Microsoft Word eko luget doc



Yüklə 3,98 Mb.
Pdf görüntüsü
səhifə189/190
tarix14.10.2017
ölçüsü3,98 Mb.
#4920
1   ...   182   183   184   185   186   187   188   189   190

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

499 


 

14. Qaz 


hisi 

(qurumu) 

3,5 

15. Etil 



spirti 

1000 


16. Kəsgin (yeyici) qələvilər (məhlul) NaOH hesabı ilə 0,5 

17. Azot 

oksidləri (NO

2

 hesabı ilə) 5 



18. Toz 

 



19. Xlor 

 



20. Sulfat 

turşusu, kükürd anhidridi 

21. Metal 



civə 

0,01 - 


0,005 

22. Kalsiumlaşdırılmış soda 

23. Dördxlorlu 



karbon 

20 


24. Hidrogen-sulfid 

(karbohidrogenlərlə qarışıq) 3 

25. Dixloretan 

10 


 

YOL VERİLƏN REKREASİYA YÜKÜ – vahid rekreasiya 

sahəsində (adətən meşə) müəyyən vaxt ərzində əhalinin kütləvi istirahəti 

üçün  ətraf mühitə nisbətən zərərsiz istifadə edilən təbii kompleksdə 

istirahətçilərin yol verilən sayı. Y.v.r.y. ekoloq-mütəxəssislər tərəfindən 

mürəkkəb hesablamalar əsasında müəyyənləşdirilir. 

YOLKƏNARI MEŞƏ ZOLAQLARI – dəmiryolları  və  şose 

yollarını qardan, qum və tozlardan, yuyulmadan qorumaq üçün, 

həmçinin dekorativ məqsədlə zolaq şəklində meşəliklər salınır. Bu 

meşələr həm də sanitar-sağlamlaşdırıcı funksiyası daşıyır. 

Dəmir yolları boyu meşə zolaqları  kənar yoldan 15-20 m aralı 

yerləşdirilir. Meşəlik bir və ya çoxzolaqlı ola bilər. Bir zolağın eni 10-

25 m, 2-7 cərgəli götürülür. 

Avtomobil yolları boyu meşə zolaqları yoldan 15-50 m kənarda 

yerləşdirilib, eni 4-20 m, adətən 2-4 cərgəli olur. 

Y.m.z. uzunömürlü, küləyə, qara və qaza davamlı ağac cinslərindən 

salınır. 

 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

500 


 

 

 

 

 

 

 

 

 

 

 

 

Lənkəran-Astara şose yolu kənarı meşə zolağı 

 

YOLUXMA  ƏMSALI  – hər hansı populyasiyanın ümumi 

miqdarının (sayının) zərərvericilərin kritik sayına (miqdarına) nisbəti. 

Y.ə. yoluxma dərəcəsini müəyyənləşdirməyə  və  zərərvericilərə qarşı 

effektiv mübarizə metodları seçməyə imkan verir. 



YOLUXUCU XƏSTƏLİKLƏR – bax infeksion xəstəliklər. 

YOSUNLAR  –  (Algae) – ibtidai bitki qrupu. Çiçək və toxumu 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

501 


 

olmayan su bitkiləridir. Tərkibində xlorofil və b. piqmentlər var; 

avtotrof orqanizmlərdir. 10 tipi, 30 minə qədər növü var. Ehtimala görə 

quru bitkiləri yaşıl Y-dan əmələ  gəlmişlər. Əksəriyyəti birhüceyrəlidir. 

İri Y. vegetativ yolla, bir çox Y. isə spor və qamet əmələ  gətirməklə 

çoxalır. Y.-ın əksəriyyəti suyun səthindən başlayaraq 20-40 m-dək, tək-

tək növləri (qırmızı  və qonur Y.) şəffaf sularda 200 m dərinlikdə 

yaşayır. Bəzi yosun növləri torpağın üst qatında və ya səthində, ağac 

qabığında, qaya və hasarlarda inkişaf edir. Göbələk və bəzi heyvanlarla 

simbioz yaşayan Y.da var (şibyələr). Yer üzərində il ərzində  əmələ 

gələn üzvi maddənin 80% qədəri Y. və b. su bitkilərinin payına düşür. 

Beləliklə, Y. bilavasitə  və ya dolayı yolla su heyvanlarının qidasını 

təşkil edir. Y-dan selikvarı aqar-aqar maddəsi, tərkibində mikroelement 

olan yem unu, yod və s. alınır. 



YUMŞAQ KİMYA  –  Y.k.-nın vəzifəsi sintetik maddələri onların 

təbii analoqlarına yaxınlaşdırmaqdır. Y.k. təbii boyalardan, bitki və 

heyvan ekstratından hazırlanan dərmanlardan, bitki mühafizəsində 

bioloji vasitələrdən, təbiətdə  işıq və mikroorqanizmlərin təsirindən tez 

parçalanan, su ilə tez yuyulan sintetik polimerlərdən və toksik olmayan 

tipoqrafik rənglərdən istifadə edir. Y.k.-nın inkişafı  uğrunda «yaşıllar» 

mübarizə aparır. 

YUNESKO (UNESCO) – BMT-in elm, təhsil və  mədəniyyət üzrə 

təşkilatı. 



YUVALAR – müxtəlif heyvanların bala çıxarmaq, yaxud qışlamaq, 

gizlənmək və dincəlmək üçün hazırladığı yer. Arılar Y-ını mumdan, 

bəzisi ağacın oduncağını çeynəməklə düzlətdiyi kağızdan, qarışqalar 

bitki qırıntılarından, yaxud torpaqdan hazırlayır. Termitlərin yuvası 7-8 

m hündürlükdə piramidaya oxşayır. Bəzi kəpənək tırtılları hörümçək 

toruna oxşayan yuva düzəldir və orada qışlayır. İpəkqurdunun hördüyü 

barama həm də onun yuvasıdır. Çanaqlı bağalar və timsahlar 

yumurtalarını qumda və ya torpaqda qazdıqları Y-da basdırırlar. 

Quşların yuvası onların təkamülündən və  həyat tərzindən asılı olaraq 

daha müxtəlifdir. Qızılqaz palçıqdan yerüstü təndir formalı yuva qurur. 

Sərçəkimilərin yuvası fincan formalıdır. Sarıköynək və pəsnək quşunun 

yuvası  ağacın nazik budağından asılmış olur. Quşlar Y-ının içərisinə 

yumşaq quru ot, tük, xəzəl, ördəklərin bəzisi isə  lələklərini yolub 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

502 


 

döşəyir. Yırtıcı heyvanların kahaları və zağaları həm də onların Y-ıdır. 



YUYUCU VASİTƏLƏR –paltar yumaq üçün işlədilən toz, pasta və 

mayelər. Müasir yuyucu vasitələr bir neçə komponentdən, o cümlədən 

tenzid (sabun), ağardıcılar, duru şüşə  və yuyucu sodadan ibarətdir. 

Yuyucu vasitələr məişət axıntılarının (tullantılar) təmizlənməsində xeyli 

problem yaradır və  təmizləmə  şlamlarının (təmizləndikdən sonra qalan 

quru qalıq) gübrə kimi istifadə edilməsini məhdudlaşdırır. 



YUYULMAQ  – (su ilə yuyulub çıxardılmaq) – dağ süxuru və ya 

torpağın suda həll olunan maddələrinin məhlula keçmə prosesi və 

onların ekosistemdən çıxarılması  və ya dərin horizonlara (qismən 

torpaqaltı qata) keçməsi. Yağıntı vaxtı yuyulub aparıcı su rejiminə malik 

olan ekosistemlər üçün xasdır, (karbonatlardan yuyulmuş dağ qonur 

meşə torpaqları). 



YUYULMUŞ TORPAQLAR axar səth suları  tərəfindən üst qatı 

yuyulub aparılmış torpaqlar. Y.t.-ın genetik qatların yuyulma dərəcəsin-

dən asılı olaraq zəif, orta və şiddətli yuyulmuş növləri olur. 

YUYULUB GƏTİRİLƏN TORPAQLAR – mineral, allüvial və 

prolüvial torpaqəmələgətirən materialın aktiv toplanması  nəticəsində 

formalaşan torpaq. Lilli suvarma suyundan uzun müddət istifadə etdikdə 

də belə torpaq tipi yaranır. Adətən yüksək münbitliyə malik olur. 



YÜKSƏKLİK  – Yer səthinin  ətraf sahəyə nisbətən dəniz 

səviyyəsindən 200 m-dən yüksəkdə yerləşən hissəsi. Məs. Volqaboyu 

yüksəkliyi (375 m). 

YÜKSƏKLİK (HÜNDÜRLÜK) QURŞAQLIĞI  – dağlıq 

ölkələrində bitki örtüyünün, torpağın, biosenozların  şaquli yerləşmə 

qanunauyğunluğu və bir-birini əvəz edən qurşaqlar yaratması. Bu, dağ 

ərazisinin böyük yüksəkliyə qalxması  və bununla əlaqədar iqlim 

qradiyentlərinin (temperatur, atmosfer təzyiqi və günəş radiasiyası) 

əmələ gəlməsi ilə irəli gəlir: hər 100 m hündürlüyə qalxdıqca temperatur 

05-08

°, atmosfer təzyiqi 745 n/m



2

 aşağı düşür. Müxtəlif en dairələrində 

müxtəlif olub yerləşdiyi dağlıq ölkənin zonası ilə əlaqdardır. 

 

 



 

 



Yüklə 3,98 Mb.

Dostları ilə paylaş:
1   ...   182   183   184   185   186   187   188   189   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə