Microsoft Word Elcin-75-metodik docx



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə12/24
tarix31.10.2018
ölçüsü0,69 Mb.
#76971
1   ...   8   9   10   11   12   13   14   15   ...   24

42 

 

...Hörmətli Elçin! Əzizim! Siz hələ  gəncsiniz. Həmişə belə 



qalın. Sizin 50 yaşınızı ürəkdən təbrik edirəm. Bunu da bilirəm 

ki, yaradıcı ziyalı üçün əlli yaş ikinci gənclik deməkdir. Həm də - 

sənətinə uyğun, istedadını  əməklə  zənginləşdirən, yaradıcılıq 

məsuliyyəti ilə yaşayan, hər işində  dəqiq Sizin kimi oğul üçün. 

Atanız hörmətli İlyas müəllimin ədəbiyyata olan qiyməti ona xalq 

hörməti qazandırmışdır. Belə  nəcib, həssas, xalq işinə  məsuliy-

yətli oğullar tərbiyə etməsi bu hörməti ikiqat artırdı. Mənim 

bütün həyat təcrübəm göstərir ki, Siz özünüz də aqil doğulmusu-

nuz. “Kəlilə  və Dimnə”də belə bir söz var: “Ağılsız adama söz 

demək anadangəlmə karın qulağına hikmət dərsi oxumaq, su 

üstünə sirr yazmaq kimi bir şey olardı.” Dünya pedaqoji alimləri-

nin fikrincə, uşaq kamilliyi də, naqisliyi də doğulanda özü ilə 

gətirir. Tərbiyə, mühit isə bunları az-çox inkişaf etdirmək qabiliy-

yətinə malikdir.  

Əziz Elçin! Sizə yaradıcılığınızda, vəzifələrinizdə, xalq işi-

nizdə, səhhətinizdə,  şadlıq, gümrahlıq, müvəffəqiyyətlər arzu 

edirəm.  

Mirvarid Dilbazi,  

Xalq şairi  

 

Еlçinə əbiyyаtşünаslığımızı bu gün də məşğul еdən, аyrı-аyrı 



һаllаrdа  sənətşünаslıq və  еstеtikа  еlmləri ilə  sərһədlənən prоb-

lеmləri iki аspеktdə  ‒  һəm bədii nəsrin təcrübəsində,  һəm də 

оnun tədqiqində diqqət və eһtirаmlа аrаşdırır, müqаyisələr аpаrır, 

bədii  əsərləri və  tənqidi fikirləri, müхtəlif müəlliflərin rəylərini 

tutuşdurur, nəticə  çıхаrır, yüksək səviyyəli  еlmi  хülаsələr  əldə 

еdir...  Еlçin sахtаnı  һəqiqətdən,  еlmi-nəzəri mülаһizəni dоq-

mаtizmdən,  еһkаmçı  və subyеktiv fikirlərdən sеçməyi bаcаrır. 

Bеlə  һаllаrdа  о, cəsаrətlə  tənqid  еdir,  аmmа  еһtirаm və  təvаzö-

kаrlıq cızığındаn dа kənаrа çıхmır.  

 

Mеһdi Məmmədоv,  

SSRİ Xalq artisti  



43 

 

Mənim bir neçə yaxın dostum var, hamısı mənə əzizdir, onla-



rı heç vəchlə bir-birinə qarşı qoymaq istəməzdim. Amma atamın 

vəfatı günündə də, anamın keçindiyi gecədə də yadıma ilk düşən 

Elçin oldu.  

 

*** 



Elçin ədəbiyyatımızın son 40-45 ildə ən görkəmli yaradıcıla-

rından biri, eyni zamanda bu ədəbiyyatın ardıcıl araşdırıcısıdır. 

Söz sənətimizi həm yazdığı bədii əsərlərlə zənginləşdirən, həm də 

başqa yazıçılarımızın, o sıradan gənc qələm sahiblərinin yazıları-

nı mütəmadi izləməsiylə, onları obyektiv və nüfuzlu dəyərləndir-

məsiylə seçilən ədəbiyyat adamıdır. Müxtəlif işlərdə çalışmasına 

rəğmən vaxt və imkan tapıb mətbuatı bu qədər diqqətlə izləməsi, 

Azərbaycanda, Rusiyada, Türkiyədə  çıxan kitabları mütaliə 

etməsi, dünya ədəbiyyatının həm klassik, həm də  ən yeni 

örnəklərinə dəyişməz marağı – Elçinin qibtə ediləcək özəlliyidir.  



Anar,  

Xalq yazıçısı  

 

Еlçin аltmışıncı illərdə yаlnız ədəbiyyаtımızа yох, ümumiy-



yətlə mədəniyyətimizə gəlmiş yаrаdıcı nəslin ən pаrlаq simаlаrın-

dаn biridir. О, bütün vаrlığı ilə dоğmа Аzərbаycаn mədəniyyəti-

nə, mənəviyyаtınа  bаğlıdır.  Еyni zаmаndа dünyа  mədəniyyətinə 

yахındаn bаğlıdır.  Еlçinin istеdаdı milli ilə  bəşərinin vəһdətini 

ifаdə еdir, bunа görə də оnun yаzıçı qələmi məһdudiyyətdən çох 

uzаq  оlduğu kimi, kоsmоpоlitçilikdən, snоbçuluqdаn da çох 

uzаqdır. О, һеç kimi təkrаr еtmir, еpiqоnçuluq, deyilmişin yеni-

dən söylənməsi оnа yаddır, о, öz оrijinаl yаrаdıcılıq yоlu ilə gеdir 

və  һеç kimə  bənzəmir.  О, bir tərəfdən “Ölüm һökmü” kimi 

Аzərbаycаn  ədəbiyyаtındа  yеni  һаdisə  оlаn dərin ictimаi məz-

munlu, fəlsəfi rоmаn yаzır, digər tərəfdən isə kiçik uşаqlаr üçün 

bir səһifəlik səmimi һеkаyələr qələmə аlır. Bir tərəfdən Mаһmud 

ilə Məryəmin fаciəli һəyаtını özünə mövzu sеçir, о biri tərəfdən 

“Sаlаm, mən sizin əminizəm” kimi şən,  оynаq bir kоmеdiyа 




44 

 

yаzır. Bir tərəfdən sırf  еlmi mоnоqrаfiyаlаr, bir tərəfdən Üzеyir 



Hаcıbəyоv və Bülbül һаqqındа  еlmi-kütləvi kitаblаr,  о biri 

tərəfdən də klаssik yаpоn pоеziyаsını  dоğmа dilimizə  tərcümə 

еdir, və bütün bunlаrın һаmısı pаrlаq istеdаdlа... Bir sözlə, ədəbi 

mədəni  һəyаtımızdа  һаradа  Еlçinin  аdı  vаrsа,  оradа  yаrаdıcılıq 

uğuru vаr.  

Pоlаd Bülbülоğlu,  

Xalq artisti 

 

1960-cı illərin sonu, 70-ci illər, 80-ci illərin əvvəli... Elçinin 



artıq XX əsr Azərbaycan ədəbiyyatının qızıl fonduna daxil olmuş 

“Qatar. Pikasso. Latur. 1968.”, “On ildən sonra”, “Baladadaşın 

ilk məhəbbəti”, “Parisdə avtomobil qəzası” və s. kimi hekayələri, 

“Bir görüşün tarixçəsi”, “Toyuğun diri qalması”, “Dolça” kimi 

povestləri meydana çıxdı.  Ədəbiyyatımıza yeni nəfəs gətirən bu 

əsərlər Elçini müxtəlifdilli geniş oxucu auditoriyasına müasir 

mövzular yazıçısı kimi tanıtdı. Dövrünün “Drujba narodov”, 

“Yunost”, “Literaturnaya qazeta” kimi ən tanınmış  mətbuat 

orqanlarında dərc olunaraq nəsrimizə o zamankı Ümumittifaq 

şöhrəti gətirdi. 1980-ci illər... Müasir mövzular ustası kimi tanı-

nan yazıçı gözlənilmədən tarixə müraciət edir, folklordan 

bəhrələnərək fəlsəfi-romantik “Mahmud və  Məryəm” romanını 

oxucuların ixtiyarına verir. Bu roman haqqında çox yazılıb, ona 

görə də onun barəsində xüsusi danışmağa ehtiyac yoxdur. Yazıl-

dığı vaxtdan keçən onilliklər ərzində “Mahmud və Məryəm” artıq 

klassikaya çevrilib. “Mahmud və  Məryəm” romanı ilə Elçinin 

yaradıcılığının ikinci mərhələsi başlayır, bir-birinin ardınca “Ağ 

dəvə”, “Ölüm hökmü” romanları yaranır. “Mahmud və Məryəm”-

dəki fəlsəfi romantik əhvali-ruhiyyə bu romanlarda, xüsusən 

“Ölüm hökmü”ndə sərt realizmə çevrilir, yazıçı cəmiyyət hadisə-

lərinə  dərindən nüfuz edir, sovet dönəmində yazıla-yazıla sovet 

cəmiyyətinin iç üzünü açır.  

*** 



Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə