Microsoft Word eko luget doc



Yüklə 3,98 Mb.
Pdf görüntüsü
səhifə3/190
tarix14.10.2017
ölçüsü3,98 Mb.
#4920
1   2   3   4   5   6   7   8   9   ...   190

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

10 


 

isə geoloji, hidroloji, torpaqşünaslıq və s. məqsədlər üçün aparılır. 

Geoloji deşifrləşdirmədə aerofotoşəkildə  əks olunmuş geoloji obyekt, 

süxur, faydalı qazıntı və b. geoloji xüsusiyyətlər ayırd edilir. 



AEROFOTOTOPOQRAFİYA – aerofotoşəkilçəkmə materialları 

əsasında topoqrafik xəritələrin tərtib üsullarını öyrənən elmi fənn. 



AEROLOGİYA (yun. Aer – hava, logos - elm) – atmosferin yuxarı 

qatlarında havanın vəziyyətini öyrənən elm. Atmosferin yuxarı qatları 

təyyarə,  şar, zond, raket, süni peyk, kosmik hava gəmisi vasitəsilə 

qaldırılan, özüyazan və göstəricilərini radio ilə yerə verən cihazlar 

vasitəsi ilə öyrənilir. 

AEROPLANKTON – havada asılı halda olan mikroskopik 

orqanizmlər. 



AEROPONİKA – bitkinin hava mühitində torpaqsız yetişdirilməsi. 

AEROSƏPİN – təyyarə və ya vertolyotdan xüsusi cihazlar ilə toxum 

(qum vələmiri və b. ot toxumları) səpilməsi. Bəzi səhralarda qumları, 

saksaul köklərini torpağa bərkitmək üçün istifadə edilir. 

AEROSFER (aero – və yun. Spharia - kürə) – atmosfer və torpaq 

havasından ibarət olan yer qabığı. 



AEROTAKSASİYA – aerofotoşəkillərin köməyi ilə bitki 

örtüyünün, xüsusilə meşələrin kəmiyyətcə 

və keyfiyyətcə 

qiymətləndirilməsi. 



AEROTENTLƏR  –  Aerob (oksigen verməklə) mikroorqanizmlər 

yerləşdirilən iri dənəvari materiallardan ibarət süzgəcdən keçirmək yolu 

ilə çirkab suların bioloji təmizlənməsi üçün xüsusi qurğular. 

AEROTOP  (aero – və yun. Topos - yer) – ekosistemin daxili 

atmosferi olub, Yer səthi hava qatının bir hissəsidir, onun tərkibi və 

rejimi bilavasitə ekosistemin daxili komponentləri, hər  şeydən  əvvəl 

bitki örtüyü və torpağın təsiri altda müəyyənləşir. Bununla yanaşı, A. 

bütün atmosferin aşağı  təbəqəsi olduğu üçün atmosferin xarici təsirlə-

rinə güclü məruz qalır. A-un kəmiyyət vəziyyətini və rejimini təsvir 

etmək məqsədilə geniş kompleks göstəricilərdən istifadə olunur: günəş 

radiasiyasının intensivliyi, küləyin sürəti, havanın temperaturu və rütu-

bətliyi, karbon qazının miqdarı və s. 

AEROZOL  (aero ...və – alm. Solum - kolloid məhlulu) – qaz 

mühitində (adətən havada) asılı  vəziyyətdə olan bərk və maye 




Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

11 


 

hissəciklərdən ibarət dispers sistem. Bitki tozcuqları ilə doymuş hava, 

tüstü, duman, tozlu hava təbii aerozollar sayılır. A.-lar təbiətdə və insan 

həyatında müsbət rol oynayır. Buludlar təbiətdə su dövranını təmin edir. 

Bitkilərin çoxu çiçək tozcuqlarının A.-u ilə tozlanır, duru yanacaqlar və 

bərk yanacaqların çoxu A. şəklində yandırılır, bitki ziyanvericilərinə 

qarşı kimyəvi A-larla mübarizə aparılır. 

Radioaktiv maddələr, silisium 4-oksid, alüminum oksid, qurğuşun, 

xrom tozu və s. ilə qarışıq texniki aerozollar çox ziyanlı olub ağır 

xəstəliklərə  səbəb olur. Öskürmə  və asqırma zamanı  əmələ  gələn 

bakteriyalı A.-lar yoluxucu xəstəliklərin, o cümlədən qripin yayılmasına 

səbəb ola bilər. 



AEROZOL ÇİRKLƏNMƏ  – havanın xırda dispers maye və  bərk 

maddələrlə çirklənməsi. 



AEROZOL KATASTROF (FƏLAKƏT)  – təbii (məs., vulkan 

püskürməsi) və ya süni (məs. böyük nüvə konflikti) səbəblər nəticəsində 

aerozolun miqdarının kəskin yüksəlməsi. Atmosferdə geniş aerozol zo-

nasının yaranması atmosferin saflığını azaldır, bununla əlaqədar Yer sət-

hinə düşən günəş radiasiyasını zəiflədir. Bu isə, öz növbəsində iqlimin 

(havanın) soyumasına, geniş ərazilərdə bitkilərin donmasına, heyvanla-

rın, insanların soyuqdan və aclıqdan kütləvi qırğınına səbəb olur. A.k. 

şübhəsiz, keçmiş geoloji dövrlərdə baş vermişdir. O, nüvə müharibəsi 

olarsa da baş verə bilər. 

AFİLAKTİK RƏNG – heyvanlarda (quş, həşərat, balıq və s.) bəzək 

vəzifəsini görən rənglər. 



AFİLLİYA (yun. Phyllan - yarpaq) – iqlimin kserotermik şəraiti ilə 

əlaqədar bitkinin yarpaqsız olması. Fotosintez funksiyasını bu zaman 

gövdələr yerinə yetirir. 

AFOTOBİOSFER (a... və yun. phos. - işıq) – biosferin günəş şüası 

daxil ola bilmədiyi hissəsi (hidrosfer və litosfer daxilində). 



AĞ GECƏLƏR – qütb dairəsi boyunca ilin yay fəslində müşahidə 

edilən işıqlı gecələr. Yayda, bu zolaqda günəş az vaxt ərzində üfüq 

arxasında olduğu üçün gecəyarısı da axşam  şəfəqi kimi işıq olur. A.g. 

maydan iyula qədər San-Peterburq, Oslo, Maqadan paraleli üçün adi 

haldır. 

AĞ YAĞIŞ – Qısa müddət ərzində yağan şiddətli yağış. A.y. ən çox 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

12 


 

yayın  əvvəllərində yağır. A.y. yağan zaman qismən buludsuz 

göydənsaçan günəş  şüaları onun dənələrini  şəffaf göstərdiyi üçün, ona 

A.y. adı verilib. 



AĞ YEL – quru və isti külək. Yer kürəsinin quraq rayonlarında ilin 

isti dövründə müşahidə olunur. Azərbaycanda,  əsasən, Kür-Araz 

ovalığında, Naxçıvan Muxtar respublikasında (hündürlüyü 1500 m-ə 

qədər olan yerlərdə), Böyük və Kiçik Qafqazın dağətəyi hissəsində şərq 

və  cənub-şərq istiqamətində (sürəti bəzən 10 m/san və daha çox olur) 

əsir, çox vaxt özü ilə quru çən gətirir. A.y. zamanı havanın temperaturu 

bəzən birdən-birə 40-42

0

C-yə qalxır, nisbi rütubətlik isə 10-30



%-ə enir. 

A.y. bitkilər üçün zərərlidir; onların inkişafını zəiflədir və bəzən məhv 

edir. A.Y-ə qarşı  əsas mübarizə vasitəsi tarlaqoruyucu meşələrin 

salınması və aqrotexniki tədbirlərin aparılması hesab olunur. 



AĞAC – qol-budağı  və gövdəsi oduncaqlaşmış çoxillik bitki. 

Dendrologiyada ağaclar boylarına görə  aşağıdakı  təsnifata bölünür: 

Hündür ağaclar-hündürlüyü 20 m-dən çox. Bura meşəəmələgətirən 

ağaclar daxildir (palıd, fıstıq, vələs, cökə, ağcaqayın, qovaq, göyrüş, 

qoz, şabalıd), ortaboylu ağaclar – boyu 10-20 m. (quşarmudu, söyüd, çöl 

ağcaqayını), alçaqboylu ağaclar – boyu 7-10 m. (alma, yemişan, ardıc). 

Dünyada  ən hündür ağac olan Avstraliya evkalipti və kaliforniya 

sekvoyası 140-150 m-dək ucalır. Müxtəlif ağacların diametri 12 sm-dən 

160 sm-ə  qədər dəyişir.  Ən yoğun gövdəli ağac Afrika baobabıdır 

(diametri 14 m-ə çatır). Yetgin meşə  ağaclarının yaşı 120-160 ildir. 

Respublikamızda yaşı 1000 ili ötən yoğun gövdəli çinar, palıd, azatağac 

və qaraçöhrə ağacları mövcuddur. 



AĞAC CİNSLƏRİ  – ağac bitkilərinin cins və növləri. A.c. 

iynəyarpaqlı (şam, küknar, ardıc və s.) və yarpaqlı (palıd, fıstıq, vələs, 

cökə, ağcaqayın, qoz, şabalıd, qovaq, qarağac və s.) ağaclara bölünür. 

Təsərrüfat  əhəmiyyətinə görə meşə, meşə – meliorativ, dekorativ və 

meyvə verən ağac cinsləri var. A.c.-nin işığa, istiliyə  və su rejiminə 

tələbatı müxtəlifdir. A.c. toxumla, pöhrə verməklə  və kök biclərilə ço-

xalır. Meşəçilikdə əsas A.c. (palıd, fıstıq, cökə və s.), ikinci dərəcəli A.c. 



Yüklə 3,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə