Microsoft Word Elcin-75-metodik docx



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə19/24
tarix31.10.2018
ölçüsü0,69 Mb.
#76971
1   ...   16   17   18   19   20   21   22   23   24

65 

 

Elçin möcüzə sevir. İncəsənətin bir dili var: hisslərin və 



həyəcanların dili. Lakin Elçin üçün möcüzə yalnız fantastika 

deyil. Bu – narahat, axtarışda olan canlı insan qəlbidir, həyatı də-

rindən dərk edən saf və xeyirxah insani münasibətlərdir. Yazıçı 

çox böyük həssaslıqla və incəliklə öz qəhrəmanlarının ən adi bir 

hərəkətini, əhval-ruhiyyəsini, hiss və fikirlərini duyub təsvir edən 

rəssam kimidir.  



Yevgeni Şklovski,  

rus ədəbiyyatşünası, tənqidçisi  

 

Elçin çağdaş türk dünyasının böyük yazarlarından biridir. O, 



Türkiyədə də Bakıdakı kimi məşhurdur və ədəbi-mədəni aləmdə 

nüfuz sahibidir. Yalnız elə “Mahmud və  Məryəm” romanını 

götürsək, Markesin “Yüz ilin tənhalığı”  əsəri Latın Amerikası 

ədəbiyyatında hansı yeri tutursa, Elçinin də bu ölməz romanı türk 

dünyası ədəbiyyatında o yeri tutur.  

Əli Özgəntürk,  

türk alimi  

 

Elçinin hekayələrini oxuyanda mən ən qəribə folklor motiv-



lərini xatırlayıram.  

Oleq Loyko, 

rus tənqidçisi  

 

Elçinin pyesləri dünya dramaturgiyasının layiqli nümunələridir.  



Tuncər Cücənoğlu,  

türk dramaturqu  

 

Еlçin möcüzələri sеvir, о zərif və mеһribаn nаğılçıdır, о kə-



dərli bir sеһrkаrdır, bərq vurаn, qızılı, gümüşü rənglərə üstünlük 

vеrən imprеssiоnistdir...  



Lеv Аnninski,  

rus ədəbiyyatşünası, tənqidçisi  

 



66 

 

Еlçin bizim ədəbiyyаtımızdа öz səsi, istedаdı ilə özünəməх-



sus yеr tutur. Охuculаrlа  qаrşılıqlı ünsiyyətə görə  bаşqаlаrınа 

bənzəmir. Yаzıçı  оndа  хоşbəхt  һеsаb  оlunur ki, охuculаr  оnа 

qаrşı diqqətli  оlur və  оnunlа ünsiyyətdə  оlmаğа  çаlışırlаr. Bunа 

görə  də  yаzıçı bütün һəyаtı  bоyu sаnki  охuculаrlа “bоrc” 

içərisində yаşаyır.  

Mаrk Pеyzеl,  

rus yazıçı-publisisti  

 

Еlçin хеyirхаһ qəһrəmаnını gözəllik və ülvilik аrzusu ilə və 



bunlаrın  һəyаtа  kеçirilməsi ümidi ilə  yаşаdır.  Еlçin “Qеyri-fаn-

tаstik һеkаyələr” silsiləsində göstərir ki, möcüzə təkcə nаğıllаrdа 

yох,  һəm də  rеаl  һəyаtdа  bаş  vеrə bilər;  əsl səаdət və gözəllik 

insаnın mаyаsındаdır оnun vicdаnındа, özünə və mənəvi bоrclаrı-

nа  sədаqətli  оlmаq bаcаrıqlığındаdır.  Еlçin sаğlаm vаrlığа  çıхış 

yоlunu  əхlаqi-еtik plаndа  dа  ахtаrır, bunu insаnın özü üzərində 

fаntаstik, möcüzəli qələbəsində görür.  

Zоyа Kеdrinа,  

rus tənqidçisi  

Elçin yaradıcılığı artıq neçə illərdir ki, iki qardaş ölkə ara-

sında mənəvi körpü rolunu oynayır.  

Dr. İldəniz Kurtulan,  



tərcüməçi  

 

Bu yaxınlarda mən “Literaturnıy Azerbaydjan” jurnalının 



köhnə nömrələrini yerbəyer edirdim və B.Portnovun tərcüməsin-

də Elçinin “Mahmud və  Məryəm” romanını yenidən oxudum. 

Çox böyük zövq aldım, birinci dəfə olduğu kimi, yenə də birnəfə-

sə oxudum. Bu – Azərbaycan Romeo və Cülyettasıdır.  



Yevgeniya Nevmerjitskaya,  

Xalq artisti  

 

Türk dünyasının böyük yazarı Elçinin yaradıcılığı yalnız qar-



daş Azərbaycanda və ümumiyyətlə, yalnız türk dünyasında deyil, 

çağdaş dünya ədəbiyyatında layiqli yer tutur.  



Ömür Ceylan,  

professor, türk ədəbiyyatşünası  


67 

 

Dərd, kədər, sevinc, məhəbbət, ayrılıq, ölüm... ayrı-ayrı xalq-



lar üçün deyil, bütün insanlar üçün xarakterikdir. Elçinin 

pyeslərinə də bu aspektdən, bu səpkidən yanaşmaq lazımdır. Belə 

cəhətlər isə  əsərləri ilə dünyanı dolaşan böyük sənətkarlara xas-

dır. Bu xüsusiyyətlər Elçin dramaturgiyası üçün də xarakterik-

dir... Elçinin sənətkar kimi həyata baxışı, dramaturgiyası qeyri-

adi olduğu üçün teatrlar ona müraciət edirlər.  



Aleksandr Şarovski,  

Xalq artisti  

 

Azərbaycan hekayəçiliyinin ən öndə gedən isimlərindən biri 



olan Elçinin hekayələrinin Türkiyə  ədəbiyyatı üçün “təzə qan” 

olacağına inanırıq.  



Dr. Yusif Gədikli

türk ədəbiyyatşünası 

 

Böyük nasir və dramaturq, ədəbiyyatşünas və tənqidçi Elçin 



müasir həyatın, real gerçəklikdəki hadisələrin, sarsıntıların və 

ümumiyyətlə, bütün vaqeələrin mahir müşahidəçisi olmaqla bə-

rabər, həm də keçmiş zamanların, dünyanın ilk baxışdan bəlkə də 

paradoksal görünən əzəli problemlərinin mahir salnaməçisidir.  



Dmitri Balan,  

professor, rumın ədəbiyyatşünası  

 

Mən Elçinlə ilk dəfə 1986-cı ilin yayında tanış olmuşam. O 



zaman mən  İstanbul Böyük Bələdiyyə başqanı idim. Elçin isə 

İzmir Bələdiyyə başqanı B.Özfaturanın dəvəti ilə Bakıdan Mos-

kvaya, oradan İstanbula gəldi. Buradan da İzmirə gedəcəkdi. Mən 

Elçin haqqında hələ o zaman çox eşitmişdim, ona görə də Özfa-

tura ilə birlikdə Hava limanına gedib, Elçini qarşıladım. Onunla 

qısaca söhbətimiz zamanı Elçinin türk tarixi, türk ədə- biyyatı 

haqqında bilgiləri, söylədiyi mülahizələr, onun hələ sovet zamanı 

gizlətmədiyi, cəsarətlə bildirdiyi siyasi dünyagörüşü, türk dünyası 

barədə düşüncələri mənə elə  təsir etdi ki, heç olmasa bir gün 

mənim qonağım olmasını israr etdim. Doğrudan da bir gün 




Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə