61
dostumuz, qardaşımız –
el yanında üzün ağ!
Dünyanı seldə boğar
bir damla göz yaşımız
(onu görməyəcəklər).
Bu gün başına yağır
sənin güllər, çiçəklər.
Qocalığın gəncliyi
altmış yaşa deyirlər.
Fikrət Qoca,
Xalq şairi
Elçinə!
Bir vaxt daş kimiydi, kərpic kimiydi
söziər əlimdə.
Mən şeir yazmırdım ki,
sözlərdən ev tikirdim.
Bir vaxt balta kimi, çəkic kimiydi,
sözlər əlimdə.
Mən şeir yazmırdım ki,
öz içimi-çölümü
dağıdırdım-tökürdüm.
Sonra muma döndü
ovcumda sözlər,
Yandırdım, hərəsi bir şama döndü,
o şamların işığında dünyaya baxdım-getdim.
Sonra quma döndü
ovcumda sözlər,
Yavaş-yavaş
o quma qarışıb axdım-getdim...
Ramiz Rövşən,
şair, yazıçı
“Türk dünyasına xidmət” mükafatını mən yüksək qiymətlən-
dirirəm və onu böyük yazar Elçinə təqdim etməkdən məmnunluq
duyuram. Qırx il bundan əvvəl Sovet İttifaqına səfərim zamanı
gənc yazar Elçinlə bir-birimizi tanımadan eyni teatr zalında olmu-
62
şuq. Qırx il keçib. Biz böyük yazar Elçinlə “Dədəman” zalında
yana-yana oturmuşuq. Ürəklərimiz isə millətimizə və vətənimizə
eyni məhəbbətlə döyünür. Bu, çox simvolikdir. Bizi birləşdirən
bu məhəbbət daimidir...
Süleyman Dəmirəl,
Türkiyənin 9-cu prezidenti
Əzizim Elçin! Sənin yubileyin cavan kimi görünə bilər.
Ancaq biz bilirik ki, bu yaş uğurlu ədəbi yaradıcılıq onilliklərinin
və XXI əsrin başlanğıcı kimi çox maraqlı bir tarixi dövrdə dövlət
xidmətinə həsr etdiyin illərin toplamıdır. Bütün bu iş, əmək və
xidmət illərini doğma Azərbaycan naminə böyük xidmət dövrü
adlandırmaq olar. Müstəqil dövlət quruculuğunda bu qədər fəal
iştirak etmək kimi çətin bir xoşbəxtlik sənin heç də hər müasirinə
nəsib olmayıb. Belə günlərdə doğma insanlar nə arzu edirlərsə,
sənə, əziz dostum və qardaşım, onların hamısını arzulayıram.
Oljas Süleymenov,
Qazaxıstan Xalq şairi, ictimai xadim
Elçinin maraqlı “Gümüşü Furqon” (“Bir görüşün tarixçəsi” -
tərc.) povesti H.Mitinin tərcüməsində “Yunost” jurnalında dərc
edilmişdir. Gənc müəllifin rus dilində ilk dəfə çap olunmuş bu
əsəri bizim jurnalın redaksiya heyəti tərəfindən yüksək qiy-
mətləndirilmişdir, ən əsası isə yaxşı oxucu poçtuna malikdir.
Boris Polevoy,
rus yazıçısı
Əziz Elçin! “Mahmud və Məryəm” həm fəlsəfi konsepsiya-
sının dərinliyi, həm də bədii ifadə baxımından məndə böyük təəs-
sürat yaratdı, siz əsl ustadsınız. Siz məni tamam yüngülcəsinə,
heç geriyə də boylanmadan uzaq dövr insanlarının dünyasına
daxil etdiniz. Siz öz əsas fikrinizi necə də dəqiq müəyyənləşdir-
misiniz: böyüklük, əzəmət – istər həqiqi, istərsə də xəyali olsun –
öz mahiyyəti etibarilə faciəvidir. Mənə düşüncələr, təşvişlər və
heyranlıqlar bəxş edən saatlara görə sizə “çox sağ ol” deyirəm...
Mustay Kərim,
Başqırdıstanın Xalq şairi
63
Tarix yalnız elmin şərh etdiyi tarixi fakt deyil, həm də tarixi
detaldır. Tarixi dövrün obrazı bizim şüurumuzda əksərən ədəbiy-
yatın – Şekspirin tarixi xronikaları, Stendal, Hüqo, Dümanın ro-
manları, Lev Tolstoyun “Hərb və sülh” epopeyası sayəsində yara-
nır. Öz dövrünün surətini yaratmaqda nəinki Şoloxovun “Sakit
Don”, ya Aleksey Tolstoyun “Əzablı yollarla” kimi epik əsərləri,
eləcə də, məsələn, Yuri Trifonovun “Şəhər povestləri” iştirak
etmişlər ki, buradakı məişət təfsilatları zaman ötdükcə tarixi detal
əhəmiyyətini kəsb edəcəkdir. Azərbaycan yazıçısı Elçinin “Ölüm
hökmü” adlı yeni romanı da bu cərgədə durur.
Yelena Movçan,
rus yazıçı-publisisti
Biz bu gün fəxr edirik ki, türk dünyasının böyük yazıçısı
Elçin universitetimizin qonağıdır. Onun əsərləri də, fəaliyyəti də
yüksək təqdirə layiqdir.
Prof. Dr. Özər Ərənman,
Memar Sinan Universitetinin prorektoru
Elçin özü hekayələrindəki fantastik hadisələrin reallığına ina-
nır, lakin hamı buna inanmır. Ona görə də yazıçının qəhrəmanları
öz başlarına gələnləri yalnız onları başa düşəcək, yəni ruh etbarilə
onlarda doğma olan adamlara etibar edir.
Pavel Ulyaşov,
rus şairi və tənqidçisi
Elçin ştamplardan qaçır, adi üsullardan qaçır. O, psixoloqdur,
O, ən mürəkkəb situasiyalarda belə, “xislət dərinliyinə” daxil olur.
Vladimir Boborikin,
rus ədəbiyyatşünası
Elçin çağdaş türk ədəbiyyatının böyük nümayəndəsidir.
Onun yaradıcılığı sübut edir ki, sovet rejimi dönəmində də böyük
türk ədəbiyyatının sanballı nümunələrini yaratmaq mümkün olub.
Elçinin istedadı rejimin tələblərini üstələyə bilib, insanların daxili
64
aləminə ideolojidən kənar olan gur işıq saçmağı bacarıb. Buna
görə də Elçin bu gün Türkiyədə ən populyar yazıçılardan biridir.
Dr. Rahim Tarım,
türk ədəbiyyatşünası
“Mahmud və Məryəm” romanı çağdaş ədəbiyyatımızın qızıl
fonduna daxil olan nadir əsərlərdəndir... ...Elçinimiz necə sürətlə
boy atdı, Doğunu və Batını mənimsəyən parlaq bir ədəbiyyat
bilicisinə, filosof qüdrətli nəzəriyyəçiyə çevrildi... ...Sənin
oxucun olmaq çətindir, əziz Elçinimiz! Çünki əsl qəhrəman
hökmü ilə saçdığın inciləri yığıb-yığışdırmaq olmur...
Çingiz Aytmatov,
Qırğızıstanın Xalq yazıçısı
Dünyada və xüsusilə türk topluluklarında çox böyük ehtiram
qazanan sayın Elçinə türk dünyasında və insanlığa göstərdiyi
xidmətlərin davamını diləyirəm.
Əli Doğramacı,
professor, Bilkənd Universitetinin rektoru
Elçin dolğun yaradıcılığı ilə həm ədəbiyyat, həm də böyük
siyasət sahəsində həqiqətən də məftunedici nəticələr əldə edib.
Mixail Şvıdkoy,
sənətşünas, Rusiya Federasiyası keçmiş mədəniyyət naziri
Çox hörmətli Elçin! “Parisdə avtomobil qəzası” kitabınıza
heyran qalmışam. Sizin yumorunuz, sizin fantastik notlarınız və
lirik verginiz mənim çox xoşuma gəlir. “Mahmud və Məryəm”
çox sevdiyim və dəfələrlə oxuduğum kitablardan biri “Min bir
gecə”ni mənim yadıma saldı. Sizin bu əsərinizdə mən Şərqin bü-
tün gözəlliyini, qəddarlığını və ehtirasını tapdım. Siz bu qəribə,
gözəl və qorxulu dünyanın atmosferini əla təsvir edirsiniz.
Banin (Əsədullayeva Ümmülbanu),
Fransada yaşayıb-yaradan Azərbaycan yazıçısı
Dostları ilə paylaş: |