Microsoft Word Elcin-75-metodik docx



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə18/24
tarix31.10.2018
ölçüsü0,69 Mb.
#76971
1   ...   14   15   16   17   18   19   20   21   ...   24

61 

 

dostumuz, qardaşımız – 



el yanında üzün ağ! 

Dünyanı seldə boğar 

bir damla göz yaşımız 

(onu görməyəcəklər). 

Bu gün başına yağır 

sənin güllər, çiçəklər. 

Qocalığın gəncliyi 

altmış yaşa deyirlər. 

Fikrət Qoca,  

Xalq şairi 

Elçinə! 

 

Bir vaxt daş kimiydi, kərpic kimiydi  



söziər əlimdə. 

Mən şeir yazmırdım ki, 

sözlərdən ev tikirdim. 

Bir vaxt balta kimi, çəkic kimiydi,  

sözlər əlimdə. 

Mən şeir yazmırdım ki, 

öz içimi-çölümü 

dağıdırdım-tökürdüm. 

Sonra muma döndü 

ovcumda sözlər, 

Yandırdım, hərəsi bir şama döndü

o şamların işığında dünyaya baxdım-getdim. 

Sonra quma döndü 

ovcumda sözlər, 

Yavaş-yavaş 

o quma qarışıb axdım-getdim... 

Ramiz Rövşən, 

şair, yazıçı 

 

“Türk dünyasına xidmət” mükafatını mən yüksək qiymətlən-



dirirəm və onu böyük yazar Elçinə təqdim etməkdən məmnunluq 

duyuram. Qırx il bundan əvvəl Sovet İttifaqına səfərim zamanı 

gənc yazar Elçinlə bir-birimizi tanımadan eyni teatr zalında olmu-



62 

 

şuq. Qırx il keçib. Biz böyük yazar Elçinlə “Dədəman” zalında 



yana-yana oturmuşuq. Ürəklərimiz isə millətimizə və vətənimizə 

eyni məhəbbətlə döyünür. Bu, çox simvolikdir. Bizi birləşdirən 

bu məhəbbət daimidir...  

Süleyman Dəmirəl, 

Türkiyənin 9-cu prezidenti  

 

 



Əzizim Elçin! Sənin yubileyin cavan kimi görünə bilər. 

Ancaq biz bilirik ki, bu yaş uğurlu ədəbi yaradıcılıq onilliklərinin 

və XXI əsrin başlanğıcı kimi çox maraqlı bir tarixi dövrdə dövlət 

xidmətinə  həsr etdiyin illərin toplamıdır. Bütün bu iş,  əmək və 

xidmət illərini doğma Azərbaycan naminə böyük xidmət dövrü 

adlandırmaq olar. Müstəqil dövlət quruculuğunda bu qədər fəal 

iştirak etmək kimi çətin bir xoşbəxtlik sənin heç də hər müasirinə 

nəsib olmayıb. Belə günlərdə doğma insanlar nə arzu edirlərsə, 

sənə, əziz dostum və qardaşım, onların hamısını arzulayıram.  

Oljas Süleymenov,  

Qazaxıstan Xalq şairi, ictimai xadim  

Elçinin maraqlı “Gümüşü Furqon” (“Bir görüşün tarixçəsi” - 

tərc.) povesti H.Mitinin tərcüməsində “Yunost” jurnalında dərc 

edilmişdir. Gənc müəllifin rus dilində ilk dəfə çap olunmuş bu 

əsəri bizim jurnalın redaksiya heyəti tərəfindən yüksək qiy-

mətləndirilmişdir, ən əsası isə yaxşı oxucu poçtuna malikdir.  



Boris Polevoy,  

rus yazıçısı  

 

Əziz Elçin! “Mahmud və Məryəm” həm fəlsəfi konsepsiya-



sının dərinliyi, həm də bədii ifadə baxımından məndə böyük təəs-

sürat yaratdı, siz əsl ustadsınız. Siz məni tamam yüngülcəsinə

heç geriyə  də boylanmadan uzaq dövr insanlarının dünyasına 

daxil etdiniz. Siz öz əsas fikrinizi necə də dəqiq müəyyənləşdir-

misiniz: böyüklük, əzəmət – istər həqiqi, istərsə də xəyali olsun – 

öz mahiyyəti etibarilə faciəvidir. Mənə düşüncələr, təşvişlər və 

heyranlıqlar bəxş edən saatlara görə sizə “çox sağ ol” deyirəm...  

Mustay Kərim,  

Başqırdıstanın Xalq şairi  



63 

 

Tarix yalnız elmin şərh etdiyi tarixi fakt deyil, həm də tarixi 



detaldır. Tarixi dövrün obrazı bizim şüurumuzda əksərən ədəbiy-

yatın – Şekspirin tarixi xronikaları, Stendal, Hüqo, Dümanın ro-

manları, Lev Tolstoyun “Hərb və sülh” epopeyası sayəsində yara-

nır. Öz dövrünün surətini yaratmaqda nəinki  Şoloxovun “Sakit 

Don”, ya Aleksey Tolstoyun “Əzablı yollarla” kimi epik əsərləri, 

eləcə  də, məsələn, Yuri Trifonovun “Şəhər povestləri” iştirak 

etmişlər ki, buradakı məişət təfsilatları zaman ötdükcə tarixi detal 

əhəmiyyətini kəsb edəcəkdir. Azərbaycan yazıçısı Elçinin “Ölüm 

hökmü” adlı yeni romanı da bu cərgədə durur.  

Yelena Movçan,  

rus yazıçı-publisisti  

 

Biz bu gün fəxr edirik ki, türk dünyasının böyük yazıçısı 



Elçin universitetimizin qonağıdır. Onun əsərləri də, fəaliyyəti də 

yüksək təqdirə layiqdir.  



Prof. Dr. Özər Ərənman,  

Memar Sinan Universitetinin prorektoru  

 

Elçin özü hekayələrindəki fantastik hadisələrin reallığına ina-



nır, lakin hamı buna inanmır. Ona görə də yazıçının qəhrəmanları 

öz başlarına gələnləri yalnız onları başa düşəcək, yəni ruh etbarilə 

onlarda doğma olan adamlara etibar edir.  

Pavel Ulyaşov,  

rus şairi və tənqidçisi  

 

Elçin ştamplardan qaçır, adi üsullardan qaçır. O, psixoloqdur, 



O, ən mürəkkəb situasiyalarda belə, “xislət dərinliyinə” daxil olur. 

Vladimir Boborikin,  

rus ədəbiyyatşünası  

 

Elçin çağdaş türk ədəbiyyatının böyük nümayəndəsidir. 



Onun yaradıcılığı sübut edir ki, sovet rejimi dönəmində də böyük 

türk ədəbiyyatının sanballı nümunələrini yaratmaq mümkün olub. 

Elçinin istedadı rejimin tələblərini üstələyə bilib, insanların daxili 



64 

 

aləminə ideolojidən kənar olan gur işıq saçmağı bacarıb. Buna 



görə də Elçin bu gün Türkiyədə ən populyar yazıçılardan biridir.  

Dr. Rahim Tarım,  

türk ədəbiyyatşünası  

 

“Mahmud və Məryəm” romanı çağdaş ədəbiyyatımızın qızıl 



fonduna daxil olan nadir əsərlərdəndir... ...Elçinimiz necə sürətlə 

boy atdı, Doğunu və Batını  mənimsəyən parlaq bir ədəbiyyat 

bilicisinə, filosof qüdrətli nəzəriyyəçiyə çevrildi... ...Sənin 

oxucun olmaq çətindir,  əziz Elçinimiz! Çünki əsl qəhrəman 

hökmü ilə saçdığın inciləri yığıb-yığışdırmaq olmur...  

Çingiz Aytmatov,  

Qırğızıstanın Xalq yazıçısı 

 

Dünyada və xüsusilə türk topluluklarında çox böyük ehtiram 



qazanan sayın Elçinə türk dünyasında və insanlığa göstərdiyi 

xidmətlərin davamını diləyirəm.  



Əli Doğramacı,  

professor, Bilkənd Universitetinin rektoru  

 

Elçin dolğun yaradıcılığı ilə  həm  ədəbiyyat, həm də böyük 



siyasət sahəsində həqiqətən də məftunedici nəticələr əldə edib.  

Mixail Şvıdkoy,  

sənətşünas, Rusiya Federasiyası keçmiş mədəniyyət naziri  

 

Çox hörmətli Elçin! “Parisdə avtomobil qəzası” kitabınıza 



heyran qalmışam. Sizin yumorunuz, sizin fantastik notlarınız və 

lirik verginiz mənim çox xoşuma gəlir. “Mahmud və  Məryəm” 

çox sevdiyim və  dəfələrlə oxuduğum kitablardan biri “Min bir 

gecə”ni mənim yadıma saldı. Sizin bu əsərinizdə mən Şərqin bü-

tün gözəlliyini, qəddarlığını  və ehtirasını tapdım. Siz bu qəribə, 

gözəl və qorxulu dünyanın atmosferini əla təsvir edirsiniz.  



Banin (Əsədullayeva Ümmülbanu),  

Fransada yaşayıb-yaradan Azərbaycan yazıçısı  


Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə