Microsoft Word eko luget doc



Yüklə 3,98 Mb.
Pdf görüntüsü
səhifə186/190
tarix14.10.2017
ölçüsü3,98 Mb.
#4920
1   ...   182   183   184   185   186   187   188   189   190

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

491 


 

olunur. 


YAŞAMA YERİ  – növün fərdlərini yerləşib nəsil verə bildiyi yer. 

İnsan üçün Y.y. müxtəlif yaşayış məskənlərində (kənd, qəsəbə, şəhər və 

s.) mənzil-məişət nəzərdə tutulur. 

YAŞAMA YERİNİN QORUNMASI – canlı orqanizmin yaşadığı 

yeri olduğu kimi saxlamaq üzrə görülən xüsusi tədbirlər. 



YAŞAYIŞ (HƏYAT) UĞRUNDA MÜBARİZƏ – Darvin Y.u.m.-

ni 3 tipə ayırır: 1) növdaxili mübirzə: 2) növarası mübarizə: 3) canlılarla 

cansız təbiət amilləri arasındakı mübarizə: Növdaxili mübarizə eyni 

növə  mənsub fərdlərin bir-biri ilə qida, yer və s. amillər uğrunda 

apardıqları mübarizədir. Təbii nemətlərdən daha fəallıqla istifadə edən, 

özünü düşməndən daha yaxşı qoruyan fərdlərin qalıb  yaşaması  və 

nəsilvermə ehtimalı da artıq olur. Fərdlər arasında gedən bu rəqabətdə 

nisbətən zəiflik göstərən fərdlər ac qalır, get-gedə  sıxışdırılır və lazımi 

dərəcədə nəsil vermə imkanı qazana bilmir. Növarası mübarizə müxtəlif 

növlərə aid fərdlər arasında gedən mübarizədir. Otyeyən heyvanlar 

bitkilərlə, yırtıcı heyvanlar otyeyən heyvanlarla, xırda yırtıcılarla, yırtıcı 

quşlar dənyeyən quşlarla və s. ilə qidalanır. Növarası mübarizədə bir 

növ həyat tərzi ona yaxın olan digər növü sıxışdıra bilir. 

Canlılarla cansız təbiət amilləri arasındakı mübarizə abiotik amillərin 

orqanizmə  təciri ilə  əlaqədar meydana çıxır. Məs. səhraya düşmüş 

toxum quraqlığa davam gətirirsə yaşayır, davam gətirmirsə  məhv olur. 

H.u.m-nin bütün formaları bir tərəfdən bəzi növlərin sıradan çıxmasına, 

digər tərəfdən isə növlərin saflaşmasına, zəiflərdən, xəstələrdən 

təmizlənməsinə və canlı təbiətdə ümumi ahəngdarlıq yaranmasına səbəb 

olur. 


YAŞIL GÜBRƏ  – kaliumla zəngin olan bitki kütləsinin xüsusi 

olaraq yetişdirilməsi və torpağa basdırılması. Bu məqsədlə  əsasən 

havadakı azotu kimyəvi birləşmələrə çevirmək qabiliyyətinə malik olan 

paxlalı bitkilərdən istifadə olunur. 



YAŞIL PATRUL (KEŞİKÇİ)  – məktəbli, tələbə, fəhlə  gənclərin 

ictimai təbiəti mühafizə  işində  iştirakı. Məktəbdə, gənc texnik 

stansiyalarında, məktəb meşəçiliklərində, ali məktəblərdə və digər tədris 

məktəblərində, təbiəti mühafizə  cəmiyyətinin ilk təşkilatlarında təşkil 

olunur. 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

492 


 

YAŞIL SİYAHI – populyasiyanın sayı optimum səviyyəyə  qədər 

bərpa olunduğu üçün Qırmızı kitabdan çıxarılan bitki və heyvan 

növlərinin siyahısı. 

YAŞIL ZONA – Şəhər və yaşayış məntəqələri ətrafında olan təbii və 

süni meşələr, meşə-parklar. Yaşayış  məntəqələri  ətrafında havanı 

sağlamlaşdırır, küləkdən, tozdan, tüstüdən, qazdan mühafizə edir, bəzi 

əlverişsiz təbii iqlim amillərini mülayimləşdirir və əhalinin istirahət yeri 

hesab olunur. Azərbaycan Nazirlər Sovetinin qərarı ilə (28 yanvar 1983-

cü il, 4 №-li qərar) respublikamızın dağlıq rayonlarında şəhərlərin, digər 

yaşayış  məntəqələrinin və  sənaye müəssisələrinin  ətrafında 38,6 min 

hektar (o cümlədən meşə-park hissəsi 8,3 min ha, meşə-təsərrüfatı 

hissəsi 30,3 min ha), düzən rayonlarda isə 8,5 min ha hektar (o 

cümlədən meşə-park hissəsi 6,9 min ha, meşə-təssərüfatı hissəsi 1,6 min 

ha) təbii və süni meşələr, meşə-parklar yaşıl zona kimi ayrılmışdır. 

«YAŞILLAR»  – siyasi partiya və ictimai hərəkat olub məqsədi 

planetdə ekoloji situasiyanı yaxşılaşdırmaqdır. Qərbi Avropa (Avstriya, 

Böyük Britaniya, Almaniya, Danimarka, İtaliya,  İspaniya, Portuqaliya 

və s. ölkələr), ABŞ, Yaponiyada mövcuddur. Müxtəlif ölkələrin «Y»-in 

birləşdirən Beynəlxalq təşkilat – «QRİNPİS» (1971-ci ildə  təşkil 

olunub) daha böyük nüfuza malikdir. «Y»-ın platforması  ətraf mühitin 

çirklənməsini azaltmaq tələbi, təkrar resurslardan və enerjinin qeyri 

ənənəvi mənbələrindən geniş istifadə etməkdir. «Y» istehlak 

yanaşmasının  əleyhinə  çıxış edir, ekoloji təhsil problemlərilə  məşğul 

olur. 


YAŞILLAŞDIRMA, YAŞAYIŞ YERLƏRİNİN 

YAŞILLAŞDIRILMASI  – 1) yaşayış  məntəqələrində yaşıllıqların 

salınması  və ondan istifadə edilməsi üçün görülən kompleks işlər; 2) 

yaşayış məntəqələrinin yaşıl əkin sistemi. Yaşıl əkinlər küləyin sürətini 

aşağı salmaq, havadakı toz və b. zərərli qarışıqları təmizləmək,səs-küyü 

azaltmaqla mikroiqlimi, sanitar-gigiyena şəraitini və yaşayış 

məntəqələrinin təbii mənzərəsini yaxşılaşdırır. Azərbaycan 

Respublikasının iri şəhərlərində, sənaye mərkəzlərində, kurort 

zonalarında park, bulvar, xiyaban, bağ  və geniş yaşıl massivləri 

salınmışdır. 1920-ci ildə Bakıda cəmi 20 ha (adambaşına 0,2 ha yaşıllıq 

sahəsi olduğu halda, 1979-cu il yanvarın 1-ə olan məlumata görə 8000 




Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

493 


 

ha-dan (adambaşına 19,3 m

2

) çoxdur. Abşeronda (Bakı ilə birlikdə) 



ümumi sahəsi 10000 ha-dan çox olan 36 meşə-park zonası, zoopark, 68 

bağ, 14 bulvar, 167 bağça var (noyabr. 1980).

 

Müxtəlif dövrlərdə Bakı şəhərinin 

yaşıllaşdırılması: 

 

 

İllər 



 

Keçən dövr 

Salınmış yaşıl  

sahələr (ha) 

 

Adam başına 



 (il) 

illər üzrə orta 

hesabla 

1 ildə 


düşən (m

2



1880-1920 40 

20,2  0,5 

0,6 

1921-1940 20  241,0  12,5 



3,43 

1941-1945 5 

0,0  0,0 

3,07 


1946-1970 24 

2719  113,0 

6,5 

1971-1975 4,5 



2520  560,0 

17,2 


1976-1980 5,0 

4100  820,0 

20,0 

 

YAŞILLAŞDIRMA QURUCULUĞU  –  şəhər, qəsəbə, sənaye 

obyektlərində yaşıllıqların salınması, qorunması üzrə planlı  tədbirlər 

sistemi. Müasir Y.q. biologiya, aqronomiya, meşəçilik, ekologiya, tibb 

və arxitekturanın nailiyyətlərinə əsaslanaraq xalq təsərrüfatının mühüm 

sahəsi hesab olunur. 

YAY YUXUSU – orqanizmin yayda qızmar istidən qorunması üçün 

olan uyğunlaşmalarından biri kimi passiv həyata keçməsi. 



YAYLA  – Dəniz səthindən 500 m-dən hündürdə yerləşən, səthi 

hamar və ya azacıq parçalanmış düzənliklər. Bəzən Y-da ayrı-ayrı 

dağlar və dağ silsilələri yerləşir ki, belə Y. dağlıq Y. adlanır. Məs: Tibet. 

YAYLAQLAR  – mal-qaranın yay zamanı otarıldığı  ərazi, yer. 

Maldarlıq meydana gəldikdən sonra Y-dan geniş istifadə olunur. 

Azərbaycanda Y-ın  əksəriyyəti dəniz səviyyəsindən 3000 m-ə  qədər 

yüksəklikdədir. Böyük və Kiçik Qafqaz dağlarındakı alp və subalp 

çəmənlikləri qoyunçuluğun qədim Y-ı sayılır. Azərbaycanda təqribən 6 

minlik tarixi olan Y-dan indi də geniş istifadə olunur. 



YAZLIQ BİTKİLƏR – yazda səpilmiş və payız bitkilərindən fərqli 


Yüklə 3,98 Mb.

Dostları ilə paylaş:
1   ...   182   183   184   185   186   187   188   189   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə