis) – Azərbaycanda bütün meşəli
rayonlarda dəniz səthindən 1400 m yüksəkliyə qədər meşələrdə bitir.
Qara murdarça (S. sanquinea) – Azərbaycanda introduksiya
olunub, Botanika bağında və Mərdəkan dendroloji bağında var.
ZONA – Qurunun zonaları yarım zonalara, rayonlara və s. bölünür.
Hər bir zonaya xüsusi ekosistem tipi məxsus olub özünün bitki örtüyü,
heyvanat aləmi və torpağı ilə səciyyələnir.
ZONALLIQ – Yer səthinin iqlim, biocoğrafi, quruda və torpaq
xüsusiyyətlərinə görə isə günəş istiliyinin əsasən en dairəsi üzrə
paylanmasına görə zonalara coğrafi differensasiyası. Müvafiq bitki
zonasını (tundra, meşə, çöl, səhra) səciyyələndirən bitki örtüyü bitki
zonallığı yaradır. Şimaldan cənuba getdikcə iqlimin dəyişməsi ilə
əlaqədar bitki zonaları bir-birini əvəz edir. Tundra zonasının bitki örtüyü
əsasən kollardan ibarətdir. Tundradan cənuba geniş meşə zonası
yayılmışdır. Meşə zonasının cənubunda yerləşən çöl (step) zonası
özündən əvvəlki zonadan quru və isti iqlimi ilə fərqlənir. Daha sonra
gələn səhra zonası üçün torpağın duzluluğu xarakterikdir; bitki örtüyü
seyrək, əsasən duzadavamlı kol və ot bitkilərindən ibarətdir.
ZOOBENTOS, DİB FAUNASI – su hövzələrinin dibində və ya
qruntunda yaşayan heyvanların məcmusu.
ZOOCOĞRAFİ FAUNİSTİK ƏYALƏT – vilayətə tabe olan
zoocoğrafi rayonlaşdırma vahidi.
ZOOCOĞRAFİ VİLAYƏTLƏR – Yer kürəsində heyvanların əsas
coğrafi vilayətləri.
ZOOCOĞRAFİYA, HEYVAN COĞRAFİYASI – zoologiyanın
bir bölməsi; Yer kürəsində heyvanların hazırda və keçmişdə coğrafi
yayılmasını, bu yayılmanı müəyyən edən müasir və keçmiş tarixi
amilləri, qanunauyğunluqları, həmçinin heyvanların ekoloji qruplarının
coğrafi yayılmasını öyrənir.
ZOOXORİYA – meyvə və toxumaların heyvanlar vasitəsilə
yayılması. Z.-nın epizooxoriaya (meyvə və toxumların heyvanın bədən
səthi ilə yayılması), endozooxoriya (heyvanların ekskrementi ilə
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
507
yayılması) və sinzooxoriaya (Heyvanların meyvə və toxumları ehtiyat
məqsədilə toplanması ilə əlaqələr yayılması) tipi müəyyən edilir.
Bununla əlaqədar bitkilər də epi-, endo-, və sinzooxorlara bölünür.
Epizooxor bitkilərin meyvə və toxumlarında qarmaq, tikan, selik
yapışqan maddələr və s., endozoxor bitkilərin toxumu üzərində ətli hissə
olur. Heyvanlar belə meyvə və toxumları yeməklə yayırlar.
Sinzooxoriyanın geniş yayılan forması və ya toxumların qarışqalar
tərəfindən toplanması-mirmekoxoriyadır.
ZOOFABLAR – heyvanların yeyilməsindən qorunmaq üçün
müəyyən uyğunlaşmalara (tikanlı, acı, pis qoxulu, zəhərli və s.) malik
olan bitkilər.
ZOOFAQLAR – otyeyən heyvanlarla (fitofaqlar) və ya ətyeyənlərlə
(zoofaqlar) qidalanan yırtıcı heyvanlar. Bitkilərdən bu qrupa cücülərlə
qidalanan bitkilər aiddir.
ZOOFİLLİK (zoofiliya) – bitkinin heyvanlarla tozlanması:
məməlilərlə (məs., yarasa), quşlarla (ornitofiliya), cücülərlə
(entomofiliya), malyusklarla (molokofiliya).
ZOOFİTLƏR – bitkiyə oxşar heyvanlar (süngər, mərcan).
ZOOHİDROBİONTLAR – su heyvanları.
ZOOXORLAR – meyvə və toxumların heyvanlar vasitəsilə
yayılmasına uyğunlaşan bitkilər.
ZOOGEN FAKTORLAR – heyvanların bitkilərin həyat tərzinə,
çoxalmasına və xassəsinə təsirinin müxtəlif formaları.
ZOOGEN RELYEF – bax: biogen relyef.
ZOOGEN SUKSESSİYA – heyvanların güclü təsirilə baş verən
sukssesiya (məs., onların kütləvi artması ilə).
ZOOGENETİKA – genetikanın bir sahəsi; heyvanların genetikasını
öyrənir.
ZOOGİGİYENA – veterenar və zootexnika elminin bir sahəsi;
heyvanların saxlanılma
şəraitinin onların sağlamlığını
və
məhsuldarlığını artırmaq üzrə tədbirlər hazırlayır.
ZOOKÜTLƏ – Müəyyən populyasiya və biosenozda heyvanat
aləminin biokütləsi. Quruda zookütlənin miqdarı 2,0
⋅ 10
9
t (Uitteker,
1980) olub əsas torpağın heyvanat aləmindən ibarətdir. Dəniz və
okeanlarda zookütlənin quru maddəsi 6,0
⋅ 10
9
t təşkil edir. (Vinberq,
Çernov, 1970).
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
508
ZOOLOGİYA (yun. zoon - heyvan, canlı) – Heyvanlar haqqında
elm; biologiyanın bir sahəsi. Heyvanlar aləminin müxtəlifliyini, onların
quruluşunu və həyat fəaliyyətini, yayılmasını, xarici mühitlə əlaqəsini,
fərdi və tarixi inkişaf qanunauyğunluqlarını öyrənir. Z. insanların
təsərrüfat fəaliyyəti, Yer üzərində heyvanların qorunması və
mənimsənilməsi ilə sıx əlaqədardır. Z. tədqiqat vəzifələrinə görə bir sıra
əsas fənlərə bölünür: heyvan sistematikası, heyvan morfologiyası,
heyvan embriologiyası, heyvan ekologiyası.
ZOOLOGİYA BAĞI – vəhşi heyvanların kolleksiyası; nadir və
məhv olmaq təhlükəsi olan heyvanların genefondunu göstərmək,
öyrənmək, qorumaq və artırmaq məqsədilə yaradılır.
ZOOLOGİYA MUZEYİ – heyvan kolleksiyalarının (fiksəedici
mayelərdə, qurudulmuş və ya xüsusi preparat halında saxlanan
heyvanlar, bunların müqavvaları, skeletləri, dəriləri, eləcə də buynuz,
sümük və çanaqdan düzəldilən məmulatlar) saxlandığı elmi və mədəni-
maarif müəssisəsi. Bakıda Z.m. Azərbaycan MEA Zoologiya
institutunda yaradılmışdır (1971). Xaricdə ən böyük Z.m. Nyu-Yorkda.
Vaşinqtonda, Parisdə, Londonda, San-Peterburqda, Moskvada və
Kiyevdədir.
ZOOLOGİYA PARKI – vəhşi heyvanları nümayiş etdirmək,
öyrənmək və artırmaq məqsədilə onları bağlı və yarımbağlı şəraitdə
saxlayan elmi-maarif müəssisəsi. Z.p. Zoologiya bağından, adətən,
ərazisinin böyüklüyü və heyvan kolleksiyasının müxtəlifliyi ilə
fərqlənir. Z.p. təbiətə və onun nemətlərinə məhəbbət aşılayan, nadir və
nəsli kəsilməkdə olan vəhşi heyvan növlərinin genetik fondunu saxlayan
və təbiətin mühafizə ideyalarını təbliğ edən mərkəzdir. Tarixən Z.p.-
ndan qabaq heyvanxanalar yaranmışdır. Eramızdan 1500 il əvvəl
Misirdə Z.p. olmuşdur. Avropada ilk Z.p. Venada (1752), Madriddə
(1774), Parisdə (1793) meydana gəlmişdir. Bakıda Z.p. 1945-ci ildə
yaradılmışdır.
ZOOLOJİ XƏRİTƏLƏR – müxtəlif heyvan qruplarının
yerləşməsini, miqrasiyasını və coğrafi mühitlə əlaqəsini əks etdirən
zoocoğrafi xəritələr.
ZOOMEŞƏMELİORASİYA – heyvandarlığı yem bazası ilə təmin
etmək məqsədilə quru bozqır, yarımsəhra və səhra rayonlarında
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
509
qoruyucu meşə zolaqlarının salınması. Z.-nın ən çox yayılmış növü
uzununa otlaqqoruyucu meşəliklərin salınması hesab olunur.
Otlaqqoruyucu meşə zolaqları torpağın eroziyasının qarşısını alır,
əlverişli mikroiqlim yaradır, ot bitkisinin inkişafına səbəb olur,
həmçinin heyvanların əlverişsiz şəraitdən qorunması vəzifəsini daşıyır.
ZOONOZLAR – təkamül prosesində heyvanların müəyyən növündə
parzitlik etməyə uyğunlaşan törədicilərin əmələ gətirdiyi yoluxucu
xəstəliklər. Qaramal taunu, donuz taunu, pasterelyoz və s. Z.-a aidir.
Sanitar-iqtisadi şərait pis olduqda Z. insanlar arasında da baş verə bilər.
İnsanlara xəstə heyvanlardan keçir və ona bu xəstəliyi yoluxdurmurlar.
Profilaktikası: ət məhsullarından düzgün istifadə etmək, bəzi
xəstəliklərə (taun, qarayara, bruselyoz və s.) qarşı peyvəndlər vurmaq və
s.
ZOOPARAZİTLƏR – heyvanlarda yaşayan parazitlər.
ZOOPLANKTON – planktonun heyvanat komponenti (ibtidailər,
meduzalar, evufauzidilər və s.).
ZOOPLANKTON
– planktonun heyvan nümayəndələri.
(S.A.Zernovanın termininə görə, 1949).
ZOOPSİXOLOGİYA – psixologiyanın bölməsi; heyvanların
psixologiyasını öyrənməkdə tətbiqi əhəmiyyət (həmçinin ekologiya
üçün) daşıyır.
ZOOSENOZ – biosenozun tərkibinə daxil olan heyvanlar. Məs., lil
biotopunda yaşayan müxtəlif qruplara daxil olan heyvanlar. Lil
biotopuna daxil olan Z. qum biotopunda əmələ gələn Z.-dan fərqlənir. Z.
özündə biosenoza xas olan xüsusiyyətləri əks etdirir. Z.-dan fərqli
olaraq biosenozda heyvanlarla bərabər bitkilərin və mikrobların olması
da nəzərə alınır. Z.-un əmələ gəlməsində canlı mühitin də rolu az deyil.
«Z»”. termini şərti olduğundan, ondan ekoloqlar az istifadə edir.
ZOOSİDLƏR – Ziyanlı onurğalılarla, əsasən gəmiricilərlə
(rodentisidlər) və ziyanverici quşlarla (avisidlər) mübarizə aparmaq
məqsədilə istifadə edilən pestisidlər qrupuna aid olan kimyəvi
preparatlar.
ZOOTEXNİYA – kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi,
yemləndirilməsi, yüksək keyfiyyətli məhsul almaq üçün k.t.
heyvanlarının saxlanması, düzgün istifadə edilməsi haqqında elm.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
510
ZÜLALLAR, PROTEİNLƏR – aminturşularından təşkil olunmuş
iri molekullu üzvi birləşmələr. Z. canlı hüceyrənin əsas tərkib hissəsi
olub, orqanizmdə gedən biokimyəvi reaksiyalarda mühüm rol oynayır.
Orqanizmin quru kütləsinin 50%-ni təşkil edən Z.-ın molekul kütləsi on
minlərdən milyona qədər və daha çox olur.
Fiziki-kimyəvi xassələrin tərkibinə, mənşəyinə və daşıdığı
funksiyasına görə Z. sadə-proteinlərə (molekulu yalnız amin
turşularından ibarət) və mürəkkəb – proteidlərə (molekulunda
aminturşularından başqa digər mürəkkəb maddələr də olur) bölünür.
Sadə Z.-a albuminlər, qlubolinlər, histonlar, qultelinlər, prolaminlər,
protaminlər və proteinsidlər, mürəkkəb Z.-a isə qlikoproteidlər
(tərkibində aminturşularından başqa karbohidratlar olur), lipoproteidlər
(tərkibində lipidlər olur), nukleoproteidlər (tərkibində fosfat turşusu
olur) və xromoproteidlər (tərkibində metal olan piqment qrupları var)
misal ola bilər.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
511
Ekoloji lüğət bu kitab əsasında yaradılmışdır
Elmi redaktor: akademik B.Ə.BUDAQOV
Məmmədov Q.Ş. Xəlilov M.Y. Ekoloqların məlumat kitabı. “Elm”
nəşriyyatı. Bakı: 2003. 516 s.
Kitabda ekologiya və təbiəti mühafizəyə aid 4000-dən artıq termin
və anlayışın mənası izah edilir. O, azərbaycan dilində ikinci nəşr olub
ekoloqlar, bioloqlar, coğrafiyaşünaslar, meşəçilər, torpaqşünaslar,
geobotaniklər, kənd təsərrüfatı mütəxəsisləri, həm də təbii sərvətlərdən
istifadə problemləri və onların mühafizəsi məsələləri ilə məşğul olan
mütəxəssislər üçün nəzərdə tutulmuşdur. Hazırda respublikamızın ali və
orta məktəblərində ekologiya və təbiətin mühafizəsi fənlərinin tədris
edilməsi ilə əlaqədar olaraq məlumat kitabı, müəllim və tələbələr üçün
qiymətli vəsait sayılır.
2003
)
07
(
655
01000009
.
19
−
М
İSBN 5 – 8066 – 1512 - X
© ELM, 2003
Dostları ilə paylaş: |