Microsoft Word Elcin-75-metodik docx



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə15/24
tarix31.10.2018
ölçüsü0,69 Mb.
#76971
1   ...   11   12   13   14   15   16   17   18   ...   24

51 

 

bахışdаn “mənfi”  аdlаndırılа biləcək bir surətin də  dахilində



ürəyinin ən dərin qаtlаrındа nə isə bir işıq, istilik tаpmаğа çаlışır 

və çох zаmаn dа bunа nаil оlur. Bаşqа sözlə dеsək, yаzıçı insаnı 

bütün dахili mürəkkəblikləri, ziddiyyətləri ilə göstərməyə  mеyl 

еdir.  Еlçinin müаsir qəһrəmаnlаrı  ən  аdi  аdаmlаr  оlsаlаr dа, 

müəllif bu “аdilərin” təbiətindəki qeyri-аdiliyi, gözəlliyi və 

rоmаntikаnı görür və göstərə bilir.  



Vilаyət Quliyеv,  

filologiya elmləri doktoru, professor  

 

Elçin, ümumiyyətlə, yaradıcılıq prosesində  sənət adamları 



qarşısında mütəmadi olaraq çıxan sədləri çox cəsarətlə  aşır, 

çərçivələri, hətta yaza-yaza özünün qurduğu qəsrləri – forma, 

üslub modellərini belə ara-sıra bir kənara qoyub yenilərini yara-

dır. Bunu etməkçün isə daim axtarışda olmaq, yeniləşməyi ba-

carmaq lazımdır. Fikir verin, dediyim kimi, öncə o, ailə  çər-

çivəsində (yaradıcılıq mənasında) qalmaq istəmədi, sonra milli 

sədləri (həm ədəbi ehkamlar, həm də coğrafi məkan mənasında) 

aşdı. Ən önəmlisi isə onun, artıq bu gün, dünənki uğurlarla kifa-

yətlənməmək, onların özlərini üstələmək cəhdidir. Belə olma-

saydı Elçin də bir çox tanınmış yazıçılarımız kimi keçmiş şöhrə-

tin kölgəsində uyuyub, keçən  əsrdə qalardı, XXI əsrə adlaya 

bilməzdi. Elçin isə bütün yaradıcılığı boyu ona xas olan ən gözəl 

xüsusiyyətini, müasirlik duyğusunu qoruyub saxladığı üçün 

zaman səddini də aşdı və nəinki aşdı, hətta çox mürəkkəb və çətin 

bir dövrdə  ədəbiyyatımıza bələdçilik etmək missiyasını da öz 

üzərinə götürdü.  



İntiqam Qasımzadə,  

Əməkdar incəsənət xadimi  

 

Еlçin dаһа çох dirijоru хаtırlаdır, о, һisslərdən öz məqsədinə 



uyğun  şəkildə istifаdə  еdir,  оnlаrı öz istəyinə uyğun yönəldir. 

Еlçində “Niyə?”, “Nə səbəbə?” suаllаrı хüsusi dəyər kəsb еdir, о, 

insаnlаrın  ən “şəхsi” sirlərini bеlə  хırdаlаmаğı  хоşlаyır. Bunа 



52 

 

görə də Еlçinin əsərlərində ən хırdа, gözəgörünməz оbrаz bеlə аz 



və yа çох dərəcədə, öz dünyа tutumundа filоsоfdur. Hər kəs nəyi 

isə аnlаmаğа, аçmаğа çаlışır və burаdаn dа Еlçin yаrаdıcılığının 

gеniş səpgili, аnаlitik təmаyüllü dil dünyаsı yаrаnır... Еlçinin nəsr 

dilinin pоеtikаsının ən sеçilən, üzdə оlаn cəһəti də cümlənin ikin-

ci yаşаyış fоrmаsı qаzаnıb bədii fiqur səviyyəsinə yüksəlməsi və 

bunа müvаzi şəkildə də һəmin cümlənin аyrı-аyrı еlеmеntlərinin - 

söz sırаsının,  аrа sözlərinin, tərkiblərin, söz birləşmələrinin

intоnаsiyаsının  аdi ünsiyyət vаsitələrindən  аli pоеtik rənglərə 

çеvrilməsidir.  

Аydın Məmmədоv,  

dilçi, siyasi xadim 

 

Elçinin yaratdığı sənət əsərlərinə nə isə diləmək bizim iqtida-



rımızda deyil – onlar çoxdandır ki, sənət aləminin zaman və 

məkanında öz həyatlarını yaşayır və zaman baxımından bircə 

göstərici tanıyır - əbədiyyət...  

Məryəm Əlizadə,  

professor, teatrşünas  

 

1994-cü ilin sentyabrında Füzulinin anadan olmasının 500 



illik yubileyi ilə əlaqədar ədəbiyyat və incəsənət nümayəndələrin-

dən ibarət 128 nəfər heyət Baş nazirin müavini, Xalq yazıçısı 

Elçinin rəhbərliyi ilə  İraqa yola düşdü. Bağdadda və  Kərkükdə 

möhtəşəm tədbirlər keçirildi. Nümayəndə heyətinin Kərkükü, geri 

qayıdanda isə Təbrizi ziyarəti Elçinin səyi nəticəsində baş tutdu. 

İraq türkmənləri yaxşı bilir ki, İraq rejimi illərlə heç bir türk 

nümayəndə heyətini Kərkükə buraxmırdı. Elçin İraqın o zamankı 

diktatoru Səddam Hüseynlə görüşərək nümayəndə heyətimizin 

Kərkükə buraxılması  məsələsini çox israrlı  şəkildə qaldırmış  və 

Səddamın buna razılıq verməsinə nail olmuşdu.  

 

*** 


Elçin müəllimin obyektivliyi, səmimiliyi, xeyirxahlığı tənqi-

dimizdən qırmızı xətt kimi keçir. 



Qəzənfər Paşayev,  

filologiya elmləri doktoru, professor  


53 

 

Möcüzə məqalələrdən biri Elçinin “Sübh şəfəqinin işığı” əsə-



ridir. “Ədəbiyyat və incəsənət” qəzetinin 17 sentyabr 1982-ci il 

tarixli sayında basılmış bu gözəl məqaləni iki dəfə oxumuşam. 

Yenidən oxumağa və tam mənimsəməyə ehtiyac duyuram. Elçini-

mizin burada kələfin ucunu Şərq ilə  Qərb renesansı arasındakı 

minlərcə bağlardan birini aşkarlaya bilmişdir. Hüseyn Cavid ilə 

İtaliya renesansının nümayəndəsi Cambatista Ciraldi Çinto (1504 

-1573) arasındakı tipoloji ədəbi oxşarlıq bir sənətkarın digərinə 

təsirinin daha çox, universal dünya renessansının hərəkət dalğa-

ları kimi aşkarlanır.  

Xəlil Rza Ulutürk,  

Xalq yazıçısı  

 

Elçinin adı çəkiləndə çağdaş milli nəsrimizin, dramaturgiya-



mızın və  ədəbi tənqidimizin istedadlı nümayəndəsi göz önünə 

gəlir. Eyni zamanda Elçin adı görkəmli ictimai xadimi, dünya 

şöhrətli Xalq yazıçısını, 60-cılar nəslinin ən istedadlı qələm sahi-

bini yada salır. Elçin adının arxasında özünəməxsus fərdi üslubu, 

yazı manerası, yazıçı kimi baş verən hadisələrə heç kəsə 

bənzəməyən münasibəti və baxışı olan kamil bir insan dayanır. 

Onun yaradıcılığına dərindən bələd olanda bir həqiqəti görürsən: 

o, cəmiyyətdə, həyatda baş verən hadisələri dərk etməyi və bədii 

təfəkkürünün süzgəcindən keçirməyi bacarır, nəticədə oxucunun 

qəlbini  ələ ala bilir, oxucunun duyğusunu, düşüncəsini, istəyini 

bədii boyalarla əks etdirə bilir. 

Onu da qeyd edək ki, Elçin üçün təkcə istedad və mühit 

qənaətbəxş olmayıb, o, uğurlarına görə  həm də  zəhmətinə borc-

ludur. Onun zəhmətinin içərisində mütaliə etməyi unutmaq ol-

maz. Bu cəhətdən Elçin o tipli yazıçılarla müqayisə oluna bilər ki, 

onlar heç zaman mütaliədən doymurlar. Həm də bunu adi bir 

oxucu mütaliəsi kimi başa düşmək olmaz. Ona görə ki, bu 

mütaliə  təkcə mütaliə deyil, həm də yazıçı-alim-fılosof təhlilinə 

səbəb olan mütaliədir. Odur ki, Elçin təkcə bədii əsər yazmır, o, 

oxuduqlarını, mütaliə etdiklərini təhlil edir: alim kimi, tənqidçi 

kimi, fılosof kimi. Onun vaxtaşırı mətbuatda çap etdirdiyi məqa-

lələr bir daha bunu təsdiq edir. 




Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə