Microsoft Word Elcin-75-metodik docx



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə20/24
tarix31.10.2018
ölçüsü0,69 Mb.
#76971
1   ...   16   17   18   19   20   21   22   23   24

68 

 

mənim qonağım oldu. Axşam söhbət  əsnasında söz Füzulidən 



düşdü. Mən Füzulidən dedim, Elçin Füzulidən dedi, gözəl bir 

axşam keçirdik. Səhər onu İzmirə yola salarkən soruşdum ki, 

mənə nə tapşırığı var, nə şəxsi istəyi var? Elçin dedi: “Bədrəddin 

bəy, siz ki, bu qədər Füzuli babamızı sevirsiniz, bəs nə üçün 

İstanbul da Füzulinin heykəli yoxdur?” Bu söz mənə  təsir etdi, 

dedim: “Elçin bəy, əziz qardaşım, siz gələn dəfə İstanbul a gələn-

də Füzulinin heykəli olacaq!” Belə  də oldu. Bəbəkdə Füzulinin 

möhtəşəm heykəlini ucaltdıq. O heykəlin ucaldılması Elçinin 

mənə dediyi o sözlərdən başladı. Bizim elə professorlarımız, 

alimlərimiz var ki, İstanbul da yaşayırlar, ancaq hələ gedib o 

heykəli görməyiblər. Elçin isə, mən bilirəm, İstanbula hər gəlişin-

də Füzuli babamızın heykəlini ziyarət edir. 



Bədrəddin Dalan,  

ictimai xadim, keçmiş İstanbul Böyük Bələdiyyə başqanı 

 

Elçin müəllim daim diqqəti  ədəbiyyatımızdakı boşluqlara 



yönəldir və bu poblemlərlə bağlı sözün həqiqi mənasında həyəcan 

təbili çalır. 



Elnarə Akimova, 

tənqidçi 

 

Mən böyük yazarımız Elçinə “hocam” deyə müraciət etmək-



dən  şərəf duyuram. Xocamızın bizim universitetin Onursal 

(Fəxri) doktoru seçilməsini hər birimiz kimi, mən də yüksək 

qiymətləndirir və bundan şərəf duyuram. 

Prof. Dursun Koçer  



İstanbul Kultur Universitetinin rektoru  

 

Çağdaş Azərbaycan  ədəbiyyatının  ən böyük nümayəndələ-



rindən biri olan Elçinin diqqəti dəyişən insani dəyərlərə yönəldən 

“Ulduzlar altında cinayət”  əsəri Azərbaycanın son iyirmi ildə 

üzləşdiyi mühüm sosial və  mədəni dəyişiklikləri uğurlu  şəkildə 

əks etdirməkdədir. 



Ərtuğrul Günay  

Türkiyə Respublikasının Mədəniyyət və Turizm naziri 


69 

 

Əzizim Elçin! “Literaturnaya qazeta”da kitabım haqqında sə-



nin söz deməyin mənə böyük sevinc bəxş etdi. Mənim üçün xüsu-

sən orası qiymətlidir ki, bu məqalə  ağıllı, dediyindən çəkinmə-

yən, istedadlı bir qələmin stilist ustalığı ilə ərsəyə gəlib. Sənə ilk 

növbədə yüksək anlamaq qabiliyyətinə görə təşəkkür edirəm.» 



Yevgeni Sidorov 

ədəbiyyatşünas-tənqidçi, professor 

 

Azərbaycan diasporu deyəndə Elçin yada düşməlidir. Onun 

yaratdığı “Vətən” Cəmiyyətinin gördüyü işlər, üç əlifba ilə  ‒ 

kiril, ərəb və latın qrafikası ilə nəşr etdirdiyi “Odlar yurdu” qəzeti 

o zamanlar çox məşhur idi. Bu insan hələ sovet dönəmində bizim 

bütün milli diasporumuzu bir yerə yığa bilmişdi.  



Bülənt Gürcam,  

“Belçika-Azərbaycan Evi”nin yaradıcısı və rəhbəri  

 

Türk dünyasının böyük yazarı, professor-doktor Elçin yüzilin 



yetirdiyi, həm də sadəcə Azərbaycan xalqının deyil, böyük in-

sanların duyğularını dilə gətirmiş önəmli bir şəxsiyyətdir. Türki-

yədə çap olunan “Mahmud və  Məryəm”, “Ağ  dəvə”, “Ölüm 

hökmü”, “Şuşa dağlarını duman bürüdü”, “Sarı gəlin” kitabları ilə 

yanaşı, Ankara, Ərzurum, Konya Dövlət Teatrlarında səhnəyə 

qoyulan “Mənim sevimli dəlim”, “Mən sənin dayınam” və “Mə-

nim  ərim dəlidir” adlı pyeslər də xalqımızın böyük məftunluqla 

oxuduğu və tamaşa etdiyi əsərlərdəndir. Türk xalqları ədəbiyyatı-

nın ulduzu, ortaq qürur qaynağımız – Elçin.  

Metin Turan,  

türk alimi, professor  

 

Alman dilində Elçinin “Mahmud və  Məryəm” və “Ağ  dəvə” 



romanlarını oxumuşam. Onun “Ölüm hökmü” romanını isə türk dilin-

də oxumuşam. Məncə, bu roman dünya miqyaslı bir əsərdir. Elçin 

mənim çox dəyərləndirdiyim azsaylı müasir yazıçılardan biridir.  

Henrix Fişer,  

alman türkoloqu  



70 

 

Azərbaycan ilə Türkiyə əbədi dost və qardaş ölkələrdir. Hör-



mətli Elçin bəyin “Ulduzlar altında cinayət” (“Qatil”) tamaşası da 

həmin  şərəfli  əbədiyyət yolunda irəliyə aparan əlamətdar bir 

addımdır.  

İsmayıl Haqqı Qaradayı,  

ordu generalı, Türkiyə Silahlı qüvvələri  

Baş qərargahının sabiq rəisi  

 

Elçin parlaq müasir təhkiyə texnikasına sahibdir, o qəhrəma-



nın daxili monoloqunu virtuozcasına təqdim edir.  

Svetlana Aliyeva,  

rus tənqidçisi  

 

Mən Elçinin bir yazıçı kimi özünəməxsusluğunu  əbədi ad-



landırılan mövzulara belə spesifik milli elementlər gətirməsində

həm də bunu bədii-psixoloji çalarlara həssas olan oxucunu nəzərə 

alaraq, incə, ağıllı şəkildə etmək bacarığında görürəm.  

Alla Marçenko,  

rus tənqidçisi  

 

Elçin dünya ədəbiyyatı  dəyərlərini, bu sahədəki təcrübəni 



mükəmməl şəkildə öz yaradıcılıq laboratoriyasından uğurla keçi-

rən çox maraqlı bir yazıçıdır... Rejissor Devid Perri “Şekspir” 

pyesini oxuyub ona valeh olmuşdu. Onun quruluşunda əsər Lon-

donun Avanqard Teatrında müvəffəqiyyətlə tamaşaya qoyuldu. 

Elçinin yaşanmış tarixə ironik, paradoksal şəkildə  təqdim edilən 

münasibəti ingilis tamaşaçıları üçün çox maraqlı idi.  



İan Piertdi, 

ingilis ədəbiyyatşünası, tərcüməçi 

 

 



 

 

 



 

 



71 

 

 



 

Elçin yaradıcılığının mədəni-maarif  

müəssisələrində təbliği 

 

Azərbaycanın görkəmli simalarından biri olan Xalq yazıçısı 



Elçinin anadan olmasının 75 illik yubileyi münasibətilə mədəni-

maarif müəssisələrinin, o cümlədən kitabxanaların, mədəniyyət 

evlərinin, klubların, dram teatrlarının və digər müəssisələrin 

qarşısında mühüm vəzifələr durur. 

Bununla  əlaqədar olaraq, xüsusi tədbirlər planının hazırlan-

ması  və  rəhbər orqanlarda təsdiq edilməsi məqsədəuyğundur. 

Eyni zamanda, respublika şəhər və rayon mədəniyyət  şöbələri, 

təhsil  şöbələri, o cümlədən kitabxanalar, onların kənd filialları, 

mədəniyyət evləri, klublar, dram teatrları Elçinin yubileyi müna-

sibətilə çap olunmuş  ədəbiyyatı komplektləşdirsələr, yubiley 

rubrikası açsalar və nəşr olunmuş materialları vaxtaşırı orada əks 

etdirsələr faydalı olar. 

Mədəni-maarif müəssisələri nəzərə almalıdır ki, Elçinin 

bütün həyat və yaradıcılığı, qələmə aldığı hekayə, povest, roman 

və pyeslər, ssenariləri  əsasında çəkilmiş filmlər bugünumüz və 

sabahımız üçün mənəvi saflıq mənbəyidir. 

Buna görə  də, mədəni-maarif müəssisələri geniş oxucu küt-

lələrini, ictimaiyyəti onun həyat və yaradıcılığı ilə tanış etmək 

üçün müxtəlif kütləvi tədbirlərdən, o cümlədən yaradıcılıq gecə-

lərindən, görüşlərdən, oxucu konfranslarından, ilboyu davam 

edən kitab sərgilərindən,  əyani və  şifahi təbliğat formalarından, 

fotostendlərdən, məruzələrdən, söhbətlərdən, sual-cavablardan, 

biblioqrafik xülasələrdən, teatr tamaşalarından, kinofilmlərdən və 

s. bu kimi ənənəvi formalardan səmərəli  şəkildə istifadə edə 

bilərlər. 

Elçinin həyat və yaradıcılığına həsr olunmuş tədbirlərə hazır-

lıq zamanı təşkilatçılar xüsusi proqram tərtib etməlidirlər. Təşki-



Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə