Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
15
Axmaz
AGELİOFİLLƏR – işıqsız şəraitdə yaşayan heyvanlar (mağarada,
dənizin dərinliklərində).
AKARİSİDLƏR (yun. akari - gənə) – ziyanlı gənələri
məhv etmək
məqsədilə istifadə edilən kimyəvi maddələr.
AKKUMULYASİYA (GEOLOGİYA) (lat. Accumulatio -
toplanma) – axar su, buzlaq, dəniz, külək və vulkanların geoloji fəa-
liyyəti nəticəsində çöküntü, mineral və üzvü qalıqların quruda və su
hövzəsinin dibində yığılması. A.-nı yaradan geoloji amildən asılı olaraq
su, külək, buzlaq və s. A-lar olur. A. nəticəsində akkumlyativ relyef
əmələ gəlir.
AKKUMLYATİV DÜZƏNLİKLƏR – qurunun keçmişdəki çökək
sahələrinin çayların gətirdiyi materiallarla (çınqıl, qum, qumdaşı, gil və
s.) buzlaq çöküntüləri ilə, vulkan püskürmələri məhsulları və eol
çöküntüləri ilə dolması nəticəsində əmələ gələn düzənliklər.
AKLİMAKS – biotik və abiotik mühitin dəyişkənliyi nəticəsində
biosenozun davamsızlıq vəziyyəti.
AKRODENDROFİL HEYVANLAR –
əsasən ağacların
çətirlərində yaşayan orqanizmlər. (müxtəlif həşəratlar, çətirlərdə yuva
quran quşlar və s.).
AKROFİL BİTKİLƏR – dağ-alp zonasını üstün
tutan bitki
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
16
qrupları.
AKSELERASİYA – fərdlərin böyümə və yetişməsinin kəskin
tezləşməsi, həmçinin onların ölçüsünün artması. İnsan cəmiyyətində
akselerasiya onu əhatə edən ətraf mühitin kompleks faktorlarının təzyiqi
altında gedir.
AKTİNOMETRİYA (yun. aktis - şüa) – 1) işığın intensivliyinin öl-
çülməsi; 2) meteorologiyanın atmosfer şəraitində günəş, yer və atmosfer
şüalanmasını öyrənən bölməsi.
AKTİV TEMPERATUR – bu və ya digər bitki və heyvan
növlərinin yayılmasını təyin edən temperaturlar.
AKTİVLƏŞDİRİLMİŞ KÖMÜR – məsaməli strukturlu yüksək
dərəcəli adsorbsiyalı kömür. Havada və suda olan zərərli maddələrin
udulması üçün süzgəclərdə (filtrlərdə) istifadə olunur.
AKTİVLİK SƏRHƏDİ – aktiv həyat mümkün olan hədd daxilində
hər hansı bir faktorun optimal zonası.
AKULTUR LANDŞAFT – insanın səmərəsiz fəaliyyəti nəticəsində,
yaxud qonşu landşaftın əlverişsiz təsirilə əmələ gələn landşaft.
AKUSTİK TRAVMA – eşitmə orqanlarının həddən artıq güclü
səsin təsirindən zədələnməsi. A.t. nəticəsində daxili qulaqda baş verən
ağrılar ağıreşitməyə, hətta karlığa səbəb ola bilər. Kəskin və xronik olur.
Profilaktikası: istehsalatdakı səs-küyün azaldılması üçün tədbirlər.
AKVAKULTURA (lat. agua - su) – su mühitində yetişdirilən faydalı
orqanizmlər, o cümlədən marikultura (dəniz akvakulturası) – dəniz, liman
və estuariyalarda faydalı yosun, malyusk, balıq və digər orqanizmlərin
yetişdirilməsi.
AKVATORİYA (yun. Agua – su) – su səthinin müəyyən bir
sahəsi.
AQAMİYA – cinsi prosesin yox olması.
AQLOMERASİYA – olduqca çoxlu miqdarda insanların,
heyvanların, yaşayış məntəqələrinin və s.-nin toplanması, sıxlaşması.
Adətən, A. – neqativ ekoloji əhəmiyyət daşıyır.
AQREQASİYA (yun. aggrego – birləşdirirəm) müxtəlif və eyni
canlı orqanizmlərin bir yerə toplanması (yığılması). Heyvanlar
(həşəratlar, balıqlar, quşlar, müxtəlif məməlilər) A-dan yem əldə etmək,
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
17
yırtıcılardan və əlverişsiz mühit şəraitindən mühafizə olunmaq üçün
istifadə edirlər.
AQRESSİV SU – metal, beton və s-nin dağılmasına səbəb olan
tərkibində kimyəvi maddələr saxlayan su. Tərkibində xlorid, sulfat
turşusu və amonyak duzları olan su xüsusilə aqressiv sayılır.
AQRİKULTUR LANDŞAFT, K.T. LANDŞAFTI – səpin, əkin,
bağ və meşə əkinlərindən ibarət landşaft.
AQROBİOGEOSENOZLAR (AQROBİOSENOZLAR,
AQROSENOZLAR) – insan tərəfindən dəyişdirilən və ya yaradılan
törəmə biogeosenozlar (tarla, bostan, bağ, üzümlük, meşə plantasiyaları,
qoruyucu meşə zolaqları, güllük və s.). A. qurunun 10
%-ə kimi olub
qida enerjisinin 30
%-ni təşkil edir.
AQROBİOLOGİYA – biologiya sahəsində bitkiçiliyə və
heyvandarlığa bilavasitə aid olan biliklər məcmusu.
AQROFİZİKA – AQRONOMİK FİZİKA – bitkilərin xarici
mühit şəraitinin (torpaq, işıq, temperatur və s.) fiziki tədqiqat me-
todlarından və onların həyat fəaliyyətindəki fiziki proseslərdən bəhs
edən elm.
AQROFİTLƏR – kənardan gətirilərək (introduksiya olunan)
aqrobiosenoz kimi becərilən bitki növləri.
AQROFİTOSENOZLAR – İnsan tərəfindən səpin və ya əkinlə
süni yaradılan bitki qrupları. A.-nın tərkibinə mədəni və alaq bitkiləri
daxil olur. Taxıl, tərəvəz, meyvə və texniki bitkilərin səpini və əkini A.-
ra misal ola bilər. A. mədəni fitosenozun ayrıca tipi olub
aqrobiosenozun əsasını təşkil edir.
AQROGEOLOJİ RAYONLAŞMA – A.r. taksonomik vahidlərin
iyerarxiya sistemi üzrə aparılır və aqroekoloji sinif, aqroekoloji vilayət,
aqroekoloji rayon, aqroekoloji yarımrayon, aqroekoloji qrup kimi
bölgülərə malikdir.
– Aqroekoloji sinif – zonal torpaq
tipinin və ya bir neçə tipin
üstünlüyü ilə səciyyələnən üfüqi və ya şaquli istiqamətdə yayılmış ərazi
respublikamızda iki sinif – dağlıq ərazilər və düzənliklər ayrılır.
– Aqroekoloji vilayət – Aqroekoloji sinif daxilində iri oroqrafik
elementlərin, üfüqi və şaquli horizontallığı ilə seçilən ərazi vahidi.
Aqroekoloji rayon – kompleks aqroekoloji şəraiti (torpaq