Microsoft Word eko luget doc



Yüklə 3,98 Mb.
Pdf görüntüsü
səhifə16/190
tarix14.10.2017
ölçüsü3,98 Mb.
#4920
1   ...   12   13   14   15   16   17   18   19   ...   190

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

41 


 

bataqlıqlar və onunla  təmasda olan bataqlaşmış  ərazilər daxildir. 

Əsasən tayqa, tundra, qarışıq meşələr zonasında və ekvatorial 

qurşaqlarda (Cunqli, ekvator meşələri) yayılmışdır. 



BATAQLIQ TORPAQLAR – çoxlu miqdarda çürüməmiş  və 

yarıçürümüş bitki qalığı (torf) olan, həddindən artıq rütubətli torpaqlar. 

B.t. adətən, turş, neytral, qələvi, həmçinin  şoranlı,  şorakətli, karbonatlı 

və qleyli torpaqlara bölünür. Qurutduqdan və müvafiq aqromeliorasiya 

tədbirləri görüldükdən sonra bu torpaqlardan bol məhsul yetişdirmək 

üçün istifadə edilir. B.t. respublikamızın  ərazisinin 0,38% -ni tutur. 

Lənkəran, Astara və Masallı rayonlarının düzən hissələrində, Kürboyu 

çökəkliklərində (Qarasuda) və  Dəvəçi rayonunun Ağzıbirçala gölü 

hövzəsində var. 

BATİAL ORQANİZM, DƏRİN SU ORQANİZMİ – (yun. bathus 

– dərin) göl, dəniz və okeanın daha dərinliklərində yaşayan orqanizm. 

BATİRPLANKTON – okeanın dərin sularındakı plankton, əsasən 

bakteriya populyasiyalarından, infuzorlardan, xərçəngkimilərdən, balıq 

sürfələrindən ibarət olub abissal və ultraabissalın asudə (dinc) yırtıcıları 

üçün yem hesab olunur. 



BATİSFER – litosferdən sonra gələn Yerin daxili qabığı. 

BATOMETR – laboratoriya tədqiqat məqsədi ilə  dəniz və s. su 

hövzələrindən istənilən dərinlikdən su nümunələri götürmək üçün cihaz. 

Dəniz B.-i, üzərində xüsusi termometr bərkidilən silindr formalı bürünc 

qabdır. 


BAYQUŞLAR  (Sirigiformes) – quşlar sinfinin bir dəstəsi.  Əsasən 

siçan, həmçinin xırda onurğalı heyvan və  həşərat yeyir. 134 növü mə-

lumdur. Azərbaycanda 6 növü var: iri yapalaq, dan (gecə) bayquşu, 

qulaqlı bayquş, bataqlıq bayquşu, dam yapalağı (kor yapalaq), meşə 

bayquşu, kənd təsərrüfatı  və meşə ziyanvericilərini məhv etdiklərinə 

görə xeyir verən quşlardır; yalnız iri yapalaq ovçuluq təsərrüfatına ziyan 

vurur. 

BAZA MONİTORİNQİ  – regional antropogen təsir alınmadan 

ümumi biosferin, əsasən təbii hadisələrin vəziyyətinə və mümkün dəyiş-

məsinin proqnozlaşdırılmasına nəzarət. 

BAZİFİLLƏR – qələvi reaksiyalı torpaqlara üstünlük verən 

heyvanlar məs. urobakteriyalar. 




Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

42 


 

BAZİFİTLƏR – Qələvi reaksiyaya malik olan (pH 7-dən çox olan) 

torpaqlara üstünlük verən bitkilər. Məs. ağ akasiya, sarağan və digər 

kalsefil bitkilər. 

BAZOFİL BİTKİLƏR – bitkilərin bozqır, səhra və yarımsəhralarda 

qələvi torpaqlarda bitməsi. 



BEDLEND (ingiliscə pis torpaqlar) – alçaq dağlıq ərazidə kəskin və 

mürəkkəb parçalanmış relyef. Əkinçilik üçün yararsız hesab olunur. 

Respublikamızda Bozqır yayla ərazisində daha çox rast gəlinir. 

III dövr yaylasında bedlend ərazi

BENTOFAQ  – Su hövzələri dibində yaşayan orqanizmlərlə 

qidalanan heyvanlar, özləri yalnız qida axtarmaq üçün hövzənin dibinə 

enir. 

BENTOS  (yun. benthos -dərinlik) – Su ekosistemlərinin dib 

biohorizonlarında yerləşən orqanizmlərin cəmi. B. avtotrof 

orqanizmlərdən (yosunlar, qismən ali bitkilər),  əsasən az hərəkətli 

heterotrof orqanizmlərdən (protoza, qurdlar, zəli, malyusk, 

xərçəngkimilər) ibarətdir. 

BERİ-BERİ  – Qidada B vitaminin çatışmamasından irəli gəlir. 

Uzun müddət qidada təmizlənmiş şəkər, çox təmizlənmiş taxıl dənəsi (o 

cümlədən düyü) istifadə etdikdə B-b. xəstəliyi baş verir. 

BEYNƏLXALQ COĞRAFİYA  İTTİFAQI (BCİ)  – dünya 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

43 


 

coğrafiyaşünaslarının beynəlxalq elmi təşkilatı. 1922-ci ildə 

yaradılmışdır. BCİ coğrafiyaya aid problemlərin öyrənilməsinə yardım 

göstərir, beynəlxalq  əməkdaşlıq  şəraitində aparılmalı  tədqiqatların 

təşkili və  mərkəzləşdirilməsi ilə  məşğul olur, beynəlxalq coğrafiya 

konqreslərini çağırır və s. 



BEYNƏLXALQ BİOLOJİ PROQRAM (BBP) – dünya 

miqyasında insanların iştirakı ilə yaradılmış, eləcə  də  təbii bitki və 

heyvan qruplaşmalarının bioloji məhsuldarlığını öyrənən proqram. 

(1964 ildən həyata keçirilir). BBP üzrə Azərbaycanda da geniş 

tədqiqatlar aparılmışdır. Azərb. MEA biologiya bölməsinin nəzdində 

BBP-nin respublika komitəsi yaradılmış  və 1974-cü ilin sonunadək 

fəaliyyət göstərmişdir. Bu komitə Azərb-da qoruqların, dənizlərin və 

şirin suların flora və faunasının bioloji məhsuldarlığı, flora və faunanın 

qorunması  və s. üzrə aparılan elmi-tədqiqat işlərini  əlaqələndirirdi. Bu 

işlərin nəticəsi iki məcmuədə çap etdirilmişdir. (1970, 1972). 



BEYNƏLXALQ HİDROLOJİ PROQRAM (BHP) – 1975-ci ildə 

YUNESKO tərəfindən qəbul olunan beynəlxalq elmi əlaqə: məqsədi 

milli, regional və qlobal proqramlar üzrə su balansının kompleks 

tədqiqi: hidroloji proseslərin öyrənilməsi metodlarının unifikasiyası  və 

su resurslarından səmərəli istifadə olunması, onların qorunması, insan 

fəaliyyətinin hidrosferə təsirinin nəticələrini aşkar etmək və s. 



BEYNƏLXALQ TƏBİƏTİN VƏ  TƏBİİ RESURSLARIN 

MÜHAFİZƏSİ  İTTİFAQI  – JUGN; MSOP – YUNESKO-nun 

(UNESCO) yanında təbii resurslardan səmərəli istifadə olunması üzrə 

məsləhət statusu əsasında 1948-ci ildə yaradılmış qeyri dövləti təşkilat. 

Bura 130 dövlət, həmçinin 24 Beynəlxalq təşkilatın 502 idarəsi (dövlət, 

elmi, milli və s.) daxildir. 

YUGN-un  əsas fəaliyyət istiqamətləri: elmi-texniki müşavirələrin

xüsusi konfransların hazırlanması və çağırılması; beynəlxalq proqramın 

hazırlanması; Beynəlxalq sazişlərin və  təkliflərin hazırlanması. JUGN 

digər beynəlxalq təşkilatlarla (BMT-nin ətraf mühit üzrə proqramı), 

UNESCO (insan, və biosfer proqramı), yabanı  təbiətin ümumdünya 

fondu, Roma klubu və s. ilə əməkdaşlıq edir, aylıq bülletenlər çap edir, 

elmi-texniki müşavirələrin əsərlərini buraxır. 

BEYNƏLXALQ TƏBİİ RESURSLAR – universal ümumbəşər 



Yüklə 3,98 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə