Microsoft Word Elcin-75-metodik docx



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə21/24
tarix31.10.2018
ölçüsü0,69 Mb.
#76971
1   ...   16   17   18   19   20   21   22   23   24

72 

 

latçılar (kitabxanalar və s.) tədbirə hazırlaşarkən görüləcək işləri 



dəqiq müəyyənləşdirməlidirlər. 

Təşkilatçı-kitabxanaçı oxucu konfranslarını keçirərkən proq-

ramda görüləcək tədbirin adını, giriş sözü ilə çıxış edəcək şəxsi, 

eləcə  də  çıxış edəcək başqa  şəxsləri müəyyənləşdirməlidir. 

Tədbirin harada və  nə vaxt keçiriləcəyi dəqiqləşdirilməli və 

əvvəlcədən xəbər verilməlidir. 

Oxucu konfranslarının il ərzində 4-5 dəfə keçirilməsi nəzərdə 

tutulmalıdır. Təşkilatçı-məruzəçiyə kömək məqsədilə Elçinin 

kitablarının dəqiq adları, nəşr tarixləri, onun haqqında  ədə-

biyyatın məxəzləri haqqında əlavə məlumatlar verməli, mövzular 

tövsiyə etməlidir. 

Oxucu konfransları keçirilən zaman Elçinin kitablarından 

ibarət il ərzində davam edən kitab sərgisinin təşkili məqsədəuy-

ğundur. 


Yubileylə  əlaqədar olaraq, Elçinin haqqında olan ədəbiyyat 

nümunələrinin sərgisini də tərtib etməyi tövsiyə edirik: 

 

1. Bayramova N.L. Elçin nəsrinin poetikası  

2. Hüseynov V.Ə. Ürəklərə yol tapanda (Azərbaycan  ədəbi 

tənqidi Elçin yaradıcılığı haqqında) 

3. Yusifli V., Yusifli C. Bu nə sehrdir belə (Elçin haqqında 

əlli altı söz).  

4. Ələsgərov B.A. Elçin: biblioqrafiya 

5.  Ələsgərov B.A. Elçin – 60: Elçin yaradıcılığının mədəni-

maarif müəssisələrində təbliği : metodik vəsait  

6.

 

Qarayev Y. Poeziya və nəsr 

7.

 

Quliyev N. Üslubiyyat məsələləri 

8.

 

Quliyev H. Yaradıcılıq axtarışları 

9.

 

Əhməd V. Hər kəsin öz səsi 

10.

 

Məmmədov C. Sənətkar sözü, nəsrin özü 

11.

 

Məmmədov C. Nəsrimiz: düşüncələr, axtarışlar 

12.

 

Nəbiyev B. Ölümsüzlüyün sirri 

13.

 

Hüseynov A. Nəsr. Ədəbi-proses - 76; 77; 78; 79 



73 

 

14.



 

Hacıyev T. Şeirimiz, nəsrimiz, ədəbi dilimiz 

15.

 

Məmməd Cəfər. Həmişə bizimlə 

16.

 

Quliyev V. Açıq sözün hikməti 

17.

 

Məmməd Arif. Sənətkar qocalmır 

 

Tövsiyə edirik ki, Elçinin əsərləri, onun haqqında olan mate-



riallar mövzu kartotekası  şəklində hazırlanıb oxucuların istifa-

dəsinə verilsin. Bu zaman təşkilatçılar Elçinin kitablarının mü-

zakirəsini təşkil etsinlər. Kitabların müzakirəsinə hazırlıq dövrü 

ay yarım və ya 2 ay çəkməlidir. Bu vaxt ərzində  hər bir oxucu 

müzakirə ediləcək kitabı oxuyub, onun haqqında söz deməyə 

hazır olmalıdır. 

Tövsiyə edirik ki, kitabxanaların, klub və  mədəniyyət evlə-

rinin əməkdaşları Elçinin yaradıcılığının geniş kütləyə çatdırılma-

sında yeni forma olan sitat sərgisindən də istifadə etsinlər. Burada 

mədəniyyət xadimlərinin, qələm dostlarının və oxucuların 

fikirlərindən sitatların verilməsi məqsədəuyğundur. 

Elçinin yaradıcılığını geniş oxucu kütləsinə çatdırmaq üçün 

sual-cavab formasından da istifadə etmək məqsədəuyğundur: 

 

Məsələn, aşağıdakı sualları qoymaq olar:  



1. Elçin nə vaxt və harada anadan olmuşdur?  

2. Elçinin ilk hekayəsi nə vaxt və hansı qəzetdə çap olunmuş-

dur? 

3. Elçinin nəşr olunmuş ilk kitabı necə adlanır? 

4. Elçin nə vaxt və hansı elm ocağında təhsil almışdır? 

5. Elçinin hansı əsərləri rus dilində çap olunmuşdur? 

6. Elçin hansı janrlarda yazır? 

7. Elçinin hansı əsərlərini oxumusunuz? 

8. Elçin hansı xarici dillərdə çap olunmuşdur və hansı öl-

kələrdə? 

9. Elçinin dram əsərlərini oxumuş və ya tamaşasına baxmı-

sınız? 

10. Elçinin ssenarisi əsasında hansı filmlər çəkilmişdir? 


74 

 

11. Sizcə Elçinin hekayələrinin əsas xüsusiyyətləri hansılar-



dır? 

12. Elçinin romanlarında novatorluğu siz nədə görürsünüz?  

13. Elçin yaradıcılığında  ənənə  və novatorluq probleminə 

münasibətiniz? 

14. Elçinin redaktorluq və tərtibçilik fəaliyyəti barədə nə bi-

lirsiniz?  

15. Elçinin klassik ədəbiyyata münasibətini necə səciyyələn-

dirirsiniz? 

16. Elçin hansı kitablaraön söz yazmışdır? 

17. Elçin hansı  sənətkarlara (şair, alim, yazıçı, jurnalist) 

dostluq edir? 

18. Elçin hansı vəzifələrdə işləmişdir? 

19. Elçinin hansı elmi monoqrafiyalarını oxumusunuz? 

20. Elçinin elmi, fəlsəfi və siyasi baxışları haqqında nə 

bilirsiniz? 

 

Mədəniyyət ocaqlarında (kitabxana, mədəniyyət evi, mədə-



niyyət sarayı, klub və s.) yaradıcılıq gecələrinin təşkili də vacib-

dir. Belə tədbirləri müxtəlif adlar altında təşkil etmək olar: “Ya-

radıcılıq gecəsi”, “Teatr axşamı”, və s. “Yaradıcılıq gecəsi”nin 

təşkili zamanı  aşağıda qeyd olunan təklifləri nəzərə almaq 

lazımdır: 

1. Təşkilatçı yaradıcılıq gecəsinə hazırlaşdıqda, əlaqədar təş-

kilatlar, məktəb, mədəniyyət evi və s. ilə əlaqə saxlamalıdır.  

2. Gözəl ifaçılıq və natiqlik qabiliyyəti olan şagirdləri tədbirə 

cəlb etmək lazımdır.  

3. Elçinin həyat və yaradıcılığı haqqında çıxış edəcək şəxslər 

üçün əvvəlcədən materiallar tərtib edilməlidir.  

4. Tədbirin vaxtını  və yerini əvvəlcədən təyin etmək lazım-

dır. 

Məlumat üçün əlavə edirik ki, Elçinin yaradıcılığı teatr və 



kino sənəti ilə  sıx bağlıdır. Buna görə  də, adından göründüyü 

kimi,  ədəbi-bədii gecə iki hissəyə bölünə bilər. Tədbirin birinci 




Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə