Microsoft Word Elcin-75-metodik docx



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə17/24
tarix31.10.2018
ölçüsü0,69 Mb.
#76971
1   ...   13   14   15   16   17   18   19   20   ...   24

57 

 

Əziz və hörmətli Elçin müəllim! Sizə ‒ böyük yazıçı və ali-



mə ürəkdən gələn təbriklərimi çatdırmaqdan dərin sevinc duydu-

ğumu bildirirəm. Siz ləyaqətlə yaşadığınız bu ömrün 50-yə 

çatmamış zaman kəsiyində Azərbaycan ədəbiyyatının və ədəbiy-

yatşünaslıq elminin inkişafında artıq bir əsrlik işlər görmüş, mə-

dəniyyət və elmimizə bənzərsiz bədii və elmi töhfələr vermisiniz. 

Qoy ömrünüz həmişə belə əzəmətli və işıqlı olsun.  



Ağamusa Axundov,  

akademik  

 

Bilməzdim ki, Elçin müəllim, qadınların daxili aləminə bu 



qədər bələd insandır.  

Bəsti Cəfərova,  

Xalq artisti  

 

Mənə... Elçinin əsərlərində  zəngin milli xarakterli obrazlar 

yaratmaq qismət olub.  

Hacı Murad Yegizarov,  

Xalq artisti  

 

Biz fəxr edirik ki, məmləkətimizin Elçin kimi istedadlı Xalq 



yazıçısı, sədaqətli oğlu, görkəmli dövlət xadimi vardır. Müqəddəs 

ruhu xalqımızın qəlbində əbədi yurd salan İlyas müəllimin yolunu 

şərəflə davam etdirdiyi üçün Elçinə minnətdarıq.  

Hacıbaba Bağırov,  

Xalq artisti  

 

Elçinin məqalələrinin hər biri ədəbi hadisəyə çevrilir.  



Vaqif Yusifli,  

filologiya elmləri doktoru  

 

Antuan de Sent Ekzüperi deyirdi ki, su nəinki həyat üçün zə-



ruridir, su həyatın özüdür. Bu yozumda Elçin də ədəbiyyatın özü-

dür. Yəni necə ki, həyatı susuz təsəvvür etmək olmaz, Azərbay-




58 

 

can  ədəbiyyatını da Elçinsiz, o cümlədən bizim başqa böyük 



sənətkarlarımız olmadan təsəvvür etmək çətindir.  

Teymur Kərimli,  

akademik 

 

Milli  ədəbi düşüncə  tərzində  ən yeni dövr ədəbiyyatın qüd-

rətli nümayəndələrindən biri də Elçindir. Elçin 60-cı illər ədəbiy-

yatının böyük yaradıcılarındandır... Elçin xalqımızın milli 

dəyərlərinin daim keşiyindədir.  

Azad Nəbiyev,  

AMEA-nın müxbir üzvü  

 

Elçinin – dövlətçiliyimizdə,  ədəbiyyatımızda halal haqqı  və 



danılmaz payı olan, ömrünün müdrik çağlarını yaşayan, bir-birin-

dən qiymətli roman və povestləri, səhnə  əsərləri ilə  həm oxucu-

ları, həm tamaşaçıları sevindirən, xalqımızı arzuolunan mötəbər 

kürsülərdə  ləyaqətlə  təmsil edən məşhur Azərbaycan yazıçısının 

– gənclik həyəcanı  və  ağsaqqallıq təmkini ilə yazdığı  əsərləri 

sevə-sevə, sevinə-sevinə oxuyuruq.  



Zəlimxan Yaqub,  

Xalq şairi  

Düzdür, mən Elçinin heç bir pyesində  iştirak etməmişəm, 

amma o, mənim ən çox sevdiyim dramaturqdur.  

Həsənağa Turabov,  

Xalq artisti  

 

Elçin xoşbəxt insandır ki, onun İlyas  Əfəndiyev kimi vali-



deyni, atası, müəllimi və ustadı olub. İlyas Əfəndiyev də xoşbəxt 

atalardandır ki, ocağında iki əvəzsiz izi qalıb!  



Ziyad Səmədzadə,  

akademik  

 

Elçin ədəbiyyatımızın inkişafı yolunda irəliləyən böyük yazı-



çılardan biridir. O, eyni zamanda, cəmiyyətimizdə bir sıra yüksək 


59 

 

vəzifələrdə çalışır. Lakin nə kimi yüksək vəzifələr daşısa da, 



qələmini yerə qoymur. Yazıb-yaratmaq  şövqü onu heç zaman 

tərk etmir... O, hazırda Azərbaycan dramaturgiyasının da böyük 

nümayəndəsidir. 

Qılman İlkin 

Xalq şairi 

 

Bir problem qalırdı: bir nəzəri metod kimi, sosrealizmin 



daxili mexanizmini, onun tarixi missiyasını açıqlamaq lazım idi. 

Bunu Elçin etdi. Bəlkə  də, bunu Elçindən yaxşı edən olmazdı. 

Bunun üçün elmi və bədii yaradıcılıq qələminin birliyi gərək idi. 

Digər tərəfdən, bu prosesin içində olmaz lazım idi. Hər iki halda 

Elçin kimi, bu prosesə hərəkət verənlərdən olmalı idi.  

Yusif Seyidov,  

professor, dilçi, ədəbiyyatşünas  

 

Elçin böyük vətəndaş  və yazıçı  təəssübü ilə  mətbuat və 



ədəbiyyat mühitimizdə açıq söhbətə, diskussiyaya meydan açır.  

Şamil Vəliyev,  

professor, ədəbiyyatşünas  

 

Abşeron təbiətini də, bu bölgənin adamlarını da Elçin qədər 



real, cazibədar təsvir edən ikinci yazıçı tanımıram.  Şukşin rus 

şimalını hansı vüsətlə təqdim edirdisə, Elçin də Abşeronu belə bir 

sənətkarlıqla ədəbiyyata gətirdi.  

Şirindil Alışanov,  

professor, ədəbiyyatşünas, tənqidçi  

 

 

Mən çox rollar oynamışam, bütün rolları sevirəm, hamısı 

ləzzət verir, amma bu ləzzətin içində tam bir ləzzətlisi var. El-

çinin “Mənim sevimli dəlim”  əsərində oynadığım Baş redaktor 

rolu. O əsəri çox sevirəm və o rolu nə  qədər oynasam da, doy-

maram.  


Səyavuş Aslan,  

Xalq artisti  

 



60 

 

Elçin bir yazıçı kimi bütöv xarakterlər və  mənəvi dünyası 



zəngin olan bədii obrazlar ustasıdır.  

Vaqif Arzumanlı,  

professor, ədəbiyyatşünas, tənqidçi  

 

 Zəngin, bədii yaradıcılıq uğurları ilə yanaşı, Elçin həm də 



ictimai xadim kimi geniş  fəaliyyət diapozonuna malik şəxsiy-

yətdir. Bunu o istər “Vətən” Cəmiyyətini yaradıb ona rəhbərlik 

etdiyi illərdə, istərsə də hal-hazırda Azərbaycan Respublikası Baş 

nazirinin müavini kimi məsul bir vəzifə apardığı vaxtda sübut 

etmişdir. Dəfələrlə çox məsuliyyətli və nüfuzlu beynəlxalq görüş 

və toplantılarda Azərbaycanı layiqincə  təmsil edən Elçin 

xalqımızın və torpağımızın taleyüklü məsələlərini, ağrı  və 

acılarını dünya ictimaiyyətinə çatdırmağa cəhd göstərmişdir.  

Bir problem qalırdı: bir nəzəri metod kimi, sosrealizmin 

daxili mexanizmini, onun tarixi missiyasını açıqlamaq lazım idi. 

Bunu Elçin etdi. Bəlkə  də, bunu Elçindən yaxşı edən olmazdı. 

Bunun üçün elmi və bədii yaradıcılıq qələminin birliyi gərək idi. 

Digər tərəfdən, bu prosesin içində olmaq lazım idi. Hər iki halda 

Elçin kimi, bu prosesə hərəkət verənlərdən olmalı idi. 



Yusif Seyidov 

professor 

 

Altmış yaşın mübarək! 

 

Adı ömür olsa da, 

ağır işdən gəlirsən, 

Şərəfli bir həyatdı, 

sən döyüşdən gəlirsən. 

Bundan sonra yenə var 

 yollar, döyüşlər, işlər, 

təriflənəsi dillər, 

sındırılası dişlər. 

Ömrü boyu çalışan 

yazan, yanan, yandıran, 

Qələminin ucunda  

dünyanı dolandıran 


Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə